Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-638/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı Firması tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, m ü ə y y ə n e t d i: İddiaçı Firması (bundan sonra-iddiaçı) Cavabdehnə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Firması iddia tələbinin həcminin artırılması barədə ərizə verib 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində cərimənin, 748006,68 (yeddi yüz qırx səkkiz min altı manat altmış səkkiz qəpik) manat məbləğində ARDNŞ-nin “X2" Tresti tərəfindən ödənişin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın və 976812,63 manat məbləğində gecikmə faizinin, cəmi 2476493,68 (iki milyon dörd yüz yetmiş altı min dörd yüz doxsan üç manat altmış səkkiz qəpik) manat, 2694,08 (iki min altı yüz doxsan dörd manat səkkiz qəpik) manat dövlət rüsumu məbləğinin, cəmi 2479187,76 (iki milyon dörd yüz yetmiş doqquz min bir yüz səksən yeddi manat yetmiş altı qəpik) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi, malların çatdırılması öhdəliyi vaxtında icra edilmədiyi üçün 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində dəbbə pulu və 1041,67 (bir min qırx bir manat altmış yeddi qəpik) manat dövlət rüsmunun İddiaçı Firmasından tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı firmasından qarşılıqlı iddia ərizəsi ilə tələb edilən 751674,37 manat (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) cərimə məbləğinə əlavə olaraq 400396,33 (dörd yüz min üç yüz doxsan altı manat otuz üç qəpik) məbləğində İddiaçı firması tərəfindən ödənişin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın (inflyasiya faizinin) və 246559,72 (iki yüz qırx altı min beş yüz əlli doqquz manat, yetmiş iki qəpik) manat məbləğində gecikmə faizinin, boşdayanma xərci qismində ******* manat, cəmi 2657 430,42 manat ( iki milyon altı yüz əlli yeddi min dörd yüz otuz manat qırx iki qəpik), 2118,72 manat (iki min bir yüz on səkkiz manat, yetmiş iki qəpik) dövlət rüsumu məbləğinin, beləliklə də cəmi 2659549,14 manat (iki milyon altı yüz əlli doqquz min beş yüz qırx doqquz manat on dörd qəpik) məbləğin İddiaçı firmasından tutularaq SOCAR Cavabdeh nəfinə tutulması və SOCAR Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Firması iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 1299,90 manat dəbbə pulu, 33 manat dövlət rüsumu, ümumilikdə 1332,90 (bir min üç yüz otuz iki manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə İddiaçı Firması qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın qiymətinin 2476493,68 (iki milyon dörd yüz yetmiş altı min dörd yüz doxsan üç manat altmış səkkiz qəpik) manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 1014.12 manat təşkil edir. Lakin işdən görünür ki, cavabdeh şikayət verərkən cəmi 521.22 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qətnaməsindən iddiaçı ilkin iddia üzrə İddiaçı Firması tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı Firması tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-638/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-638/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver