Məhkəmə qərarları › İş №2-2(103)-670/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-670/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-670/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul, iddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilənin ləğvi və pul tələbi barədə birləşdirilmiş işlərə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-384/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 006/21 nömrəli, 01 fevral 2021-ci il tarixli alqısatqı müqaviləsi bağlanmışdır.

2. xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh (VÖEN **********) İddiaçı MMC arasında bağlanmış 01 fevral 2021-cl il tarixli 006/21 saylı müqaviləyə əsasən dəyəri 47916 manat (Ədv daxil) dəyərində yanacaq almışdır. Bu məbləğin 2021-2022-ci illər ərzində 46514,08 manat ƏDV daxil hissəsini ödəmişdir. Lakin 1401,92 manat ƏDV daxil məbləğ isə hələ də ödənilməmişdir. xx.xx.2022-ci il taixinde EBCİ 442398 saylı 1000 manatlıq qaimədən – 462,72 manat; xx.xx.2022-cü il tarixində EBCK 288459 saylı qaiməyə əsasən – 939,20 manat borcu qalmışdır. Müştərinin İddiaçı MMC-yə 1188,08 manat əsas 213,84 manat ƏDV borcu vardır. (1401,92 manat ƏDV daxil)

3. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 210OPX12206113DF nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh AZ64ACAB******************** nömrəli hesabına 4185,73 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

4. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 1188,08 manat məbləğində əsas borc, 213,84 manat məbləğində ƏDV borcu, cəmi 1401,92 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının, 37 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Eyni zamanda Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə iddiaçı fərdi sahibkar Cavabdeh arasında bağlanmış 006/21 nömrəli, xx.xx.2021-ci il tarixli yanacağın alqı-satqı müqaviləsinin ləğv edilməsi; cavabdehdən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 1138,08 manat məbləğində borc, 320 (üç yüz iyirmi) manat vəkilin göstərdiyi yardıma görə xərc və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh İddiaçı MMC ilə iddiaçı fərdi sahibkar Cavabdeh arasında bağlanmış 006/21 nömrəli xx.xx.2021 -ci il tarixli yanacağın alqı-satqı müqaviləsinin ləğv edilməsi; cavabdehdən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 821 (səkkiz yüz iyirmi bir) manat 68 (altmış səkkiz) qəpik məbləğində borc, 320 (üç yüz iyirmi) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(113)-1404/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı borcun ödənilməsi tələbinə dair e-2(113)- 1404/2025 saylı işin İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair e-2(113)- 384/2025 saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-1461/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 1188,08 manat (min yüz səksən səkkiz manat səkkiz qəpik) məbləğində əsas borc, 213,84 manat (iki yüz on üç manat səksən dörd qəpik) məbləğində ƏDV borcu, 250 (iki yüz əlli) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 36,52 manat (otuz altı manat əlli iki qəpik) olmaqla, ümumilikdə 1688,44 manat (min altı yüz səksən səkkiz manat qırx dörd qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddiası təmin edilməməsi, həmin iddia üzrə məhkəmə xərclərinin iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh 1188,08 manat (min yüz səksən səkkiz manat səkkiz qəpik) məbləğində əsas borc, 213,84 manat (iki yüz on üç manat səksən dörd qəpik) məbləğində ƏDV borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Məhkəmə Cavabdeh iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı MMC-nin iddia tələbi üzrə gəlinən nəticə Cavabdeh iddiasının təmin edilməsini istisna edir. Eləcə də hazırda tərəflər arasında bağlanmış müqavilənin ləğvi üçün əsaslar müəyyən edilmir. O baxımdan məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçınə qarşı iddiası əsassız olduğundan təmin olunmamalıdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-2(113)-384/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməməsi, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin əsaslandırması yalnız bir abzasdan ibarətdir. Bunun da heç bir əsası yoxdur. Çünki tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən satıcı yanacağın alıcıya satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürür. Hesab edirəm ki, müqavilədəki bu şərtin məhkəmə tərəfindən səhv təfsir edilməsi yolverilməzdir. Çünki fiziki şəxs Cavabdeh ilə"xxxx" MMC arasında bağlanmış 006/21 nömrəli xx.xx.2021ci il tarixli yanacağın alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC yanacağın alıcı Cavabdeh satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürürlər. Alıcı fiziki şəxs Cavabdeh yanacağın dəyəri olan 46514,08 manat (ƏDV daxil) məbləğində pulu müxtəlif tarixlərdə (2021-2022-ci illər ərzində) müqavilə şərtlərinə uyğun olaraq qabaqcadan satıcı "xxxx" MMC-nin bank hesabına köçürsə də, sonuncu müqavilə ilə üzərinə düşən öhdəliyi qismən icra etmiş, yanacağı alıcıya qismən təhvil vermiş və 821,68 manat məbləğində olan yanacağı alıcıya təhvil verməmişdir. Belə ki, fiziki şəxs Cavabdeh xx.xx.2022-ci il tarixdə isə 821,68 manat məbləğində pul vəsaitini avans olaraq "xxxx" MMC-nin bank hesabına köçürsə də, həmin məbləğdə yanacaq alıcı fiziki şəxs Cavabdeh təhvil verilməmişdir. “Accessbank” tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, 2021-2022-ci illər ərzində fiziki şəxs Cavabdeh tərəfindən cəmi 46514,08 manat (ƏDV daxil) məbləğində pul "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 316,4 manat, xx.xx.2022-ci il tarixdə isə 821,68 manat məbləğində pul əvvəlcədən cavabdehin bank hesabına köçürülmüş, lakin bunun müqabilində yanacaq iddiaçıya təhvil verilməmişdir. Lakin məhkəmə qeyd edilən halı nəzərə almamışdır. Beləliklə, məhkəmə tərəfindən maddi hüquq normalarının tələbi pozulmuşdur. Məhkəmə iclasında dəfələrlə təhvil-təslim aktının olmaması barədə tərəfimdən bildirilsə də, cavabdeh bunu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh müqavilənin ləğvi tələbinə dair iddiasına münasibətdə heç bir əsaslandırma aparmadan bir cümlə ilə qeyd etmişdir ki, ... eləcə də hazırda tərəflər arasında bağlanmış müqavilənin ləğvi üçün əsaslar müəyyən edilmir (səhifə 11, bənd 52). Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.4-cü maddəsinə əsasən tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər. İşdə olan iddiaçı Cavabdeh tərəfindən cavabdeh MMC-yə göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçının Trans Service Group” nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərərk, təmin olunmamasını xahiş etdi.

15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, iddiaçı gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin məcəllənin 421.1-ci maddəsinə əsasən,müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

19. Həmin məcəllənin 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

20. Həmin məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

21. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İş materillarında olan alqı-satqı müqaviləsinə əsasən, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı yanacağın alıcıya satışını, alıcı isə aldığı yanacağın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmçinin müəyyən edilmişdir ki, müqavilə şərtlərinə əsasən əvvəlcədən ödəniş nəzərdə tutulsa da, heç də həmişə həmin şərtlərə əməl edilməmiş və avans şəkildə ödəniş edildikdə ödəniş sənədlərində müvafiq qeydlər edilmişdir.

31. Tərəflər arasında qeyd olunan müqavilənin bağlanması, alıcıya yanacaq məhsulunun satılması, bunun müqabilində ödənişlərin edilməsi, qaimələr üzrə cəmi məbləğin 47916 manat təşkil etməsi, edilən ödənişlərin ümumi məbləğinin 46514,08 manat təşkil etməsi işin mübahisəsiz hallarıdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilənin ləğvi ilə bağlı iddia qaldırsada hansı əsasla müqavilənin ləğv edilməsini qeyd etməmişdir. Qeyd olunan müqavilənin 6.3-cü maddəsinə əsasən, müqavilə 3 il müddətinə bağlanmış, müqavilənin müddətinin bitməsinə ən az 7 gün qalanadək tərəflərdən biri digərinə bu müqavilənin ləğv edilməsi barədə yazılı müraciət etməzsə, bu müqavilənin müddəti növbəti ilə avtomatik olaraq uzadılmış hesab edilir., 6.4-cü maddəsinə əsasən tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər.

33. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018ci il tarixli Qərarına əsasən, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər.

34. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

35. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

36. Göründüyü kimi İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanmış 006/21 nömrəli xx.xx.2021 -ci il tarixli yanacağın alqı-satqı müqaviləsində nəinki müddət, hətta hüquq münasibətlərinə xitam verilmə anı və yeni müddətə uzadılması şərtləri konkret müəyyən olunmuşdur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəf dəlillərdə istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli arayışda əsasən, Cavabdeh (VÖEN **********) İddiaçı MMC arasında bağlanmış 01 fevral 2021-cl il tarixli 006/21 saylı müqaviləyə əsasən dəyəri 47916 manat (Ədv daxil) dəyərində yanacaq almışdır. Bu məbləğin 2021-2022-ci illər ərzində 46514,08 manat ƏDV daxil hissəsini ödəmişdir. Lakin 1401,92 manat ƏDV daxil məbləğ isə hələ də ödənilməmişdir. xx.xx.2022-ci il taixinde EBCİ 442398 saylı 1000 manatlıq qaimədən – 462,72 manat; xx.xx.2022-cü il tarixində EBCK 288459 saylı qaiməyə əsasən – 939,20 manat borcu qalmışdır. Müştərinin İddiaçı MMC-yə 1188,08 manat əsas 213,84 manat ƏDV borcu olduğu qeyd olunmuşdur.(1401,92 manat ƏDV daxil) Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il və xx.xx.2022 ci il tarixlərdə ödəmiş olduğu cəmi 1138.8 manat pul təsdiq olunmuş, lakin ödənişi tam edilməmiş elektron qaimlər üzrə borca münasibətdə ödənilməsi təsdiq olunur. Cavabdeh tələb olunan 1138.8 manat pulu avans məbləği olaraq ödməsinə dair hər hansı sübut təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-384/2025 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən Cavabdeh rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar