Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-664/2023 14.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Foodini” MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(113)- 2121/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxdı. İşin halları
1. Tərəflər arasında bağlanmış və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 0404 saylı malların təchizatı müqaviləsindən görünür ki, təchizatçı (İddiaçı MMC) özünün idxal etdiyi müxtəlif növ malları alıcını (Cavabdeh MMC) təchiz emtəklə onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları yalnız ona təhvil verilən marketdə pərakəndə satışını həyata keçirməyi öhdəsinə götürür.
2. Tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş sentyabr 2021-ci il tarixli “Qarşılıqlı üzləşmə aktı”ndan görünür ki, cavabdehin iddiaçıya olan borcu 10.005,08 manat təşkil edir.
3. 9 Sentyabr 2021-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC həmin aktı təsdiq etməklə 10.005,08 manat borcunun olmasını etiraf etmişdir.
4. “Mütəllimov və partnyorları” Vəkil Bürosu ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 290 (iki yüz doxsan) və əlavə 10 (on) manat müəyyən olunur.
5. xx.xx.2023-cü il tarixli BD15 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatına 100 manat məbləğində pul ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 9.007,23 manat pul məbləğinin Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə qaytarılması, həmçinin iddia verilməsi üçün ödənilmiş 111 manat məbləğində dövlət rüsumu, 300 manat məbləğində hüquq yardım üçün və 100 manat məbləğində mediasiyaya dair xərclərin, ümumilikdə 9.518,23 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 0404 nömrəli malların təchizatı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən məhsul dəyərinin ödənilməsi təchizatçı tərəfindən göndərmə vaxtı mövcud olan qiymətlə məhsulu aldıqdan 30 gün müddətində həyata keçirilir. Borcun təsdiqi ilə bağlı Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı ilə xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Həmin akta əsasən Cavabdeh MMC İddiaçı MMC-yə 10.005,08 manat borcu olduğunu öz imzası ilə təsdiq edir. Qarşılıqlı üzləşmə aktı tərtib edildikdən və qalıq borc təsdiqləndikdən sonra cavabdeh tərəfindən 997,85 manat ödənilmiş və 9.007,23 manat qalıq borc qalmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2121/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi qismən təmin edilmiş, 9.007 (doqquz min yeddi) manat 23 (iyirmi üç) qəpik məbləğində pulun, hüquqi yardıma görə 300 manatın, mediasiya xərcinin əvəzi olaraq 100 manat pulun,11 manat dövlət rüsumunun Cavabdeh Məhdud Məsuliyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, 09 sentyabr 2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC həmin aktı təsdiq etməklə 10.005,08 manat borcunun olmasını etiraf etmişdir. İddiaçı qarşıqlı üzləşmə aktı tərtib edildikdən sonra cavabdeh tərəfindən 997,85 manat ödəniş edildiyini öz iddia ərizəsində bildirdiyindən 9.007,23 manat qalıq borcun tutulması barədə iddia əsaslıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2121/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, tərəflər arasında müqavilə bağlansa da, iddiaçı tərəfindən cavabdehə 10.005,08 manatlıq mal verilməmişdir. Həmin mallar cavabdeh şirkətlə əməkdaşlıq edən "xxxx" MMC-nə verilmişdir və bununla bağlı müvafiq sənədləri də (qaimələri) həmin hüquqi şəxs təsdiqləmişdir. Qətnamə üzrə borc "xxxx" MMC ilə iddiaçı arasında olan münasibətlərdən yaranmışdır. Üzləşmə aktı məsələsində, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndədur. Cəmiyyətin adından üçüncü şəxslər qarşısında Cəmiyyəti nümayəndə qismində təmsil etmək, sənədləri imzalamaq, təsdiq etmək səlahiyyəti Cəmiyyətin hər hansı işçinə verilməmişdir. Cəmiyyətin adından hüquqi, maliyyə sənədlərini, o cümlədən hər hansı aktları qanuni təmsilçi təsdiqləyir. Cəmiyyətin qanuni təmsilçi olaraq, Qanuni nümayəndə sözügedən üzləşdirmə aktını təsdiq etməmişdir. Üzləşdirmə aktına cəmiyyətin adından səlahiyyət verilməmiş şəxs imza atıb. İddiaçı üzləşdirmə aktını imzalatdırmazdan əvvəl işçinin bi sənədi imzalamaq səalhiyyəti olub-olmamasını araşdırmalı idi. Bakı Kommersiya Məhkəməsi işə baxarkən bu məsələni aydınlaşdırmalı və qətnaməni əsaslı şəkildə qəbul etməli idi. Hakimin bu məqamalara diqqət yetirməməsi hüquq pozuntusu hesab edilir. Bu qaydada qəbuledilən qərar qeyri-obyektiv, hüquqaziddi və əsassız qərardır. Bundan başqa işin məhkəmədə mübahisələndirməzdən əvvəl keçirilən mediasiya prosesi barədə bizə məlumat verilməyib. Mediasiya prosesi barədə bildiriş cavabdehin ünvanına daxil olmayıb. Cavabdehin iştirakı olmadan tələsik mediasiya prosesinin keçirilmə cavabdehin hüquqlarının pozulması ilə nəticələnib.
b) Apellyasiya mərhələsində icraat
12. Apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir.
13. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 284-1 maddə-mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddə-ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddə-cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddə-ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2121/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. İşin sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0404 saylı alqı-satqı müqaviləsi əsasında cavabdeh 9 Sentyabr 2021-ci il tarixli üzləşmə aktını imzalamaqla iddiaçıya 10.005,08 manat borcunun olmasını etiraf etmiş, bu borcdan 997,85 manat ödəniş etmiş, qalan borcu ödəməmişdir.
17. Cavabdeh apellyasiya şikayətində alqı-satqı müqaviləsi üzrə malların cavabdeh şirkətlə əməkdaşlıq edən "xxxx" MMC-nə verildiyini və bununla bağlı müvafiq sənədlərin də (qaimələri) həmin hüquqi şəxs tərəfindən təsdiq edildiyini göstərsə də bu barədə şikayətə hər hansı sübut əlavə edilməmişdir. Bundan əlavə müqavilə tərəfi cavabdeh olduğundan malların onun tapşırığı əsasında əməkdaşlıq etdiyi hansısa şirkətə təhvil verilməsi cavabdehi öhdəliyin icrasından azad etmir.
18. Eyni zamanda borcun məbləği barədə üzləşmə aktının cavabdeh tərəfindən təsdiq edilməsi də onu göstərir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə satılmış mallarən dəyərinin ödənilməsi ilə bağlı öhdəliyin ona aid olduğunu qəbul edir. Üzləşmə aktı cavabdehin möhürü ilə təsdiq edildiyindən (möhürün cavabdehə məxsus olduğu mübahisələndirilmir) və hüquqi şəxsin möhürü ya qanuni təmsilçidə, ya da onun səlahiyyət verdiyi şəxslərdə saxlanılmalı olduğundan üzləşmə aktını imzalamış şəxsin səlahiyyətsiz şəxs olduğuna dair apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilir
19. Cavabdehin mediasiya və məhkəmə prosesləri barədə xəbərsiz olduğuna dair dəlilləri də əsassızdır. 18 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Eyni zamanda işdən görünür ki, cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etmək üçün kağız daşıyıcıda bildiriş gğndərilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edildiyi halda iddiaya etiraz bildirilməmişdir. Qeyd edilənlərə əsasən işə baxılarkən prosessual pozuntulara yol verildiyinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2121/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2121/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.