Məhkəmə qərarları › İş №2-2(103)-679/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-679/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-679/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-208/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 338142,72 manat (üç yüz otuz səkkiz min bir yüz qırx iki manat yetmiş iki qəpik) məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas məbləğ 272260,40 manat və ƏDV məbləği 29980,97 manat olmaqla, ümumilikdə 302241,37 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-208/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 272260,40 manat (iki yüz yetmiş iki min iki yüz altmış manat qırx qəpik) əsas borc, 26980,97 manat (iyirmi altı min doqquz yüz səksən manat doxsan yeddi qəpik) ƏDV məbləği olmaqla, cəmi 299241,37 manat (iki yüz doxsan doqquz min iki yüz qırx bir manat otuz yeddi qəpik) məbləğində pul vəsaitin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-208/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı həqiqi münasibətləri nəzərə almadan formal, saxtalığı ekspert rəyi ilə təsdiq edilimş sübutlara düzgün hüquqi qiymət vermədən əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh heç də İddiaçı MMC-dən müxtəlif ağartı məhsullarınımüqavilə üzrə əldə edən fərdi sahibkar deyildir. Cavabdeh İddiaçı MMC-nin faktiki olaraq təsis edən şəxsdir. Həmin MMC-də istehsal olunan bütün məhsullar eləcə də Cavabdeh məxsusdur. Yəni MMC-nin bütün avadanlıqları, yerləşdiyi binanın icarə müqaviləsi, bazarda böyük marketlərlə satış müqavilələri Cavabdeh adına bağlanmış müqavilələrlə həyata keçirilmişdir. Cavabdeh İddiaçı MMC yaranmamışdan əvvəl qeyd edilən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, İddiaçı MMC sonradan təsis edilmişdir. Əslində tərəflər arasında 05 yanvar 2022-ci il tarixli müqavilə və 03 mart 2023-cü il tarixli 03/22 nömrəli alqı-satqımüqaviləsi bağlanmamış, cavabdeh qeyd edilən müqavilələrin mövcudluğundan yalnız onun barəsində prokurorluqda araşdırma aparılarkən məlumatlı olmuşdur. Həmin müqavilələrdəki imzalar Cavabdeh məxsus deyildir. Həmin müqavilələrdən belə aydın olur ki, Cavabdeh İddiaçı MMC-nin direktoru kimi özü-özü ilə alğı-satqı və xidmət müqavilələri bağlamış, özü-özünə, öz istehsal etdiyi malları satmışdır. Təbii ki, bu absurd yanaşmadır və birinci instansiya məhkəməsinin də həmin müqavilələrə istinad etməsi gülüncdür. Cünki həmin müqavilələrin saxta olması, yəni həm direktor kimi Cavabdeh imzasının saxtalaşdırılması, həm də fiziki şəxs kimi Cavabdeh imzalarının saxtalaşdırılması ekspert rəyi ilə təsbit edilmişdir. O da nəzərə aınmalıdır ki, müqaviləni saxtalaşdıran şəxs (və ya şəxslər) birmənalı olaraq Cavabdeh deyildir, çünki şəxsin öünün öz imzasını saxtalaşdırması absurddur. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Birinci instansiya məhkəməsi müqavilələrdəki saxtakarlığa qanuni “don geyindirmək” məqsədilə maraqlı bir hüquqi mövqe nümayiş etdirmiş, absurd formada qətnamədə qeyd etmişdir ki, “cavabdeh tərəf müqavilələrin Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imzalandığına istinad edərək müqavilələrin cavabdehin iradə ifadəsini özündə əks etdirmədiyini bildirmiş və bu əsasla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin mövqeyinə münasibətdə qeyd edir ki, bağlandığı iddia olunan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrdəki imzalar Cavabdeh məxsus olmasa da, müqavilələr imzalandıqdan sonra fərdi sahibkar olan cavabdeh tərəfindən ona məxsus möhürlə təsdiq edilmişdir. Əlavə olaraq kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlardakı dəişikliklərin tarixçəsi bölümü üzrə vergi ödəyicisi olan İddiaçı tarixçəsindən müəyyən olunur ki, xx.xx.2021xx.xx.2022-ci il tarixlərdə MMC-nin qanuni təmsilçisi Cavabdeh olmuşdur. Yəni müqavilələrdə bağlanma vaxtı kimi qeyd olunan tarixlərdə Cavabdeh MMC-nin qanuni təmsilşisi olmuşdur. Müqavilələr hüquqi şəxs və fiziki şəxsin möhürü ilə təsdiq edilmişdir.” Yəni, birinci instansiya məhkəməsi hesab edir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrdəki imzalar cavabdehə məxsus deyil, lakin həmin imzaların üzərindəki möhürlərin olması belə deməyə əsas verir ki, cavabdeh özü-öz imzalarının saxtalaşdırmış, sonradan həmin saxta imzalarımöhürlə təsdiq etmişdir?! Guya ki, bununla da özünün öz imzasını saxtalaşdırdığımüqaviləni möhür vurmaqla sonradan bəyənmişdir?! Məhkəmə nəzərə almamışdır ki, nə MMC-nin möhürü, nə Cavabdeh fərdi sahibkar kimi möhürü, nə də "xxxx" imza fiziki olaraq Cavabdeh olmamışdır. Möhürlər və "xxxx" imza şirkətin mühasibində olmuşdur. MMC-nin mühasibi isə Cavabdeh ittiham olunduğu cinayət işi materiallarından müəyyən olunur ki, MMC-nin digər təsisçisinin bacısı olmuşdur. Beləliklə, məhkəmənin istinad etdiyi müqavilələrdəki imzalar və ona vurulmuş möhürlərin cavabdehlə heç bir əlaqəsi yoxdur. Birinci instansiya məhkəməsinin həmçinin Mülki Məcəllənin 360.1-ci maddəsinə (əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin) istinad etməsi isə ümumiyyətlə anlaşılan deyildir, çünki həmin maddə tətbiq edilən normaların siyahısında qeyd edilsə də, konkret olaraq hazırki mübahisədə hansı məqama tətbiq olunacağı göstərilməmişdir. İddiaçı