Məhkəmə qərarları › İş №2-2(103)-641/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-641/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-641/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X* qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə oğlunun, cavabdehin nümayəndəsi və vəkili Vəkil* iştirakları ilə, İddiaçı2 MMC-nin Cavabdeh MMC-yə qarşı *6.06.2020-ci il tarixli, 2020/ACG-74 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(**3)-290/2023 saylı qərardadından İddiaçı2 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı* MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 27.880 manat (*6.400 ABŞ dolları) məbləğində əsas borcun, 200 manat məbləğində mediasiya xərcini və *73,64 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 28.253,64 manatın tutularaq İddiaçı* MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, İddiaçı* MMC-nin əsl İddiaçı2 MMC ilə əvəz edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.0*.2023-cü il tarixli qərardadı ilə, İddiaçı* MMCnin əsl İddiaçı2 MMC ilə əvəz edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(**3)-290/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı2 MMC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(**3)-290/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırkı işə xitam verilməsi üçün istinad etdiyi yeganə əsas olan və cavabdeh tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmiş xx.xx.2022-ciil tarixli * saylı əlavə razılaşmadan müəyyən olunur ki, həmin sənəd Gürcüstan Respublikasının Tbilisi şəhərində tərtib edilmişdir. Nəzərə alaraq ki, həm Azərbaycan, həm Gürcüstan Respublikası xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiyasının üzvləridir, əlavə razılaşmanın üzərində olan imza və möhürlərin həqiqiliyini müəyyən etmək məqsədi ilə, göstərilən qanunvericiliyin tələblərinə əsasən, sənəd “Apostille” qaydasında təsdiq edilib məhkəməyə təqdim edilməlidir. Lakin nə cavabdeh tərəfindən, nə də ki məhkəmə tərəfindən yuxarıda göstərilən qanunvericiliyin tələblərinə riayət edilməyərək, işə baxan hakim "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli * saylı əlavə razılaşmanın sadə kseroks surətini qəbul edərək, onun əsasında iş üzrə yekun qərar qəbul etmişdir. Qanunvericiliyin tələblərindən görünür ki, tərəflər iş üzrə yazılı sübutların əslləri və ya lazımi qaydada təsdiq edilmiş surətlərini təqdim etməlidirlər. Lakin məhkəmə baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmənin hazırkiı işə xitam verilməsi üçün istinad etdiyi xx.xx.2022-ci il tarixli * saylı əlavə razılaşmanın əsli və ya lazımı qaydada (hazırkı halda Aposttile qaydasında) təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, hazırkı məhkəmə qərarının əsası olan sənədin üzərində imzanın və möhürün həqiqiliyini, Əlavə razılaşmada İddiaçı2 MMC-nin direktoru və imzanın sahibi kimi göstərilmiş “Orxan Həsənli” şəxsin səlahiyyətini və imzanın həqiqətən də onun tərəfindən atılmasının yoxlanılması və müəyyən edilməsi qeyri-mümkündür. Halbuki, işə baxan hakim İddiaçı2 MMC tərəfindən təqdim olunan bütün sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsini tələb etmiş və bütün sənədlər tələb edildiyi qaydada tərəflərindən təqdim edilmişdir. Hakim hazırkı iş üzrə tərəflərə fərqli yanaşması ilə ədalət mühakiməsinin əsas prinsipi olan bərabərlik prinsipini kobud şəkildə pozmuşdur. Bu cür şəraitdə qəbul olunan qərar ləğv edilməlidir. Hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli * saylı Əlavə razılaşmanın hansı formada və şəraitdə təqdim edilməsi və imzalanması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh sənədin kseroks surətini təqdim etsə də, sənədin əslini nə vaxt və hansı şəraitdə aldığını və iddiaçıya geri qaytardığını izah və sübut edə bilməmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli əlavə Rrazılaşmadan görünür ki, həmin sənəd 2022ci ilin sentyabr ayına aid olsa da, prosessual qaydalara uyğun olaraq, məhkəmənin hazırlıq iclasında yox, baxış iclasında təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyeva isə MPM-nin 78-ci maddəsinin tələblərini pozaraq, hazırlıq iclasında təqdim olunmalı olan sənədləri məhkəmə baxışında qəbul edib işə əlavə etmişdir. Məhkəmə hesab edir ki, şikayət rədd edilməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsinin *9.05.2023-cü il tarixli e-2-2(**3)-290/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi və nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(**3)-290/2023 saylı qərardadı ləğv edilməli və iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində 3*.03.2023-cü il tarixdə keçilən məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil* iddiaya etiraz edərək ərizənin baxılmamış saxlanılmalı olduğunu, eyni zamanda iş üzrə icraata xitam verilməsi üçün əsasların mövcud olduğunu, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən işə Azərbaycan Respublikasında baxılmalı olmamasını bildirmişdir. Həmin məhkəmə iclasında məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin dediklərinə münasibət bildirilmədən, məhkəmə hazırlıq iclası *0.04.2023-cü il tarixə təxirə salınmışdır. *0.04.2023-cü il tarixdə cavabdehin nümayəndəsi elektron qaydada ərizə təqdim edərək, iddiaçı ilə aralarında yaranan mübahisəni barışıq yolu ilə həll etmək istədikləri üçün məhkəmə hazırlıq iclasının vaxtının başqa bir vaxta təxirə salınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi *0.04.2023-cü il tarixli e-2-2(**3)-290/2023 saylı qərardadla iş üzrə məhkəmə baxışı iclasını xx.xx.2023-cü il tarixə saat *6:00-a təyin etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC məhkəməyə yazılı vəsatət ünvanlayaraq, hazırkı kommersiya mübahisəsinə AR MPM-in 26*.0.*-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC ilə Cavabdeh MMC arasında *6.06.2020-ci il tarixində 2020/ACG-74 saylı müqavilə imzalanmışdır. İddiaçı və cavabdah arasında imzalanmış müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavə Razılaşma №*-ə əsasən tərəflər müqavilənin 5.2-ci bəndi barədə razılığa gəlirlər ki, danışıqlar yolu ilə mübahisələrin 30 gün ərzində həllinin mümkünsüz olması halında hazırkı müqavilədən irəli gələn və ya onunla əlaqədar fikir ayrılıqları iddiaçının ölkəsinin Kommersiya məhkəməsində, həmin arbitrajın reqlamentinə müvafiq olaraq yekun həll edilməlidir. Mübahisə üzrə iddiaçı qeyri-rezident, yəni xarici hüquqi şəxs olduğu üçün mübahisənin iddiaçının olduğu ərazi üzrə Gürcüstan Respublikasının səlahiyyətli kommersiya məhkəmələrində baxılması ilə bağlı tərəflər razılaşmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(**3)-290/2023 saylı qərardadı ilə Mülki Prosessual Məcəllənin 26*.0.*-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə əsası ilə iş üzrə icraata xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 259 və 26*-ci maddələrindən göründüyü kimi, ərizənin baxılmamış saxlanılması və iş üzrə icraata xitam verilməsi imperativ qaydada məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış *6.06.2020-ci il tarixli 2020/ACG-74 saylı müqavilənin 5.2-ci bəndi MPM-in 259.0.5-ci maddəsi ilə qarşılıqlı təhlil edilərək müvafiq qərar verilməli olduğu halda məhkəmə baxışı iclasında təqdim edilmiş müqaviləyə əlavəyə istinad edilərək iş üzrə icraata xitam vermişdir. Mülki Prosessual Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.*-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Mülki Prosessual Məcəllənin 263.*-ci maddəsinə əsasən, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(**3)-290/2023 saylı qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar