Məhkəmə qərarları › İş №2-2(103)-65/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-65/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-65/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibiQasımova Nərgiz Emin qızının katibliyi, xxxxnın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, xxxx “xxxx” Şirkətinin cavabdeh “xxxx” Şirkətinə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğin geri qaytarılması”na dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1055/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından xxxxnın nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: xxxx “xxxx” Şirkəti cavabdeh “xxxx” Şirkətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx “Cavabdeh”şirkəti ilə cavabdeh Vercona “GmbH” («Gİ&EM GmbH») şirkəti arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, № 0402 saylı müqavilənin ləğv edilməsi, cavabdeh “xxxx" şirkətindən 191,654 (yüz doxsan bir min altı yüz əlli dörd) avro məbləğində ödənişin, 91.000 (doxsan bir min) avro manat məbləğində cərimənin, ümumilikdə 282,654 (iki yüz səksən iki min manat altı yüz əlli dörd) avro məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə birdəfəlik qaydada tutularaq xxxx Vercona “GmbH” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2011-ci il tarixli, № 0402 saylı müqavilənin 1.2-ci bəndinə əsasən, “Cavabdeh” şirkəti (bundan sonra “Cavabdeh”) Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi ünvanında yerləşən dörd blokdan ibarət “A” saylı binada №34 saylı mənzili tikdikdən sonra «Gİ&EM GmbH» şirkətinə (hazırda “xxxx” şirkəti, bundan sonra “xxxx”) təhvil verməyi, «Gİ&EM GmbH» şirkəti isə bu müqavilənin 4-cü hissəsinə əsasən müvafiq ödənişləri həyata keçirməyi üzərinə götürmüşlər. xxxx müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsə də, cavabdeh indiyə qədər öhdəliklərini tamlıqla yerinə yetirməmişdir. Belə ki, xxxx cavabdehə müqavilənin 4.1-ci maddəsinə əsasən 191.654 (yüz doxsan bir min altı yüz əlli dörd) avro ödəmişdir. Ödəniş qəbzlərinin notarial qaydada təsdiq edilmiş surətləri və tərcüməsi müqavilə ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Lakin cavabdeh müqavilədə göstərilmiş 34 saylı mənzili tiksə də, mənzilin yerləşdiyi “A” saylı bina indiyə qədər Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən istifadəyə yararlı hesab edilərək qəbul edilməmişdir. Hər il cavabdeh xxxxya müvafiq dövlət orqanları ilə yazışmaları təqdim edilmiş və artıq yaxın müddət ərzində binanın istifadəyə yararlı olmasını təsdiq edən sənədləri sonuncuya təqdim edəcəyini vəd etmişdir. Lakin 2019-cu ilin əvvəlində cavabdeh xxxxya bildirmişdir ki, onun tikdiyi bina istismara qəbul edilmir. xxxx “xxxx” (əvvəlki Gİ&EM GmbH) Almaniya Federativ Respublikasında yaradılmış və fəaliyyət göstərən şirkətdir ki, həmin şirkət hesab edir ki, əgər mənzilin yerləşdiyi bina müvafiq dövlət orqanları tərəfindən istifadəyə yararlı hesab edilmirsə, demək ki, orada yaşamaq həyat və sağlamlıq üçün təhlükə törədir. Bu səbəbdən də sözügedən müqavilədə 3.4.1-ci maddə nəzərdə tutulmuşdur ki, həmin maddəyə əsasən, xxxxnın ödəniş şərtlərini yerini yetirdikdən sonra mənzili öz mülkiyyətinə və istifadəsinə götürmək hüququ vardır. Lakin cavabdehin tikdiyi bina Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən istismara qəbul edilmədiyindən, xxxx həmin mənzildən istifadə etmək riskini üzərinə götürmür, həmçinin onu özəlləşdirə bilmir və qanunvericiliklə mülkiyyətçiyə verilmiş hüquqlardan istifadə edə bilmir. Tərəflər arasında bağlanılmış müqavilənin 4.3-cü maddəsinə əsasən, müqavilə predmetini təşkil edən mənzil xxxxya istismar üçün xx.xx.2011-ci il tarixdə təqdim edilməli idi. Həmçinin həmin müqavilənin 6.2-ci maddəsinə əsasən, əgər cavabdeh müqavilənin 4.3-cü maddəsində göstərilən öhdəliyini vaxtında yerinə yetirməyəcəksə, cavabdeh xxxxya yubanmanın hər bir ayı üçün 1000 (bir min) avro məbləğində pul ödəməlidir. Lakin 91 aydan artıq müddətdir ki, Azərbaycan Respublikasının müvafiq dövlət orqanları o cümlədən, X1 Dövlət Agentliyi mübahisəli mənzilin yerləşdiyi binanı istismara qəbul etməkdən imtina etmişdir, xxxx da indiyə qədər həmin mənzildən istifadə edə bilmir. İstənilən halda cavabdeh müqavilənin müqavilənin 3.4.1-ci maddəsini pozaraq, mübahisəli mənzilin cavabdehin mülkiyyətinə verilməsi üçün müvafiq hərəkətləri etmir. Bundan başqa, işin faktiki hallarından göründüyü kimi cavabdeh xx xxxxxx 2011-ci il tarixli, № 0402 saylı müqavilənin 3.4.1-ci bəndi üzrə üzərinə götürdüyü öhdəlikləri indiyə qədər yerinə yetirməmişdir və nəticədə xxxx müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilənin ləğv edilməsi barədə qarşı tərəfə təklif göndərilmiş, lakin cavabdeh təklif edilən müddət ərzində xxxxya hər hansı bir cavab verməmişdir. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən xxxxnın ona müqavilənin 4.1-ci maddəsinə əsasən ödədiyi məbləği geri qaytarmalı, həmçinin müqavilənin 6.2-ci maddəsində göstərilmiş cərimə məbləğini xxxxya ödəməlidir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1055/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. xxxxnın nümayəndə-vəkili apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin müvafiq icra hakimiyyəti tərəfindən istismara-qəbul edilib edilməməsi ümumiyyətlə xxxx tərəfindən mübahisələndirilmir və belə bir tələb iddia ərizəsinin predmetini təşkil etmir. xxxx müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsə də, cavabdeh indiyə qədər üzərinə götürdükləri öhdəlikləri tamlıqla yerinə yetirməmişdir. Belə ki, xxxx cavabdehə müqavilənin 4.1-ci maddəsinə əsasən 191,654 (yüz doxsan bir min altı yüz əlli dörd) avro ödəmişdir. Lakin cavabdeh müqavilənin 3.4.1-ci maddəsi ilə üzərinə götürdükləri vəzifələri yerinə yetirmir. Belə ki, müqavilənin 3.4.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, xxxx ödəniş şərtlərini yerini yetirdikdən sonra mənzili öz mülkiyyətinə götürə bilər. Lakin xxxx mübahisəli mənzili özəlləşdirə bilmir. Cavabdehdən üzərinə götürdükləri öhdəlikləri hansı səbəbdən yerinə yetirə bilmədiyi soruşulanda, bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi ünvanında yerləşən 4 blokdan ibarət “A” saylı bina müvafiq dövlət orqanları tərəfindən istifadəyə yararlı hesab edilərək qəbul edilməmişdir. Beləliklə, 11 ildir ki, xxxx müqavilənin 3.4.1-ci maddəsində nəzərdə tutulmuş hüququnu reallaşdıra bilmir-yəni həmin mənzili özəlləşdirə və qanunvericiliklə məhz mülkiyyətçiyə verilmiş hüquqlardan istifadə edə bilmir. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.42-ci və 47.4.6-cı maddələrinə istinad etmişdir ki, həmin normalar iddianın rədd edilməsinin əsasını təşkil edə bilməz. Belə ki, həmin maddələr tikinti sifarişçisin anlayışını (dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslər) və sifarişçinin tikinti obyektinin tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olmasını müəyyənləşdirirlər. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi ünvanında yerləşən 4 blokdan ibarət “A” saylı binanın Sifarişçisi məhz cavabdeh olmuşdur. xxxx bütün binaya dair hər hansı bir hüquqa malik deyil, həmçinin aydındır ki, əgər ümumilikdə “A” saylı bina istismara qəbul edilməmişdirsə, bir mənzil ayrıca istismara qəbul edilə bilməz. İşin faktiki hallarından göründüyü kimi cavabdeh xx xxxxxx 2011-ci il tarixli, № 0402 saylı müqavilənin 3.4.1-ci bəndi üzrə üzərinə götürdüyü öhdəlikləri indiyə qədər yerinə yetirməmişdir və nəticədə xxxx müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş xxxxnın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası xxxxnın nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, “xxxx” Şirkəti (1-ci tərəf, podratçı) ilə “xxxx” Şirkəti (hazırki: “xxxx” Şirkəti) (2-ci tərəf, sifarişçi) arasında xx xxxxxx 2011-ci il tarixdə 0402 saylı podrat müqaviləsi bağlanılmış, müqaviləyə əsasən podratçı sifarişçiyə Azərbaycan Respublikası, Bakı şəhəri, Salyan şossesi 12 ünvanında yerləşən yaşayış kompleksində bina “A”, mənzil 34 (dörd girişli bina “A”, giriş 3,5-ci mərtəbə) tikilməsini və sifarişçinin sərəncamına verilməsini, sifarişçi isə müqaviləyə uyğun olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2011-ci il tarixli hesabdan çıxarışla “xxxx” Şirkəti tərəfindən (hazırki: “xxxx” Şirkəti) “xxxx” Şirkətinin bank hesabına 194.654 avro məbləğində pul vəsaiti köçürülmüşdür. xxxx “xxxx” cavabdehə xx xxxxxx 2011-ci il tarixli, 0402 saylı müqavilənin ləğv edilməsi və ümumilikdə 282.654 avro məbləğində pulun 15 təqvim günü qaytarılması barədə pretenziya məktubu göndərərək xəbərdarlıq etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, həmin müqavilə münasibətləri zəminində cavabdeh podratçı qismində Bakı şəhəri, Salyan şossesi 12 ünvanında yerləşən yaşayış kompleksində bina “A”, mənzil 34 tikilməsini öhdəsinə götürmüş, xxxx isə sifarişçi qismində olaraq cavabdehin gördüyü işlərə görə ödəmələrin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində mübahisə predmeti olan mənzilin istismara qəbul edilməsini təmin etmək podratçının, yəni hazırki iş üzə cavabdehin vəzifələrinə aid edilməmişdir. Bununla bağlı məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsinin normalarını tətbiq edərək qüvvədə olan qanunvericiliyin tələblərinə görə tikinti obyektinin tikintisi başa çatdıqdan sonra, onun istismarına icazə alınması üçün müraciət edilməli orqanın müvafiq icra hakimiyəti orqanı olmasını və həmin vəzifənin maddəyə əsasən məhz sifarişçiyə aid olmasını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən xxxxnın nümayəndəsi və vəkili S.Aliyeva təkzib edərək, həmin vəzifənin müqavilə üzrə cavabdehə məxsus olduğunu bildirmiş, həmçinin xxxxnın vəzifəsi olmadığı halda, xxxx tərəfindən dəfələrlə müvafiq icra hakimiyyəti orqanına şifahi müraciətlər edildiyini, lakin hər hansı bir nəticəyə gələ bilmədiyini də qeyd etmişdir. Bundan əlavə xxxx, mübahisə predmeti olan binanın müvafiq dövlət orqanları tərəfindən istifadəyə yararlı hesab edilmədiyinə görə orada yaşamağın həyat və sağlamlaq üçün təhlükə törətdiyini də bildirmişdir. Məhkəmə bu tələblə bağlı qeyd etmişdir ki, sübutetmə yükü daşıyan xxxx müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyini bildirsə belə, bununla bağlı əsaslı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin, xxxxnın bu tələbini araşdıran zamanı müəyyən etmişdir ki, xxxx sözügedən binada yaşamağın həyat və sağlamlıq üçün təhlükəli olduğunu yalnız öz iddia ərizəsində və izahatında qeyd etmiş, lakin bu hissəni təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, xxxxnın iddiasında duran dəlillərin hüquqi cəhətdən mövcud olan müqavilənin ləğvi üçün əsas ola bilməz. Müqavilə tərəfinin müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməməsi əks tərəfin tələbi ilə müqavilənin ləğvi və ya dəyişdirilməsi üçün əsas kimi çıxış edə bilər. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsi müəyyən edir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 441-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.42-ci maddəsinə görə, tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslər- sifarişçidir. Həmin Məcəllənin 47.4.6-cı maddəsinə əsasən, tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Göründüyü kimi, məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün istər faktiki əsaslar, istərsə də qanuni əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə xxxxnın istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır və qeyd edir ki, xxxxnın tələbinin əsasını tərəflər arasında bağlanmış podrat müqaviləsi təşkil edir. Hazırkı iş üzrə xxxx müqavilə tərəfi kimi “sifarişçi” qismində müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qarşı tərəfə görəcəyi işə görə haqq ödəmiş, cavabdeh isə müqavilənin tərəfi kimi “podratçı” kimi üzərinə düşən öhdəliyi icra edib sifarişçinin sifarişini icra etmişdir. Podratçı bağlanan podrat müqaviləsi ilə tikinti obyektinin tikintisi başa çatdıqdan sonra, onun istismarına icazə alınması vəzifəsini götürməmişdir. Bu hal üçün müraciət edilməli orqan müvafiq icra hakimiyəti orqanı və müraciət etməli şəxs isə sifarişçidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: xxxxnın apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1055/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, təqdim edildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar