Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-648/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qeyri yaşayış obyektinə elektrik xəttin bərpa olunması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli, e-2-2 (113)-515/2021 saylı qətnaməsindən (hakim S.Nuriyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 1985-ci il tarixdən, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması və dəymiş 4500 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1541/2020 nömrəli 20.08.2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsi “Böyük Bazar” ərazisində yerləşən “Lalə” ticarət obyektinə (kod **********5) 1985-ci il tarixindən Lənkəran İİ yarım stansiyasının 4 saylı (kod 8020027) xətdən yer altı kabel çəkərək ondan istifadə etməklə, eyni zamanda 9 saylı (kod 8020082) hava xəttindən, yəni- tikili qidalanma ilə elektrik enerjisi verilmişdir. Təxminən 5-6 il bundan qabaq aramsız yağan yağışlar nəticəsində 4 saylı xəttin qoşulduğu transformatorun binası su ilə dolub qısa qapanma nəticəsində “Lalə” ticarət evinə gələn yeraltı 100 metr 200 manat dəyərində kabeli zədələnib sıradan çıxmışdır. Odur ki, həmin transformatorda baş vermiş qəza nəticəsində “Lalə” ticarət mərkəzinə verilən 4 saylı elektrik xətti müvəqqəti açılıb əvəzində ancaq 9 saylı hava xəttindən elektrik enerjisinin verilməsi davam etdirilmişdir. “Lalə” ticarət obyektinin daxilində hər iki elektrik xətlərinə xidmət edən 1.5 metr hündürlüyündə dəmir elektrik şkafın içərisində qoruyucular, bir xətdən digər xəttə keçmək üçün ayırıcı avtomat və iki xəttə xidmət edən elektrik sayğacı olmuşdur. “Lalə” ticarət obyekti sonuncu nöqtə olduğu üçün, 9 saylı hava xəttindən ticarət mərkəzinə verilən elektrik enerjisinin gərginliyi normadan qat-qat aşağı təxminən 140-150 vat olmuşdur. Bu səbəblərdən təxminən hələ 2010-cu il tarixdən, “Lalə” ticarət obyektinə verilən 160 vat gərginliyi 220 vat gücünə qədər qaldıran elektrik tənzimləyicisindən istifadə olunmuşdur. Lakin “Lalə” ticarət obyektinə yuxarıda qeyd olunan elektrik tənzimləyicisi vasitəsilə elektrik enerjisinin verilməsinə baxmayaraq 2018-ci ildə sözü gedən həmin tənzimləyici, həmçinin ticarət mərkəzində 4 ədəd kondisioner 400 man. və 1 ədəd 500 manat qiymətində kompyuter yanıb sıradan çıxmışdır.. Baş vermiş hadisə ilə bağlı X2 baş mühəndisinə müraciət edildi. Onun təklifinə görə qonşuluqda “məişət” idarəsinin həyətində yerləşən şəxsi adamların transformatordan öz maliyyə hesabına 200 man. dəyərində 100 metr uzunluğunda kabel vasitəsilə 2-ci qidalanma olan 9 saylı elektrik hava xətti bərpa olundu. Lakin vətəndaşların şikayət və narazılıqlarına görə təxminən bir aydan sonra elektrik xətti məcburən açıldı. Cavabdehin təqsirindən “Lalə” ticarət obyektinə elektrik tənzimləyicisi 2000 man + kondensonerin 4 ədədi 1600 manat + kompyuter 1 ədədi 500 man. + 100 metr kabel 200 man. + 100 metr yeraltı kabel 200 man. olmaqla cəmi birlikdə = 4500 manat məbləğində maddi ziyan vurulmuşdur. Hal-hazırda 4 saylı hava elektrik xətti ilə verilən elektrik enerjisi “Lalə” ticarət mərkəzinin fəaliyyət göstərməsinə kifayət etmir. Cavabdeh "xxxx" ASC-nin Cənub RETSİ-nin yeni rəhbərliyi tərəfindən, 1984-cü il tarixdən, “Lalə” ticarət obyekti qanunamüvafıq olaraq məxsus olduğu ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən, elektrik enerjisinin verilməsindən 20 may 2020-ci il tarixli, 01/ C- 0269 saylı cavab məktubu ilə imtina etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli, e-2-2 (113)-515/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 40 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisi qurğularının quraşdırılması” Qaydalarının 1.3.2.2-ci bəndinə əsasən elektrik təchizatının etibarlılığının təmini baxımından elektrik qəbulediciləri aşağıdakı üç kateqoriyaya bölünürlər: Birinci kateqoriyalı elektrik qəbulediciləri – elə elektrik qəbulediciləridir ki, onların elektrik təchizatındakı fasilə insanların həyatı, dövlətin təhlükəsizliyi üçün təhlükənin yaranmasına, xeyli dərəcədə maddi ziyanın dəyməsinə, mürəkkəb texnoloji prosesin, kommunal təsərrüfatın xüsusi vacib elementlərinin, rabitə və televiziya obyektlərinin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Birinci kateqoriyalı elektrik qəbuledicilərinin tərkibindən xüsusi qrup elektrik qəbulediciləri ayrılır ki, insanların həyatına olan təhlükənin, partlayışların və yanğınların qarşısının alınması məqsədilə istehsalatın qəzasız dayandırılması üçün onların fasiləsiz işi zəruridir. İkinci kateqoriyalı elektrik qəbulediciləri – elə elektrik qəbulediciləridir ki, onların elektrik təchizatındakı fasilə kütləvi miqdarda məhsul buraxılmamasına, işçilərin, mexanizmlərin və sənaye nəqliyyatının kütləvi boş dayanmasına, böyük sayda şəhər və kənd sakinlərinin normal fəaliyyətinin pozulmasına gətirib çıxarır. Üçüncü kateqoriyalı elektrik qəbulediciləri – birinci və ikinci kateqoriyaya aid olmayan bütün elektrik qəbulediciləri. Qətnamədə də qeyd edildiyi kimi iddiaçıya məxsus ticarət obyekti üçüncü kateqoriya elektrik qəbuledicilərinə aiddir. Qaydaların 1.3.2.5-ci qeyd edilir ki, üçüncü kateqoriya elektrik qəbuledicilərinin elektrik təchizatı bir qida mənbəyindən yerinə yetirilə bilər, o şərtlə ki, elektrik təchizatı sistemindəki zədələnmiş elementin təmiri və ya dəyişdirilməsi üçün tələb olunan elektrik təchizatındakı fasilələr bir gündən artıq olmasın. Məhkəmə tərəfindən iddiaçıya məxsus ticarət obyektindəki fasilənin neçə gün müddətində davam etdiyi araşdırılmamışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək. apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli, e-2-2 (113)-515/2021 saylı qətnaməsi qismənmübahisələndirilən hissədə ləğv edilməli, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən qətnamə yalnız iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apelyasiya baxışının predmetini həmin hissə təşkil edir. İddiaçı hazırkı iddia ərizəsində mülkiyyətində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 40 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisi qurğularının quraşdırılması” Qaydalarının 1.3.2.2-ci bəndinə əsasən elektrik təchizatının etibarlılığının təmini baxımından elektrik qəbulediciləri aşağıdakı üç kateqoriyaya bölünürlər: Birinci kateqoriyalı elektrik qəbulediciləri – elə elektrik qəbulediciləridir ki, onların elektrik təchizatındakı fasilə insanların həyatı, dövlətin təhlükəsizliyi üçün təhlükənin yaranmasına, xeyli dərəcədə maddi ziyanın dəyməsinə, mürəkkəb texnoloji prosesin, kommunal təsərrüfatın xüsusi vacib elementlərinin, rabitə və televiziya obyektlərinin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Birinci kateqoriyalı elektrik qəbuledicilərinin tərkibindən xüsusi qrup elektrik qəbulediciləri ayrılır ki, insanların həyatına olan təhlükənin, partlayışların və yanğınların qarşısının alınması məqsədilə istehsalatın qəzasız dayandırılması üçün onların fasiləsiz işi zəruridir. İkinci kateqoriyalı elektrik qəbulediciləri – elə elektrik qəbulediciləridir ki, onların elektrik təchizatındakı fasilə kütləvi miqdarda məhsul buraxılmamasına, işçilərin, mexanizmlərin və sənaye nəqliyyatının kütləvi boş dayanmasına, böyük sayda şəhər və kənd sakinlərinin normal fəaliyyətinin pozulmasına gətirib çıxarır. Üçüncü kateqoriyalı elektrik qəbulediciləri – birinci və ikinci kateqoriyaya aid olmayan bütün elektrik qəbulediciləri. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçıya məxsus ticarət obyektindəki elektrik qəbulediciləri üçüncü kateqoriya elektrik qəbuledicilərinə aiddir. Qaydaların 1.3.2.5-ci bəndində qeyd edilir ki, üçüncü kateqoriya elektrik qəbuledicilərinin elektrik təchizatı bir qida mənbəyindən yerinə yetirilə bilər, o şərtlə ki, elektrik təchizatı sistemindəki zədələnmiş elementin təmiri və ya dəyişdirilməsi üçün tələb olunan elektrik təchizatındakı fasilələr bir gündən artıq olmasın. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan obyektə ikinci elektrik xəttinin bərpa edilməsi barədə tələbi təmin edərkən işdə obyektin elektrik təchizatındakı fasilənin bir gündən artıq davam etdiyinə dair hər hansə sübut olmadığını nəzərə almamış, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi və izahatında göstərdiyi hallara istinad edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlmişdir. “Elektrik enerjisi qurğularının quraşdırılması” Qaydalarında üçüncü kateqoriya elektrik qəbuledicilərinin elektrik təchizatının iki qida mənbəyindən yerinə yetirilməli olduğuna dair imperativ norma müəyyən edilmədiyindən cavabdehin üzərinə qanunla nəzərdə tutulmuş əsaslar olmadan məhkəmə tərəfindən belə bir vəzifə qoyula bilməz. İddia ərizəsinin məzmunundan, iddiaçının cavabdehə ünvanlanmış ərizəsindən və X5 Təchizatı və Satışı İdarəsinin 20.05.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus “Lalə” Ticarət Mərkəzinin elektrik təchizatı hazırda şəbəkəyə məxsus 110/35/10 kv-luq Lənkəran İİ y/s-dan qidalanan 10 kv-luq 4 saylı hava xəttindən bəslənən kodu ******* olan transformatorun 2 saylı fiberindən çıxan 0,4 kv-luq elektrik xəttinin enerjisindən təmin olunur. Həmin xətt vasitəsilə verilən elektrik enerjisinin hazırda obyektin fəaliyyət göstərməsi üçün kifayət etmədiyi iddiaçının izahatından başqa heç bir sübutla təsdiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə iddia ərizəsində qeyd edilənlərdən aydın olur ki, “Lalə” ticarət obyektinin elektrik təchizatını təmin edən 4 saylı xətt 5-6 il əvvəl yağış sularının təsiri ilə zədələnib sıradan çıxdığı üçün müvəqqəti olaraq 9 saylı hava xəttindən elektrik enerjisi verilməsi davam etdirilmişdir. Göründüyü kimi, obyektin elektrik təchizatının müvəqqəti olaraq 9 saylı elektrik xətti vasitəsilə həyata keçirilməsinin səbəbi ticarət mərkəzindəki elektrik avadanlıqlarının normal işləməsi üçün əlavə gücə ehiyac olması ilə əlaqədar deyil, qəza ilə əlaqədar olmuşdur. X5 Təchizatı və Satışı İdarəsinin 22.02.2021-ci il tarixli məktubunda iddiaçıya ona məxsus obyektin ikinci qidalanma xətti ilə təmin edilməsi üçün Asan Xidmət mərkəzinə müraciət edərək texniki şərt almalı olduğu qeyd edilmiş, iddiaçı birinci instansiya məhkəməsində 02.12.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Asan Xidmətə müraciət etmədiyini, obyektin elektrik təchizatı ilə bağlı texniki şərtin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2021-ci il tarixli 234 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması” Qaydalarının 2.1-ci bəndinə əsasən sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ-yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Qaydaların 1.5-ci bəndinə əsasən bu Qaydalar qüvvəyə minənədək ETŞ–yə qoşulmuş (sayğac quraşdırılmış) istehlakçılara onun müddəaları şamil edilmir. Həmin istehlakçıların əlavə güc alması bu Qaydalara uyğun olaraq həyata keçirilir. Qeyd edilən normalarən tələblərindən göründüyü kimi, iddiaçı əlavə elektrik enerjisi gücü verilməsi ilə bağlı texniki şərt almalı olduğundan texniki şərt almadan əlavə elektrik xətti ilə bağlı hazırkı iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli, e-2-2 (113)-515/2021 saylı qətnaməsi qismən-mübahisələndirilən hissədə ləğv edilməli, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli, e-2-2 (113)-515/2021 saylı qətnaməsi qismən-mübahisələndirilən hissədə ləğv edilsin. İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi gündən) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-648/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-648/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver