Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-646/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-114/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X2 İddiaçı MMC-yə malların dəyərinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 1283,58 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 4738,22 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 3607,67 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 3536,20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 3484,35 manat məbləğində borcun, cəmi 16650,02 manat məbləğində dəbbə pulunun, xx.xx.2019-cu il tarixli müqavilə üzrə malların dəyərinin ödənilməməsinə görə yaranmış 32068,62 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 1957,43 manat pulun, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 1000 manat məbləğind pulun, iddia təmin edildiyi təqdirdə hüquqi xidmətə görə ödəniləcək 1000 manat məbləğində pulun, 31 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-114/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, malların dəyərinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat dəbbə pulu cəmi 100 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 32068,62 manat məbləğində əsas borc və onun qaytarılmaması nəticəsində yaranmış 1603,43 manat (əldən çıxmış fayda), hüquqi xidmətə görə ödənilmiş 1000 manat, dövlət rüsumu kimi ödənilmiş 6,84 manat cəmi 34778,89 manat məbləğində pul cavabdeh X1 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100000 manat, iddia təmin edildiyi təqdirdə hüquqi xidmətə görə ödəniləcək 1000 manat və 1 manat bank xərci tələbi hissəsində iddia rədd edilmişdir. İddiaçı və cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayəti vermişlər. Apelyasiya baxışı zamanı iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək mübahisə predmeti olan müqavilə üzrə pul öhdəliklərinin yerinə yetirildiyini bildirmişdir. Baxılan iş üzrə iddia tələbindən imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin hazırkı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-114/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh X3 qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-646/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-646/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver