Məhkəmə qərarları › İş №2-2(103)-633/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-633/2023

22.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-633/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X10 qızının katibliyi ilə, Maraqlı şəxs, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2394/2023 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mahiyyəti ondan ibarətdir ki, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 11587,88 manat borcunun olması səbəbindən vergi orqanı həmin müəssisənin rəhbəri, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.

2. Maraqlı şəxs isə bildirir ki, onun həmin müəssisə ilə heç bir əlaqəsi yoxdur. Həmin müəssisənin direktoru tamamilə başqa şəxsdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 11587,88 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxx 1960-cı il, doğulduğu yer – Azərbaycan Respublikası, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 11587,88 manat olmaqla, ümumilikdə 11587,88 manat borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********118900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 11587,88 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Maraqlı şəxsin nümayəndəsi yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs "xxxx" MMC-nin rəhbər olmamışdır. Vergi orqanının təqdim etdiyi sənədlər də Maraqlı şəxs "xxxx" MMC-yə aidiyyatının olmadığını göstərir. Belə ki, iş materiallarının arasında olan və vergi orqanı tərəfindən təqdim edilmiş xx.xx.2008-ci il tarixli vergi hesabatlarının elektron təqdim edilməsi barəsində müqavilə Əhmədov Q.L tərəfindən imzalanmışdır. Maraqlı şəxs məxsus olan əmək kitabçasının təsdiq edilmiş surəti də Maraqlı şəxs heç vaxt "xxxx" MMC-də işləmədiyini göstərir. Maraqlı şəxs vergi orqanının məlumat bazasında guya "xxxx" MMC-nin rəhbəri kimi göstərilməsi, vergi orqanının işçisinin səhvi nəticəsində olmuşdur.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2394/2023 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, ”Ada-Nəqliyyat” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 11587,88 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri, xx xxx 1960-cı il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2394/2023 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs, 2007-ci ilin yanvar ayından etibarən "xxxx" MMC-nin direktoru işləməmişdir. Bu xüsusu təsdiq edən sənədlər AR İN yanında DVX Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən təqdim edilməmiş, məhkəmə də həmin xüsusları araşdırmamışdır.

9. Hazırkı şikayətə əlavə edilmiş sübutlar, o cümlədən xx.xx.2007-ci il tarixində Abşeron rayonu 1 saylı notariusunda təsdiq edilmiş ipoteka müqaviləsi də təsdiq edir ki, 2007-ci ilin noyabr ayının 14-nə "xxxx" MMC-nin direktoru X7 olmuşdur. X7 Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmış 1(011)-77/2013-cü il tarixli cinayət işində də ifadə vermiş və bildirmişdir ki, xx.xx.2006-cı il tarixindən Ada Nəqliyyat MMC-nin direktorudur.

10. 5 saylı DOST mərkəzinin 18.05.23-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs qüvvədə olan əmək müqaviləsi yoxdur. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2011-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X7 olmuşdur. "xxxx" MMC-nin 04.2007-ci il və 01.2008-ci il cari vergi ödəmələrinin hesablanması barədə arayışlarından görünür ki, "xxxx" MMC-nin rəhbəri X7 olmuşdur.

11. Dövlət Vergi Xidməti, Maraqlı şəxs hal-hazırda hansı əsaslarla "xxxx" MMC-nin qanuni nümayəndəsi kimi qeydiyyata alındığını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bakı Kommersiya Məhkəməsi, 2 iclasda işə baxmış və Maraqlı şəxs "xxxx" MMC-nin qanuni nümayəndəsi olmadığını təsdiq edən əlavə sənədlərin məhkəməyə təqdim edilməsi üçün zəruri və yetərli zamanı Maraqlı şəxs verməmişdir. Həmçinin, Maraqlı şəxs, "xxxx" MMC-nin əslində qanuni nümayəndəsi olmadığına görə, həmin şirkətin möhürü və elektron imzası onda deyil, bu səbəbdən də, şirkətlə əlaqədar sənədləri əldə etmək həddindən artıq çətindir. Bu səbəbdən də apellyasiya şikayətinə yeni sübutlar əlavə edilmişdir. Həmçinin, bundan sonra da "xxxx" MMC-nin direktorunun Maraqlı şəxs olmadığını təsdiq edən sənədlər əldə edildikcə məhkəməyə təqdim ediləcəkdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, "xxxx" MMC-nin direktoru olmuşdur. 05 dekabr 2016-cı il tarixdə ona bildirmişlər ki, "xxxx" MMC-nin təsisçi və direktor məsələlərində problem yaranıb, bir neçə günlük onu təyin etsinlər”. O, yalnızca 10 gün dekabr ayının 05-15 müddətində direktor kimi adı rəsmiləşmiş, daha sonra 15 dekabrda protokol imzalanmış və o çıxmışdır. X9 direktor olmuşdur. Onun bundan başqa "xxxx" MMC ilə heç bir əlaqəsi olmamışdır. 2007-ci ildən Şəki şəhərində müxtəlif vəzifələrdə işləmişdir. O, yenidən direktor olmamış, sadəcə direktor kimi rəsmiləşdirildiyi müddətə adını reyestrə salmışlar, daha sonra silməmişlər, nümayəndəsi kimi reyestrdə qalmışdır. Əmək kitabçasının surətini iş materiallarına əlavə etmişdir. Həmçinin, BDU-da müəllim vəzifəsində çalışmışdır. Sonuncu iş yerindən 2016-cı ildən azad edilmişdir. Hazırda işləmir. 2010-cu ilin aprelin 1-dən 2011-ci ilin may ayınadək Şəki Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilmişdir. Unibank ASC-də "xxxx" MMC-nin imza kartoçkası var, orada 2006-cı ildə də onun imzası olmamışdır.

14. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, maraqlı şəxs Şəki Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Həmin vəzifəyə təyin olunduğu zaman başqa heç bir qurumda fəaliyyət göstərə bilməzdi. Bundan əlavə 2006-cı ilin dekabr ayının 15-dən Əhmədov Qeybulla həmin müəssisənin sədri vəzifəsində çalışmış, bütün məsələləri o həll etmişdir. Belə ki, X16nun vergi borcu olması ilə əlaqədar cinayət işi açılmışdır. Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti İstintaq şöbəsində xx.xx.2010-cu il tarixdə Əhmədov Qeybulla verdiyi ifadədə bildirmişdir ki, 2006-cı ildən "xxxx" MMC-yə təyin edilmişdir. Həmçinin, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Bahadur İslamova vəkil sorğuları verilmişdir. Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən cavab məktubunda X4 və X16 arasında imzalanmış ipoteka müqaviləsinə əlavə edilmiş "xxxx" MMC-nin direktoru X1 təsdiq edən sənədlər təqdim olunmuşdur.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

17. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

19. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

20. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

21. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

22. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.

27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ”ADA-Nəqliyyat” MMC-nin xx.xx.2021-xx.xx.2023-cü il dövrünü əhatə edən məcburi dövlət sosial sığorta haqqı üzrə 11587,88 manat borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən həmin hüquqi şəxsə borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********118900 nömrəli bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.

29. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.

30. Ərizəçi tərəfindən iş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumatlardan, həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, reyestrdə "xxxx" MMC-nin qanuni təmsilçisi kimi Maraqlı şəxs göstərilmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu növ işlər üzrə (hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) hazırda mövcud olan təcrübəsi də ondan ibarətdir ki, bu növ işlərə baxılan zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun deyil, Əmək Məcəlləsinin normaları tətbiq edilməlidir.

32. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

33. İş materiallarının araşdırılması zamanı maraqlı şəxs X6 adının "xxxx" MMC-nin qanuni təmsilçisi kimi reyestrə daxil edilməsindən başqa heç bir başqa sənəddə MMC-nin direktoru kimi imzası mövcud deyil.

34. Maraqlı şəxs apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatında onun yalnızca 10 gün dekabr ayının 05-i-15-i müddətində direktor kimi adının rəsmiləşdirildiyini, daha sonra dekabrın 15-i protokol imzalandığını və onun çıxdığını, X9nın direktor olduğunu bildirir.

35. İş materiallarına əlavə edilmiş Azərbaycan respublikasının Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən xx.xx.2006-cı il tarixli çıxarışdan görünür ki, xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxsdur.

36. "xxxx" MMC-nin X2 Yığıncağının xx.xx.2006-cı il tarixli protokolundan görünür ki, cəmiyyətin direktoru Maraqlı şəxs səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınmışdır. Eyni zamanda X7 Cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir.

37. Həmin protokoldan görünür ki, Maraqlı şəxs "xxxx" MMC-nin iştirakçısı olan "xxxx" MMC-nin direktoru kimi protokolu imzalamışdır.

38. İş materiallarına əlava edilmiş X6 əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, onun "xxxx" MMC-də işləməsinə dair hər hansı qeyd mövcud deyil.

39. Əmək kitabçasından həmçinin müəyyən edilir ki, X3 olaraq xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-nin direktoru vəzifəsində çalışmışdır.

40. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-7/2-C-20711/2023 saylı arayışında qeyd olunmuşdur ki, Maraqlı şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” alt sisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

41. Bundan əlavə iş materiallarına bir sıra sənədlər əlavə edilmişdir ki, həmin sənədlərdən (Vergi orqanına təqdim edilən “Cari vergi ödəmələrinin hesablanması barədə” xx.xx.2008 və xx.xx.2008-ci il tarixli arayışlar, “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün” vergi orqanına təqdim edilən xx.xx.2008-ci il tarixli ərizələr, “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” xx.xx.2008-ci il tarixli müqavilə, "xxxx" MMC-nin fəaliyyətinin xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırılması barədə arayış xx.xx.2010-cu il tarixli arayış, "xxxx" MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2011-ci il tarixli qərarı, "xxxx" MMC tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş etibarnamə, Vergi ödəyicisi hüquqi şəxsin uçota alınması haqqında ərizəyə əlavə) da görünür ki, "xxxx" MMC-nin direktoru kimi həmin sənədləri X7 imzalamışdır.

42. Bundan əlavə, X7 xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti İstintaq şöbəsində şahid qismində dindirilərkən verdiyi ifadəsində 2006-cı ilin dekabr ayından hal-hazıradək "xxxx" MMC-nin direktoru vəzifəsində çalışdığını bildirmişdir.

43. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçi, hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz. Ona görə də, ərizə rədd edilməlidir.

44. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2394/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2394/2023 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar