Məhkəmə qərarları › İş №2-2(103)-668/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-668/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-668/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra cavabdeh) qarşı müqaviləyə əlavənin etibarsız sayılması və sair tələblərə dair ilk iddia ərizəsi, cavabdehin iddiaçıya qarşı müqavilənin ləğv edilməsi və sair tələblərə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-689/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə öhdəliyin ötürülməsi müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əlavənin etibarsız hesab edilməsi, xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli lizinq müqaviləsi və xx.xx.2015-ci il tarixdə öhdəliyin ötürülməsinə dair müqavilə üzrə öhdəliklərinin yerinə yetirildiyini nəzərə alaraq həmin müqavilələrə xitam verilməsi, iddiaçı tərəfindən cavabdehə artıq ödənilmiş 141.301 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 2018, 2019 və 2020-ci illər üzrə müəssisənin pul vəsaitindən faydalandığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə müvafiq olaraq illik 5% uçot dərəcəsi həcmində pul vəsaiti olan 21.195 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, lizinq müqaviləsinin predmeti olan Hitachi ZX 470 LC markalı ekskavator üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması və həmin əmlakın cavabdeh və üçüncü şəxsdən alınaraq iddiaçıya təhvil verilməsi, Sumqayıt şəhəri Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksi kimi müəssisənin, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsi 355 nömrəli bağ evi ünvanda yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış sahəsi 98,24 kv.m, yardımçı sahəsi 27,71 kv.m olan 3 otaqlı bağ evinin, ünvan 2 ünvanda yerləşən, yaşayış sahəsi 27,4 kv.m, yardımçı sahəsi 72.1 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya və Ə.Qərhəmanova qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh (əvvəlki adı “X2” QSC) ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli X1 Müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında xx.xx.2015-ci il tarixli Müqavilə və ona xx.xx.2015-ci il tarixli əlavənin ləğv edilməsi, İddiaçı MMC və Maraqlı şəxs müştərək qaydada xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli X1 Müqaviləsi üzrə əsas borc 73.078,21 manat, faiz borcu 33.275,76 manat, dəbbə pulu 85.722,06 manat, borc pul məbləğinin ödənilməsinin gecikdirməsinə görə gecikdirilmiş 2 il 10 ay 16 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 10.515,12 manat, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz 2 il 10 ay 16 gün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 13.144,02 manat olmaqla, cəmi borc 215.735,17 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Maraqlı şəxs məxsus Sumqayıt şəhəri Bakı-Sumqayıt yolunun kənarında yerləşən, ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksinə (reyestr nömrəsi **********49-12301), ünvan 2 ünvanda yerləşən 2 otaqlı (y/s 27,4 kv.m, k/s 72,1 kv.m) fərdi yaşayış evinə (reyestr nömrəsi **********33-10301) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitin borcun ödənilməsinə köçürülməsi, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə ödənilməmiş borcun iddiaçı və Maraqlı şəxs tutulması, ipoteka predmetləri satıldıqda Maraqlı şəxs və orada qeydiyyatda olan, həmçinin qeydiyyatsız yaşayan digər şəxslərin oradan çıxarılması, dövlət büdcəsinin vəsaiti hesabına alınmış cavabdehin mülkiyyətindəki lizinq obyekti olan 1 ədəd HİTACHİ ZX470LC-5G markalı tırtıllı ekskavatorun tam işlək vəziyyətdə iddiaçıdan geri alınaraq cavabdehə qaytarılması, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01/15 nömrəli borcun etirafı müqaviləsinin ləğv edilməsi, iddiaçı və Maraqlı şəxs müştərək qaydada həmin müqavilə üzrə əsas borc 108.719,86 ABŞ dolları, faiz borcu 40.858,12 ABŞ dolları, dəbbə pulu 12.949,52 ABŞ dolları, pul məbləğinin ödənilməsinin gecikdirməsinə görə gecikdirilmiş 2 il 11 ay 04 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 15.615,38 ABŞ dolları, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz 2 il 11 ay 04 gün gecikdirməklə faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 19.894,25 ABŞ dolları olmaqla, cəmi borc 198.337,13 ABŞ dolları pul vəsaitinin cavabdehin xeyrinə tutulması, tutmanın Maraqlı şəxs məxsus Sumqayıt şəhəri Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksinə (reyestr nömrəsi **********49-12301), Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 355 saylı bağ evi və 0.12 ha torpaq sahəsinə (reyestr nömrəsi **********19-11301) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılaraq əldə olunan vəsaitin borcun ödənilməsinə köçürülməsi, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə ödənilməmiş borcun iddiaçı və Maraqlı şəxs tutulması, ipoteka predmeti satıldıqda Maraqlı şəxs və orada qeydiyyatda olan, həmçinin qeydiyyatsız yaşayan digər şəxslərin oradan çıxarılması, cavabdeh tərəfindən ipoteka bildirişlərinin qeydiyyata alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu, 101,60 manat xidmət haqqının, qarşılıqlı iddia üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun iddiaçı və Maraqlı şəxs tutulub cavabdehin xeyrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia rədd edilmişdir. xx.xx.2022-ci il tarixli qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən görünür ki, apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini nəzərə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun tərtib edilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-689/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar