Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-642/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 cavabdehlər Cavabdeh1 Mənzil- Tikinti Kooperativinə, Cavabdeh2 və Cavabdeh3 ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi, pul tələbinə dair Açar söz: ümumi yığıncağın qərarı, kooperativ ödənişləri Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil5 iştirakları ilə, İddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbinə dair, müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Cavabdeh3 qarşı protokolun etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-33/2023 nömrəli qətnaməsindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq İşin halları 1.İş materiallarına əlavə edilmiş 15 iyul 2002-ci il tarixli 1 nömrəli Cavabdeh1 MTK-nın təsisçilərinin ümumi yığıncağının protokolundan və 22 iyul 2002-ci il tarixli təsis müqaviləsindən görünür ki, Cavabdeh1 MTK 2002-ci ildə kooperativ üzvlərinin mənzilə olan təlabatının ödənilməsi məqsədi ilə təsis edilmiş, təsis edilərkən Cavabdeh3 3.000.000 manat, Cavabdeh5 3.000.000 manat, X6 3.000.000 manat, X16 3.000.000 manat, Cavabdeh6 Əli ağa oğlunun 1.000.000 manat, X11 1.000.000 manat, İddiaçı 1.000.000 manat, X1 1.000.000 manat, X2 1.000.000 manat, X3 1.000.000 manat, X5 1.000.000 manat nizamnamə kapitalında payı olmuşdur.
2. Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ikinci redaksiyada nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi X9 İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 11 noyabr 2010-cu il tarixdə təsdiq edilmişdir.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 2010-cu ildə verilmiş çıxarışdan məlum olur ki, təsisçilərin nizamnamə kapitalında mayalarının miqdarı belə olmuşdur: Cavabdeh4 2.200 manat, Cavabdeh5 600 manat, X27 600 manat, İddiaçı 200 manat. xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin əvvəlki qanuni təmsilçisi Cavabdeh3, həmin dövrdə təmsilçisi Cavabdeh4 olmuşdur.
4. Xidmət” Mənzil-Tikinti Kooperativinin üçüncü redaksiyada nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi X9 İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 13 avqust 2014-cü il tarixində təsdiq edilmişdir. Nizamnamənin 4.4-cü bəndinə əsasən kooperativin ilkin pay fondu 3.800 manat, hər biri 1 manat olmaqla 3800 paydan ibarətdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimidir. Cavabdeh5 1.700 manat 1.700 pay pul şəklində, X27 600 manat 600 pay pul şəklində, İddiaçı 200 manat 200 pay pul şəklində, X19 1.100 manat 1.100 pay pul şəklində.
5. Həmin nizamnamənin 1.2-ci bəndində qeyd edilmişdir ki, Cavabdeh1 Mənzil- Tikinti Kooperativi istehlak kooperativi olmaqla kooperativin məqsədləri üçün binanın tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.
6. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Qeydiyyatından xx.xx.2014-cü il tarixli çıxarışdan məlum olur ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin qanuni təmsilçisi Cavabdeh5 göstərilmişdir.
7. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X9ndan xx.xx.2016-cı tarixli çıxarışdan məlum olur ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin təsisçiləri aşağıdakılardır: Cavabdeh5 1.700 pay, X27 600 pay, İddiaçı 200 pay, Cavabdeh6 200 pay və X19 1.100 pay, qanuni təmsilçi Cavabdeh5 qeyd edilmişdir.
8. Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 17 iyul 2019-cu il tarixli protokolunda Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ləğv edilməsi, kooperativin sədri Cavabdeh5 kooperativin sədri vəzifəsindən azad edilməsi, Cavabdeh6 təsviyyəçi təyin edilməsi və ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin həvalə edilməsi, kooperativin ləğvi ilə bağlı 10 gün müddətində elan verilməsi, kooperativin ləğvetmə prosesində olmasının qeydiyyata alınması üçün AR Vergilər Nazirliyi Milli Gəlirlər Departamenti Hüquqi X9 idarəsinə müraciət edilməsi qərara alınmışdır. Protokol Cavabdeh5, X19, Cavabdeh6, İddiaçı, X16 adından imzalanmış və möhürlə təsdiq edilmişdir.
9. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışdan məlum olur ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ləğv prosesindədir. X19 1.100 pay, Cavabdeh6 200 pay, İddiaçı 200 pay, X27 600 pay, Cavabdeh5 1.700 paya sahibdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı xx.xx.2020ci il tarixli qərardadı əsasında Bakı şəhəri Nərimanov rayonu A.M.Cümə küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış kompleksinin yaşayış sahəsinin, qeyri-yaşayış sahəsinin və qarajın müvafiq dövrlər üzrə bazar dəyərinin müəyyən edilməsi ilə bağlı 097/20 nömrəli 30 aprel 2021 tarixli “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş hesabatda 2002-2005-ci illər üzrə mənzilin 1 m2 950 ABŞ dolları, qeyri yaşayış sahəsinin 1 m2 1.900 ABŞ dolları, qarajın 1 m2 700 ABŞ dolları, müvafiq olaraq 2006-2010-cu illər üzrə 1.200 manat, 3.000 manat, 1.000 manat, 2011-2015-ci illər üzrə 1.800 manat, 4.500 manat, 1.700 manat, 2016-2020-ci illər üzrə 2.100 manat, 6.000 manat, 2.500 manat, 2021-ci il aprel ayı üzrə 2.200 manat, 6.300 manat, 2.700 manat qeyd edilmişdir. Görülmüş işin ödənilməsi ilə bağlı 03 may 2021 tarixli 097/2020 saylı hesab-faktura tərtib edilmiş, 2.000 manat “X22 Mərkəzi” MMC-yə ödənilməli olan məbləğ qeyd edilmişdir.
11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya xx.xx.2020-ci il tarixli **********738200 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək əlavə dəyər vergi bəyannamələrinə əsasən dövriyyəsi 140.025,53 manat, sadələşdirilmiş vergi bəyannamələrinə əsasən isə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək dövriyyəsi 970.463,19 manat təşkil etmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək uçot məlumatlarına əsasən dövriyyənin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, Cavabdeh1 MTK tərəfindən xx.xx.2002-ci il tarixindən xx.xx.2020-ci il tarixədək dövlət büdcəsinə 192.611,68 manat vergi ödənilmişdir.
12. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Vəkil1 göndərilmiş xx.xx.2022-ci il tarixli **********45 saylı cavab məktubundan məlum olur ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Nərimanov rayonu, X40 küçəsi, ev 7a, 7b və Təbriz küçəsi 98 a saylı ünvanlarda yerləşən yaşayış və qeyri- yaşayış sahələri müxtəlif şəxslərin adına rəsmiləşdirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli audit hesabatında qeyd edilmişdir: "xxxx" MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyində göstərilir ki, Bakı şəhəri Nərimanov rayonu X40 və Təbriz küçələrinin kəsişməsi, 851-ci məhəllə ünvanında yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş 5 girişli, 256 mənzilli, 18; 16; 16;+mansard mərtəbəli 3 ədəd binanın tikintisinə çəkilən xərclərin ümumi miqdarı yuvarlaqla 14.992.446 manat müəyyənləşdirilir. Cavabdeh1 MTK tərəfindən inşa edilmiş 5 girişli, 256 mənzilli, 18; 16; 16;+mansard mərtəbəli 3 ədəd bina üzrə ümumi yaşayış sahəsi 14977+15262+16725 olmaqla cəmi 46.964,5 m2, zirzəminin ümumi sahəsi 6.176,5 m2, texniki mərtəbənin ümumi sahəsi 3.014 m2 olmaqla ümumilikdə 56.155,0 m2 göstərilmişdir. "xxxx" MMC tərəfindən 26 may 2022 tarixli 26 saylı hesab faktura tərtib edilmiş, audit xidməti ilə bağlı 10.000 manat ödəniş Cavabdeh1 MTK barəsində tərtib edilmişdir.
13. “X22 Mərkəzi” MMC tərəfindən müəyyən edilən illər üzrə yaşayış sahəsi üzrə mənzillərin 1 m2 orta bazar dəyəri 1.550 manat, qeyri-yaşayış sahəsi üzrə 1 m2 orta bazar dəyəri 2.897 manat, qaraj üzrə 1 m2 üçün orta bazar dəyəri 1.296,66 manat müəyyən edilir. 2002-2005-ci illər üzrə yaşayış, qeyri-yaşayış, texniki sahələrin satışından ümumilikdə 56.473.737,26 manat gəlir, 41.481.291,16 manat xalis mənfəət, 37.333.162,05 manat sərbəst mənfəət, 2006-2010-cu illər üzrə yaşayış, qeyri-yaşayış, texniki sahələrin satışından ümumilikdə 77.900.900 manat gəlir, 62.908.453,9 manat mənfəət, 56.617.608,51 manat sərbəst mənfəət, 2011-2015-ci illər üzrə yaşayış, qeyriyaşayış, texniki sahələrin satışından ümumilikdə 117.454.150 manat gəlir, 102.461.170,39 manat mənfəət, 92.215.586,86 manat sərbəst mənfəət, 2016-2020-ci illər üzrə yaşayış, qeyri- yaşayış, texniki sahələrin satışından ümumilikdə 143.219.450 manat gəlir, 128.227.003,09 manat xalis mənfəət, 115.404.303,51 manat sərbəst mənfəət, 2021-ci ilin aprel ayına kimi yaşayış, qeyri-yaşayış, texniki sahələrin satışından ümumilikdə 150.371.650 manat gəlir, 135.379.203,9 manat xalis mənfəət, 121.841.283,51 manat sərbəst mənfəət müəyyən edilir. Qeyd olunan dövrlər üzrə orta qiymət ümumilikdə 94.457.843,72 manat, binaların satışından gəlir 82.465.397,62 manat, xalis mənfəət 74.218.857,86 manat sərbəst mənfəət müəyyən edilmiş, sərbəst mənfəət 13 iyun 2021-ci il tarixli **********613700 saylı dövlət çıxarışına əsasən təsisçilərin aşağıda yazılmış faiz nisbətində hesablanmışdır. X19- 21.894,56 manat, X27 37.065.639,80 manat, Cavabdeh5 37.065.639,8 manat, X28 43.789,13 manat, X20 21.894,566 manat. Cəmi 74.218.857,86 manat.
14. "xxxx" MMC və Cavabdeh1 MTK olmaqla tərtib edilmiş “sifarişçi”nin tapşırığına uyğun olaraq, icraçı auditor yoxlanılmasını öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli audit xidmətlərinin göstərilməsi barədə müqavilədə müqavilə "xxxx" MMC tərəfindən imzalanaraq təsdiqlənsə də Cavabdeh1 MTK müqaviləni imzalamamış və təsdiqləməmişdir.
15. "xxxx" MMC tərəfindən 31 oktyabr 2022-ci il tarixli yeni hesabatda qeyd edilmişdir ki, 28 sentyabr 2022-ci il tarixli audit hesabatının 11-14-cü vərəqələrində təsisçilərin pay bölgüsü yazılmışdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hüquqi X9 idarəsi sənədi tam vermədiyi üçün dividend hesablanmasında səhvə yol verilmişdir. Hazırda payçıların dividend haqqı (2021- ci ilə) yenidən hesablanmışdır. Hesabatın digər səhvlərində hər-hansı və heç bir dəyişilik olmamışdır. Hesabatda qeyd edilmişdir ki, 2002-2005-ci illər üzrə 37.333.162,04 manat sərbəst mənfəət 25 iyul 2002-ci il tarixli dövlət çıxarşına əsasən X19 16.385.135,90 manat, Cavabdeh6 2.983.747,96 manat, İddiaçı 2.983.747,96 manat, X27 8.939.920,38 manat, Cavabdeh5 25.325.056,28 manat, 2006-2010-cu illər üzrə 56.617.608,51 manat sərbəst mənfəət 13 iyun 2021 tarixli dövlət çıxarşına əsasən X19 16.389.099,13 manat, Cavabdeh6 2.979.784,73 manat, İddiaçı 2.979.784,73 manat, X27 8.939.920,38 manat, Cavabdeh5 25.329.019,52 manat, 2011-2015-ci illər üzrə 92.215.586,86 manat sərbəst mənfəət 13 iyun 2021 tarixli dövlət çıxarşına əsasən X19 26.693.645,93 manat, Cavabdeh6 4.853.306,34 manat, İddiaçı 4.853.306,34 manat, X27 14.560.841,16 manat, Cavabdeh5 41.254.487,09 manat, 2016-2020-ci illər üzrə 115.404.303,51 manat sərbəst mənfəət 13 iyun 2021 tarixli dövlət çıxarşına əsasən X19 33.406.083,74 manat, Cavabdeh6 6.073.728,49 manat, İddiaçı 6.073.728,49 manat, X27 18.222.339,52 manat, Cavabdeh5 51.628.423,27 manat, 2016-2020-ci illər üzrə 115.404.303,51 manat sərbəst mənfəət 13 iyun 2021 tarixli dövlət çıxarşına əsasən X19 33.406.083,74 manat, Cavabdeh6 6.073.728,49 manat, İddiaçı 6.073.728,49 manat, X27 18.222.339,52 manat, Cavabdeh5 51.628.423,27 manat, 2021-ci ilin iyun ayına kimi 13 iyun 2021-ci il tarixli **********613700 saylı dövlət çıxarışına əsasən Cavabdeh1 MTK-nın təsisçiləri aşağıda qeyd edilən paylara malik olduğu üçün müəyyən olunan 121.841.283 manat sərbəst mənfəət təsisçilərə aşağıda yazılmış faiz nisbətində hesablanmalıdır. X28- 64.575.88 manat, X20 32.287.94 manat, X19 32.287.94 manat, X27 54.443.558,9 manat, Cavabdeh5 54.443.558,9 manat, İddiaçı 6.412.506,72 manat. Yuxarıda qeyd olunan (beş dövr üzrə) illər və müəyyən olunmuş qiymətlər üzrə orta bazar qiymətləri müəyyən edilmək məqsədilə yaşayış, qeyri- yaşayış və texniki sahə üzrə ümumi illəri nəzərə almaqla orta qiymətlə aşağıdakı nəticə müəyyən olunur. Yaşayış sahəsi üzrə cəmi 1.415,24 manat, qeyri-yaşayış sahəsi üzrə cəmi 4.327,09 manat, texniki sahələr üzrə cəmi 1.415,24 manat. Yaşayış sahələri üzrə cəmi 46.964,5 m2 x1.415,25=66.466.038,98 manat
16. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş 04 noyabr 2022-ci il tarixli 10/3264-9/3683 saylı ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində qarajlar da daxil olmaqla yaşayış və qeyri-yaşayış sahələrinin hər birinin ümumi sahəsi aşağıdakı kimi müəyyən edilmişdir: zirzəmi mərtəbəsində qarajların sayı 1.530 kv.m, qeyri yaşayış sahəsi 1-ci bina üzrə 713,9 kv.m, ikinci bina üzrə 607 kv.metr, 3-cü bina üzrə 680 kv.m, 3 blok üzrə ümumi yararlı sahə 2000,9 kv.metr. 1-ci bina üzrə mansard mərtəbə də daxil olmaqla yaşayış sahəsi 13.614 kv,metr. İkinci bina üzrə 11.242,5 kv.metr, ikinci bina üzrə 11.617 kv.m, mənzillərin sahəsi 36.473,5 kv.metr. Rəyin tədqiqat hissəsində göstərilənlərlə əsasən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin yaşayış sahələrinin, qeyri-yaşayış sahələrinin və qarajların satışından əldə edilmiş xalis mənfəətin məbləği və həmin mənfəətdən 25 fevral 2002-ci il tarixdən 21 oktyabr 2010-cu il tarixədək, 21 oktyabr 2010cu il tarixdən 13 avqust 2014-cü il tarixədək və 13 avqust 2014-cü il tarixdən hazırkı vaxtadək olan dövrlərdə İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 hər birinin bu kooperativdəki pay haqları nəzərə alınmaqla hər birinə düşən dividendin məbləğini hesablamaq mümkün olmadı.
17. Cavabdeh1 Mənzil Tikinti Kooperativi barəsində tərtib edilmiş 30 dekabr 2004cü il tarixli səyyar vergi yoxlaması aktında müəssisə barəsində 2002-ci ildə mənfəət vergisinin hesablanmadığı, 2003-cü il tarixində 10.170.405,6 manat hesabat üzrə və yoxlama üzrə çıxılmalardan sonra ümumi gəlir hesablanmışdır. 10.170.405,6 manat hesabat üzrə cəmi xərc, 9.457.257,5 manat yoxlama ilə cəmi xərc hesablanmış, 2003-cü ildə 192.550 manat mənfəət vergisinin az hesablanması qeyd edilmişdir. Aktın nəticə hissəsində ümumilikdə 364.251,6 manat məbləğində vergilərin azaldılması müəyyən edilmişdir.
18. Cavabdeh1 Mənzil Tikinti Kooperativi barəsində tərtib edilmiş 28 fevral 2006-cı il tarixli səyyar vergi yoxlaması aktında vergi yoxlaması nəticəsində 480 manat məbləğində mənfəət vergisinin azaldılması qeyd edilmişdir. 19.Cavabdeh1 Mənzil Tikinti Kooperativi barəsində xx.xx.2011-ci il və xx.xx.2011ci il tarixlərində aparılmış, xx.xx.2011-ci il tarixli **********474341 nömrəli səyyar vergi yoxlaması aktında müəssisə tərəfindən bəyannamə təqdim edilməməklə ödəmə mənbəyində tutulan verginin 3262 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 1631 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qeyd edilmişdir.
20. Cavabdeh1 Mənzil Tikinti Kooperativi barəsində xx.xx.2015 və xx.xx.2015 tarixlərində aparılmış, xx.xx.2015-ci il tarixli **********874507 nömrəli səyyar vergi yoxlaması aktı nəticəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda ödəmə mənbəyində tutulmalı olan 8.040 manat məbləğində verginin azaldılması ilə bağlı 4.020 manat maliyyə sanksiyası, vergi hesabatı və arayışının verilməməsi ilə bağlı 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır.
21. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4997/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, 24 yanvar 2022-ci il tarixli 4/1745 nömrəli məktubla ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, sonradan tələbini dəqiqləşdirərək Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 17 iyul 2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bölüşdürülmüş mənfəətdən ******* manat ödənilməmiş payın əvəzinin müştərək qaydada alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağında yeni redaksiyada təsdiq edilən Nizamnaməyə (3-cü redaksiya) əsasən, Cavabdeh1 MTK-nın pay fondu 3800 (üç min səkkiz yüz) manat, hər biri 1 (bir) manat olmaqla 3800 paydan ibarətdir və Cavabdeh1 MTK-nın üzvləri olaraq, Cavabdeh5 1700 manat, 1700 payı, X27 600 manat, 600 payı, İddiaçı 200 manat, 200 payı, Cavabdeh6 200 manat, 200 payı və X19 1100 manat, 1100 pay haqları vardır. Nizamnamə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi X9 İdarəsi tərəfindən ********** № ilə qeydə alınmışdır. Cavabdeh1 MTK-ya xx.xx.2014-cü il tarixdə Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş **********535000 № Çıxarışlardan görünür ki, əvvəlki qeydiyyata alındığı tarix xx.xx.2002-ci il, əvvəlki dövlət qeydiyyat № 0102-A 1-700, ödənilmiş nizamnamə kapitalı 3800 manat, dövlət qeydiyyatı № **********, Təsisçilərin və Nizamnamə kapitalında mayaların miqdarı Cavabdeh5- 1700 pay, X27- 600 pay, İddiaçı- 7.00 pay, Cavabdeh6- 700 pay və X17 1100 paya malikdirlər. Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Cavabdeh5dur. xx.xx.2019-cu il tarixdə "Xidmət” MTK-nın üzvlərinin ümumi yığıncağında “Xidmət" MTK-nın ləğv edilməsi qərara alınmış, Cavabdeh6 təsviyəçi təyin edilmişdir. Cavabdeh2, Aydın Hüseynov və Cavabdeh5 qardaşdırlar. Onların hər üçü Cavabdeh1 MTK-nın fəaliyyətindən kifayət qədər mənfəət əldə ediblər. “Xidmət" MTK-nın faktiki rəhbərlik edən və əslində əvvəldən də Cavabdeh1 MTK-nın faktiki sahibi olan Cavabdeh2la bərabər, eyni zamanda onun qardaşları Aydın Hüseynova və Cavabdeh5 da dəfələrlə müraciət edib, Cavabdeh1 MTK-nın fəaliyyətindən əldə etdikləri qazancdan payın ayrılıb verilməsini xahiş etmişdir. Lakin eynilə Cavabdeh2 kimi Aydın Hüseynov və Cavabdeh5 da xahişləri ilə müsbət cavab verməmişlər. xx.xx.2019-cu il tarixində Cavabdeh1 MTK-nın təsis sənədləri və onlarda edilmiş sonrakı dəyişikliklərlə bağlı məlumat verilməsi üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X15 İdarəsinə müraciət etmişdir. Müraciət əsasında təqdim edilmiş təsis sənədləri ilə tanış olduqda aşkar etmişdir ki, kooperativin qanuni təmsilçisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X15 İdarəsinə təqdim edilmiş kooperativ üzvlərinin ümumi yığıncağının 17 iyul 2019- cu il tarixli protokolunda saxtakarlıq halına yol verilmişdir. Belə ki, həmin protokolda kooperativ üzvü olaraq adının qarşısında icra edilmiş imza başqa şəxs tərəfindən icra edilmişdir. Belə çıxır ki, iyul ayında Cavabdeh5 zəng edib imza etmək lazım olduğunu bildirdiyi sənəd kooperativ üzvlərinin ümumi yığıncağının 17 iyul 2019cu il tarixli protokolu imiş. Belə çıxır ki, həmin tarixdə əslində heç bir ümumi yığıncaq keçirilmədiyi halda, onlar həmin tarixə ümumi yığıncağın saxta protokolunu tərtib edib, imza etdirmək istəyiblər. İmza etməkdən imtina etdikdə isə, Cavabdeh1 MTK-nın ləğv edilməsi ilə bağlı həyata keçirmək istədikləri qanunsuz hərəkətlərindən xəbər tutmamağı üçün protokola özləri imza etməklə saxtalaşdırılmış, sonra da saxta protokolu qeydiyyat orqanına vermişlər. Beləliklə, təsis sənədləri ilə tanış olarkən məlum oldu ki, qeyd edilən həmin saxta protokol əsasında Cavabdeh1 MTK hazırda ləğv prosesindədir. Təsis sənədlərindən də göründüyü kimi Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalında 200 payla üzvlərindən biridir və nizamnamə kapitalının 6%-nin sahibidir. Müvafiq olaraq Cavabdeh1 MTK-nın 17 il müddətində uğurla həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətindən 6% payına düşür. Lakin həmin pay bu günədək ödənilməmişdir. Cavabdeh2 Cavabdeh1 MTK-nın təsisçisi olmasa da, MTK-nın fəaliyyətinə bütün bu illər ərzində faktiki rəhbərlik etmiş, hal hazırdada rəhbərlik edir və MTK-nın mənfəətinə dair sərəncamı da yalnız o vermişdir. Cavabdeh1 MTK-nın Cavabdeh2 sərəncamı əsasında hər il bölüşdürülmüş mənfəətindən, məlumata görə hər kəs payını götürmüş, təkcə onun payı verilməmişdir. Cavabdeh1 MTK-nın fəaliyyəti isə həmişə uğurlu olmuş və o, həmişə mənfəətlə işləmişdir. Belə çıxır ki, mənfəətin payına düşən hissəsi hər dəfə cavabdehlər tərəfindən götürülmüşdür. Odur ki, təsisçilərindən biri olduğu Cavabdeh1 Mənzil Tikinti Kooperativinin fəaliyyətindən əldə edilmiş və hər il bölüşdürülmüş mənfəətindən payına düşən hissənin əvəzində 3.500.000 (üç milyon beş yüz min) manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.
24. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X27 iddia ərizəsi ilə müraciət edərək, daha sonra xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 17 iyul 2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsi, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından X16 payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada yaşayış sahələrinə görə 13.392.000 manat, qeyri-yaşayış sahəsinə görə 15.160.000 manat, cəmi 28.552.000 manat pulun tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Müstəqil tələb irəli sürən üçüncü şəxs X16 ərizəsi onunla əsaslandırılmışdır ki, 2002-ci ilin yaz aylarında böyük qardaşı Cavabdeh2, o və kiçik qardaşı Cavabdeh5 bir kooperativ yaradıb çox mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək barədə danışıqlar aparmağa başlamışlar. Razılaşmışlar ki, tikiləcək binadan əldə edilən gəlir üçü arasında bərabər paylarda bölünsün. Həmçinin, razılaşmışlar ki, təsis ediləcək kooperativin fəaliyyətinə ümumi rəhbərliyi böyük qardaşı Cavabdeh2 həyata keçirsin. Lakin sonradan Cavabdeh3, X21, Cavabdeh6, X23, İddiaçı, X7, X12, X13 və X8 da cəlb edərək 22 iyul 2002-ci il tarixdə təsis müqaviləsi bağlamış və beləliklə, Cavabdeh1 Mənzil Tikinti Kooperativini təsis etmişlər. Böyük qardaşı Cavabdeh2 kooperativin təsisçilərinin sırasına daxil olmamış, onun əvəzində oğlu Natiq Hüseynov kooperativin təsisçiləri siyahısına daxil edilmişdir. Beləliklə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin bütün fəaliyyətinə faktiki rəhbərliyi Cavabdeh2 həyata keçirmiş, lakin o, nə MTK-nın təsisçilərinin tərkibində olmuş, nə də MTK-nın qanuni təmsilçisi olmuşdur. Lakin MTKnın qanuni təmsilçisi həmişə qeyri-rəsmi olaraq Cavabdeh2 tabeliyində olmuşdur. Bir müddət əvvəl MTK-nın təsisçilərindən biri olan İddiaçı müraciət edərək MTK-nın fəaliyyətindən əldə edilmiş mənfəətdən ona çatası payın verilməməsi və verilməsindən də imtina edilməsi ilə bağlı şikayət etdi, daha sonra isə payının verilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirdi. Həmçinin İddiaçı bildirdi ki, o, MTK-nın təsis sənədlərini Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X15 İdarəsindən almışdır, təsis sənədlərindən görünür ki, onun imzasını ümumi yığıncağın protokolunda saxtalaşdırmışlar. Daha sonra həmin ümumi yığıncaqda iştirak edib- etmədiyini soruşmuş və bildirmişdir ki, həmin, yəni xx.xx.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağın protokolu ilə MTK-nın ləğv edilməsi qərara alınmışdır. Uzun müddət idi ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin (təsisçilərinin) ümumi yığıncağı keçirilmirdi, kooperativin təsisçilərindən biri olaraq qanuni təmsilçisi tərəfindən bir məlumat verilmirdi. İddiaçı bildirdikləri də onda MTK-nın fəaliyyətində qanunsuzluğa yol verilməsi ilə bağlı şübhələr yaratmışdır. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X9 İdarəsinə müraciət edib Cavabdeh1 Mənzil Tikinti Kooperativinin təsis sənədlərinin surətlərini istəmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi X15 İdarəsinin məktubu əsasında əldə etdiyi təsis sənədlərinin surətləri ilə tanış olarkən müəyyən etmişdir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin təsis sənədlərinin içərisində olan Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 21 oktyabr 2010-cu il tarixli protokolunda, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 11 noyabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış 2-ci redaksiyada nizamnaməsində, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 16 iyul 2014-cü il tarixli protokolunda, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış 3-cü redaksiyada nizamnaməsində, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolunda onun adının qarşısında edilmiş imzalar onun tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən icra edilmişdir. Həmçinin, təsis sənədləri ilə tanış olarkən məlum olmuşdur ki, hər hansı formada məlumat verilmədən təsisçilərindən biri olduğu Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv prosesinə başlanılmış, bununla bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X15 İdarəsinə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli protokolda isə imza saxtalaşdırılmışdır. Təsis sənədlərindən də göründüyü kimi hazırda Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalında 600 payla təsisçilərindən biridir və nizamnamə kapitalının 16 %-nin sahibidir. Məlum olduğu kimi Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə 2 (iki) ədəd çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə yerləşən çoxmərtəbəli binalarından hər birindəki yaşayış sahəsinin hər bir kv/m-nin orta bazar dəyəri təxminən 1000 manat, qeyriyaşayış sahəsinin hər bir kv/m-nin orta bazar dəyəri isə təxminən 5000 manat təşkil edir. İki binada təxminən 90.000 kv/m yaşayış sahəsi, təxminən zirzəmi ilə birilkdə 20.000 kv/m qeyri-yaşayış sahəsi vardır. Kooperativin nizamnamə kapitalında 16% paya malik olduğunu nəzərə aldıqda asanlıqla müəyyən etmək olar ki, kooperativin inşa etdiyi binalardan payına düşən yaşayış sahəsinin ümumi sahəsi 14.400 kv/m, qeyriyaşayış sahəsinin ümumi sahəsi isə 3200 kv/m təşkil etməli idi. Lakin cəmisi 1008,13 kvm yaşayış sahəsi, 168,1 kvm qeyri-yaşayış sahəsi verilmişdir. Belə çıxır ki, payına düşən yaşayış və qeyri-yaşayış sahələri verilməmiş hissələri Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən başqa-başqa şəxslərə satılmış, satışdan əldə edilmiş vəsait də müvafiq olaraq Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən əldə edilmişdir. Beləliklə, məlum olur ki, payına düşən 14.400 kv/m yaşayış sahəsindən verilməmiş 13.392 kv/m yaşayış sahəsi, 3200 kv/m qeyri-yaşayış sahəsindən isə 3032 kv/m qeyriyaşayış sahəsi Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən başqa-başqa şəxslərə satılmış, satışdan əldə edilmiş vəsait isə ödənilməmişdir.
26. Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. 27.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-33/2023 nömrəli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.
28. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərə qarşı mahiyyət etibarı ilə iki ayrı tələb irəli sürülmüşdür. Cavabdeh1 MTK-nın 17 iyul 2019-cu il tarixində keçirilmiş ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzini eyni zamanda yaşayış binasının tikintisindən çatacaq olan payın tutulmasını ehtiva edən pul tələbi.
29. Cavabdeh1 MTK-nın 17 iyul 2019-cu il tarixli ümumi yığıncaq iclasının protokolunun etibarsız hesab edilməsinə dair iddiaçı və müstəqil tələb irəli sürmüş şəxs tərəfindən qaldırılmış tələbə münasibətdə məhkəmə qeyd etmişdir ki, həm İddiaçı, həm də, müstəqil tələb irəli sürən üçüncü şəxs X27 mübahisələndirilən protokola dair tələblərini imzalarının saxtalaşdırılması ilə əsaslandırmışdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili təmsil etdiyi qurumdan ona İddiaçı adına protokola imza olunduğunu bildirmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs və iddiaçı Cavabdeh1 MTK-nın 17 iyul 2019-cu il tarixli ümumi yığıncaq iclasının protokolunu mübahisələndirmişdir. İşin yuxarıda sadalanan hallarından məlum oldu ki, mübahisələndirilən protokolda Cavabdeh5, X19, Cavabdeh6, İddiaçı, X16 adları qeyd edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, İddiaçı və X16 ümumi yığıncaqda iştirak etməməsi həmin protokolun etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Mülki Məcəllənin 111.5-ci və 111.7-ci maddələrinin tələbləri baxımından kooperativ üzvlərinin ümumi yığıncağının üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olmasını əsas götürərək məhkəmə hesab edir ki, protokol etibarlıdır.
30. Eyni zamanda iddiaçı bölüşdürülmüş mənfəətdən 3.500.000 manat ödənilməmiş payın əvəzinin müştərək qaydada alınıb iddiaçıya ödənilməsini, müstəqil tələb irəli sürən şəxs isə yaşayış sahələrinə görə 13392000 manat, qeyri-yaşayış sahəsinə görə 15.160.000 manat, cəmi 28.552.000 manat məbləğinin tutulmasını tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən şəxs iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. İş materiallarında olan MTK-ya məxsus nizamnamənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, kooperativin nizamnaməsinin qəbul edilməsi, əlavə və dəyişiliklərin edilməsi; kooperativin üzvlüyünə qəbul və üzvlükdən xaric edilməsi; kooperativin sədrini (İdarə Heyəti və onun sədri), müfəttişi (Təftiş Komissiyası) seçmək, onların hesabatını dinləmək və onun səlahiyyətlərinə xitam vermək; kooperativin tikinti planını və smetasını proqramı və illik hesabatı və mühasibat balansını təsdiq etmək; pay haqqı və digər ödənişlərin həcmini və onların üzvlər tərəfindən ödənilmə qaydalarını müəyyən etmək, kooperativin üzləri arasında mənzil bölüşdürmək, pay haqqının, evin saxlanması, istismarı və əsaslı təmiri üçün haqqın miqdarını müəyyən etmək, kooperativin xüsusi fondlarını yaratmaq, əsas fondlara daxil olan əmlak əldə etmək və onları özgəninkiləşdirmək, kooperativin fondlarının növlərini və həcminin, onların formalaşdırılması şərtini müəyyən etmək, kooperativin digər kooperativlərə, kooperativ cəmiyyətlərinə, ittifaqlara, asossiyalar daxil olması və onlardan çıxması məslələrini həll etmək; kooperativ üzlərinin şikayətlərinə baxmaq, su kəməri, kanalizasiya, istilik, qaz şəbəkələrinin, mənzildaxili qaz avadanlıqlarının və telefon yarımstansiyalarının onlara xidmət edilməsi üçün müəyyən qaydada müvafiq kommunal təsərrüfatı və rabitə müəssisələrinə verilməsi məsələsini həll etmək; kooperativin yenidən təşkili və ləğvi barədə qərar qəbul etmək; cari işlərin həlli üçün orqanlar yaratmaq və onların səlahiyyətlərini müəyyən etmək; kooperativin fəaliyyətinə aid digər məsələləri həll etmək. Bundan əlavə xx.xx.2014-cü il tarixində təsdiq edilmiş Cavabdeh1 MTK-nın nizamnaməsinin 7-ci bəndində də kooperativ üzləri arasında mənzil bölüşdürmək, pay haqqını evin saxlanılması, istismarı və əsaslı təmiri üçün haqqının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir. 31.Məhkəmə hesab etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən şəxs Cavabdeh3 tərəfindən onların nizamnamədə nəzərdə tutulmuş hüquqlarının pozulmasını və eləcə də cavabdeh tərəfindən həmin məbləğlərin mənimsənilməsini sübut edə bilməmişlər. Digər tərəfdən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında həm iddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs tələb olunan məbləğin nəyin əsasında hesablanması barədə məhkəmənin sualına ümumi olaraq, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinin nəticələrinə uyğun istədiklərini, həmin məbləğləri məhkəməyə müraciət edərkən özlərinin təxmini hesablamaları əsasında verildiyini qeyd etmiş, tələblərində göstərilən məbləğlərin hansı hesablamalar əsasında üzə çıxarıldığını sübut edə bilməmişdir. İddiaçı və müstəqil tələb irəli sürən şəxs iddia tələbində bölüşdürülmüş mənfəətdən düşən payı tələb etsələr də, ümumi yığıncaqda mənfəətin bölüşdürülməsi, MTK-nın xalis mənfəətinin məbləğinin nə qədər olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddialar rədd edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
32. Qətnamədən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiaların təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişlər.
33. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Cavabdeh1 MTK-nın 3-cü redaksiyada olan və xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnaməsinin 7.2- ci bəndindən görünür ki, “Ümumi Yığıncaq üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. X10 özünün müstəsna səlahiyyətlərinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə, digər qərarları isə sadə səs çoxluğu ilə qəbul edir”. Nizamnamənin 7.3-cü bəndindən görünür ki, “Kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək” və “Kooperativin üzvləri arasında mənzil bölüşdürmək” Ümumi Yığıncağın müstəsna səlahiyyətindədir. İş üzrə Cavabdeh1 MTK-nın sədri və onun təsisçilərindən biri Cavabdeh5 məhkəmə iclasında vəkalətli nümayəndəsi vasitəsilə etiraf etmişdir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolundakı təsisçilər - X16 və İddiaçı imzalarını Cavabdeh1 MTK-nın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən Cavabdeh2 göstərişi ilə saxtalaşdırmışdır. Məhz bu etirafa görə X16 və İddiaçı imzalarının qarşısında icra edilmiş imzaların X27 və İddiaçı, yaxud başqa şəxslər tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə zərurət olmamışdır. Belə ki, iddiaçı MTK-nın üzvü olarq MTK-nın idarə olunmasından kənarlaşdırılmış və odur ki, mənfəətin bölgüsü ilə əlaqədar keçirilən ümumi yığıncaqda iştirak etməmiş və müvafiq olaraq mənfəətin bölgüsü barədə məlumatlara əlçatımlığı olmamışdır. Cavabdeh1 MTK isə iddiaçıya mənfəətin bölüşdürülməsi barədə məlumatları verməmişdir. Habelə, məhkəmənin mübahisələndirilən qətnamədə istinad etdiyi Cavabdeh2 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh1 MTK-da 2004 və 2006-cı illərdə aparılmış səyyar vergi yoxlamasının aktlarından görünür ki, xx.xx.2004cü il tarixədək MTK-da 713.448,1 manat mənfəət müəyyən edilmiş və 27%-lə 192.650,0 manat mənfəət vergisi hesablanmışdır. Lakin unutmaq lazım deyildir ki, 2004-cü ildə həmin məbləğ AZM ilə hesablanırdı və AZN-lə (yeni Azərbaycan manatı ilə) bu müvafiq olaraq 713.448,1/5.000=142,69 manat və 192.650,0/5.000=38,53 manat təşkil edir. xx.xx.2006-cı il tarixədək 62.958,40 manat mənfəət müəyyən edilmiş və 24%-lə 15.110,02 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi, iş materiallarında olan sənədlər üzrə mənfəət reallığı əks etdirmir, gəlir və xərclərin azaldılması müşahidə olunur. Məhkəmədə Cavabdeh1 MTK-nın iki təsisçisi, yəni iddiaçı və müstəqil tələb irəli sürən Aydın Hüseynov mənfəət bölgüsünün onların iştirakı olmadan aparıldığını bildirmişlər. Mənfəət bölgüsü və depozit verilməsi barədə qərar Kooperativin Ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Depozit verilməsi barədə qərar mühasibat balansı əsasında qəbul edilir. Mühasibat balansı (və ya maliyyə vəziyyəti haqqında hesabat) hesabat dövrünün sonuna aktivlərin, öhdəliklərin və kapitalın dəyərini özündə əks etdirən sənəddir. Mühasibat balansının təsdiq edilməsi isə Mülki Məcəllənin 111.3.4-cü maddəsinə əsasən kooperativin mühasibat balanslarını təsdiq etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu fakt təsdiq edir ki, Kooperativin əldə etdiyi mənfəət Xidmət MTK-ya faktiki rəhbərlik edən Cavabdeh2 və MTK-nın sədri Cavabdeh3 tərəfindən ələ keçirilmişdir. Məhkəmə iş üzrə iddiaçının mühüm vəsatətlərini təmin etməmiş, tam, hərtərəfli və obyektiv araşdırmaya nail olmaq üzrə iddiaçıya bərabər imkanlar yaratmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109- 4.1.2, 109- 4,1.3, 109- 4.1.5-ci maddələrinin tələbləri nəzərə alınmamış, qeyd edilən maddi hüquq normalarında iddiaçının kooperativ üzvü olaraq onun idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək, kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq, mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq kimi hüquqlarının olmasına baxmayaraq cavabdehlər tərəfindən onun bu hüquqlarının pozulmasına, yəni iddiaçının kooperativin fəaliyyət göstərdiyi bütün müddət ərzində kooperativin idarə edilməsindən, onun maliyyə sənədlərindən, o cümlədən hesabatlarından, mənfəətinin bölüşdürülməsindən və digər ödənişlərinin alınmasından kənar saxlanılmasına hər hansı hüquqi qiymət verməmiş, həmin maddələri qətnamədə sadəcə qeyd etməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 MTK-da iddiaçının iştirakı olmadan, MTK-nın ümumi yığıncağının müstəsna səlahiyyətlərinin ələ keçirilməsi yolu ilə həyata keçirilmiş mənfəətdən pay (divident) bölgüsü nəticəsində iddiaçının itirdiyi dividentin miqdarının müəyyən olunması ilə əlaqədar təqdim olunmuş sübutları qiymətləndirməmiş və iddiaçının təsisçi olaraq hüququna əsaslanan bölünmüş mənfəətdən ələ keçirilmiş dividendlə əlaqədar məsələyə ümumiyyətlə toxunmamışdır. Birinci instansiya məhkəməsi MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrini qətnamədə sadalamış, lakin qətnaməsini həmin prosessual hüquq normalarının tələblərinə tamamilə zidd olaraq «əsaslandırmışdır». Əgər MPM-nin 14.2-ci maddəsini tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirsə, habelə MPM-nin 217.4-ü maddəsinin tələbinə görə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdırsa, məhkəmə həmin maddələrin ziddinə olaraq iddiaçı tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməmiş, habelə məhkəmə iclasında tədqiq olunmuş çoxsaylı sübutlar (auditor hesabatı, qiymətləndirmə rəyi və sair) əsasında qətnaməsini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi MPM-nin 88-ci maddəsinin tələblərinə zidd olaraq kommersiya işində toplanmış sübutların bir qismini qətnamədə sadəcə sadalamaqla kifayətlənmiş, lakin onlara hər hansı hüquqi qiymət verməmiş, bir çox sübutlara isə ümumiyyətlə istinad etməmişdir. Birinci instansiya məhkəməsi MPM-nin 76, 77.1-ci maddələrinə istinad etsə də, MTK-ya məxsus 3 çoxmərtəbəli yaşayış binasının çox sayda yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş on milyonlarla manat vəsaitin harada olmasına, kimlər tərəfindən ələ keçirilməsinə, mənimsənilməsinə hər hansı hüquqi qiymət verməmişdir. İddia tələbi üzrə əsas cavabdehlərdən birinin Cavabdeh2 olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbləri həmin cavabdehə yönəlmiş hissələrdə nəyə görə təmin etmədiyini, ümumiyyətlə əsaslandırmamışdır, Məhkəmə qətnaməni elə əsaslandırmışdır ki, sanki həmin cavabdehə qarşı hər hansı iddia tələbi verilməmiş, yaxud həmin adda ümumiyyətlə cavabdeh yoxdur. İddiaçı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Baş İdarəsində istintaq edilən ********* №li cinayət işi üzrə Cavabdeh1 MTK-nın fəaliyyəti ilə bağlı dindirilmiş Cavabdeh1 MTK-nın təsisçiləri olan Cavabdeh3, Cavabdeh5, X16, Cavabdeh6, X1, X2, X3, X5 və Cavabdeh4, habelə Cavabdeh2 ********* №li cinayət işi üzrə şahid, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs qismində dindirmə və əlavə dindirmə protokolları, X16 və İddiaçı Cavabdeh2 ilə, X16 X12 üzləşdirmədə dindirmə istintaq hərəkətinin protokollarının təsdiq edilmiş surətlərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən tələb edilməsi barədə sorğu verilməsi barədə vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Göstərilən ifadələr nümayəndələr tərəfindən deyil, təsisçilərin özləri tərəfindən verilmiş və özlərində mənfəət bölgüsünün keçirilməsi (keçirilməməsi) barədə məlumatları nəzərdə tutan sübutlar idi. Kooperativin təsisçisi və baş mühasibi olmuş Cəmilə Məmmədovanın ifadəsi xüsusilə əhəmiyyət kəsb edirdi. Çünki o ifadəsində mühasibat balansının Kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmədiyini, mənfəət bölgüsü barədə qərarın Cavabdeh2 və Cavabdeh3 tərəfindən qəbul edildiyini bildirmişdir Bu sübutların əldə edilməsi iddiaçının iştirakı olmadan bölüşdürülmüş mənfəət barədə məlumat verə bilərdi. Əgər birinci instansiya məhkəməsi faktiki halları araşdırmış (əslində həmin faktiki hallar araşdırılmışdır, lakin həmin hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir), həmin hallara düzgün hüquqi qiymət vermiş olsaydı, o halda iddialar rədd deyil, təmin edilməli, cavabdehlər barəsində material cinayət işi başlanması məsələsinin araşdırılması üçün prokurora göndərilməli idi.
34. Müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK tərəfindən 2002-2006-cı illərdə Bakı şəhəri, Nərimanov rayonu, X40 küçəsi 7 a saylı ünvanda 94 mənzilli 16 (+ mansard) mərtəbəli bir bina, X40 küçəsi 7 b saylı ünvanda 94 mənzilli 16 (+ mansard) mərtəbəli bir bina və Təbriz küçəsi 98 a saylı ünvanda 68 mənzilli 18 (+ mansard) mərtəbəli bir bina inşa edilmiş, həmin illərdə hər üç binanın bütün yaşayış və qeyri-yaşayış sahələri, qarajlar da daxil olmaqla, satılmış, lakin satışdan əldə edilmiş on milyonlarla manat vəsait MTK-nın kassasına mədaxil edilməmiş, bank hesabına köçürülməmişdir; Kommersiya işində olan xx.xx.2022-ci il tarixli Auditor hesabatından görünür ki, Cavabdeh1 MTK tərəfindən qeyd edilən çoxmərtəbəli binaların tikintisinə, ümumilikdə 14.992.446,1 manat xərc çəkilmişdir. 2002-2005-ci llərin qiymətləri ilə hesabladıqda əldə edilmiş gəlir 56.473.737,26 manat, 2006-2010-cu illərin qiymətləri ilə hesabladıqda 77.900.900 manat, 2011-2015-ci illərin qiymətləri ilə hesabladıqda 117.454.150 manat, 2016-2020-ci illərin qiymətləri ilə hesabladıqda 143.219.450 manat olmuşdur; Kommersiya işində olan Cavabdeh1 MTK-da xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin (vergilərin və dijgər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) səyyar vergi yoxlanılması aparılmasına dair xx.xx.2006-cı il tarixli səyyar vergi yoxlaması aktının surətindən görünür ki, 3 ədəd çoxmərtəbəli bina inşa etmiş, Cavabdeh1 MTK-nın inşaat işlərinin aparıldığı illərdə, illik xərcləri təxminən 24000 manat, gəliri isə təxminən 17.000 manat civarında olmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinin tələbinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bakı şəhəri, Nərimanov rayonu, X40 küçəsi 7 a saylı ünvanda 94 mənzilli 16 (+ mansard) mərtəbəli bir binanın, X40 küçəsi 7 b saylı ünvanda 94 mənzilli 16 (+ mansard) mərtəbəli bir binanın və Təbriz küçəsi 98 a saylı ünvanda 68 mənzilli 18 (+ mansard) mərtəbəli bir binanın inşa edilməsinə çəkilmiş xərclərin illik 24000 manat, həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş gəlirin isə 17000 manat civarında olması əlbəttə ki, ağlabatan deyildir. Kommersiya işində olan «X22 Mərkəzi» MMC tərəfindən verilmiş Qiymətləndirmə rəyində və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli auditor hesabatında göstərilmiş rəqəmlərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsi nəzərə alınmamışdır. Kommersiya işində olan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil1 sorğusuna xx.xx.2022-ci il tarixli **********45 saylı cavab məktubundan görünür ki, iş üzrə cavabdehlərdən Cavabdeh2 adına aşağıdakı əmlaklar ilkin olaraq sənədləşdirilmişdir: 7a saylı binada Cavabdeh2 adına ilkin olaraq sənədləşdirilmiş yaşayış sahələri: - 86 saylı mənzil, order xx.xx.2004, qeydiyyat xx.xx.2005; 7a saylı binada Cavabdeh2 adına ilkin olaraq sənədləşdirilmiş qeyri-yaşayış sahələri: - 120.1 kvm, müqavilə xx.xx.2005, qeydiyyat xx.xx.2005; - 38 kvm, protokoldan çıxarış xx.xx.2011, qeydiyyat xx.xx.2011; - 13.4 kvm, müqavilə xx.xx.2003, qeydiyyat xx.xx.2011; - 34.5 kvm, müqavilə xx.xx.2003, qeydiyyat xx.xx.2011; - 28.5 kvm, müqavilə xx.xx.2003, qeydiyyat xx.xx.2011; - 265 kvm, müqavilə xx.xx.2005, qeydiyyat xx.xx.2005. 7a saylı binada Cavabdeh2 yaxınlarının adına ilkin olaraq sənədləşdirilmiş qeyri-yaşayış sahələri: - 152 kvm, müqavilə xx.xx.2005, qeydiyyat xx.xx.2005, Bayramov ElvinFikrət oğlu (kürəkəni). 7b saylı binada Cavabdeh2 yaxınlarının adına olmuş qeyri-yaşayış sahələri: - 168.1 kvm, müqavilə xx.xx.2005, qeydiyyat xx.xx.2005, Bayramov ElvinFikrət oğlu; - 182.38 kvm, müqavilə xx.xx.2005, qeydiyyat xx.xx.2005, X14 (qızı). Təbriz küçəsi 98 saylı binada Cavabdeh2 adına olmuş,yaşayış sahələri: - 11 saylı mənzil, order xx.xx.2005, qeydiyyat xx.xx.2005; - 10 saylı mənzil, order xx.xx.2004, qeydiyyat xx.xx.2005. Təbriz küçəsi 98 saylı binada Cavabdeh2 yaxınlarının adına olmuş yaşayış sahələri: - 64 saylı mənzil, order xx.xx.2005, qeydiyyat xx.xx.2007, X18 (arvadı); - 63 saylı mənzil, order xx.xx.2005, qeydiyyat xx.xx.2005, X18; - 61 saylı mənzil, order xx.xx.2005, qeydiyyat xx.xx.2005, X18; - 62 saylı mənzil, order xx.xx.2005, qeydiyyat xx.xx.2005, X18; Təbriz küçəsi 98 saylı binada Cavabdeh2 adına olmuş qeyri-yaşayış sahələri: - 561 kvm, protokol xx.xx.2003, qeydiyyat xx.xx.2005. Təkcə qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin real bazar dəyəri milyon manatlarla ölçülür. Lakin kommersiya işində olan sənədlərdən, o cümlədən məhz cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-cı il tarixli səyyar vergi yoxlaması aktının surətindən Cavabdeh1 MTK-nın kassasına və ya bank hesabına, o cümlədən Cavabdeh2 və onun yaxınlarının mülkiyyətinə verilmiş dəyəri milyon manatlarla qiymətləndirilən qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsindən əldə edilməli olan milyon manatlarla vəsaitin MTK-nın kassasına mədaxil edilmiş, yaxud bank hesabına köçürülmüş olduğu görsənmir. 3 ədəd çox mərtəbəli binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş on milyon manatlarla gəlirin hara xərclənmiş olması ilə bağlı əlbəttə ki, MTKnın 2002-2010-cu illərdə rəhbəri olmuş iş üzrə Cavabdeh3 birbaşa məsuliyyət daşıyır. Məhkəmə iclaslarında digər cavabdehlər - Cavabdeh5 və Cavabdeh4 nümayəndələri verdikləri izahatlarında MTK-nın fəaliyyətinə faktiki rəhbərliyi Cavabdeh2 həyata keçirdiyini, MTK-nın idarə edilməsinin də məhz cavabdeh HüseynovTofiq Əli oğlunun göstərişləri əsasında həyata keçirildiyini bildirmişlər. Əslində başqa cür mümkün də deyildir. Çünki başqa cür olsaydı, o halda Cavabdeh2 və onun yaxınlarının adlarına sənədləşdirilmiş yaşayış və qeyri-yaşayış sahələrinin real dəyəri MTK-ya ödənilmiş olardı. MTK tərəfindən inşa edilmiş 3 ədəd çoxmərtəbəli bina indi də yerindədir. Həmin binaların ümumi sahəsinin nə qədər olduğu, yaşayış və qeyri-yaşayış sahələrinin (qarajlar da daxil olmaqla) sahələrinin nə qədər olduğu hətta kommersiya işində olan xx.xx.2022-ci il tarixli 10/3264-9/3683 saylı ekspertiza rəyindən də aydın görünür. Binaların yaşayış və qeyriyaşayış sahələrinin hər bir kvm-nin illər üzrə real bazar dəyəri işdə olan «X22Mərkəzi» MMC tərəfindən verilmiş Qiymətləndirmə rəyində və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli auditor hesabatında aydın, açıq-aşkar olaraq göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Auditor hesabatında binaların inşası ilə bağlı MTK-nın fəaliyyətindən əldə edilmiş gəlirin və binaların inşasına sərf edilmiş xərcin nə qədər olduğu, xərclər və vergilər çıxıldıqdan sonra yerdə qalan, yəni təsisçilər arasında bölüşdürülməli olan sərbəst mənfəətin də nə qədər olduğu aydın, açıq-aşkar göstərilmişdir. Kommersiya işində olan sübutlardan birmənalı olaraq müəyyən olunur ki, binaların tikintisindən, yəni son nəticədə yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş on milyonlarla manat məbləğində xalis gəlir MTK-da yoxdur, əvvəldən də olmamışdır, yəni nə MTK-nın kassasına mədaxil edilmiş, nə də bank hesabına köçürülmüşdür». Lakin kommersiya işi üzrə iddiaların pul tələbi ilə bağlı hissələrinin də əsaslı olduğunu mübahisəsiz olaraq təsdiq edən göstərilən çox saylı müəyyən edilmiş halların və təkzibedilməz sübutların olmasına baxmayaraq birinci instansiya məhkəməsinin həmin iddia tələblərini də rədd etməsini qanunsuz və əsasız hesab edirik. Birinci instansiya məhkəməsi digər və əslində əsas cavabdehlərdən biri olan Cavabdeh2 qarşı yönəldilmiş iddia tələblərinin təmin və ya rədd edilməsi ilə bağlı qətnamədə bir kəlmə belə yazmamış, bununla bağlı heç bir əsaslandırma, hüquqi dəyərləndirmə aparmamışdır. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən bu hallar araşdırılmalı, həmin cavabdehə münasibətdə iddiaların təmin və ya rədd olunmalı olmasına da ayrıca hüquqi qiymət verilməli idi Birinci instansiya məhkəməsi qeyd edilən maddələrinin mətnlərini qətnaməyə köçürsə də, həmin maddələrdə nəzərdə tutulmuş maddi hüquq normalarının tələblərinə tamamilə zidd olan nəticələrə gəlmiş, bunun da nəticəsində həmin maddi hüquq normalarını mübahisənin həllinə düzgün tətbiq etməmişdir. Belə ki, istinad edilən maddi hüquq normalarında iddiaçıların kooperativ üzvləri olaraq kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək, kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq, mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq kimi hüquqlarının olmasına baxmayaraq cavabdehlər tərəfindən onların bu hüquqlarının pozulduğuna, belə ki, iddiaçıların uzun illər ərzində kooperativin idarəetməsindən, onun maliyyə sənədlərindən, mənfəətinin bölüşdürülməsindən və digər ödənişlərinin alınmasından kənar saxlanılmasına hər hansı hüquqi qiymət verməmiş, həmin maddələri qətnamədə sadəcə qeyd etməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən xx.xx.2019-cu il tarixli protokolla kooperativin ləğv edilməsinin qərara alınmış olduğu, digər tərəfdən kommersiya işində olan çoxsaylı mötəbər sübutlarla kooperativə məxsus on milyonla manat dəyərində əmlakın iddiaçıların paylarına düşən hissəsinin dəyərini alıb-almadıqlarını müəyyən etməmiş, həmin maddəyə ümumiyyətlə istinad etməmiş, həmin maddənin tələbləri baxımından mübahisəyə, mübahisənin hallarına və sübutlara hər hansı hüquqi qiymət verməmişdir. Kommersiya işində toplanmış çoxsaylı sübutlar, o cümlədən auditor hesabatı, qiymətləndirmə rəyləri, habelə yarımçıq da olsa, ekspertiza rəyi ilə sübut olunur ki, kooperativə məxsus 3 ədəd çoxmərtəbəli yaşayış binası inşa edilmiş, həmin binaların yaşayış və qeyri-yaşayış sahələri əvəzli olaraq özgəninkiləşdirilmiş, özgəninkiləşdirmələrdən 100.000.000 manat civarında böyük bir məbləğ kooperativin kassasına və ya hesabına mədaxil olunmalı olduğu halda, həmin vəsait rəsmi olaraq heç vaxt kooperativin kassasına və hesabına mədaxil olunmamış, iddiaçıların və cavabdehlərdən Cavabdeh5 və Cavabdeh4 bildirdiklərinə görə həmin dövrdə kooperativin sədri olmuş Cavabdeh3 tərəfindən mənimsənilmiş, habelə kooperativə fakitiki rəhbərliyi həyata keçirmiş digər cavabdeh – Cavabdeh2 tərəfindən ələ keçirilmişdir. Lakin birinci instansiya məhkəməsi qətnaməsini, sanki bu faktlar və hallar müəyyən edilməmişdir kimi, əsaslandırmağa çalışaraq həmin halları və faktları görməzdən gəlmiş, nəticədə Mülki Məcəllənin 110-2.1-ci maddəsinin mətnini qətnaməyə sadəcə köçürmüş, bununla da vəzifəsinin tamamlandığını hesab etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən maddələrə istinad edərək hesab etmişdir ki, xx.xx.2019- cu il tarixli protokol kooperativin 5 üzvündən üçü iştirak etdiyinə, yəni üzvlərin yarıdan çoxu iştirak etdiyinə görə həmin protokol-qərarı qəbul etmiş ümumi yığıncaq səlahiyyətli olduğundan iddia tələbləri protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Lakin əvvəla kooperativin nizamnaməsinin 7.2-ci bəndinin tələbinə görə ümumi yığıncaq üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. X10 özünün müstəsna səlahiyyətinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə, digər qərarları isə sadə səs çoxluğu ilə qəbul edir. Mübahisələndirilən xx.xx.2019-cu iltarixli protokoldan görünür ki, kooperativin 5 üzvündən üçü həmin protokolu imzalamış, digər ikisinin imzaları isə saxtalaşdırılmışdır. Bizim düşüncəmizə görə beş üzvdən ikisinin imzasının saxtalaşdırıldığı ümumi yığıncaq, üzvlərin yarıdan çox iştirak etdiyinə görə səlahiyyətli hesab edilə bilməz. Belə ki, əgər həmin iclas həqiqətən bütün üzvlərə lazımi qaydada məlumat verilməklə çağırılmış olsaydı və buna baxmayaraq 5 üzvdən 2-si iştirak etməsəydi, o halda ümumi yığıncaq səlahiyyətli ola bilərdi. Məsələ burasındadır ki, ümumi yğıncaq çağırılmamışdır, yəni ümumi yığıncaq barədə bütün üzvlərə məlumat verilməklə çağırılmamışdır, üzvlərdən 3 nəfərinin sadəcə protokola imzalar etməsi ilə ümumi yığıncağın keçirilmiş olması kimi görüntü yaradılmışdır. Lakin bu halda da, belə bir ümumi yığıncağın protokolunu mötəbər hesab etmək olmaz. Digər tərəfdən əgər ümumi yığıncaq qanunvericiliklə müəyyən edilmiş qaydada çağırılsaydı və ümumi yığıncaqda imzaları saxtalaşdırılmış üzvlər də iştirak etmiş olsaydılar, bu halda kooperativin ləğv edilməsi ilə bağlı qərarın qəbul edilməsi üçün ən azı 4 üzvün lehinə səs verməsi zəruri olardı. Çünki, kooperativin ləğv edilməsi məsələsi ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olan məsələdir və belə bir qərarın qəbul edilməsi üçün yığıncaq iştirakçılarının üçdə iki səs çoxluğu lazımdır. 5 üzvü olan kooperativin, yaxud başqa sözlə beş üzvünün iştirak etdiyi ümumi yğıncağın kooperativin ləğv edilməsi ilə bağlı qərar qəbul etməsi üçün iştirak edən 5 üzvdən 4-nün bu qərarın qəbul edilməsi üçün lehinə səs verməsi zəruridir. Beləki, 6 iştirakçısı olan ümumi yığıncaqda üçdə-iki səs çoxluğu 4 nəfər səs verərsə yaranmış olar. 5 iştirakçısı olan ümumi yığıncaqda isə 3 nəfərin səsi üçdə iki səs çoxluğunu yaratmır, yaratmamalıdır. Yəni, 5 iştirakçısı olan ümumi yığıncaqda üçdə iki səs çoxluğu hər bir halda 4 nəfərdən az olsa da, 3 nəfərdən çox olmalıdır. Birinciinstansiya məhkəməsi Azərbaycan RespublikasıMülki Məcəlləsinin 324.1, 324.2, 337.1, 352, 49-1.1, 49-1.1.1 və 111.5, 111.7ci maddələrinə əlaqəli şəkildə istinad edərək qətnamədə birbaşa göstərməsə də, hesab edirik bu nəticəni çıxarmağa çalışmışdır ki, 5 üzvdən 2-sinin imzaları saxtalaşdırmış olsa belə, iştirakçıların yarıdan çoxu ümumi yığıncaqda iştirak etdiyindən, bununla da, mahiyyət etibarilə bir əqd olan ümumi yığıncağın protokolu ümumi yığıncaqda iştirakçıların yarıdan çoxu iştirak etmiş olduğundan, buna görə də ümumi yığıncaq səlahiyyətli olduğundan, digər iki iştirakçının imzalarının saxtalaşdırılmasına baxmayaraq, yəni protokolun (əqdin) bir hissəsi etibarsız olsa belə, bu protokolun qalan hissəsinin etibarsızlığına səbəb olmamalıdır. Birinci instansiya məhkəməsinin bu qənaətini də yanlış, qanunsuz və əsassız hesab edirik. Belə ki, ümumi yığıncaq qanunvericiliklə müəyyən edilmiş qaydada çağırılmadığından, hətta o belə çıxır ki, ümumiyyətlə çağırılmadığından, başqa sözlə sadəcə protokol tərtib edilib, digərlərinin imzaları saxtalaşdırılaraq imzalandığından, həmin protokol bütövlükdə etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrini qətnamədə sadalamış, lakin qətnaməsini həmin prosessual hüquq normalarının tələblərinə tamamilə zidd olaraq «əsaslandırmışdır». Birinci instansiya məhkəməsi MPM-nin 76, 77.1-ci maddələrinə istinad etsə də, MTK-ya məxsus 3 çoxmərtəbəli yaşayış binasının çox sayda yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş on milyonlarla manat vəsaitin harda olmasına, kimlər tərəfindən ələ keçirilməsinə, mənimsənilməsinə hər hansı hüquqi qiymət verməmişdir. Kommersiya işindəki hər iki iddia tələbləri üzrə əsas cavabdehlərdən birinin Cavabdeh2 olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələblərini həmin cavabdehə yönəlmiş hissələrdə nəyə görə təmin etmədiyini ümumiyyətlə əsaslandırmamışdır, hətta qətnaməsini elə əsaslandırmışdır ki, sanki həmin cavabdehə qarşı hər hansı iddia tələbi irəli sürülməmişdir, yaxud həmin adda, ümumiyyətlə cavabdeh yoxdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. İddiaçı nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
36. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil5 məhkəmə iclasında apellyasiya şikayətl\rinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
37. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 46-cı maddə-hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. (xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş redaksiya) 49.3-cü maddə-hüquqi şəxs adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vicdanla və ağılla hərəkət etməlidir. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) tələbi ilə o, hüquqi şəxsə vurduğu zərərin əvəzini ödəməlidir. 109.1-ci maddə-kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddə-kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.4-cü maddə- kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. 109.5-ci maddə-mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109.6-cı maddə-əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. 109.7-ci maddə-kooperativ üzvünün kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ vardır. 109.8-ci maddə-kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) üzvlərin mütləq əmlak pay haqqına, kooperativdə şəxsi əməyinə və digər növ fəaliyyətinə mütənasib surətdə onlara ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 109.9-cu maddə-dividend (əlavə kooperativ ödənişləri) yalnız səs hüququna malik olan üzvlərə onların əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir. Kooperativ üzvünün kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək (109-4.1.2-ci maddə), mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq (109-4.1.5-ci maddə), kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq (109-4.1.3-cü maddə) hüquqları vardır. 110-2.1-ci maddə-kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır.. Kooperativ üzvlərinin müstəsna səlahiyyətinə aiddir: 111.3.4-cü maddəkooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5-ci maddə kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək. 111.5-ci maddə-ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır. 111.7-ci maddə-kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 113.1-ci maddə-kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 97.5-ci maddə-tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 217.1-ci maddə-məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 220.4-cü maddə-qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
38. Qətnamə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-33/2023 nömrəli qətnaməsi qismən Cavabdeh2 qarşı iddia tələblərinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək hər iki iddia tələbi Cavabdeh2 qarşı hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə qarşı iddia tələbləri ilə bağlı
40. İş materiallarından göründüyü kimi, həm İddiaçı , həm də müstəqil tələblər irəli sürən üçüncü şəxs X27 Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin təsisçiləridir. Hər ikisinin MTK-ya qarşı yönəlmiş iddia tələbi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 17 iyul 2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsidir. Tələblərin hər ikisi belə əsaslandırılır ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin 17 iyul 2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında İddiaçı, X27 iştirak etməmiş, onların imzaları saxtalaşdırılmışdır. Mübahisələndirilən qərardakı imzaların iddiaçıya və üçünçü şəxsə məxsus olub-olmadığının yoxlanılması üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 yanvar 2022-ci il tarixli 4/1745 nömrəli məktubu ilə protokolun və iddiaçıların imzaları olan digər sənədlərin (nizamnamələr, ümumi yığıncağın digər qərarları) əsli iş materiallarında olmadığı üçün ekspertizanın həyata keçirilməsindən imtina edilmişdir (Xİİ cild 2-ci vərəq). 17 iyul 2019cu il tarixli protokolun əsli nə iddiaçılar, nə də Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən məhkəməyə təqdim edilməmişdir.
41. 17 iyul 2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağın protokolunun əslini ekspertiza tədqiqatına təqdim etmək öhdəliyi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üzərinə düşdüyü halda sübutun əsli təqdim edilmədiyindən məhkəmə MPM-nin 97.5-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, MTK-nin 17 iyul 2019-cu il tarixdə keçirilmiş ümumi yığıncaqdakı imzaların iddiaçı və üçüncü şəxsə aid olmadığı cavabdeh tərəfindən qəbul edilmiş hesab edilməlidir.
42. Bundan əlavə təsisçilərdən Cavabdeh6 nümayəndəsi birinci instansiya məhkəməsində xx.xx.2020-ci il tarixli məhkəmə iclasında suala cavab olaraq bildirmişdir ki, İddiaçı 17 iyul 2019-cu il tarixdə MTK-nın ümumi yığıncağının iclasında iştirak etməmişdir.
43. Lakin buna baxmayaraq məhkəmə kollegiyası Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə qarşı iddiaların rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin beş təsisçisi olduğundan, təsisçilərdən üçünün yığıncaqda iştirak etdiyi müəyyən edildiyindən MM-nin 111.7-ci maddəsinə və hüquqi şəxsin nizamnaməsinə əsasən üzvlərin yarıdan çoxunun iştirak etdiyi nəzərə alınaraq ümumi yığıncaq səlahiyyətli olmuşdur. Kooperativin nizamnaməsinin 7.2-ci bəndinin tələbinə görə X10 özünün müstəsna səlahiyyətinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə, digər qərarları isə sadə səs çoxluğu ilə qəbul edir. Bu zaman hüquqi şəxsin bütün təsisçilərinin deyil, yalnız ümumi yığıncaqda iştirak edən təsişilərin səsləri nəzərdə tutulur. Məhkəmə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, ümumi yığıncaqda iştirak etmiş təsisçilər ümumi yığıncağın müstəsna səlahiyyətinə aid məsələ ilə bağlı qəbul edilmiş qərarın (hüquqi şəxsin ləğv edilməsi barədə qərar) lehinə yekdilliklə səs verdiyindən İddiaçı və X24in həmin qərarın qəbul edilməsində iştirak etməməsi (qərar qəbul edilərkən iradə ifadələrinin olmaması) mübahisələndirilən qərarın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamə bu hissədə qanuni və əsaslıdır.
Cavabdeh3 qarşı yönəlmiş iddia tələbləri ilə bağlı
44. İddiaçı Cavabdeh3 bölüşdürülmüş mənfəətdən ******* manat ödənilməmiş payın əvəzinin tutulmasını, müstəqil tələb irəli sürən üçüncü şəxs X27 isə Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından X16 payına düşən yaşayış və qeyriyaşayış sahələrinin əvəzində cavabdehlər Cavabdeh3 yaşayış sahələrinə görə 13.392.000 manat, qeyri-yaşayış sahəsinə görə 15.160.000 manat, cəmi 28.552.000 manat məbləğinin tutulmasını xahiş etmişdir.
45. İşdən görünür ki, Cavabdeh1 MTK təsis edilərkən Cavabdeh3 təsisçilərdən biri olmuş, 2002-2010-cu illərdə MTK-ya sədrlik etmişdir. 2010-cu ildə MTK-nın yeni nizamnaməsi təsdiq edilərkən Cavabdeh3 MTK üzvləri sırasında olmamışdır.
46. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iş materiallarının 1-ci cildinin 18-ci vərəqinə əlavə edilmiş məktubundan görünür ki, Cavabdeh3 adına dövlət reyestrində daşınmaz əmlak mövcud deyil.
47. Qeyd edilməlidir ki, Mülki Məcəllədə kooperativ üzvlərinə kooperativ tərəfindən ödənilməli olan vəsaitlər kooperativ üzvünün ödədiyi əmlak payının növündən asılı olaraq fərqlənir. 109.7-ci maddədə nəzərdə tutulur ki, kooperativ üzvünə aşağıdakı ödənişlər ödənilir: kooperativ ödənişləri (əsas kooperativ ödənişi) və dividend (əlavə kooperativ ödənişi). 109.8-ci və 109.9-cu maddələr isə bu ödənişlərin hansı üzvlərə ödənilməli olduğunu müəyyən edir və nəzərdə tutulur ki, kooperativ ödənişləri mütləq əmlak pay haqqı ödəmiş üzvlərə kooperativdə şəxsi əməyinə və digər növ fəaliyyətinə mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsi, dividend isə yalnız əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir. Hazırkı halda iddiaçı və üçüncü şəxsin əmlak payı (T.Cəbrayılov 200 manat, A.Hüsynov 600 manat) mütləq pay haqqı olduğundan (hüquqi şəxsin nizamnaməsinə əsasən) kooperativin ümumi yığıncağının qərarı əsasında onlara kooperativ mənfəətindən kooperativ ödənişi ödənilə bilərdi. Kooperativin əldə etdiyi mənfəətin üzvlər arasında bölüşdürülübbölüşdürülməməsi, üzvlətə kooperativ ödənişi və ya dividend ödənilib-ödənilməməsi ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olduğundan bu barədə ümumi yığıncağın qərarları olmadan hüquqi şəxsə rəhbərlik etmiş Cavabdeh3 iddiaçıya və üçüncü şəxsə hər hansə vəsait ödəmək səlahiyyəti olmamışdır. Məhkəmə araşdırılması zamanı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağı tərəfindən mənfəətin üzvlər arasında bölüşdürldüyü, mütləq əmlak payı ödəmiş hər hansı üzvə kooperativ ödənişinin ödənildiyi, o cümlədən Cavabdeh3 hüquqi şəxsə rəhbərlik etdiyi dövrdə bu ödənişləri mənimsədiyi təsdiq edilməmişdir.
48. O cümlədən məhkəmə araşdırması zamanı işdə olan sübutlar əsasında Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin illik mənfəətinin vergi orqanına təqdim edilmiş hesabatlarda göstərilmiş məbləğlərdən artıq olduğunu, gəlirin gizlədildiyini müəyyən etmək mümkün olmamışdır. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iş üzrə ekspertiza təyin edilsə də, binaların tikintisinə xərclənmiş vəsaiti təsdiq edən müvafiq sənədlər olmadığından Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin yaşayış sahələrinin, qeyri-yaşayış sahələrinin və qarajların satışından əldə edilmiş xalis mənfəətin məbləğini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxsə rəhbərlik etdiyi dövrdə Cavabdeh3 tərəfindən hüquqi şəxsin əmlakının və ya gəlirinin mənimsənildiyi mötəbər sübutlarla təsdiq edilmədiyindən ona qarşı iddiaların rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslıdır.
Cavabdeh2 qarşı yönəlmiş iddia tələbləri ilə bağlı
49. Məhkəmə apellyasiya şikayətlərinin bu dəlili ilə razılaşır ki, birinci instansiya məhkəməsi MPM-nin 217.1-ci maddəsinin tələbini pozaraq Cavabdeh2 qarşı hissədə iş üzrə gəldiyi nəticəni əsaslandırmamışdır. Buna görə də məhkəmə hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməli və bu hissədə yeni qətnamə qəbul edilməlidir.
50. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin təsisçisi olmamış, hüquqi şəxsin hər hansı orqanında hər hansı rəhbər vəzifə tutmamışdır. Ona qarşı irəli sürülən iddia tələbləri belə əsaslandırılır ki, Cavabdeh2 Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə faktiki rəhbərlik etmiş, hüquqi şəxsin əmlakı, əldə etdiyi gəlirlər onun tərəfindən qanunsuz olaraq mənimsənilmişdir.
51. Məhkəmə hesab edir ki, Cavabdeh2 Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin əmlakını və əldə etdiyi gəliri qanunsuz ələ keçirdiyi mötəbər sübutlarla təsdiq edilmədiyindən ona qarşı irəli sürülmüş iddialar əsassızdır.
52. İş materiallarının 1-ci cildinin 18-ci vərəqinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda Cavabdeh2 Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin inşa etdiyi binalardan əldə etdiyi əmlaklar qeyd edilmişdir.
53. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən əldə etdiyi əmlakları MTK ilə payçı qismində bağladığı müqavilələr əsasında əldə etmiş, həmin əmlaklara görə pay haqqının ödənilməsi ilə bağlı MTK tərəfindən maliyyə arayışları təqdim edilmişdir. (iş materialları 3cü cildə əlavə edilmiş sənədlər). İddiaçı və üçüncü şəxs müqavilələrdə əmlakların dəyərinin həqiqi dəyərindən az göstərildiyini, həmin əmlakların bazar dəyərinin qat-qat yüksək olduğunun işdəki audit rəyi ilə təsdiq edildiyini iddia etsələr də, məhkəmə hesab edir ki, bu mülahizələr tələblərin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən əldə etdiyi əmlakları qanuni əsaslarla-müqavilə əsasında əldə etdiyi və əldə etdiyi əmlakların dəyərinin ödənilməsi barədə MTK tərəfindən maliyyə arayışları olduğu müəyyən edildiyindən bu sənədlərin saxta olduğunu, əslində hüquqi şəxsə hər hansı vəsait ödənilmədiyini sübut etmək yükü cavabdehin üzərinə düşdüyü halda bu barədə məhkəməyə sübutlar təqdim edilməmiş, hüquqi şəxsin payçılarla bağladığı müqavilələr, həmin müqavilələrdəki qiymət hüquqi şəxsin özü və ya təsisçilər tərəfindən mübahisələndirilməmiş, Cavabdeh2 barəsində iddia edilən faktlarla bağlı onun cinayət işi qaldırılması üçün iddiaçı və üçüncü şəxs tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. Hazırda mülki iş materiallarında Cavabdeh2 tərəfindən Cavabdeh1 Mənzil- Tikinti Kooperativinin qanunsuz ələ keçirildiyini təsdiq edən hər hansı mötəbər sübut olmadığından məhkəmə hesab edir ki, hər iki tələb Cavabdeh2 qarşı hissədə də rədd edilməlidir. 54.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 33/2023 nömrəli qətnaməsi qismən Cavabdeh2 qarşı iddia tələblərinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək hər iki iddia tələbi Cavabdeh2 qarşı hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-33/2023 nömrəli qətnaməsi qismən-Cavabdeh2 qarşı iddia tələblərinin rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 Cavabdeh2 qarşı iddiaları rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.