Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-658/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-104/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.04.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 20.11.2020-ci il tarixli e-2-2(113)-104/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pulun tutulması barədə ilk iddia tələbi, habelə iddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nın cavabdeh İddiaçı qarşı pulun tutulması barədə qarşılıqlı iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 05.02.2021-ci il tarixli e-2-2(113)-104/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmadığı üçün geri qaytarılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-104/2020 nömrəli, 20.11.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.02.2021-ci il tarixli e-2-2(113)-104/2020 nömrəli qərardadı ilə ərizə təmin olunmamış və Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-104/2020 nömrəli, 20.11.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 26.04.2021-ci il tarixli e-2-2(113)-104/2020 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan da şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 16.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayəti müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin 3-cü cildinin 61 və 62-ci vərəqələrində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 15.02.2021-ci il tarixli e-2-2(113)-104/2020 nömrəli qərardadı Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq 18.02.2021-ci il tarixdə saat 18:18-də həm İddiaçı, həm də onun nümayəndəsi və vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. İddiaçı şikayəti isə 29 mart 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi şikayət Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən 10 günlük müddətdə verilməmişdir. Çünki İddiaçı üçün şikayət verilməsi müddəti 28.02.2021-ci il tarixdə bitmişdir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir. Şikayətdə göstərilən dəlillər isə əsassızdır. Belə ki, hazırki işdə Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə riayət olunmuş və 15.02.2021-ci il tarixli qərardad iddiaçı və onun nümayəndə və vəkilinin elektron kabinetlərində yerləşdirilərək onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Sonuncuya dair qeyd olunur ki, məlumatın həmin sistem vasitəsilə elektron qaydada çatdırılması avtomatik həyata keçirilir və bu halın iddiaçı tərəfindən mübahisələndirilməsi əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-104/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-658/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-658/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver