Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-68/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdeh və onun nümayəndəsi Vəkilov Səməd Mustafa oğlunun iştirakları ilə, İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(82)-768/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-607/2019 saylı qətnaməsi ilə iddia iddia tələbi qismən təmin edilərək, Cavabdeh 10978 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(103)-6904/2019 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-607/2019 saylı qətnaməsi ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(82)- 768/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 10278 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ə.Ələkbərov). Həmin qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10978 manat əsas, 2681,22 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 13689,22 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas borc məbləğindən 700 manat ödəniş edildiyini və cari borcunun 10278 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı-dən aldığı malların dəyərini tam ödəmədiyi üçün 10978 manat borcu qalmışdır. Bundan əlavə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müvafiq olaraq 2681,22 manat faiz borcu yaranmışdır. Odur ki, borcun ödənilməsi təmin edilmədiyindən hazırki iddia irəli sürülmüşdür. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apelyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin Vəkilov Səməd Mustafa oğlu apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərdi ki, o sahibkarlıqla məşğul olan fiziki şəxs kimi iddiaçı X7 ilə 2012\2015ci illər ərzində ayrı-ayrı vaxtlarda Gürcüstan, İran İslam Respublikası (Ərdəbil, Urmiya, Xəzər markalı) istehsalı olan sementlər almışdır. Hazırki İddiaçı hüquqi şəxs kimi həmin vaxtı mövcud deyildi. İddiaçı məlum olduğu kimi Norm adlı sement zavodunun rəsmi distrebüteridir. Bu o deməkdir ki o Norm adlı sement satır. Cavabdeh fəaliyyət göstərdiyi dövr ərzində heç zaman Norm adlı sement almamış və İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərin arasında Norm sementi almağına aid heç bir sənəd yoxdur. 2015-ci il tarixdə baş vermiş 2 devalvasiyadan sonra alış-veriş qabilliyəti aşağı düşdüyü üçün Vaqif Rəhimov adlı fiziki şəxsə müəyyən miqdar borcu yaranmışdır. Lakin adıçəkilən hüquqi şəxslə heç bir münasibəti olmamışdır. Vaqif Rəhimov ona bildirmişdir ki, sement zavodları ilə problemi var odur ki, formal olaraq İddiaçı-yə borcu olması haqqında formal müqavilə bağlanılmasını xahiş etmişdir. Vaqif Rəhimov məhkəməyə təqdim etdiyi sənədlərlə əqdi pərdələmək məqsədi daşımışdır. Əsli olmayan tərəfdən formal xarakterli sənədlər tərtib etmişdir. Bu məqsədlə iddiaçı üzləşmə aktı və iltizam adlı sənədlərə imza etdirmişdir. Üzləşmə aktı-mülki münasibətlərə tətbiq edilən sənəd nümünəsidir. İstehsalat və biznes sahəsi ilə məşğul olan sahibkarlıq subyektləri birdəfəlik və dövri olaraq həyata keçirilən alqı-satqı və təhvil təslim- aktları arasında uyğunsuzluq aşkar edildikdə maliyyə sənədi olaraq Üzləşmə aktı tərtib edilir. Lakin göründüyü kimi Üzləşmə aktı sənədinin heç bir alt sənədi olmadığı təqdirdə həmin aktı mötəbər sübut sayıla bilməz. İkinci istinad edilən iltizam adlı sənəd isə cinayət prosesi zamanı tətbiq edilən qətiimkan tədbirinin bir növüdür. Odur ki hər iki sənəd sübutlar siyahısından çıxarılmalı və iddia rədd edilməlidr. Bundan başqa iddiaçının iddia etdiyi müqavilə öhdəlikləri mövcud olsa belə, müqavilə münasibətləri başa çatdığı xx xxxx 2015-ci il tarixində (fiziki şəxs kimi alqı-satqı münasibətinin başa çatdığı tarix) iddia qaldırıldığı xx xxxxxx 2018-ci il tarixdə artıq iddia müddəti keçmişdir. Odur ki iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, cavabdehlə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludur. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək, apelyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə olunmuş,xx xxxxxx 2017-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı-nin direktoru X7 və meneceri Etibar Qəhrəmanov ilə Cavabdeh sonuncunun sement satışı ilə əlaqədar yaranmış 10978 manat borcunun olmasını imzaları ilə təsdiq etmişlər. Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə yazılıb imzalanmış iltizamdan görünür ki, o, İddiaçı-nə olan 10978 manat borcun 3000 manatını mart ayının sonuna, qalan hissəsini isə hər ay 700 manat olmaqla tam ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasındakı razılaşmaya əsasən iddiaçı sement məhsulunu satmağı, cavabdeh isə həmin məhsulun dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən razılaşma üzrə sement məhsulu cavabdehə təqdim edilsə də, məhsulun haqqı ödənilmədiyindən sonuncunun 10278 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddia 10278 manat əsas borcun tutulması hissəsində əsaslıdır. İddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsi əsassız hesab etmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehin borclu olduğu pul vəsaitindən faydalanmasını, habelə gəlir, artım, bəhər götürməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Eyni zamanda borcun olmasını təsdiqləyən sənədlərdə məbləğin gecikdirilməsinə görə faiz məbləğinin ödənilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia qismən təmin edilməli Cavabdeh 10278 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı-yə ödənilməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir. Belə ki, X1rumlarının dövlət reyestri məlumatından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış və onun qanuni təmsilçisi X4r. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh İddiaçı-nin direktoru X5 10978 borcun olduğunu, bu borc məbləğini bu ilin mart ayının sonuna 3000 manat, sonra isə qalan məbləği isə hər ay 700 manat olmaqla tam ödənilməsini təmin edilməsi barədə xx.xx.2017-ci il tarixdə iltizam vermişdir. Göründüyü kimi, iltizamda yalnız bir tərəfin R. Vəkilovun - iradəsi ifadə olunmuşdur, bu da birtərəfli əqd hesab olunur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh həmin iltizamda olan imzanın ona məxsus olduğunu, həmin əqdi bağlamağa məcbur olunmadığını göstərmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 324.3-ci maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Məcəllənin 326-cı maddəsinə görə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. Məcəllənin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Göründüyü kimi, birtərəfli əqd bütün əqdlər kimi hüquqi nəticəyə - mülki hüquq və vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam verilməsinə səbəb olur. Bu cür əqd vəzifəni yalnız onu bağlanmış şəxs üçün yaradır, birtərəfli əqd onu bağlayan şəxs üçün mülki hüquqlar yaratmır. Mülki hüquqları bu əqd yalnız onun ünvanlandığı şəxslər üçün əmələ gətirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh apelyasiya şikayətində Vaqif Rəhimovun təqdim etdiyi sənədlərlə əqdi pərdələmək məqsədi daşıdığını göstərsə də, həmin əqdi məhkəmə qaydasında mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassızdır və qətnamənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(82)- 768/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(103)-68/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-68/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver