Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-657/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pulun tutulması» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1770/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 yanvar 2022-ci il tarixli PK-8/22 saylı müqavilə üzrə 132.160 AVRO məbləğində pulun (ödəniş günü AVRO-nun manata məzənnəsi nəzərə alınmaqla, manatla) Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 06 yanvar 2022-ci il tarixli PK-8/22 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilə münasibətləri çərçivəsində, icraçı müqavilələrə dair təqdim olunmuş hesablara əsasən sifarişçiyə xidmətləri təhvil vermişdir, sifarişçi isə xidmətləri qəbul etmişdir və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən sifarişçi Cavabdeh MMC göstərilmiş xidmətləri qəbul etmiş və həmin xidmətlərin dəyəri ƏDV daxil olmaqla 132.160 AVRO təşkil edir. Lakin borclu Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməyib və yetirməkdən də imtina etməkdədir.
3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası hüquqi şəxsi olan Cavabdeh Məhdud Məhsulyyətli Cəmiyyəti 13 yanvar 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla mühəndislik, satınalma və tikinti sahəsi üzrə fəalliyət göstərir. Şirkətin fəaliyyətini daha da genişləndirmək və Avropadan pul vəsaitlərini Azərbaycanda cəlb etməklə kiçik və orta biznesi inkişaf etdimək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) kredit alınması ilə müraciət olunmuşdur. Müraciət müsbət qarşılanmış və uzun müddət çəkən danışıqlar və yoxlamalar nəticəsində Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) kredit verilməsi qərara alınmışdır. Tərəflər arasında bağlanılmış 19 noyabr 2021-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh MMC-yə ilkin olaraq dekabr 2021-ci il tarixdə 8.000.000 AVRO məbləğində kredit alınmışdır. Bu kredit müqavilə üzrə alınmış vəsait müqavilə şərtlərinə əsasən təyinatı üzrə istifadə olunmuş və artıq müqavilə üzrə ilkin geri ödənişlərin edilməsi başlanılmışdır. Bu kreditin alınması üzrə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) akreditə olunmuş auditoru tərəfindən Şirkət bütövlüklə audit olunmuşsur. Audit proseslərinə başlanılmamışdan qabaq "xxxx" MMC ilə Cavabdeh MMC arasında 30 noyabr 2020-ci il tarixdə Məlumatların yayılmaması barədə müqavilə bağlanmışdır. Müqaviləni "xxxx" MMC tərəfindən X2, Cavabdeh MMC tərəfindən isə etibarnamə əsasında Şirkəti təmsil edən X8 imzalamışdır. Audit aparan Şirkət Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təsis edilmiş və direktoru Nümayəndə olan "xxxx" MMC olmuş və tərəflər arasında 05 may 2021-ci il tarixli 15\21 nömrəli Audit xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilə Cavabdeh MMC tərəfindən onun direktoru X5, "xxxx" MMC tərəfindən isə onun direktoru Nümayəndə tərəfindən imzalanmışdır. Auditi aparan şəxs isə X2 olmuşdur. Müqaviləyə əsasən "xxxx" MMC audit xidmətlərinin və bu xidmətləri peşəkar tərzdə və vaxtı-vaxtında lazımi ehtiyat və diqqətlə göstərilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə hər iki tərəf öhdəsinə götürmüş olduğu öhdəliyi vaxtı vaxtında yerinə yetirmişdir. Bundan başqa, eyniş şəxslərə məxsus olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28 iyun 2021-ci il tarixdə PK 16\21 nömrəli konsultasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləni İddiaçı MMC tərəfindən onu direktoru Nümayəndə tərəfindən Cavabdeh MMC tərəfindən isə etibarnamə əsasında Şirkəti təmsil edən X8 imzalamışdır. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 188.833,04 avro təşkil etmişdir. Müqavilə üzrə ödənişin edilməsi tərəflər arasında təsdiqlənmiş təhvil-təslim aktı və icraçı tərəfindən verilmiş hesab əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Öhdəliklər yerinə yetirildikdən sonra verilmiş hesab faktura əsasında bu Müqavilə üzrə ümumlikdə 13 dekabr 2021-ci il tarixdə ƏDV daxil 362578,32 manat vəsait İddiaçı MMC-nin bank hesabına ödənilmişdir. Bundan sonra, 11 yanvar 2023-cü il tarixdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən birinci kredit müqaviləsinin davamı olaraq 5.600.000 Avro ikinci kredit tranş həyata keçirilmişdir. İlkin kredit müqaviləsinin təminatı olan əmlakların dəyəri imkan verdiyindən, eyni təminatlarla ikinci kredit tranşı verilmişdir. Göründüyü kimi kredit alınması üçün təkrarən konsultasiya müqaviləsinin 6 ay sonra, yəni xx.xx.2021-ci il tarixli ilkin və hazırda mübahisə olunan xx.xx.2022-ci il tarixli sonrakı müqavilənin bağlanmasına zərurət yox idi. Blə ki, ilkin kredit verildikdən sonra təkrarəan Şirkətin audit olunmasına və konsultasiya xidmətlərinin göstərilməsinə ümumiyyətlə ehtiyac olmayıb. Tərəflər arasında mübahisə predmeti olan 06 yanvar 2022-ci il tarixli müqavilə bağlanmamış və onun nəticələrinə dair təhvil-təslim aktı təsdiq edilməmişdir. 06 yanvar 2022-ci il tarixli PK- 8\22 saylı müqavilənin bağlanmamasına dair dəlillər ondan ibarətdir ki, müqavilədə olan imza Nümayəndə məxsus deyildir. Belə ki, 06 fevral 2023-cü il tarixli VK-1156 nömrəli vəkil sorğusu əsasında alınmış Bakı şəhəri 3 saylı Notariat Ofisində Nümayəndə tərəfindən rəsmiləşdirilmiş 14 yanvar 2022-ci il tarixli etibarnamədən görünür ki, müqavilədə olan imza ilə etibarnamədə olan imzalar ayrı-ayrı şəxslər tərəfindən icra olunmuşdur. Sərbəst formada imzalanmış 14 yanvar 2022-ci il tarixli etibarnamədə olan imzadan açıq-aydın görünür ki, 06 yanvar 2022-ci il tarixli müqavildəki imza Nümayəndə məxsus deyildir. Həmçinin, 06 yanvar 2022-ci il tarixli müqavilədə Cavabdeh MMC-nin direktoru kimi X3 imzaladığı göstərilsə də, həqiqətdə həmin imza X4 məxsus deyildir. 30 noyabr 2022-ci il tarixli təhvil-təslim aktının təsdiq edilməməsinə dair dəlillər isə ondan ibarətdir ki, 27 mart 2023-cü il tarixli məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə bildirmişdir ki, məhkəməyə təqdim etdikləri aktda direktor kimi Nümayəndə göstərilməsində texniki səhv getmişdir. Belə ki, həmin dövrdə Şirkətin direktoru 01 sentyabr 2022-ci il tarixli təsisçi qərarına əsasən X2 olmuş və aktdakı imza Ziya Hüseynzadəyə məxsusdur. Eləcə də Vəkil1 bildirmişdir ki, Ziya Hüseynzadə aprel 2022-ci il tarixdən "xxxx" MMC-də director müavini kimi işləməkdədir. İşin materiallarına əlavə edilmiş və X2 tərəfindən vəkilə verilmiş etibarnamədə olan imza ilə hazırki mübahisəli olan aktdakı imza arasında açıq aydın fərqlər var və acıq-aydın görünür ki, aktda olan imza Ziya Hüseynzadəyə məxsus deyildir. Eyni zamanda, həmin akta Nümayəndə tərəfindən imzalanması qeyrimümkündür. Belə ki, Nümayəndə 31 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Belə olan halda həmin aktın kim tərəfindən imzalanması müəmmalıdır. Ziya Hüseynzadənin könüllü və sərbəst imza nümünəsinin dəqiqləşdirilməsi üçün notariat ofislərinə sorğular verilmiş və Bakı şəhəri 46 saylı Notariat Ofisindən, Bakı şəhəri 51 saylı Notariat Ofisindən və 1 saylı Bakı Asan Xİdmət Mərkəzində fəaliyyət göstərən Notariat Ofisindən aldınmış sənədlərdən görünür ki, həmin sənədlərdə olan və X7 oglu tərəfindən icra olunmuş imzalar işin materiallarında olan və Vəkil1 verilmiş imza ilə eynilik təşkil edir. Lakin həmin imzalarla 30 noyabr 2022-ci il tarixli təhvil-təslim aktındakı imza açıq-aydın fərqlidir. Bu da onu deməyə əsas verir ki, təhvil-təslim aktında olan imza Ziya Hüseynzadə tərəfindən imza edilməmişdir. Bundan başqa, 30 noyabr tarixli təhvil-təslim aktında olan imza X4 məxsus deyildir. Eləcə də, Zamin Əliyev 01 iyun 2022-ci il tarixədək Cavabdeh MMC-nin direktoru olmuş, həmin tarixdə təsisçilərin ümumi yığındağının qərarına əsasən tutduğu vəzifədən azad olunmuş və Şirkətin direktoru vəzifəsinə X8 təyin edilmişdir. Belə olan halda Zamin Əliyevin ümumiyyətlə həmin tarixdən Şirkəti təmsil etmək hüququ olmamış və belə bir aktı imzalamamışdır. İddia ərizəsinə əlavə edilmiş elektron poçt yazışmalarından isə görünür ki, heç bir yazışmada hazırki müqavilənin bağlanması ilə əlaqədar sübüt yoxdur. Belə ki, yazışmalarda, belə bir müqavilənin mövcudluğu, onun bağlanması, şərtləri, ödəniş qaydası, müqavilənin dəyəri və sair barədə İddiaçı MMC tərəfindən və ya onun nümayəndələri tərəfindən təklif gəlməmiş və gəlmədiyindən hazırki mübahisə orataya çıxana qədər, Cavabdeh bu müqavilənin mövcudluğundan xəbərsiz olmuşdur. Cavabdeh tərəfindən belə bir müqavilənin olmasına dair məlumat yalnız İddiaçı MMC tətəfindən Cavabdeh MMC-yə göndərilmiş mediasiya prosesinin tətbiqinə dair təklifdən sonra xəbər tutulmuşdur. Bundan başqa, müqavilənin mövcud olmadığını, oradakı imzaların saxtalaşdırıldığını və buna görə qanuni və hüquqi yolla pulun İddiaçı MMC tətəfindən Cavabdeh MMC-dən tələb olunmasını və nəticəsinin riskli olmasını bildiyindən X2 özünə məxsus olan +994 55 *** ** ** mobil nömrədən X4 məxsus olan +994 50 *** ** ** mobil nömrəyə göndərdiyi whatsapp mesajlarından da görmək olar. Həmin mesajlarda Ziya Hüseynzadə şərəf və layəqəti təhqir edərək, işgüzar nufuza zərər vurmaqla Zamin Əliyevə hədə qorxu gəlməklə pul tələb etməsini aydın şəkildə görünür.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1770/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayətində onunla əsaslandırılmışdır ki, məhkəmə iclarları zamanı verilmiş 2 ədəd xətşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət rədd edilmişdir. Məkəmə qərardadlarını belə əsaslandırmışdır ki, həm müqavilədə, həm də təhvil-təslim aktında hüquqi şəxslərin möhürünün olması hazırkı mərhələdə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı zərurəti istisna edir. Dəfələrlə məhkəmə iclasında qeyd olunan sənədlərdə olan möhürə münasibət göstərilmiş və bildirilmişdir ki, şirkətin möhürünün o sənədlərə hansı şəraitdə vurulması, bu möhürlər həqiqətən Cavabdeh MMC-də olan möhürlə eynilik təşkil edir, yoxsa yox şübhə altındadır və bu məsələ Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində CM-nin 195, 308 və 320-ci maddələri istintaq olunan cinayət işi üzrə ifadələrdə öz əksini tapmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
10. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
11. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
15. Belə ki, iddiaçı onunla Cavabdeh MMC arasında bağlandığı qeyd olunan 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqaviləyə istinad edərək, hazırki iddianı irəli sürmüşdür.
16. Həmin müqaviləyə görə icraçı sifarişçinin Avropa Bankından 5,6 milyon avro məbləğində kreditin alınması üçün maliyyə məsələləri üzrə, hüquqi sənədləşmə üzrə, girov qiymətləndirilməsi üzrə, Avropa Bankı tərəfindən maliyyə və texniki araşdırma işləri üzrə və.s üzrə məsləhət xidmətlərini sifarişçiyə təhvil verməyi, sifarişçi isə görülmüş xidmətlərin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
17. Göründüyü kimi həmin müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir.
18. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
19. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
20. Mülki Məcəllənin 11.1-ci maddəsində də göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
21. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
22. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. Hazırki işdə isə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.
24. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanması qeyd olunan 06 yanvar 2022ci il tarixli PK-8/22 nömrəli müqaviləni və 30 noyabr 2022-ci il tarixli təhvil-təslim aktını təqdim etmişdir.
25. Cavabdeh isə bildirir ki, tərəflər arasında daha əvvəl xidmətlərin göstərilməsinə dair müqavilə münasibətləri olmuşdur. Lakin nə hazırda təqdim edilən müqavilə, nə də müqaviləyə əlavə kimi təhvil-təslim aktı onun tərəfindən imzalanmamış və ona bu müqavilə üzrə iddiaçı tərəfindən heç bir xidmət göstərilməmiş və təhvil verilməmişdir.
26. Göründüyü kimi cavabdeh müqavilənin özünü və təhvil-təslim aktını mübahisələndirmişdir.
27. Qeyd olunanların aydınlaşdırılması üçün hazırki apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmətexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 noyabr 2023-cü il tarixli 4/1498-5/1264-5/1270 saylı ekspert rəyi verilmişdir.
28. Həmin rəyə əsasən, İddiaçı MMC və Cavabdeh MMC-nin adlarından olan 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqavilənin sonunda “Sifarişçi:” hissəsində “Direktor Əliyev Z.N” qrafasındakı imza və həmin müqaviləyə əlavə olunmuş 30 noyabr 2022ci il tarixli Təhvil-təslim aktında “Sifarişçi:” hissəsində “Direktor Əliyev Z.N” qrafasındakı imza X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı MMC və Cavabdeh MMC-nin adlarından olan 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqavilənin sonunda “Sifarişçi:” hissəsində “Direktor Əliyev Z.N” qrafasındakı imzada və həmin müqaviləyə əlavə olunmuş 30 noyabr 2022-ci il tarixli Təhvil-təslim aktında “Sifarişçi:” hissəsində “Direktor Əliyev Z.N” qrafasındakı imzada oxşadılmaqla icra olunma əlamətləri müəyyən olundu. "xxxx" MMC və “GemZA Group" MMC arasında bağlanmış 06 yanvar 2022-ci İİ tarixli PK-8/22 nömrəli müqavilə və 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqaviləyə 30 noyabr 2022ci il tarixli Təhvil-təslim aktında olan “Gemza Group" MMC-nin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. "PKF Audit Consulting” MMC və "GemZA Group” MMC arasında bağlanmış 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqavilə və 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqaviləyə 30 noyabr 2022-ci il tarixli Təhvil-təslim aktında olan “Gemza Group" MMC-nin möhür əksləri ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. “PKF Audit Consulting" MMC və “GemZA Group" MMC arasında bağlanmış 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqavilə və 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqaviləyə 30 noyabr 2022-ci il tarixli Təhviltəslim aktında olan "xxxx" MMC-nin möhür əkslərinin aşınma dərəcəsi eyni və ya müxtəlif olan möhürlə vurulmasının müəyyən edilməsi üçün əlamətlər kifayət etmədiyinə görə, qəti inkar və ya təsdiqedici nəticəyə gəlmək mümkün olmadı. "xxxx" MMC ilə Cavabdeh MMC-nin adlarından bağlanmış 06 yanvar 2022-ci il tarixli PK- 8/22 nömrəli müqavilədəki və 30 noyabr 2022-ci il tarixli Təhvil-təslim aktındakı “Direktor: Nümayəndə" yazılarından aşağıdakı imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. “PK Audit Consultinq" MMC ilə Cavabdeh MMC-nin adlarından bağlanmış 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqavilədəki və 30 noyabr 2022-ci il tarixli Təhvil-təslim aktındakı “Direktor: Əliyev Z.N.” yazılarından aşağıdakı imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Rəyin sənədlərin materiallarının tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən “- ... və vurulduğu sənədlərin tarixlərinə uyğun gəlirmi?", “-... habelə eyni və ya müxtəlif vaxtda icra edilmişdir? və “-... habelə eyni və ya müxtəlif vaxtda icra edilmişdir? sualları üzrə tədqiqat aparılmadı.
29. Göründüyü kimi ekspert rəyi ilə təsdiq olunur ki, müqavilədəki və təhvil-təslim aktındakı möhür əksləri Cavabdeh MMC-yə məxsus olsa da, onun direktorunun adından olan imzalar onun tərəfindən yox, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur.
30. Məhkəmə iclasında cavabdehin nümayəndəsi müqavilədə və təhvil-təslim aktındakı möhür əkslərinin Cavabdeh MMC-yə məxsus möhür olmasını istisna etmədi, lakin bildirdi ki, tərəflər arasında daha əvvəl auditin keçirilməsi barədə, habelə xidmətlərin göstərilməsinə dair müqavilə münasibətləri olmuşdur və həmin münasibətlər çərçivəsində möhür İddiaçı MMC-yə təqdim edilmişdir.
31. Aşağıda qeyd olunanlara əsasən kollegiya cavabdehin həmin izahatını ağlabatan hesab edir.
32. Belə ki, ekspert rəyindən də göründüyü kimi 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqavilədəki və 30 noyabr 2022-ci il tarixli təhvil-təslim aktındakı imzalar cavabdehin direktorunun imzasına oxşadılmaqla icra olunmuşdur.
33. Kollegiya hesab edir ki, imzaların oxşadılmaqla icra olunması halı həmin sənədlərin cavabdehin adından saxtalaşdırılmasına yönəldilmiş hərəkətlər kimi qiymətləndirilməlidir.
34. Eyni zamanda, qeyd olunan ekspert rəyi ilə daha bir fakt təsdiq olunur ki, 06 yanvar 2022-ci il tarixli PK-8/22 nömrəli müqavilədəki və 30 noyabr 2022-ci il tarixli təhviltəslim aktındakı cavabdehin direktorunun adından olan imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.
35. Kollegiya hesab edir ki, təxminən 11 aylıq müddət aralığı ilə müqavilə və təhvil-təslim aktındakı imzaların məhz eyni diyircəkli qələmlə icra olunması o nəticəyə gəlməyə əsas verir ki, həm müqavilə, həm də təhvil-təslim aktı eyni tarixdə cavabdehin adından və imzaları saxtalaşdırılaraq (oxşadılmaqla) tərtib olunmuşdur.
36. Bundan əlavə, işin mübahisəsiz halıdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 05 may 2021-ci il tarixli 15\21 nömrəli audit xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır.
37. Kollegiya hesab edir ki, məhz həmin müqavilə üzrə göstərilən xidmətlərin (audit) xarakterinə görə cavabdeh tərəfindən ona məxsus möhürün iddiaçıya verilməsi və iddiaçının da ona verilən möhürdən istifadə edərək, hazırda istinad etdiyi müqaviləni və təhvil-təslim aktını sonuncunun adından təsdiq etməsi barədə izahatı tamamilə ağlabatandır.
38. Bundan əlavə, iddiaçı 06 yanvar 2022-ci il tarixli PK-8/22 saylı müqavilə üzrə xidmətlərin göstərilməsini təsdiq edən sübut kimi cavabdehlə onun arasında olan email yazışmalarını məhkəməyə təqdim etmişdir.
39. Kollegiya hesab edir ki, həmin yazışmalar da iddianın əsaslı olduğunu təsdiq etmir. Çünki həmin yazışmaların heç birində məhz hazırda ödənilməsi tələb olunan 06 yanvar 2022-ci il tarixli PK-8/22 saylı müqavilə üzrə xidmətlərin göstərilməsi barədə hər hansı qeyd mövcud deyildir, yazışmalarda müxtəlif şirkətlərlə bağlanmış müqavilələr, o cümlədən iddiaçının xx.xx.2021-ci il tarixli müqavilə əsasında göstərdiyi xidmət əsasında alınmış birinci kreditin ödənilməsi barədə məlumatlar göstərilmişdir.
40. Cavabdeh də bildirir ki, təqdim edilən email yazışmaları əvvəlki müavilə münasibətləri çərçivəsində, habelə iddiaçının istinad etdiyi müqavilə üzrə deyil, Ziya Hüseynzadə ilə olan şəxsi münasibətlər əsasında sonuncunun göstərdiyi məsləhət və s. xarakterli xidmətlərlə bağlı olmuşdur.
41. Cavabdehin hazırki iş üzrə keçirilən mediasiya prosesində iddiaçıya barışıq üçün 110000 manat təklif etməsinin iddianın “etiraf olunması” kimi qiymətləndirilməli olması barədə iddiaçının dəlilləri də əsassızdır.
42. Belə ki, həmin dəlillərə dair cavabdeh bildirir ki, Cavabdeh MMC kifayət qədər imicə və işgüzar nüfuza malik olan şirkətdir. Buna görə də, məhkəmə mübahisəsindən yayınmaq üçün iddiaçıya həmin məbləği təklif etmişdir.
43. Kollegiya qeyd edir ki, həm Azərbaycanda, həm də roman german hüquq-sisteminin formalaşdığı bir çox ölkələrdə mövcud məhkəmə təcrübəsinə əsasən tərəflərin barışıq və mediasiya zamanı sərgilədikləri mövqe və izahatlardan sonradan məhkəmə baxışı zamanı onların əleyhinə “istifadə etmək” yolverilməz haldır.
44. Beləliklə, yuxarıda qeyd olunan halların və faktların hər birini ayrı-ayrılıqda və birlikdə dəyərləndirdikdə müəyyən olunur ki, baxmayaraq ki, müqavilə və təhvil-təslim aktındakı möhür əksi məhz «Gemza Group” MMC-yə məxsusdur, iddiaçının istinad etdiyi müqavilə yuxarıda qeyd olunanlara əsasən ümumiyyətlə cavabdehin iradə ifadəsini əks etdirməmiş, tərəflər arasında belə bir müqavilə bağlanmamış və işlər görülməmişdir.
45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında 06 yanvar 2022-ci il tarixli PK-8/22 saylı müqavilə üzrə münasibətlərin mövcud olması, o cümlədən iddiaçı tərəfindən cavabdehə həmin müqavilədəki xidmətlərin göstərilməsi sübut olunmadığına görə tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddia təmin edilə bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə iddiaçıya aid edilməlidir.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «Gemza Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1770/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı 06 yanvar 2022-ci il tarixli PK-8/22 saylı müqavilə üzrə 132.160 AVRO məbləğində pulun (ödəniş günü AVRO-nun manata məzənnəsi nəzərə alınmaqla, manatla) Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia təmin edilməsin. İddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 267 manat dövlət rüsumu İddiaçınndə tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn