Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-665/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti) qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1557/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdehnə qarşı xx.xx.2015-ci il tarixli sazişə əsasən xx.xx.2012-ci il tarixli 17AV/F20-12 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 63AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə “Zamin” adlandırılacaq Cavabdeh direktoru Nümayəndə2 ilə aralarında saziş bağlayaraq, imzaları ilə təsdiq etmişlər. Bağlanmış sazişin predmeti üzrə Maraqlı şəxs ASC-nin 20 saylı filialı ilə arasında bağlanmış xx.xx.2012-ci il tarixli 17 AV/F20-12 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, xx.xx.2012-ci il tarixli 17İP/F20- 12 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 3 ədəd “İsuzu Ecobus” markalı (Q/N-90NP133, Tip- Vaqon 22+1 yer,Ban – NNAMOB5LL02016791,mühərrik -941966, Buraxılış ili -2012, Rəngi – Ağ ), (Q/N - 90NP131,Tip – Vaqon 22+1 yer, Ban – NNAMO5LL02016834 mühərrik – 993768, Buraxılış ili – 2012, Rəngi-Ağ) və (Q/N – 90NP161, tip –Vaqon 22+1 yer, Ban – NNAMOB5LL02016835,mühərrik – 993739, Buraxılış ili – 2012, Rəngi – Ağ) avtobusların “Zaminin” mülkiyyətinə verilməsi və Maraqlı şəxs ASC-nin 20 saylı filialı ilə aralarında bağlanmış 19 iyul 2013-cü il tarixli 63AV/F20-13 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, 19 iyul 2013-cü il tarixli 63İP/F20-13 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 1 ədəd “İsuzu SAZ NP37” markalı (Q/N - 90MZ462,TİP- Vaqon 19+1 yer, Ban-NSANPR66P8S101370, mühərrik – 612802,Buraxılış ili – 2008, Rəngi – Ağ) avtobusun “Zaminin” mülkiyyətinə verilməsi öhdəliyini qəbul etmişdir və “ipoteka predmetlərini” saziş imzalandığı gün istifadəyə qəbul etmişdir. 2020-ci ilin əvvəlinə qədər Cavabdeh xx.xx.2015-ci il tarixdə aralarında imzalanmış sazişin şərtlərini pozduğuna görə Maraqlı şəxs ASC-nin 20 saylı filialına 147.891,66 manat borcu yaranmışdır. Bu səbəbdən də, ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə borc pulun qaytarılması ilə barədə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun tələbini qismən təmin edərək, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə ümumillikdə 89278.08 manat məbləğində, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 40275,33 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınaraq, Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2021-ci il tarixli 2-2(102)-103/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində qismən – birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehdən 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilmiş, “cəmi 89.278,02 manat məbləğində” ifadəsi “cəmi 92.683,90 manat məbləğində”, həmçinin 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 40.275,33 manat məbləğində” ifadəsi “cəmi 55.207,76 manat” pul vəsaitinin iddiaçının xeyrinə tutulması ifadələrinə dəyişdirilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilmiş, öhdəliyin keçməsi haqqında xx.xx.2015-ci il tarixli saziş üzrə ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2021-ci il tarixli 2-2(102)-103/2021 saylı qərarı ilə öhdəniləcək 147.891,66 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilməlidir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1557/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1557/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərdən göründüyü kimi, cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə2 Əlişirin oğlu məhkəmə iclasında iddianı etiraf edərək, izahatında bildirdi ki, iddiaçı hər şeyi düzgün qeyd etmişdir, maşınlar dayandığı üçün pulu ödəyə bilmir, hazırda səlahiyyətləri dayandırılmışdır. Sonda cavabdehin nümayəndəsi (direktoru) iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, qeyd olunan avobusları 2 il o işlətmişdir, 2014cü ildən isə cavabdeh işlətmişdir. Müqavilə onda olmadığına görə digər iş üzrə məhkəmə instansiyalarında təqdim edə bilməmiş, lakin şifahi şəkildə bildirmişdir. Cavabdeh özü borcunu etiraf etmiş, hətta ödənişlər də etmişdir.
8. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı müqaviləni filialda bağlamışdır, özü də iştirak etmişdir, iddia əsassız iddiadır, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri var, hazırda icra mərhələsindədir, iddiaçı tərəfin qeyd etdiyi sənədlər onlarda olmamışdır.
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
11. Həmin məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
19. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
20. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
24. Hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 29 aprel 2015-ci il tarixli Saziş bağlanmış və Sazişə əsasən Maraqlı şəxs ASC-nin 20 saylı filialı ilə İddiaçı arasında bağlanmış 25 may 2012-ci il tarixli 17AV/F20-12 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun cavabdeh tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, 25 may 2012-ci il tarixli 17İP/F20-12 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə poteka ilə yüklü edilmiş 3 ədəd “İsuzu Ecobus” markalı (Q/N- 90NP133, Tip- Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016791, mühərrik - 941966, Buraxılış ili - 2012, Rəngi - Ağ), (Q/N90NP131, Tip-Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016834, mühərrik - 993768, Buraxılış ili - 2012, Rəngi - Ağ) və (Q/N- 90NP161, Tip-Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016835, mühərrik - 993739, Buraxılış ili - 2012, Rəngi - Ağ) avtobusları, Maraqlı şəxs ASC-nin 20 saylı filialı ilə İddiaçı arasında bağlanmış 19 iyul 2013-cü il tarixli 63AV/F20-13 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, 19 iyul 2013-cü il tarixli 63İP/F20-13 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə poteka ilə yüklü edilmiş 1 ədəd “İsuzu SAZ NP37” markalı (Q/N- 90MZ462, TipVaqon 19+1 yer, Ban - NSANPR66P8S101370, mühərrik - 612802, Buraxılış ili - 2008, Rəngi - Ağ) avtobusları iddiaçı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə Kredit Müqavilələri üzrə yaranmış borcu müqavilələrin bitdiyi tarixədək, yəni 17AV/F20-12 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixədək və 63AV/F20-13 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixədək tam ödəməyi öhdələrinə götürmüşlər.
25. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 77648.41 manat, faiz borcu üzrə 3405.88 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 88778.02 manat və 500 manat cərimə olmaqla, cəmi 89278.02 manat məbləğində pulun ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın girov predmeti olan, İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi N° NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi N NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi N NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassı N NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, nömrə nişanı 90-NP- 161 olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına cavabdehin ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184790.16 manat, faiz borcu üzrə 40243.19, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 242511.41 manat və 50 manat cərimə olmaqla, cəmi 242561.41 manat məbləğində pulun ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın girov predmeti olan, İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınanşassi N KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, nömrə nişanı 90- VS-432, şassi N KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi N° KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS- ***, şassi N KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, nömrə nişanı 90-VS- 438, şassi N KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 22606.28 manat, faiz borcu 14932.43, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 39575.33 və 700 manat cərimə olmaqla, cəmi 40275.33 manat məbləğində pul, 20.10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın girov predmeti olan, İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi N NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, nömrə nişanı **-MZ- *** olan sərnişin daşıma avtobusuna yönəldilməsi, həmin avtobusun açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına cavabdehin Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra sərnişin daşıma avtobuslarının satışından artıq məbləğ qalarsa, həmin məbləğin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun İddiaçı tutulub X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2021-ci il tarixli 2-2(102)-103/2021 saylı qərarından görünür ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində qismən - birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehdən 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilmiş “cəmi 89.278,02 manat məbləğində” ifadəsi “cəmi 92.683,9 (doxsan iki min altı yüz səksən üç manat doxsan qəpik) manat məbləğində”; cavabdehdən 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 242.561,41 manat məbləğində” ifadəsi “cəmi 282.804,60 (iki min səksən iki min səkkiz yüz dörd manat altmış qəpik) manat”; cavabdehdən 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 40.275,33 manat məbləğində” ifadəsi “cəmi 55.207,76 manat (əlli beş min iki yüz yeddi manat yetmiş altı qəpik) manat” pul vəsaitinin iddiaçının xeyrinə tutulması ifadələrinə dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
28. İddiaçı hazırda məhkəmə qətnaməsinin icrasını cavabdehin üzərinə qoyulmasını tələb edir, halbuki məhkəmə qətnamələri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 aprel 2015-ci il tarixli Sazişin predmeti olan xx.xx.2012-ci il tarixli 17AV/F20-12 saylı və xx.xx.2013-cü il tarixli 63AV/F20-13 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrası, yəni borcun ödənilməsi iddiaçının üzərinə qoyulmuşdur.
29. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olduğunu, hazırda icra mərhələsində olduğunu bildirir.
30. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göstərilən Sazişlə cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulan ipoteka predmetlərinə də məhkəmə qətnamələri ilə tutma yönəldilmişdir ki, bu hal da həmin Sazişin icrasını mümkünsüz etmişdir. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz.
31. Cavabdehin iddia tələbini etiraf etməsi ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmaqla müstəqil tələb irəli sürməyən üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasına yönəldiyindən qəbul edilə bilməz.
32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
33. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1557/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Vüsalə Baxışova