Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-654/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X15 Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, iştirakı ilə, cavabdehin nümayəndələri Nümayəndə3, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X13 və X2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1314/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı QSC ilə Cavabdeh X11 arasında 4 dekabr 2020-ci il tarixli № AVR/ATU 201224 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində göstərilən çesiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcıya təmin etməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müйavilənin 2.1-ci bəndinə əsasən mallar alıcının (onun nümayəndəsinin) satıcıya (onun nümayəndəsinə) telefon (zəng və ya proqram təminatı yolu ilə) elektron poçt və ya kuryer vasitəsilə bildirdiyi sifarişi əsasında satıcı tərəfindən tərtib olunan və alıcıya elektron qaydada göndərilən elektron qaimə-faлtura üzrə müəyyən olunan adda, çуşiddə, miqdarda və məbləğdə satıcı tərəfindən alıcıya təchiz olunur. Elektron qaimə-faktura həmçinin alıcının sifarişi hesab olunur. Tərəflərin razılığı əsasında sifarişdэ dəyişiklik edilə bilər.
2. xx.xx.2022-ci il tarixli üzləşmə aktında X7 İddiaçı QSC-yə həmin tarixə olan borcunun 59.387,67 manat təşkil etdiyi qeyd edilmişdir.Üzləşmə aktı hər iki tərəfindən adından imzalanmış və möhürləşmişdir.
3. xx.xx.2023-cü il tarixli üzləşmə aktında X7 İddiaçı QSC-yə həmin tarixə olan borcunun 60.541,7 manat təşkil etdiyi qeyd edilmişdir.Üzləşmə aktı hər iki tərəfindən adından imzalanmış (Klinikanın adından Şahid tərəfindən) və möhürlənmişdir.
4. xx.xx.2022-xx.xx.2022-ci il arası dövrü əhatə edən elektron qaimə-fakturalara əsasən müəyyən edilir ki, həmin dövrdə İddiaçı QSC tərəfindən Cavabdeh X9 ümumilikdə 59.389,52 manat məbləğind malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmişdir.
5. İddiaçı QSC-nin (mailto:office@avromed.azElektron ünvan 1 elektron poçt ünvanından) elektron poçt vasitəsilə göndərdiyi pretenziya məktubuna Cavabdeh X7 rəsmi elektron poçt ünvanından (mailto:terapevtik@amuclinic.azElektron ünvan 2) göndərilmiş cavab məktubunda klinikada yaranmış maliyyə vəziyyətш ilə bağlı yalnız borcun hissəhissə ödənilməsinin mümkün olması bildirilmiş və üzləşmə aktının imzalanması təklif edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı QSC Cavabdeh X5rşı cavabdehdən 59387,67 manat məbləğində borcun, mediasiyasının keçirilməsi üçün 410 manat məbləğində mediasiya dair rüsum və 269,39 manat məbləğində dövlət rüsumunun, cəmi 60.067,06 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC və Cavabdeh X11 arasında 24 dekabr 2020-ci il tarixdə, № AVR/ATU 201224 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (X1) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda Alıcıya təhvil verməyi, Alıcı isə həmin Malları təhvil alıb dəyərini Müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilsə də, cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. İddiaçı QSC bir tərəfdən və digər tərəfdən Cavabdeh X11 arasında xx.xx.2022-ci il tarixdə imzalanmış üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 59387.67 AZN borcunun olması barədə üzləşmə aktı imzalanmışdır. Belə ki, sonuncu dəfə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 10 gün ərzində 59387.67 AZN məbləğində olan borcun ödənilməsini xahiş etmişlər və xx.xx.2023-cü il tarixdə pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilmiş, bundan əlavə onlayn kargüzarlıq vasitəsi ilə pretenziya cavabdehə göndərilmişdir. Qeyd olunmuş borc İddiaçı QSC-nin Mühasibatlıq şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında da özəksini tapmışdır. Mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilmiş və xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı xx.xx.2023-cü il tarixdə əldə edilmişdir. İddiaçı mediasiyasının keçirilməsi üçün 410 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1314/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, шddiaçı ilə cavabdeh arasında 24 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 59387,67 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin və 31 dekabr 2022-ci il tarixli Üzləşmə aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
5. Cavabdeh X11 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh X11 Cavabdeh ilə əvəz edilmişdir.
7. Bundan sonra Cavabdeh apellyasiya şikayətinə əlavə vermiş və qətnamənin ləğv edilməsini, İddiaçı QSC-nin Cavabdeh X5rşı iddiasının rədd edilməsini xahiş etmişdir. 8. Apellyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh X11 əsl Cavabdeh ilə əvəz edilməlidir. Belə ki, AR Mülki Prosesual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) hüquqi şəxsə məxsusdur. Lakin, Cavabdeh X11 hüquqi şəxs statusuna malik deyildir və Cavabdeh struktur bölməsi olaraq onun təsdiq etdiyi əsasnamə əsasında fəaliyyət göstərir.
10. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırmışdır ki, Cavabdeh rəhbərliyi tərəfindən qeyd olunan məsələ ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, "Avromed Company ilə Cavabdeh X11 arasında AVR/ATİJ 201224 nömrəli alqı-satqı müqavilasi bağlanılmışdır. Müqaviləyə əsasən, satıcı- "xxxx"QSC malları çatdırılrna məntəqəsində öz vəsaiti hesabına alıcı- X9 təhvil verməyi, X11 isə həmin malları təhvil alıb dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Araşdırma zamanı həmin müqavilənin icrası ila bağlı sistem tərəfindan 5 gün müddət keçdikdan sonra avtomatik olaraq təsdiq olunan e-qaimədən başqa heç bir sənəd ve ya rəsmi elektron yazışma aşkarlanmamışdır. X10 direktoru tərəfindən imzalanmış arayışda qeyd olunmuşdur ki, 2020-2023-cü illərdə elektron qaima-faktura üzre müəyyən olunan adda, çeşiddə, miqdarda, məbləğdə malların çatdırılması, o cümlədən təhvil verilməsinə dair klinikaya maxsus aptekdə, maliyyə şöbəsində, anbarda heç bir sənəd olmamış və ümumiyyətlə təqdim olunmamışdır. Məhkəməyə təqdim edilən elektron-qaimə fakturaların heç birində əsas (qəbzlər, çekler ve digər ödəniş sənədləri, müqavilələr, təhvil-təslim akları, evvəlcədən şifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qabul aktı, malların alınması üçün vəkalətnamə va s.) qeyd olunmayıb. Həmçinin elektron-qaimanin aşağı hissəsində də " Təhvil verdim" və "Təhvil aldım" hissələri doldurulmayıb. Buna görə onların hüquqi əsası olması barədə şübhələr yaranmışdır. Araşdırma zamanı klinikada "Avromed Company” QSC X11 arasında heç bir təhvil-təslim aktı va üzləşmə aktı aşkarlanmayıb. İddiaçı tərəfindən təqdim edilən üzləşmə akılarının hüquqi əsası olmadığını bildirirlər. Belə ki, "Üzləşmə akt"ı 2 nüsxədə hazırlanır, müəssisələrin baş mühasibləri va rəhbərləri tərəfından imzalanır ve möhürləri ilə təsdiqlənirlər. Aktın bir nüsxəsi müəssisədə qalır, digər nüsxə isə debitorda(kreditorda). “zləşmə aktının başlığında üzləşmənin aparıldığı dövr və müqavilə(və ya müqavilələr), tərəflərin adları qeyd edilməlidir. Sənədlərin ikinci hissəsindəki cədvəli tərəflər onlarda olan mühasibatlıq məlumatları (hesablamalar, ödənişlər, kredit notlar ve s.) əsasında doldururlar. Təqdim olunmuş aktlarda hansı müqaviləyə əsasən qarşılıqlı yoxlamanın nəticəsi qeyd olunduğu məlum deyil. Həmin üzləşmə aktları müəssisələrin (X8) adı belə səhv yazılmış, rəhbər şəxslər imza atmamış, ümumiyyətlə imzalayan şəxslərin vazifələri va adları, soyadları belə yazılmamış, üstəlik həmin "üzləşmə aktları" na adı ( "arayışlar üçün") olan möhür vurulmuş, halbuki, klinikanın özünün möhürü var va müqaviləyə həmin möhür vurulmuşdur. "xxxx" QSC tarafdən isə heç möhür bela vurulmamışdır. Uzləşmə aktında hər iki müəssisənin məlumatları eyni olmalıdır, əks halda aktda kənarlaşmalar barədə məlumat qeyd edilməlidir. Bunların heç biri məhkəməyə təqdim olunmuş 'üzləşmə aktları"nda yoxdur. Məhkəməyə təqdim edilən "üzləşmə aktları"nda borc qalıqları belə fərqli göstərilir. Belə ki, xx.xx.2024-cü il tarixli üzləşmə aktında borc qalığı 59387,67 manat göstərilsə də, nədənsə xx.xx.2023-cü il tarixli "üzləşmə akt"ından başqa , yəni 60541.70 manat qeyd olunmuşdur. Bu da bir daha onların həqiqəti əks etdirməsinə şübhə yaradır. Bütün bunlar "xxxx" QSC-nin Azerbaycan Tibb Universitetinin X3 borcun tutulması tələbinin əsassız olduğunu göstərir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən "apellyasiya şikayətinə əlavə" adlı sənəd məhkəməyə təqdim edilmişdir. Həmin əlavədə qeyd olunmuş məsələlərə etiraz olaraq aşağıdakıları diqqətə çatdırıqlar. 1. Hazırki tarixədək baş tutmuş məhkəmə proseslərində cavabdeh tərəfindən iddiaçı ilə aralarında müqavilənin olmaması və ya bir neçə müqavilənin olması iddia edilsə də, özləri təqdim etdikləri "əlavə"də iddiaçının iddia tələbinin əsaslandığı alqı-satqı müqaviləsinin mövcud olduğunu bildirmişlər. 2. Həmçinin, tərəflərindən təqdim olunmuş e-qaimədən başqa heç bir sənədin təqdim olunmadığı qeyd edilsə də, cavabdeh tərəfindən e-məhkəmə kabinetinə diqqət yetirilsəydi, borcun mövcud olmasını sübut edən üzləşmə aktları, buna müvafiq olaraq elektron qaimələr, maliyyə arayışları, maliyyə cədvəlləri və s. digər mötəbər sübutlar hesab edilən maliyyə sənədlərinin olmasını açıq-aydın görmək mümkündür. Eyni zamanda cavabdehin qeyd etdiyi "tərəflər arasında rəsmi elektron yazışma aşkarlanmamışdır"ifadəsi həqiqəti əks etdirmir. Belə ki, iddiaçı tərəfindən göndərilmiş pretenziya cavabdeh tərəfindən rəsmi qaydada qəbul edildikdən sonra cavabdehin baş mühasibi tərəfindən borcun olmasını təsdiq edən rəsmi elektron poçt məktubu elektron məhkəmə materiallarına tərəfimdən əlavə edilmişdir. 3. Qeyd olunmalıdır ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olduğu dövrdə alqı-satqı işgüzar adətlər əsasında həyata keçirilmiş, təhvil verilən mallar üzrə Satıcı tərəfindən Alıcının onlayn vergi sisteminə e-qaimələr təqdim olunmuş və Alıcının, yəni cavabdehin gücləndirilmiş elektron imzası vasitəsilə təsdiq edilmişdir. 7. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarından da göründüyü kimi, təqdim etdiyimiz qaimə fakturalar ləğv edilməmiş və cavabdeh tərəfindən təsdiq olunmuşdur. Cavabdeh tərəfindən borc məbləğini təsdiq edən elektron qaimə fakturaların sübut olmaması formasında verdiyi izahatlar borcdan yayınma kimi xarakterizə olunmalıdır. 8. Üzləşmə aktlarına münasibətdə isə bildirmək istərdim ki, məhkəməyə təqdim olunmuş üzləşmə aktları borcun olmasını təsdiq edən mötəbər sübutlardır və hər bir aktda cavabdehə məxsus olan möhürlər öz əksini tapmışdır. Cavabdehin nümayəndəsinin məhkəmə proseslərində əsas kimi gətirdiyi "biz o müəssisədə həmin vaxt işləmirdik", "baş mühasib yenidir onları bilmir", "möhürü həmin aktlara kim vurub bilmirik" kimi mahiyyəti üzrə olmayan ifadələr cavabdehin öz müəssisədaxili məsələsidir və iddiaçı qarşısında sözügedən məbləğdə borcun olmamasını müəyyən edə bilməz. 9. Cavabdeh tərəfindən əlavədə üzləşmə aktının tarixi təhrif edilmiş, xx.xx.2022-ci il tarixli üzləşmə aktı 2024-cü il olaraq qeyd edilmiş və bütün bunlar borcdan yayınma məqsədi daşımaqdadır. Hazırki tarixə olan borcu əks etdirən bütün mötəbər sübutlar elektron məhkəmə kabinetində "Sənədlər" bölməsində öz əksini tapmışdır. Bütün bunlarla yanaşı borcu təsdiq edən üzləşmə aktını imzalayan şəxsin də Klinikanın baş mühasibi olması həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. 10. Belə ki, 16 oktyabr 2024-cü il tarixli, Klinika tərəfindən təqdim olunmuş arayışın tərəflər arasında baş tutmuş xx.xx.2024-cü il tarixli məhkəmə iclasında deyil, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilməsi də, arayışda qeyd olunanlara şübhə doğurmuşdur. Elə buna görə də arayış mötəbər sübutlarla təsdiq olunmuş borcdan yayınma məqsədi daşıyır və heç bir hüquqi əsasa söykənmir. 11. Son olaraq isə, xx.xx.2024-cü il tarixdə baş tutan məhkəmə iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsi tərəfindən sözügedən qaimə-fakturalar üzrə ödənişlərin, eyni zamanda hazırki baş mühasibin izahatının təqdim olunacağı bildirilsə də, sözügedən sübutlar da 5-6 ay ərzində davam edən məhkəmə icraatında təqdim edilə bilməmişdir. Yuxarıda qeyd olunan bütün xüsusatlar, cavabdeh tərəfindən qeyd olunan formal mülahizələrin həqiqətə uyğun olmadığını və borcdan yayınma xarakteri daşıdığını sübut edir. Buna görə də, sözügedən borc məbləğinin cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraza uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndələri Nümayəndə3 apellyasiya şikayətinə əlavənin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X16 və X6 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
12. Mülki Məcəllənin: - 54.1-ci maddəsinə görə hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. - 54.4-cü maddəsinə görə idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.3-ci maddəsin görə əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların: -1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. -2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; -3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. -3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. -3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. -3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
14. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC və Cavabdeh tərkibində hüquqi şəxs statusu olmayan strukturu bölməsi olan X11 arasında 24 dekabr 2020-ci il tarixli, № AVR/ATU 201224 saylı müqavilə bağlanılmışdır. Hazırda İddiaçı QSC həmin müqavilə üzrə sifariş edilmiş malları cavabdehə təqdim etsə də, cavabdehin həmin malların dəyərini tam şəkildə ödəmədiyini, nəticədə həmin müqavilə üzrə 59387,67 manat məbləğində borcun yarandığını iddia edir və həmin borcun tutulmasını tələb edir.
21. İddiaçının ödənilməsini tələb etdiyi malların cavabdehə təqdim edilməsi və belə olan halda cavabdehin müqavilə üzrə borcunun olması işin mübahisəli hallarını təşkil edir.
22. İddiaçı 59387,67 manat dəyərində malların təqdim edilməsi və həmin mallara görə borcun mövcud olmasını təsdiq etmək üçün xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövrü əhatə edən cəmi ƏDV daxil 59.389,52 manat məbləğində malların təqdim edilməsinə dair elektron qaimə-fakturaları, eləcə də 59.387,67 manat məbləğində borcun olmasına dair xx.xx.2022-ci il tarixli və 60.541,70 manat məbləğində borcun olmasına dair xx.xx.2023-cü il tarixli üzləşmə aktlarını məhkəməyə təqdim etmişdir.
23. Məhkəmə xx.xx.2023-cü il tarixli üzləşmə aktının və elektron qaimələrin apellyasiya instansiya məhkəməsində təqdim edilməsinə münasibətdə qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktın mötəbərliyi cavabdeh tərəfindən yalnız apellyasiya şikayətində mübahisələndirildiyindən həmin sübutların təqdim edilməsi zərurəti məhz işə apellyasiya məhkəməsində baxılarkən yaranmışdır.
24. MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
25. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. Odur ki, hazırkı halda çəkişmə prinsipinin tələblərinin təmin edilməsi, yəni iddiaçıya qarşı tərəfin apellyasiya şikayətində mübahisələndirdirdiyi faktlarla bağlı sübutların təqdim edilməsi üçün şərait yaratmaq məqsədilə iddiaçının sözügedən sübutları məhkəmə tərəfindən qəbul edilməlidir.
27. Üzləşmə aktlarının qeyri-mötəbərliyi barədə cavabdehin istinad etdiyi dəlilə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən dəlili üzləşmə aktlarının formaya uyğun tərtib edilməməsi, üzləşmə aktında onu imzalayan şəxsin adının göstərilməməsi və üzləşmə aktlarına müəssisənin əsas möhürünün deyil, sənədlər və arayışlar üçün möhürlərin vurulması ilə əsaslandırılmışdır.
28. Göstərilən dəlillərlə bağlı kollegiya qeyd edir ki, birincisi, üzləşmə aktından birində (xx.xx.2022-ci il tarixli) onu imzalamış şəxsin adı göstərilməsə də, ikinci üzləşmə aktında onu klinikanın adından imzalamış şəxsin həmin dövrdə klinikanın böyük mühasibi vəzifəsində işləmiş Şahid olması qeyd edilmişdir.
29. İkincisi, cavabdeh tərəfindən üzləşmə aktlarına vurulmuş möhürlərin (həm sənədlər üçün, həm də arayışlar üçün) həqiqiliyini mübahisələndirməmişdir. Digər tərəfdən cavabdehə məxsus həmin möhürlərin itirilməsi, oğurlanması və ya hansı digər formada klinikanın sahibliyindən çıxması iş materiallarına əsasən müəyyən edilməmişdir. Belə olan halda isə hər iki üzləşmə aktına klinikanın həmin dövrdəki rəhbər vəzifəli şəxslərinin məlumatı və razılığı ilə möhür vurulması, yəni aktların klinikanın rəhbərliyi tərəfindən təsdiq edilməsi açıq-aşkardır.
30. Digər tərəfdən Mülki Məcəllənin 425.1-cü maddəsində təsbit edilmiş mülki hüququnun ümumi prinsiplərindən biri olan vicdanlılıq (bon fides) prinsipinə uyğun olaraq mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür.
31. Hazırkı halda üzləşmə aktının cavabdehin məsul işçisi tərəfindən imzalanaraq üzərinə möhürün vurulması iddiaçıda qarşı tərəfin borcun olması faktını qəbul etməsinə və öhdəliyin icra edilməsindən imtina etməməsinə dair əminlik yaratmışdır.
32. Odur ki, cavabdehin üzləşmə aktlarına vurulmuş möhürlərin klinikanın əsas möhürü olmaması əsası ilə həmin aktların mötəbərliyini mübahisələndirməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir.
33. Bununla yanaşı o da qeyd edilməlidir ki, cavabdeh tərəf iddiaçı tərəfindən elektron qaimələrin düzəliş üçün qaytarılmamasını, eləcə də üzləşmə aktlarının imzalanmasını və üzərinə möhür vurulmasını klnikanın həmin dövrdəki direktoru və həmin şəxsin iddiaçı şirkətlə olan münasibətləri ilə əlaqələndirmişdir.
34. Beləliklə, cavabdeh faktiki olaraq klinikanın əvvəlki direktorunun və digər məsul işçilərinin iddiaçı ilə razılığa gələrək mallar təqdim edilmədiyi halda malların təqdim edilməsi ilə bağlı onlara göndərilmiş elektron qaimə-fakturaları qaytarmamalarını, borc olmadığı təqdirdə üzləşmə aktlarını təsdiq etmələrini, bununla da vicdansızcasına klinikanın mənafelərinə zidd olaraq davranmalarını iddia etsə də, həmin halları, o cümlədən göstərilən faktlarla bağlı klinikada araşdırma aparılmasını, məsul şəxslərin məsuliyyətə cəlb edilməsini və s.təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
35. Bundan əlavə sonuncu məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsi mübahisəli dövrdən əvvəl iddiaçı tərəfindən klinikaya elektron qaimə-fakturaların göndərilməsini və klinika tərəfindən ödənişlərin edilməsini, yəni əvvəlki dövrdə də tərəflər arasında alqı-satqı əməliyyatlarının aparılmasını təsdiq etmişdir. Lakin cavabdeh mallar təqdim edilərkən təhvil-təslim aktlarının tərtib edilməli olmasını bildirsə də, tərəflər arasında əvvəlki alqı-satqı əməliyyatlarının təhvil-təslim aktlarını imzalamaqla rəsmiləşdirilməsini, yəni tərəflər arasında bununla bağlı işgüzar adətin formalaşmasını da sübuta yetirə bilməmişdir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə qəlir ki, tədqiq edilmiş sübutların məcmusu ilə iddiaçı tərəfindən 59387,67 manat dəyərində malların cavabdehə təqdim edilməsi faktı öz təsdiqini tapır. Həmin mallara görə cavabdeh tərəfindən ödəniş edilməsi isə iş materiallarına əsasən müəyyən edilmir.
37. Məhkəmə həmçinin mübahisəli alqı-satqı müqaviləsinin alıcı qismində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh X11 tərəfindən imzalandığı halda, iddia tələbinin sonuncunun struktur bölməsi olduğu Cavabdehnə qarşı yönəldilməsinə münasibətdə qeyd edir ki, klinika hüquqi şəxs statusuna malik olmadığından, özünə məxsus mülki hüquq qabiliyyətinə, yəni müstəqil olaraq həyata keçirdiyi hüquqlara malik deyil, eləcə də mülki vəzifələr, o cümlədən müqavilə öhdəliklərinin icra etmək vəzifəsini daşımır.
38. Odur ki, hazırkı halda alqı-satqı müqaviləsi Cavabdeh X11 tərəfindən imzalansa da, klinika mülki hüquq münasibətlərin müstəqil iştirakçısı olmadığından həmin mübasibətlərdə struktur bölməsi olduğu Cavabdeh adından iştirak etmiş, yəni müqaviləni Cavabdeh adından bağlanmışdır. Belə olan halda həmin müqavilə üzrə yaranmış öhdəliklər də Cavabdeh tərəfindən icra edilməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdehndən 59387,67 manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
40. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1314/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Faiq Qəniyev