tərəf iddia tələbinin əsaslılığı barədə yalnız iki sübut əsasında – müqavilələrin mövcudluğu və elektron qaimələrlə əsaslandırmışdır. Müqavilələrin saxta olması ekspert rəyi təsdiq edilmiş, yalnız elektron qaimələrə əsaslanıb iddianı təmin etmək isə qanuni deyildir. Bir daha qeyd edirəm ki, əgər tərəflər arasında alğı-satqımüqaviləsi olubsa, iddiaçımalların təhvil verilməsini, daşınmasını, anbara və ya saxlanca hansı qaydada qoyulmasını sübut etməlidir. Birinci instansiya məhkəməsi həmçinin elektron qaimələri əsas götürərək alğı-satqının əsasını təşkil edən sübut kimi yanaşmış, hesab etmişdir ki, əgər elektron qaimələr mövcuddursa və mübahisələndirilməyibsə, deməli alğı-satqı baş tutub. Hazırki halda iş materiallarına əlavə edilmiş elekron qaimələr özü-özlüyündə tərəflər arasındakı həqiqi münasibətləri əks etdirmir. Necə ola bilər ki, Cavabdeh mülki (kommersiya) işi üzrə iddiada alğı-satqı tərəfi kimi, yəni alıcı kimi göstərilir, iHiham olunduğu cinayət işində isə MMC-nin satış təmsilçisi kimi iHiham olunur!? Belə çıxır ki, Cavabdeh MMC-nin faktiki təsisçisi olaraq, direktor kimi özü-özünə 1.000.000 manatlıq mal satıb və özü-özünə 600-700 minlik ödəmə həyata keçirib, bu tamamilə absurddur. Əvvəla, yuxarıda qeyd edildiyi kimi cavabdeh iddiaçı ilə arasında hər hansı bir saxtalaşdırılmış müqavilənin olmasında məlumatlı olmamışdır. İkincisi, elektron qaimələr hələ tərəflər arasındakı münasibələrə alğı-satqı kimi hüquqi qiymət verilməsi üçün əsas ola biləmz. Əgər Cavabdeh 1.000.000 manatlıq mal-məhsul almışdırsa, onda həmin malların anbardan çıxış qəbzləri, təhvil-təslim aktları haradadır və niyə məhkəmə bu sənədlərin təqdim olunmasında maraqlı deyildir?! Axı Konstitusiya Məhkəməsinin imperativ göstərişi ona yönəlib ki, mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Üçüncüsü, birinci instansiya məhkəməsi özü qətnamənin 23 və 24-cü bəndlərində də qeyd edir ki, “ziddiyyətli məqamlardan bir də ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli müqavilənin nömrəsi 001-dir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci tarixli (həmin tarixli 2 qaimə), xx.xx.2022-ci il tarixli elektron qaimələrdə əsas kimi sadəcə xx.xx.2022-ci il tarixli müqaviləyə, digər elektron qaimələrdə isə xx.xx.2022-ci il tarixli, 002 saylı müqaviləyə istinad olunur. Məhkəməyə xx.xx.2022-ci il tarixli, 002 saylı müqavilə təqdim olunmamışdır. Gəlinən nəticə ondan ibarətdir ki, istənilən halda tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə elektron qaimələr göndərilmiş və xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənişlər edilmişdir.” Belə çıxır ki, birinci instansiya məhkəməsi öz mülahizəsinə uyğun davranaraq qaimələrdəki səhvlərə istədiyi formada don geyindirə bilər?! Dördüncüsü, məhkəmənin diqqətinə dəfələrlə çatdırılsa da, nəzərə alınmamışdır ki, nə MMC-nin, nə də Cavabdeh fərdi sahibkar kimi "xxxx" imzaları fiziki olaraq Cavabdeh olmamış, ASAN imzalar MMC-də, mühasibdə olmuşdur. Odur ki, MMC tərəfində ASAN imza vasitəsilə vurulmuş elektron qaimələr və Cavabdeh ASAN imzası ilə həmin qaimələrin təsdiq edilməsi eyni şəxs tərəfindən eyni telefon aparatından istifadə edilməklə aparılmış, bu əməliyyatlardan Cavabdeh məlumatı olmamışdır. Qeyd edilən halı müəyyən etmək çox sadə proses olsa da, yalnız məhkəmənin qərardadı əsasında Dövlət Vergi Xidmətindən əməliyyatların həyata keçirildiyi İP adresinin, habelə ASAN imza nömrələrinin hansı İMEİ kodlu mobil telefonda işlənilməsi barədə məlumatların “Azərcell” və "xxxx" MMC-dən götürülməsi ilə mümkündür ki, bununla bağlı verilmiş vəsatət birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq təmin edilməmişdir. Beşincisi, birinci instansiya məhkəməsi ümumiyyətlə, son iki elektron qaimənin araşdırılmasında maraqlı olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 10:40-da 80.063,22 manatlıq, saat 15:23-də isə 121.092,34 manatlıq qaimə vurulmuş və dərhal təsdiq edilmişdir. Qeyd edilən qaimələrdən görünür ki, guya ki, Cavabdeh təxminən 200.000 manatlıq mal satılmışdır. Lakin bir dənə də olsun satılmış malların təqdim edilməsi, yəni alğı-satqının baş tutması üçün satıcının malları təqdim etməsi alıcının isə onu qəbul etməsi ilə bağlı sübut təqdim olunmamışdır. Halbuki, cinayət işi materiallarından (iHiham aktı işə əlavə olunub) görünür ki, 2023-cü ilin yanvar ayından sonra İddiaçı MMC-nin təsisçilər arasında, xüsusən də Cavabdeh və Famil Ələsgərov arasında münasibətlər normal olmamış, idarəetmədə narazılıqlar olmuşdur. Belə olan halda 2-3 saat aralıqlaCavabdeh 200.000 manatlıq malın verilməsi, guya ki satılması təbii ki, şübhəlidir. Təbii ki, 200.000 manatlıq mal böyük bir kütləni həcmi əhatə etməlidir, həmin malın daşınması hansısa anbar təhvil verilməsi zəruridir, bu hallarla bağlı iş materiallarına heç bir sənəd-sübut əlvə edilməsə də, birinci instansiya məhkəməsi elektron qaimələri əsas götürərək guya ki, alğı-satqının baş tutması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi yalnız məhkəmə qərardadı ilə göütürlə bilinəcək sübutların təmin edilməsi ilə bağlı vəsatəti təmin etmədiyindən, həmin sübutların təqdimedilməsi ümükün olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

11. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

15. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

25. İddia tələbini cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas məbləğ 272260,40 manat və ƏDV məbləği 29980,97 manat olmaqla, ümumilikdə 302241,37 manat məbləğində vəsaitin tutulması təşkil edir.

26. Qeyd olunmalıdır ki, iddiaçı tərəflər arasında bağlandığı iddia olunan 2 müqavilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə borcun tutulmasını xahiş etmiş və elektron qaimələrə istinad etmişdir. Həmin qaimələrdə əsas kimi xx.xx.2022-ci il tarixli müqaviləyə istinad olunmuşdur. Eyni zamanda təqdim olunmuş bank hesabından çıxarışlarda da ödəmələrin xx.xx.2022-ci il tarixli müqavilə üzrə edildiyi qeyd olunur. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə xx.xx.2022-ci il tarixdə bağlanan müqavilədən irəli gələn mübahisədir və mübahisənin xx.xx.2022-ci il tarixli müqavilə ilə əlaqəsi yoxdur.

27. Cavabdeh tərəf müqavilələrin Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imzalandığına istinad edərək müqavilələrin cavabdehin iradə ifadəsini özündə əks etdirmədiyini bildirmiş və bu əsasla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin mövqeyinə münasibətdə qeyd etmişdir ki, bağlandığı iddia olunan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrdəki imzalar Cavabdeh məxsus olmasa da, müqavilələr imzalandıqdan sonra fərdi sahibkar olan cavabdeh tərəfindən ona məxsus möhürlə təsdiq edilmişdir.

28. Əlavə olaraq kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlardakı dəişikliklərin tarixçəsi bölümü üzrə vergi ödəyicisi olan İddiaçı tarixçəsindən müəyyən olunur ki, xx.xx.2021xx.xx.2022-ci il tarixlərdə MMC-nin qanuni təmsilşisi Cavabdeh olmuşdur. Yəni müqavilələrdə bağlanma vaxtı kimi qeyd olunan tarixlərdə Cavabdeh MMC-nin qanuni təmsilşisi olmuşdur. Müqavilələr hüquqi şəxs və fiziki şəxsin möhürü ilə təsdiq edilmişdir.

29. xx.xx.2022-ci il tarixli müqaviləyə gəlincə, məhkəməyə təqdim olunmuş yazılı müqavilə “Xidmətlərin göstərilməsi haqqında” müqavilə adlanır və müqavilənin predmetini sifarişçi olan Cavabdeh tərəfindən daşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçı olan iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməsi, icraçı olan İddiaçı isə sifarişçinin müəyyən etdiyi qaydada daşıma xidmətlərini göstərməsi təşkil edir. Lakin işin faktiki hallarından görünür ki, tərəflər arasında olan hazırkı mübahisə alqı-satqı münasibətləri zəminində yaranan mübahisədir. Belə ki, təqdim olunmuş elektron qaimələrdən (qaimələrin hamısında xx.xx.2022-ci il tarixli müqaviləyə istinad olunur) görünür ki, cavabdehə süd məhsulları satılmış, ödənişlər də həmin müqavilə əsasında aparılmışdır. Ona görə də tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər mövcud olmuşdur. Lakin hazırkı iş üzrə həmin münasibətlərin xx.xx.2022-ci il tarixdə bağlandığı iddia olunan müqavilədən irəli gəldiyi müəyyən olunmur.

30. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilənin nömrəsi 001-dir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci tarixli (həmin tarixli 2 qaimə), xx.xx.2022-ci il tarixli elektron qaimələrdə əsas kimi sadəcə xx.xx.2022-ci il tarixli müqaviləyə, digər elektron qaimələrdə isə xx.xx.2022-ci il tarixli, 002 saylı müqaviləyə istinad olunur. Məhkəməyə xx.xx.2022-ci il tarixli, 002 saylı müqavilə təqdim olunmamışdır. Gəlinən nəticə ondan ibarətdir ki, istənilən halda tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə elektron qaimələr göndərilmiş və xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənişlər edilmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı həm ilkin, həm iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində xx.xx.2022-ci il tarixli müqavilə üzrə (nömrə qeyd olunmur) üzrə borcun tutulmasını xahiş etmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcun tutulmasına dair iddianın qismən təmin olunması qənatinə gəlinmişdir.

31. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 878626,8 manat əsas məbləğ və 158152,81 manat ƏDV məbləği olmaqla, ümumilikdə 1036779,61 manat məbləğində mal alınmış, eyni zamanda Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına əsas məbləğ olaraq 606366,40 manat, ƏDV sub-uçot hesabına isə 131171,84 manat məbləğində ödəniş həyata keçirilmişdir. Yekun olaraq 05 yanvar 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən 272260,40 manat (878626,80 606366,40) əsas məbləğ , 26980,97 manat (158152,81 - 131171,84) ƏDV məbləği olmaqla, ümumilikdə 299241,37 manat məbləğində ödənilməmiş borc qalmışdır. Həmçinin qeyd olunmalıdır ki, ekspert rəyində tərəflər arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən 272260,40 manat (878626,80 - 606366,40) əsas məbləğ üzrə, 26980,97 manat (158152,81 - 131171,84) ƏDV məbləği üzrə borc olmaqla, ümumilikdə 299241,37 manat məbləğində ödənilməmiş borc yarandığı qeyd olunsa da, iş materiallarından müəyyən olunur ki, əslində həmin borc 05 yanvar 2022-ci il tarixli müqavilə üzrə olan borcdur.

32. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi qismən yerinə yetirməmiş və müqavilənin etibarlılığını mübahisələndirmişdir. Cavabdeh müqavilədəki imzanın ona məxsus olmamasına əsaslanaraq ondan pul tələb edilməsini qanunsuz hesab edir.

33. Müılki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

34. Cavabdehin mövqeyi ilə əlaqədar qeyd olunmalıdır ki, cavabdeh cəmiyyətin rəhbəri olduğu üçün cəmiyyətin möhürü ilə müqaviləni təsdiq etmiş, müqavilə üzrə ödənişlər edilmişdir. Qeyd edilən hallar müqavilənin etibarlı olmasını göstərmiş, yalnız imzanın cavabdehə məxsus olmaması əsası ilə müqavilənin etibarsız hala gəlməsi iş materialları ilə uyğun gəlməmişdir. İş materialları isə onu göstərir ki, tərəflər arasında real müqavilə münasibətləri olmuş, iradə ifadələri olmuş, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən qismən icra edilmişdir.

35. Qeyd edilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.

36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-208/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar