Məhkəmə qərarları › İş №2-2(103)-641/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-641/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-641/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə qarşılıqlı iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin ləğvi, dəymiş ziyanın ödənilməsi, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi İlkin iddia üzrə Cavabdeh nümayəndəsi (vəkil)i Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin və Cavabdeh İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qətnaməsindən ilkin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 30 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi, X3 və təhvil-təslim aktı imzalanmışdır.

2. Tərəflər arasında bağlanmış 30 yanvar 2024-cü il tarixli 000255 nömrəli alqı-satqı müqaviləsinin (Müqavilə) 1.1-ci bəndinə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X2 (Əlavə 1) əks olunan texniki avadanlıqları alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə uyğun olaraq nağd və ya hissə-hissə, Əlavə 1-də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 1.2-ci bəndinə görə, alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti, rəngi və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılmış təhviltəslim aktında öz əksini tapır. Müqavilənin 1.3-cü bəndinə əsasən, Satılan mallar tərəflər arasında tərtib olunmuş və imzalanmış Əlavə 2 əsasında təhvil verilir.

4. Müqavilənin 2.1.11-ci bəndinə görə, müqavilənin qüvvədə olduğu müddət ərzində ödəmə şərtləri alıcı tərəfindən ardıcıl olaraq iki dəfə üzrsüz səbəbdən pozularsa və bu barədə əvvəlcədən məlumat verilməzsə, satıcı xəbərdarlıq etmədən alıcının istifadəsində olan və dəyəri tam ödənilməmiş avadanlıqdan istifadəni mala quraşdırılmış cihaz vasitəsilə istənilən zaman dayandırmaq hüququna malikdir. Cihazın yenidən aktiv hala gətirilməsi yalnız alıcı tərəfindən ödəniş edildikdən və bu barədə təsdiqedici sənəd (ödəniş qəbzi və ya ödəniş tapşırığı) satıcıya təqdim etdikdən sonra dərhal və ya ən geci 24 saat ərzində satıcı tərəfindən yerinə yetiriləcəkdir.

5. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, alıcı malı yoxlayaraq lazım olan keyfiyyətə uyğun gələn saz vəziyyətdə bu müqavilənin 2.1.3-cü bəndində təsbit edilmiş vəziyyətdə satıcıdan qəbul edir.

6. Müqavilənin 2.2.4-cü bəndinə görə, satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də göstərilmiş qaydada və müddətdə satıcıya ödəyir.

7. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, mal təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra 14 gün müddətində malda istehsal qüsuru aşkar edilərsə, bu barədə müvafiq qüsur aktı tərtib edilib 24 saat müddətində dərhal satıcıya məlumat verməklə aşkar edilmiş qüsurun aradan qaldırılmasını və ya malın yenisi ilə əvəz edilməsini tələb edə bilər.

8. Həmin müqavilənin 5.2-ci bəndinə görə, alıcı malın ona verildiyi andan 14 gün ərzində aldığı malı satıcının alış yerində başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilə bilər ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sənədləri olsun.

9. Müqaviləyə dair verilmiş zəmanət talonuna əsasən ”Laser Cosmetics” MMC tərəfindən avadanlığa zəmanət verilən hissələr və müddətə aşağıdakılar daxildir: 1) “Foto” tipli avadanlıqlarda istifadə olunan bütün lampalara 300 000, FQ A31 Quartet və FQ A32 Melissa modellərinin lampalarına isə 500 000 atış sayı zəmanət verilir; “Diod” sistemli lazer avadanlıqlara istehsalçının zəmanət verdiyi atış sayına uyğun olaraq 1 il zəmanət verilir; (Cihazlar üzrə atış sayları: “Vintex” və “Honkon” – 10 000 000, “Sapphire” (İCE, İCE X, Platina) – 20 000 000 Sapphire Harmony - 25 000 000; ND-YAG platformalı (FQ Qswitched; Sapphire Switched) cihazlarda optik başlıqlar istisna olmaqla FQQswitched6 ay və ya 700 000 atış sayına, Sapphire Q Switched 1 il və ya 700 000 atış sayına qədər zəmanət verilir.

10. Müqaviləyə dair (təhvil-təslim aktından) görünür ki, 1 ədəd kosmetoloji xalat, 1 ədəd Rollup A7, 1 ədəd Lupa led, 2 ədəd Aqua gel, 1 ədəd şpatel taxta, 1 ədəd distillə su, 1 ədəd 80 metrlik kuşetka örtüyü, 1 ədəd kuşetka, 1 ədəd kosmetoloji stol və A7 lazer epilyasiya cihazı Cavabdeh tərəfindən təhvil alınmışdır.

11. İddiaçı MMC tərəfindən təqdim edilən 04 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən 2000 manat ilkin ödəniş edilmiş, 4720 manat ödəniş edilmiş, 400 manat güzəşt olunmuşdur. Cavabdeh 30 yanvar 2024-cü il tarixli müqavilə üzrə 12 880 manat əsas borc, 25,6 manat cərimə borcu vardır.

12. “X4 CO. LTD” tərəfindən verilmiş bəyannamə məktubunda göstərilmişdir ki, eksklüziv distribyutor "xxxx" X12 A7 və A8 maşınlarının bütün Lazer çubuqları ABŞ "xxxx" Şirkətindən idxal olunur və bütün maşınlar Çində yüksək keyfiyyətli istehsal olunur, keyfiyyət, istifadənin və sabitliyin ən yaxşı performansını təmin edə bilər.

13. Cavabdeh tərəfindən 21 aprel 2024-cü il tarixdə "xxxx" MMC-yə şikayət ünvanlanaraq bildirilmişdir ki, 30 yanvar 2024-cü il tarixində şirkətdən A7 adında diod lazer epilyasiya cihazı alımışdır. Qısa zaman sonra avadanlığın hüquqi şəxs tərəfindən ınə zamansa açıldığı, daxilinə idarəedici qurğu quraşdırıldığının, avadanlıq başlığının nasazlıq səbəbindən nə zamansa açıldığının şahidi olmuşdur. Həmçinin cihazı ona satarkən və etdiyi şəbəkə reklamlarında olduğu kimi ona bar qurğusunun 800 vatt gücündə Amerika istehsalı Coherent bar olduğu bildirilmişdir. Müraciəti əsasında əməkdaşlar obyektinə gəldi, cihaza baxış keçirildi və onun dediklərinin şahidi oldular. Maraqlı tərəf odur ki, baş verənlərə dair suallar ünvanlasa da, əməkdaşların fərqli cavablar verməsi və cavablarının üst-üstə düşməməsi onu məyus etmişdir. Baş verən hadisələrə və şahidi olduqlarına dayanaraq bu məsələyə dair tədbir görüləcəyi ümidi olaraq şikayəti ünvanlamış, ödənilmiş ödənişin geri qaytarılması və cihazın sahiblənilməsi xahiş edilmişdir.

14. Qeyd edilən şikayətə cavab olaraq "xxxx" MMC tərəfindən bildirilmişdir ki, həmin şikayət məktubunda olan məqamlar, həqiqəti əks etdirmir. Belə ki, 30 yanvar 2024-cü il tarixli 000255 saylı müqaviləyə əsasən satıcı qismində çıxış edən MMC tərəfindən malın (cihazın) keyfiyyətinin və saxlanılma vəziyyətinin göstərici keyfiyyətinin yoxlanılması məqsədi ilə olmuş olan istehsal qutulaşmasından azad olunur. Bu faktiki alqı-satqı prosesində “alıcı” tərəf olduğundan, bu prosesin Cavabdehla da aparıldığı aşkardır və bu faktı təsdiq edəcək sübutlar mövcuddur. Bununla da irad əsassızdır. Alqısatqı prosesində hər iki tərəf arasında imzalanmış alqı-satqı müqaviləsi ilə hüquq sənəd olaraq təsdiqlənir, orada qeyd olunmuş olan müddəalar əvvəlcədən hər iki tərəf arasında dəqiq qiymətləndirilirvə imzalanır. Müqavilənin 2.1.10-cu bəndində göstərildiyi kimi satıcı malın alıcının sahiblik və istifadəsində olduğu müddət ərzində satıcı qismində çıxış edən hüquqi şəxs tərəfindən 30 yanvar 2024-cü il tarixində satın aldığı malın keyfiyyətinin və saxlanılma vəziyyətinin, ödəmə qabiliyyətinin yoxlanılması məqsədilə monitorinqyoxlamalar aparıla bilər və bu məqsədlə malı yoxlamaq və kənardan istifadəsini məhdudlaşdırmaq funksiyasına malik cihazla təchiz etmək hüququna malikdir. Həmçinin həmin müqavilənin 2.1.10-1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən və satılan mal alıcının mülkiyyətinə keçdikdən sonra bu müqavilənin 2.1.10-cu bəndində qeyd edilən cihaz satıcı tərəfindən maldan kənarlaşdırılır. Əlavə olaraq istehsalçı məktubu əlavə olunurş Sənədin tam leqal hüquqa malik olması barədə onun üzərində ki, istehsal şirkətinə məxsus möhürü ilə təsdiqlənmişdir. Faktiki olunmuş ödəniş vəsaitinə şirkət tərəfindən xüsusi güzəşt qeyd olunmuş idi: xx.xx.2024-cü il tarixi üçün 400 manat təşkil edir.

15. "xxxx" ASC tərəfindən 26 yanvar 2024-cü il tarixdə təqdim edilmiş İddiaçı MMC-nin hesabından çıxarışa əsasən, hüquqi şəxsin hesabına 28 fevral 2024-cü il tarixdə 720 manat, 27 dekabr 2023-cü il tarixdə 1500 manat, 30 yanvar 2024-cü il tarixdə 480 manat, 06 fevral 2024-cü il tarixdə 20 manat məbləğində pul köçürülmüşdür.

16. “Mesa Service” adından 11 yanvar 2025-ci il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, lazer aparatına baxış həyata keçirilmiş və müvafiq qüsurlar aşkar edilmişdir.

17. "xxxx" MMC-nin X1 tərəfindən 16 yanvar 2025-ci il tarixdə məhkəməyə məktub ünvanlanaraq bildirilmişdir ki, “şirkət adından Cavabdeh adlı vətəndaşın müraciəti əsasında onun direktor olaraq xəbəri olmadan servis şöbəsinin Ağa İsmayılov adlı əməkdaşı tərəfindən avadanlığa dair 11 yanvar 2024-cü il tarixli servis çeki tərtib edilərək verilmişdir. Həmin çekin tərtib olunmasından, məhkəməyə sübut qismində təqdim edilməsindən 16 yanvar 2024-cü il tarixdə məlumatı olmuşdur. Bununla əlaqədar bildirir ki, şirkətin servis bölməsinin adından təqdim edilmiş həmin çek etibarsız sayılmalı və sübut qismində şirkətin adı hallanaraq istinad olunmamalıdır. Belə ki, əvvəla çeki təqdim etmiş əməkdaşın avadanlığa çekdə qeyd edilənlərə dair yoxlama həyata keçirmək səlahiyyəti olmamış və çekdə öz əksini tapan ifadələr İddiaçı şirkətinə qarşı yönləndirici və qüsur görüntüsü yaratmaq məqsədi daşımışdır. Əməkdaş verdiyi izahatında həmin ifadələrin Cavabdeh tərəfindən öncədən hazırlanmış kağızdan oxuyaraq çekə daxil edilməsini istədiyini və bunu guya xaricdəki şirkətə qarşı istifadə edəcəyini bildirmişdir. Çekin etibarsızlığını göstərən digər amillərdən biri də çekdə şirkətin möhürünün olmamasıdır. Şirkətin möhürü olmadan texniki servisə müraciət etmiş heç bir müştəriyə o cür çek verilmir. Bundan başqa bildirir ki, ümumilikdə istər özlərinin mal satdığı, istərsə də, digər müştərilərə xidmət olaraq həyata keçirdiyi texniki servis işləri müştərinin istifadəsi nəticəsində avadanlığın zahiri görünüşündə hər hansı dəyişikliyə, onun zavoddan buraxılış vəziyyətinə və ya detallarına baxış keçirməkdən deyil, təqdim olunmuş avadanlığn texniki sazlığının yoxlanılması, avadanlıqda yaranmış hər hansı problemin aradan qaldırılması və ya təmir edilməsindən ibarətdir. Digər qeyd olunan məsələlər malın satıcısı ilə alıcısı arasındakı müqavilə və zəmanət şərtləri ilə tənzimlənir. Həmin çekin sübutlar siyahısından çıxarılması xahiş edilmişdir.”

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

18. İddiaçı MMC (ilkin iddiaçı/qarşılıqlı cavabdeh) Cavabdeh (ilkin cavabdeh/qarşılıqlı iddiaçı) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 12 880 manat məbləğində borc, 25,6 manat məbləğində cərimənin və 128,82 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında 30 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi, X3 və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı iddiaçıdan sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə və X3na əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 20 000 manat olmaqla mal almışdır. Həmin məbləğin 2000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləğdən, yəni 18 000 manatdan 4720 manat ödəniş etmiş, 400 manat məbləğ qalıq borcundan güzəşt olunmuşdur. Cavabdeh 30 yanvar 2024-cü il tarixli “X3”dakı qrafikə əsasən, 29 fevral 2024-cü il tarixdən başlayaraq qalıq məbləği ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləg üzrə qalıq borcu 12 880 manat, cərimə borcu isə 25,6 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehin elektron kabinetinə bildiriş və pretenziya məktubu da göndərilmişdir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən, 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək “Satıcı”nın özündə qalır. Alıcı mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. “Alıcı” malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda “Satıcı” istənilən vaxt malı “Alıcı”dan geri götürə bilər.

20. İlkin cavabdeh qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, tərəflər arasında bağlanmış 30 yanvar 2024-cü il tarixli 000255 nömrəli nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə ödədiyi 7440 manat, dəymiş ziyana görə 6666 manat və 132 manat dövlət rüsumu olmaqla ümumilikdə 14 238 manat pul vəsaitinin ilkin iddiaçıdan tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Sonradan qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 11 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, yanlışlığa yol verildiyini və müqavilənin ləğv edilməsi tələbi əvəzinə müqavilənin etibarsızlığının tələb edildiyi bildirilmişdir.

22. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 30 yanvar 2024-cü il tarixli 000255 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı məbləğinin hissə-hissə ödənilməsi şərti ilə 1 ədəd “A7” lazer epilyasiya avadanlığı sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilə ilə “A7” lazer epilyasiya avadanlığının ümumi satış qiyməti 20 000 manat təşkil etmişdir. Avadanlıq istifadəyə yararsız olduğundan çoxsaylı şikayətlər daxil olmuş, bəzi müştərilərin dərilərində yanıq izləri və ləkələrə rast gəlinmişdir. Bu cihazdan istifadə nəticəsində cavabdehin müştəriləri qarşısında işgüzar nüfuzu da zədələnmişdir. Müştəri dairəsinin azalmasına səbəb olmaqla böyük maddi itkilərin yaranmasına gətirib çıxarmışdır. Saxta məhsulun alqısatqısı üzrə ona külli miqdarda ziyan dəymişdir. Ziyanın məbləği 6666 manat təşkil edir. Buna görə də itirilmiş gəlirin hazırda kompensasiya şəklində şirkətdən tutulması zərurəti yaranmışdır. Bu səbəbdən də, müqavilə üzrə ödədiyi məbləğin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi üçün əsas yaranmışdır.

23. 01 aprel 2025-ci il tarixdə qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə yazılı surətdə etiraz ərizəsi ünvanlamışdır.

24. Etiraz onunla əsaslandırılmışdır ki, əlavə 6000-7000 manata daha baha məhz bu model avadanlığın alınması səbəbi mübahisəli “A7” lazer epilyasiya avadanlığının ABŞ-ın "xxxx" zavoduna məxsus “Stack” qurğusu ilə təchiz edilməsi və lazer gücünün 1500 vatt (W) olması olmuşdur. Bütün reklam və təqdimatlarda avadanlığın watt gücü fərqli göstərilmiş və cavabdeh avadanlığın Çin deyil, məhz ABŞ istehsalı olması razılaşdırılmışdır. Cavabdeh bildirir ki, ilk 15 gün istifadə zamanı nasazlıqlar başlanmış, su dövriyyəsi pozulmuş, isitmə və soyutma sistemində nasazlıqlar yaranmış, keyfiyyətsiz epilyasiya prosesi və dəridə müxtəlif dərəcəli yanmalar müşahidə edilməyə başlamış. Dəfələrlə şifahi müraciətlər edilərək etirazlar və narazılıqlar bildirilmiş, Qanuni nümayəndəla yazışmalar davam edə-edə bir neçə dəfə servis xidməti dəvət edilmişdir. Təqdim edilən video görüntüdə növbəti servis zamanı servis nümayəndələri tərəfindən avadanlığa baxış keçirilir və video çəkiliş aparılır. Servis nümayəndələri 2:43 saniyəlik video görüntünün 10-cu saniyəsində “Stack” qurğusunun DVS olduğunu, 53-55-cü saniydə DVS embleminin "xxxx"ə aid olduğunu göstərir, 2:38 – 2:42 saniyədə DVS-in "xxxx" zavodunun istehsalı olduğunu və buna dair sənədin də təqdim edildiyini bir neçə dəfə təkrar olaraq bidirmişlər. Servis xidmətindən sonra da avadanlığın lazımi səviyyədə, keyfiyyətli işləməsində dəyişiklik olmadığından məcbur olaraq Cavabdeh 21 aprel 2023-cü il tarixdə, yəni avadanlıq aldıqdan cəmi 2 ay 21 gün sonra "xxxx" və "xxxx" MMC-nin rəhbərinə artıq yazılı müraciət etmişdir. 21 aprel 2023-cü il tarixli müraciətdə Cavabdeh avadanlığa müdaxilə edildiyini, mühüm şərtlərin pozulduğunu və aldadıldığını bildirərək pulunun qaytarılmasını tələb edir. 08 may 2023cü il tarixdə Qanuni nümayəndə pretenziyaya cavab olaraq həqiqətə uyğun olmayan cavab yazaraq bildirir ki, avadanlıq neçə vatt gücündə olması əyani göstərilərək təqdim edilmişdir. Göründüyü kimi, texniki pasportla yox, əyani işlədilərək güc göstərildiyi etiraf edilir. Ancaq mütəxəssisləri yerində müayinə zamanı hazırkı avadanlığın gücünün servis şəraitində müəyyən edilməsinin mümkün olmadığını bildirmişlər. 08 may 2023-cü il tarixli cavab məktubuna qoşma olaraq, Qanuni nümayəndə bir daha “A7” lazer epilyasiya avadanlığının ABŞ Coherent zavoduna məxsus Stack qurğusu ilə təchiz edilməsinə sübut olaraq bir vərəqli ABŞ-ın "xxxx" zavodunun “X9 Sheet” (istehsal test məlumat vərəqəsi) əlavə edirlər. Məlumat vərəqəsinin avadanlığa quraşdırılan 1500 vatt lazer gücü kimi təqdim edilən Stack qurğusu ilə nə əlaqəsi var, məlum deyildir. Məhkəmənin hazrlıq iclasları zamanı İddiaçı MMC tərəfindən texniki pasport əvəzinə “Shenzhen DL X10. LTD” tərəfindən hazırlanan 12-xx.xx.2022-ci il tarixdə tərtib edilən “TEST” REPORT (Test Hesabatı) təqdim edilir. Hesabat yalnız A8 avadanlığına aiddir. Təqdim edilən “TEST REPORT”un 1-ci vərəqəsinin sonunda qeyd verilir ki, bu sınaq hesabatı yuxarıda sadalanan məhsulun bir sadə qiymətləndirilməsinə əsaslanır, “Shenzhen DL X10. LTD”nin yazılı razılığı olmadan çıxarışda dublikat edilməsinə icazə verilmir. Testin tarixinin, testə təqdim edilən modelin A8 avadanlığının olması, yalnız bir sadə məhsulun qimətləndirməsinin hazırkı avadanlıqla əlaqəsi və mübahisəyə aidiyyəti məlum deyildir. Məhkəmə tərəfindən təqdim edilən Test Reportun tərcümə edilib təqdim edilməsi təklif edilsə də, qarşı tərəf bunun əvəzində Texniki Pasport adı altında İstifadə Təlimatı təqdim edmişdir. İstifadə Təlimatında avadanlığın təchiz edildiyi hissələri, istehsal və sairə barədə heç bir məlumat olmasa da, texniki parametr hissəsində nəhayət lazer gücü barədə rəsmi məlumat təqdim etmişlər. Məlum olur ki, ümumiyyətlə, A7 avdanlığı nəinki 1500 vatt, yalnız 300, 600 və 1200 vatt ola bilər seçimə görə, ancaq mübahisəli avadanlıq neçə Wattdır məlum deyil. 2024-cü ilin əvvəlində video çəkilişdən də görünür ki, mübahisəli avadanlığın üzərindəki “Stack qurğusu DVC 1010Aİ” modeldir. İş materiallarına əlavə edilən internet resurslarından çıxarışlardan müəyyən olunur ki qeyd edilən DVC 1010Aİ model Stack qurğusu ÇİN istehsalı olmaqla 500 vatt lazer gücündən artıq deyildir. Tərəfin faktiki satdığı avadanlıq parametrləri ilə təqdim etdiyi sənədlər belə uyğun gəlmir. 2024-cü ildə servisə baxış zamanı təqdim edilən video çəkilişdən də görünür ki, mübahisəli avadanlığa baxış zamanı servis nümayəndələri “Stack” qurğusunun "xxxx" zavodunun istehsalı olduğunu bildirirlər. İşə əlavə edilən uyğunluq Sertifikatından görünür ki bu sertifikat İddiaçı MMC-yə deyil, "xxxx" MMC-yə verilmişdir. Bundan başqa, sertifikat 07 aprel 2023-cü il tarixdə verilmişdir. A7 avadanlığının ölkəyə daxil olmasına dair İnvoysdan görünür ki, avadanlığa dair “Uyğunluq sertifikatı” verilərkən ümumiyyətlə ölkəyə gətirilməmişdir. Əlavə olaraq “Uyğunluq sertifikatının” verilməsinə əsas olan sənədlər bu tip sertifikatların verilməsi üçün əsas deyildir. Bu səbəbdən sübut olaraq qəbul edilməməldir. Yerli müayinə zamanı eyni servisin eyni mütəxəssisi Stack qurğusunun Çin istehsalı olduğunu, lakin lazer gücünün ölçülməsinin texniki cəhətdən mümkün olmadığını bildirdi. Yerli müayinədə iştirak edən nümayəndə isə hazırkı modeldə Stack qurğusunun 300, 600 və 1200 vatt lazer gücünün olduğunu, hazırkı modeldə məhz hansı lazer gücünün olduğunu bildirə bilməmiş, bunun istehsalçı şirkətə aid olduğunu qeyd etmişdir. Mesa Servisin yerli müayinədə iştirak edən mütəxəssisi Ağa İsmayılov 11 yanvar 2025-ci il tarixdə avadanlığa baxış keçirmiş, lakin sonradan verdiyi rəy "xxxx" MMC məlumat verdikdən sonra işlədiyi şirkət tərəfindən müraciət olunaraq sübutlar siyahısından çıxarılması xahiş edilmişdir. 18 mart 2025-ci il tarixdə yerli müayinədən sonra həm “Az Estetik “MMC-nin mütəxəssisi, həm də Mesa Servisin eyni adlı mütəxəssisi əvvəlki mövqelərindən tam fərqli və ziddiyyətli və mübahisəyə aidiyyatı olmayan lakin müzakirəyə səbəb olan rəy təqdim etmişlər. Həm 2024-cü ildə servis nümayəndəsi olaraq baxış zamanı, həm hazırkı rəydə mütəxəssis Amir Həsənli avadanlığı açaraq barın ABŞ-ın "xxxx" zavodunun itehsalı olduğunu iddia edir. Lakin video görüntüdən də görünür ki, barın ABŞ Coherent zavoduna məxsus olmasına dair heç bir sübut olmadığı halda həqiqətə uyğun olmayan məlumat təqdim edilir. Müayinəinin keçirilməsi məqsədi mövcud avadanlığa təchiz edilən hissələrin texnik pasporta uyğun olub olmamsının müəyyən edilməsi, aldatma olub-olmamasının müəyyən edilməsi, istehsal və istismar qüsurlarının müəyyən edilib edilməməsi olduğu halda "xxxx" MMCnin mütəxəssisi həm də Mesa Servisin mütəxəssisi qərəzli olaraq buna dair rəy verməmişlər. "xxxx" MMC-nin mütəxəssisinin rəyindən müəyyən olunur ki, avadanlıq lazımi keyfiyyətdə işləmir, Avadanlığın Lazer gücü 500 olan DVC 1010Aİ model Stack qurğusu ilə təchiz edilməsi istehsal qüsurudur, avadanlıqdan istifadə zamanı təhlükə yarada bilməsi istehsalçının qüsurudur. İstehlakçının avadanlığa müdaxilə edilməsinin müəyyən etməsi texniki olaraq mümkün deyildir, xüsusi bilik tələb edən şəxslər tərəfindən və yalnız avadanlq açılmaqla aşkar edilməsi mümkündür.

25. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

26. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar olan avadanlığın texniki sənədlərdəki keyfiyyət, texniki və funksional xüsusiyyətlərə uyğunluğu, cihazda qüsurun mövcud olub-olmaması, qüsur olduğu təqdirdə onun xarakterinin (istehsalistismar) müəyyən edilməsi, “A7” lazer-epilyasiya avadanlığının keyfiyyətinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə cavab verib-verməməsi və müəyyən olunmuş qüsurların lazer avadanlığının təyinatı üzrə istifadəsinə maneə törədib-törətməməsinin müəyyən edilməsi məqsədilə 17 yanvar 2025-ci il tarixli qərardada əsasən mütəxəssis cəlb etməklə mühəndis-texniki ekspertizası təyin etmiş, lakin xüsusi təyinatlı avadanlıqlar və onların istismarına dair suallar üzrə tədqiqatların aparılması üçün xüsusi biliyi və dərəcəsi olan ekspertin mövcud olmaması əsası ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

28. Birinci instansiya məhkəməsinin 10 aprel 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin olunmuş, qarşılıqlı iddia isə rədd edilmişdir.

29. Məhkəmə ilkin iddia ilə bağlı gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır:

- Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 30 yanvar 2024-cü il tarixdə 00025 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC müqavilə üzrə ümumi dəyəri 20 000 manat təşkil edən A 7 Lazer Epilyasiya cihazını Cavabdeh satmağı, sonuncu isə ilkin ödəniş 2000 manat olmaqla, 25 ay müddətinə hər ay 720 manat məbləğində ödəniş edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Hüquqi şəxs alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək, avadanlığı 30 yanvar 2024-cü il tarixli təhvil-təslim aktı (2 saylı Əlavə) əsasında satıcıya təhvil vermiş, alıcı tərəfindən ümumilikdə 6720 manat məbləğində ödəniş həyata keçirilmiş, 400 manat məbləğində qalıq borcundan güzəşt edilmişdir. Məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsində, eyni zamanda Cavabdeh məhkəməyə verdiyi izahatda lazer cihazının ona təhvil verildiyini və müqavilə üzrə yaranmış borc məbləğinin ödənişinin tam həyata keçirilmədiyini təkzib etməmiş, tələb edilən məbləğə hər hansı bir etiraz bildirməmişdir. Beləliklə də, İddiaçı MMC-yə 30 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 12 880 manat məbləğində borcun ödənilmədiyi faktı öz təsdiqini tapmışdır. Avadanlıq hazırda Cavabdeh sahibliyində və istifadəsindədir. - Bundan əlavə İddiaçı MMC alqı-satqı müqaviləsinin 4.2-ci maddəsinə istinad edərək 25,6 manat cərimə məbləğinin ödənilməsini tələb edir. Belə ki, 30 yanvar 2024-cü il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1%-i həcmində satıcıya cərimə ödəyir. - Lakin məhkəmə ilkin iddia tələbinin təmin edilməsi ilə bağlı qənaətə gəlməmişdən öncə onunla əlaqəli olduğunu və nəticəsinə təsir imkanını nəzərə alaraq, qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

30. Məhkəmə qarşılıqlı iddia ilə bağlı hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil. Məhkəmə qarşılıqlı iddia üzrə dəymiş zərərlə bağlı gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: - Mübahisəli lazer avadanlığının müqavilə şərtlərinə uyğun olmaması və əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulmasına əsaslanan qarşılıqlı iddiaçı avadanlığın keyfiyyətsizliyini aşağıdakılarla əlaqələndirir: 1. Bar gücünün nəzərdə tutulmuş qaydada (1500 watt) olmaması, 2. dəridə müxtəlif yanıqlar əmələ gətirdiyi üçün aparatdan təyinatı üzrə istifadə edilə bilməməsi, 3. yeni cihazın deyil, əvvəllər istifadə edilmiş (işlənmiş) cihazın satılması, 4. cihazın açılaraq üzərində müxtəlif müdaxilələr aparılması, 5. avadanlığın ABŞ deyil, Çin istehsalı olması. - Məhkəmə qeyd edir ki, ilkin iddiaçı müqavilə üzrə təhvil verdiyi malın dəyərini tələb etdiyindən, ilkin iddia üzrə cavabdeh isə malın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulduğuna istinad edərək müqavilənin ləğvi və ödədiyi məbləğin geri qaytarılmasını tələb etdiyindən AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə şərtlərinə uyğun olmayan malın satılmasını sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin Cavabdeh istinad etdiyi hallara dair təsdiq edici sənədləri məhkəməyə təqdim edə bilməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir. - Məhkəmə ekspertizasının aparılmasında imtina edilməsini və sadalanan halları mütəxəssis rəyi olmadan müəyyən etməyin mümkün olmadığını nəzərə alaraq 18 mart 2025-ci il tarixdə ilkin iddia tələbi üzrə cavabdeh tərəfin və mütəxəssislərin ("xxxx" MMC-nin mütəxəssisi L.Laçınov, "xxxx" MMC-nin mütəxəssisi A.Həsənli və "xxxx" MMC-nin mütəxəssisi K.İsmayılovun) iştirakı ilə “A7” lazer-epilyasiya avadanlığına yerində baxış həyata keçirilmişdir. - Baxış zamanı cihazın barının neçə watt gücündə olması ilə bağlı mütəxəssislərin fikirləri öyrənilmiş, onlar tərəfindən qeyd edilən məlumatın yalnız avadanlığı istehsal edən zavod tərəfindən müəyyən edilməsi və texniki sənəddə əks edildiyi bildirilmişdir. Mütəxəssislər tərəfindən son olaraq cihazın neçə watt olduğunu sübut edən əsas göstəricinin məhz texniki sənəd olması qənaətinə gəlindiyindən yerində baxış keçirilərkən avadanlığın bar gücünün müəyyən edilməsi mümkün olmamışdır. - Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, nə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və ona uyğun razılaşmalarda, nə də avadanlıqla bağlı təqdim edilmiş sənədlərdə 1500 watt gücündə avadanlığın satılması və təhvil verilən avadanlığın ABŞ istehsalı olması barədə qarşılıqlı razılığa dair hər hansı bir şərt göstərilməmiş, yerində baxış zamanı qarşılıqlı iddiaçı özü də avadanlığın gücü ilə bağlı məhkəmənin sualına cavabında bu barədə razılığın şifahi formada olduğunu və bu məlumatın yalnız elanlarda (reklamlarda) öz əksini tapdığını təsdiq etmişdir. - Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsləri əqd bağlamağa vadar edən, yaxud onlarda əqdin bağlanmasına meyl yaradan motiv əqdin elementlərindən biri olsa da, o əqdin məcburi və əsas elementi deyil, fakultativ (qeyri-zəruri) elementi hesab edilir və bağlanan əqdin hüquqi nəticəsinə hər hansı bir təsir göstərmir. Əqdin iştirakçılarının razılığı ilə motivə o zaman hüquqi əhəmiyyət verilə bilər ki, motiv əqdin şərti kimi çıxış etsin. Hazırkı işdə isə tərəflər arasında bağlanan əqdə avadanlığın bar gücünün 1500 vatt olmasına dair hər hansı bir şərt daxil edilməmişdir. Digər tərəfdən İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə verdiyi izahatda şirkətdə, ümumiyyətlə, 1500 vattlıq lazer avadanlığı satılmadığnı bildirmişdir. - Avadanlığın istehsal olunduğu ölkəyə münasibətdə isə qeyd edilməlidir ki, tərəflərdən biri (qarşılıqlı iddiaçı) avadanlığın Çin istehsalı olmasına istinad etdiyindən, digər tərəf (ilkin iddiaçı) isə bu faktı təkzib etdiyindən məhkəmə hesab edir ki, avadanlığın istehsalı olunduğu ölkəni müəyyən edən əsas mötəbər sübut onun texniki gösəricilərini əks etdirən sənəddir (texniki passportdur), lakin Cavabdeh həmin sənədi iş materiallarına əlavə etməmiş, izahatında texniki passportun mövcud olmadığını bildirmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ümumiyyətlə ABŞ istehsalı olan avadanlığın satılmasına dair şərt müqavilədə, təhvil-təslim aktında və digər razılaşmalarda mövcud olmamışdır. Tərəflərin təqdim etdiyi digər sənədlərə (istifadəçi təlimatı, video-görüntülər) münasibətdə məhkəmə qeyd edir ki, onlar avadanlığa dair əsas göstərici olan texniki passportu əvəz edə bilmədiyindən, avadanlığın hansı ölkədə istehsal olunması faktını təsdiq etməyə əsas vermir. - Qarşılıqlı iddia üzrə iddiaçının dəridə yanıqlar əmələ gətirdiyinə görə cihazdan təyinatı üzrə istifadənin mümkün olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, yerində baxış zamanı bu halın müəyyən edilməsi məqsədilə avadanlıq işlək vəziyyətə gətirilərək mütəxəssilər üzərlərində test edilmiş, lakin hər hansı bir xəsarət (yanıq) müşahidə olunmamışdır. İş materiallarına əlavə olunan yanıqlara dair fotoşəkillərə münasibətdə məhkəmə hesab edir ki, həmin şəkillər dəridə əmələ yanıqların mübahisələndirilən avadanlıq tərəfindən əmələ gəlməsini sübuta yetirilməsi üçün kifayət etmir. - Məhkəməyə təqdim edilmiş video görüntülər ilə bağlı qeyd edilməlidir ki, həmin görüntülərdə əks olunmuş cihazın üzərində olan məlumatların “Google” internet səhifəsində axtarışı vasitəsilə də bar gücünün müəyyən edilməsinin mümkünlüyünü iddia etmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi həmin məlumatlar (görüntülər) cihazın bar gücünü təsdiq edən texniki sənədi (passportu) əvəz edə bilməz. - Bundan əlavə cihaza müdaxilə olunması ilə bağlı məhkəmə qeyd edir ki, yerində baxış keçirilən zaman cihaz açılmışdır. Cavabdeh cihazı aldıqdan 15-20 gün sonra hazırda "xxxx" MMC-nin nümayəndəsi qismində çıxış edən A.Həsənli tərəfindən cihaza baxıldığını və müvafiq qüsurlar aşkar olunduğunu iddia etsə də, sözügedən şəxs avadanlığın həmin vaxt işlək vəziyyədə olduğunu, yalnız zavod tərəfindən müdaxiləyə yol verildiyi bildirmişdir. - Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf istinad etdiyi halları sübuta yetirmək öhdəliyi daşıyır. Hazırda qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh bu öhdəliyini yerinə yetirə bilməmiş, tərəflər arasında bağlanmış 30 yanvar 2024-cü il tarixli alqı satqı müqaviləsinin icrasından imtina ilə bağlı sadaladığı hallarla bağlı əsaslı sübutlar təqdim edə bilməmişdir və 30 yanvar 2024-cü il tarixli 000255 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv olunmasını tələb etsədə, Mülki Məcəllənin 421-422-cü maddələrində müqavilənin ləğv edilməsi üçün Cavabdeh tərəfindən müqavilələrin hansı şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin vicdanlılıq prinsipini rəhbər tutmaqla müqavilələrin ləğv edilməsi üçün MMnin 421-422-ci maddələrində göstərilən halların mövcud olması faktı müəyyən edilməmişdir. - Əlavə olaraq məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, tərəflər mal təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra 14 gün müddətində malda istehsal qüsuru aşkar edilərsə bu barədə müvafiq qüsur aktı tərtib edilib 24 saat müddətində dərhal satıcıya məlumat verməklə aşkar edilmiş qüsurun aradan qaldırılmasını və ya malın yenisi ilə əvəz edilməsi barədə razılığa gəlmişlər. - İşin hallarından isə məlum olur ki, lazer avadanlığı elə müqavilənin bağlandığı tarixdə, yəni 30 yanvar 2024-cü il tarixli təhvil-təslim aktı əsasında Cavabdeh təhvil verilmişdir. Cavabdeh məhkəmə icraatının gedişində avadanlıqda istifadəyə başladıqdan 2 həftə sonra qüsur yarandığını və təyinatı üzrə istifadə oluna bilmədiyini qeyd etsə də, həmin tarixdən təqribən 3 ay sonra 21 aprel 2024-cü ildə İddiaçı MMC-yə şikayət məktubu ünvanlanmışdır. Məhkəməyə isə ümumiyyətlə müraciət etməmiş, yalnız ona qarşı iddia irəli sürüldükdən sonra qarşılıqlı iddia təqdim etmişdir. Beləliklə qarşılıqlı iddiaçı 14 gün ərzində qüsurun aradan qaldırılması və malın yenisi ilə əvəz olunması imkanından imkanlardan istifadə etməmiş, həmçinin istinad etdiyi qüsurları hər hansı aktla rəsmiləşdirməmişdir. - Qeyd edilənləri nəzərə alaraq məhkəmə qarşılıqlı iddia tələbi üzrə irəli sürülmüş 30 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğvi və ödənilmiş 7440 manat məbləğində ödənişin geri qaytarılması ilə bağlı hissədə iddia tələbini əsassız hesab edərək rədd edilməsi qənaətinə gəlir. - Qarşılıqlı iddia tələbinin 6666 manat məbləğində dəymiş ziyanın ödənilməsi hissəsi bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləği tələb edərkən AR Mülki Məcəllənin 21-ci və 1096, 1097-ci maddələrinə istinad etmişdir. - Məhkəmə işin hallarını, sadalanan qanunvericilik normalarını, ilkin iddia tələbi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə ilkin iddia tələbi üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə ilkin iddia üzrə iddiaçının borcun ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 12 880 manat əsas borc, 25,6 manat dəbbə pulu olmaqla, ümumilikdə 12 905,60 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir.

31. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1, 385.1-ci, 386.1-ci, 399.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 600.1-ci, 601.1-ci, 600.4-ci, 1096-cı və 1097-ci maddələrinə istinad etmişdir.

32. Qətnamədən ilkin cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini ilkin iddiaya etiraz və qarşılıqlı iddiaya uyğun olaraq əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə mövcud mühüm əhəmiyyəti olan bütün faktiki halları nəzərə almamışdır. Eyni zamanda, qarşılıqlı cavabdeh tərəfindən dəri yanıq və zədələrinin fotoşəkilləri ərizəyə əlavə edilmişdir. Həmin fotoşəkillər və həmin şəxslərin şəxsiyyəti məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə bu sübutlara ümumiyyətlə lazımı qaydada qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

33. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

34. İlk iddia üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

35. İlk iddia üzrə cavabdehin nümayəndəsi (vəkil)i məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

37. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

43. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

44. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

45. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

47. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

48. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

49. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;

50. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.

51. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

57. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

61. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın və qarşılıqlı iddianın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

62. Əvvəla, kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğvi və etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyil. Belə ki, qarşılıqlı iddiaçı ilkin olaraq müqavilənin ləğvini istəmiş, daha sonra isə tələbi dəyişdərərək, müqavilənin etibarsızlığını tələb etmişdir. Bununla belə, o, nə müqavilənin ləğv edilməsi, nə də etibarsız hesab edilməsi üçün hər hansı tutarlı əsas təqdim etməmiş və yalnız ümumi ifadələrlə kifayətlənərək bu tələblə çıxış etmişdir.

63. Qüsurlu malın təqdim edilməsi nəticəsində dəymiş zərərlə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 581.1 maddəsinin (§ 48) məzmunundan görünür ki, alqısatqı müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir (§ 49).

64. Tərəflər arasında bağlanmış müqavilədən isə alqı-satqının predmeti olan malın keyfiyyəti və göstəriciləri ilə bağlı hər hansı şərt müəyyən edilməmişdir. Digər tərəfdən, nə müqaviləyə əlavələrdən də, nə də tərəflərin işgüzar adətlərindən də belə şərtin olması müəyyən edilmir.

65. Bu müstəvidə kollegiya xüsusilə onu qeyd edir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 36). Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

66. Bu baxımdan, qarşılıqlı iddiaçı müqavilə üzrə malların spesifikasiyasını və keyfiyyəti ilə bağlı şərt müəyyən etmədiyindən bununla bağlı risk daşıyır.

67. Digər tərəfdən, kollegiya xüsusilə onu da vurğulamağı zəruri hesab edir ki, qarşılıqlı iddiaçı müqavilə üzrə müəyyən edilmiş 14 gün ərzində qüsurla bağlı qarşı tərəfə xəbərdarlıq etməmiş və yalnız 3 ay sonra məhz ilkin iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu hala istinad etməsi ağlabatan olmamaqla, vicdanlılıq prinsipinə ziddir.

68. Nəhayət, kollegiya təqdim edilən foto şəkillər ilə bağlı qeyd edir ki, həmin şəkillərin nə zaman, hansı kontekstində olmasını müəyyən etmək mümkün deyil. Birinci instansiya məhkəməsi isə sözügedən malları fiziki olaraq mütəxəssislərin üzərində müayinə etmiş və hər hansı qüsur faktı aşkar etməmişdir. Bu baxımdan, kollegiya həmin foto şəkillərin mötəbər sübut kimi qiymətləndirilməsini məqsədəmüvafiq hesab etmir.

69. Bununla bağlı kollegiya qeyd edir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 52, 53).

70. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-731/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar