Məhkəmə qərarları › İş №2-2(103)-666/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-666/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-666/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2438/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 11.244,22 manat əsas borc, 200 manat məcburi ilkin mediasiya xərci və 125 manat dövlət rüsumu kimi ödənilmiş məbləğin, ümumilikdə - 11.569,22 manat məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən ƏDV daxil 11.244,22 manat məbləğində əsas borc, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qət edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Həmçinin müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2438/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçının qanuni təmsilçisinin iştirakı və məlumatı olmadan qəbul edilmişdir. Bir neçə gün əvvəl iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə icra və probasiya şöbəsinin bildirişi vasitəsilə cavabdeh qismində işə cəlb olunduğunu və qətnamə çıxarıldığını öyrənmişdir. Bundan sonra 06 fevral 2024-cü il tarixdə Qanuni nümayəndə tərəfindən məhkəmə qəbzi imzalanmaqla qətnamə rəsmi qaydada alınmışdır. Hazırda qətnamədən apellyasiya şikayəti verməklə bağlı buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa olunmalıdır. Daha sonra cavabdehin nümayəndəsi və vəkili “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizələr verərək, müddətin bərpası barədə ərizənin geri qaytarılmasını, apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edərək mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2438/2023 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2438/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət Cavabdeh MMC-yə münasibətdə buraxılmamış hesab edilmiş və apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2438/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-422/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2438/2023 saylı qərardadı ləğv edilmiş, müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunanları tam və hərtərəfli araşdırmamış, icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdehin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2438/2023 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmış, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2438/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət Cavabdeh MMC-yə münasibətdə buraxılmamış hesab edilmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə təqdim edilir və bu kabinet hər bir hüquqi şəxs üçün Elektron imza və ya asan imza ilə daxil olanda avtomatik yaradılmış olur. Kommersiya işlərində qəbzə imza etdirməklə hər hansı sənədin təqdim edilməsi qanunvericiliklə qadağan edilir. Hazırki işdə qətnamə cavabdehə elektron qaydada təqdim edildiyindən məhkəmə 1 ay şikayət vermə müddətinin sonunda icra vərəqəsi vermişdir. Həmçinin, iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi işdə bir neçə dəfə iştirak etmiş, məhkəmə iclaslarında iştirak barədə məlumatları da şirkətin VÖEN-nə bağlı elektron kabinet vasitəsi ilə almışdır. Odur ki, məhkəmə əsassız olaraq, kommersiya işində poçt zərfində “bu ünvanda yoxdur” qeydini əsas tutaraq apellyasiya şikayəti vermə müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə isə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Lakin iş materiallarından görünür ki, Cavabdeh MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcüd deyil. Bununla yanaşı, işdən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin AVİS – X1 Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qətnamənin surətinin AVİS – X1 Sistemindəki elektron kabinetinə yerləşdirilməsi Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsində nəzərdə tutulmuş məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilmir. Həmçinin, xx.xx.2023-cü il tarixdə həmin qətnamə icraya yönəldilmiş və xx.xx.2023cü il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra şəbəsinin icra məmuru Gülzar Hüseynova tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 422/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında əks olunan göstərişlər icra olunaraq icra işinə baxış keçirilmişdir. İcra işindən görünür ki, icra şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2438/2023 saylı qətnaməsi (icra sənədi) üzrə cavabdeh (borclu) Cavabdeh MMC-yə tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli e197146/2023-4-36-004 nömrəli bildiriş göndərilmiş, lakin (197146-36 nöməli) bildiriş (poçt zərfi) “bu ünvanda yoxdur” qeydi ilə icra şöbəsinə geri qayıtmışdır. Məhkəmə icra işindəki materiallara baxış keçirərkən Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2438/2023 saylı qətnaməsindən (icra sənədindən), eləcə də sözügedən icra sənədi üzrə icra məmuru tərəfindən həyata keçirilmiş icra hərəkətlərindən (tədbirlərindən) məlumatlı olmasını müəyyən etməmişdir. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xəbərnaməli məktubla Cavabdeh MMC-yə göndərilmiş, lakin poçt zərfi “bu ünvanda yoxdur” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Daha sonra həmin qətnamənin surəti Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə qəbzə imza edilməklə təqdim edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, qətnamə Cavabdeh MMC-yə həmin tarixdə rəsmi qaydada verilmiş hesab olunur. xx.xx.2024-cü il tarixdə isə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili qətnamədən apellyasiya şikayətini “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirmişdir. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə rəsmi olaraq təqdim edildiyindən və cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verildiyindən Mülki Prosessual Məcəllənin 360cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət buraxılmamışdır. Bu mənada, kollegiya hesab edir ki, cavabdehin müddətin bərpası barədə verdiyi ərizənin geri qaytarılması və apellyasiya şikayəti verilməsi üzrə prosessual müddətin buraxılmamış hesab edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgündür. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2438/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar