Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-651/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Nümayəndə* və üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh “X* Limited” Şirkətinə (üçüncü şəxs qismində “X* Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cəlb edilməklə) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(**3)-*237/2022 nömrəli qətnaməsindən iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” Şirkəti cavabdeh “X* Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən *3 may 20*9-cu il tarixli PO000002497 saylı Spesifikasiya üzrə *404*,50 avro əsas borc və *404*,*5 avro cərimə, o cümlədən *0*0 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 200 manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(**3)-*237/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(**3)-*237/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən üçüncü şəxs apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(**3)-*237/2022 saylı qətnaməsinin ləğv edilməsi və müqavilənin 02 may 20*9-cu il tarixli PO-000002497 saylı Spesifikasiyasının ümumi qiymətinin malın keyfiyyətsiz olduğuna görə mütənasib olaraq azaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri mümkün sayılaraq icraata qəbul edilmiş, işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Tərəflər “AZE MİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişini təqdim edərək iş üzrə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Barışıq sazişi hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. İşə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, iddiaçının qanuni nümayəndəsi Nümayəndə* və üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında tərəflər arasında bağlnamış barışıq sazişinin təsdiq edilməsini xahiş etmiş, icraata xitam verilməsinin prosessual nəticələrinin aydın olduğunu bildirmişlər. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(**3)-*237/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin *9*.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 26*.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.*-259.0.5-ci və 259.0.8—259.0.*2-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 26*-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(**3)-*237/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *9*, 26*-262, 263-264, 39*, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(**3)-*237/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin: -iddiaçı cavabdehə qarşı irəli sürülmüş iddiadan qismən – *3 may 20*9-cu il tarixli PO000002497 saylı Spesifikasiya üzrə *404,*5 avro həcmində cərimə məbləğinin ödənilməsinə dair tələb hissəsində imtina etməyi öhdəsinə götürür. -iddiaçının iddiadan qeyd edilən hissədə qismən imtinası müqabilində cavabdeh iddia tələbi üzrə yaranmış əsas borc məbləğini təşkil edən *3 may 20*9-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə *404*,50 avro həcmində əsas borc məbləği hissəsində ödənişinin *0.09.2023-cü il tarixinədək icra edilməsini öz öhdəsinə götürür. -tərəflər razılaşırlar ki, iddia tələbində əks olunan məhkəmə xərcləri, rüsumlar və s. hissədə iddiaçı cavabdehdən hər hansı məbləğin ödənilməsini tələb etməyəcək. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-651/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-651/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver