Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-689/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-322/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayırlıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında “Açıq məkanda reklam yerləşdirilməsinə dair” 30 dekabr 2021-ci il tarixli 16/2022 saylı müqavilə bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 30 dekabr 2021-ci il tarixli 16/2022 saylı müqaviləyə əsasən göstərilən reklam xidmətlərinə görə yaranmış cəmi ƏDV daxil 22.544,49 manat məbləğində əsas borcun, müqavilənin 4.6-cı bəndinə uyğun hesablanmış 100.484,96 manat məbləğində cərimənin, ümumilikdə 123.029,45 manat pulun ödənilməsi və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, hüquqi yardım xərci) əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, “Sifarişçi” - Cavabdeh MMC ilə “İcraçı” - İddiaçı MMC arasında “Açıq məkanda reklam yerləşdirilməsinə dair” 30 dekabr 2021-ci il tarixli 16/2022 saylı müqavilə bağlanmışdır. İddiaçı Müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri lazımi şəkildə yerinə yetirərək, Cavabdehə onun müvafiq sifarişlərinə uyğun olaraq razılaşdırılmış müddətlərdə və ünvanlarda açıq məkanda reklam materiallarının istehsalı və montajı, reklam daşıyıcılarında yerləşdirilməsi və yayımından ibarət xidmətləri (bundan sonra – Xidmətlər) göstərmiş, həmin Xidmətləri Müqavilənin 4.3- cü bəndində nəzərdə tutulan qaydada imzalanmış və möhürlənmiş təhvil-təslim aktları ilə Cavabdehə təhvil vermiş və Cavabdeh bu Xidmətləri heç bir iddiasının olmadığını bildirməklə qəbul etmişdir. Lakin buna baxmayaraq, Cavabdeh Müqavilə ilə üzərinə düşən həmin Xidmətlərin dəyərini Müqavilənin şərtlərinə uyğun formada İddiaçıya ödəmək öhdəliyini lazımınca yerinə yetirməmiş, hər yayım ayına görə İddiaçının təqdim etdiyi müvafiq hesab-fakturalarda göstərilən xidmət haqlarının Müqavilədə nəzərdə tutulan müddətdə (hesab-fakturanı aldıqdan sonra 5 (beş) təqvim günü ərzində) vaxtında və tam şəkildə ödənilməsini təmin etməmiş, ödənişləri dəfələrlə gecikmə ilə və natamam (hissəhissə) icra etmiş, bununla da Müqavilənin 4.1-ci bəndinin tələblərini kobudcasına pozmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli 599 saylı hesab və xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11641119 nömrəli elektron qaimə-faktura üzrə - ƏDV daxil 7.959,10 manat (6.745,00 manat əsas borc + 1.214,10 manat ƏDV), xx.xx.2024-cü il tarixli 718 saylı hesab və xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 10939490 nömrəli elektron qaiməfaktura üzrə - ƏDV daxil 14.585,39 manat (12.360,50 manat əsas borc + 2.284,89 manat ƏDV), cəmi – ƏDV daxil 22.544,49 manat məbləğində borcu qalmışdır.
4. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, sonradan qarşılıqlı iddiasından imtina etmiş və Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-322/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 7.664 (yeddi min altı yüz altmış dörd) manat 10 (on) qəpik, cərimə borcu üzrə 400 (dörd yüz) manat, ümumilikdə 8.064 (səkkiz min altmış dörd) manat 10 (on) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat, 64 (altmış dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə icraatının gedişində ilkin redaksiyada (və ilk iddianın dəyişdirilməsi barədə ərizədə) təqdim edilmiş iddia ərizəsində qeyd edilmiş məbləğlərdən bir hissəsi ödənilmişdir. Hazırda tərəflər arasında mübahisə ancaq iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan MT2408 seriyalı 11641119 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri ƏDV daxil 12.820,7 manat olan və MT2408 seriyalı 11641119 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 14.585,39 manat olan elektron qaimədə qeyd edilmiş xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki,.cavabdeh tərəf 1-ci yəni dəyəri 12.820,70 manat təşkil edən elektron qaimədə qeyd edilmiş xidmətlərin bir hissəsini yəni, 4.861,6 manat (10-11, 25-35 qrafalar üzrə) hissəsini qəbul edərək, pulu ödəmiş və mübahisəli hissə 7.959,1 manat təşkil edir. 37. Ancaq Məhkəmə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərmiş olduğu halları nəzərə alaraq hesab edir ki, Gilan tekstil adı ilə, Sumqayıt şəhəri, Sülh küçəsi ünavnı üzrə dəyəri 295 manat olan reklam xidmətləri iddiaçı tərəfindən cavabdehə göstərilməmişdir. 38. Bu halı, həmçinin iddiaçı tərəf də, məhkəmə iclasında qəbul etmişdir. 39. Bundan başqa da, 1ci qeyd edilən elektron qaimə üzrə cavabdehin müəyyən ödənişləri etməsi halını nəzərə alaraq hesab edir ki, elektron qaimədə qeyd edilmiş xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir. -ci elektron qaimə üzrə 7.664,1 (7.959,1-295) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 42. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2-ci yəni, MT2408 seriyalı 11641119 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 14.585,39 manat olan elektron qaimədə göstərilmiş xidmətlərin heç biri göstərilməmişdir. 43. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi cədvəldən görünür ki, özü qeyd edilmiş elektron qaimənin 2,3,4,5,6,7,8,9,17,18,19,20,21,22-ci qrafalarında olan və ümumi dəyəri 5.895,87 qəpik məbləğində xidmətin göstərilmədiyi halını qəbul etmişdir. 44. Ancaq məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf bu halı, məhz Məhkəmə tərəfindən müvafiq olaraq hüquqi şəxslərə sorğulara cavab gəldikdən sonra qəbul etmişdir. Göründüyü kimi, iddiaçı tərəf özü ilk öncə göstərmiş olmadığı xidmətlərə görə bilərəkdən qarşı tərəfə elektron qaimə göndərməklə, əsassız olaraq zənginləşmək niyyətində olmuşdur.
8. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 322/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi iddianın təmin edilmədiyi hissələrdə (14.880,39 manat əsas borcvə 100.084,96 manat cərimə tələbləri) qanunsuz, əsassız və ədalətsiz olduğu üçün qismən ləğv olunsun və iddianın həmin hissələrdə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edib, 30 dekiabr 2021-ci il tarixli müqavilə üzrə borcun ödənilməsinə dair "xxxx" MMC-nin iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müqavilədə cavabdehin istər reklam yerlərindən imtina etmək, istərsə də, müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək qərarına gəldiyi halda, bu barədə iddiaçını bir ay öncədən yazılı şəkildə məlumatlandırmaq öhdəliyi təsbit edilmiş, əks təqdirdə imtina ilə bağlı yazılı məlumat verilmədiyi halda, imtina olunan reklam yerləri üçün imtina edilən tarixdən sonrakı bir ayın yayım haqqının Sifarişçi tərəfindən icraçıya ödənilməli olması; xitamla bağlı yazılı xəbərdarlıq göndərilmədiyi halda isə, növbəti təqvim ayı ərzində yayım üçün nəzərdə tutulmuş məbləğdə kompensasiya ödəməli olması qaydası şərtləşdirilmişdir. Ancaq cavabdeh tərəfindən İddiaçıya nə Ancaq Cavabdeh tərəfindən İddiaçıya nə müqavilənin 4.5-ci bəndinə uyğun hansısa reklam yerlərindən imtina etməsi barədə yazılı məlumat verilmiş, nə də 9.2-ci bəndinə uyğun müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək istəyinədair yazılı xəbərdarlıq edilmişdir. Ona görə də, İddiaçı Cavabdehə müqavilənin 4.5 və 9.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli 718 saylı hesab və xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 10939490 nömrəli elektron qaiməfaktura təqdim edib, imtina olunan reklam yerləri üçün imtina edilən tarixdən sonrakı bir ayın yayım haqqını (ƏDV daxil 14.585,39 manat) tələb etməkdə haqlı olmuş və bu zaman həmin tələb bilavasitə müqavilənin qeyd edilən şərtlərindən irəli gəldiyi üçün müvafiq reklam xidmətlərinin göstərilib östərilmədiyini sübut etməyə də borclu olmamışdır. Məhkəmənin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş həmin reklam yerlərinin “Mətanət A” şirkətinin tərtib etdiyi xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlarda öz əksini tapmamasına istinad etməsi isə əsaslı deyil. Çünki, qeyd edilən dövrlərdə “Mətanət A” şirkətinin cavabdehlə həmin reklam yerləri ilə bağlı münasibətləri dayandırmış olmasını qəbul etsək belə, cavabdeh imtina olunan reklamyerləri barədə İddiaçıya müqavilənin 4.5-ci bəndinə uyğun qaydada bir ay öncədən yazılı məlumat verməmiş, əgər vermişdisə, bunu təsdiq edən müvafiq sübutu təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə nəzərə almamışdır ki,qeyd olunan reklam yerlərindən “F.X.Xoyski (Gənclik Mall)”, “H.Əliyevprospekti” və “Şıxov yolu” ünvanları üzrə reklam xidmətlərinin göstərilməsi (müvafiq olaraq “Ağdağ GKL” və “Matanat A Hibrid” reklamları) xx.xx.2024,xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlarda öz əksini tapmışdır. Bu da məhkəmənin gəldiyi nəticənin bir daha işun müəyyən edilmiş hallarına uyğun olmadığının bariz nümunəsidir. Mübahisəli xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11641119 nömrəli elektron qaimə fakturanın 24-cü qrafasındakı dəyəri 295 manat olan və xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 10939490 nömrəli elektron qaimə-fakturanın 1, 10- 12, 13-16, 23-34-cü qrafalarındakı ümumi dəyəri 8689,52 ma n a t olan reklam yerləri ilə əlaqədar Cavabdehin etirazının dəlillərinə dair məhkəməyə ümumiyyətlə hərhansı mötəbər təsdiqedici sübutlar təqdim edilmədiyi halda, məhkəmə bütün bunları nəzərə almadan əsassız olaraq iddia tələbini qeyd olunan məbləğlərəaid hissədə rədd etmiş, bununla bağlı məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən hallar əslində sübut edilməmiş, bu səbəbdən iş üzrəgəldiyi nəticəsi işin hallarına uyğun olmamaqla, qanuni, əsaslı və ədalətli olmamışdır. 2-9-cu qrafalarda göstərilən və ümumi dəyəri 3500,47 manat olan "xxxx" ASC-yə aid reklam yerləri ilə bağlı məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda "xxxx"ASC ilə İddiaçı MMC arasında “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2023-cü il tarixli müqavilə bağlanıldığı bildirilmiş, həmin müqavilə əsasında göstərilmiş reklam xidmətlərinə dair müvafiq elektron qaimə fakturalar təqdim edilmişdir. 17-22-ci qrafalarda göstərilən və ümumi dəyəri 2395,4 manat olan "xxxx" MMC-yə aid “Maxim Taxi” reklam yerləri ilə bağlı məhkəmənin sorğusunaxx.xx.2024-cü il tarixli cavab məktubunda "xxxx" MMC ilə İddiaçı MMC arasında “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2024-cü il tarixli müqavilə bağlanıldığı bildirilmiş, həmin müqavilə əsasında göstərilmiş reklam xidmətlərinə dair müvafiq aktlar və əlavələr təqdim edilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, İddiaçı ilə adı çəkilən hüquqi şəxlər arasında müvafiq müqavilələrin bağlanması faktı hələ məhz bəhs edilən EQFdə öz əksini tapan reklam yerləri üzrə dəxidmətlərin göstərilməsi anlamına gələ bilməz. Odur ki, məhkəmə tərəfindən müəyyən edilmiş sayılan, iş üçün əhəmiyyətli olan bu hal əslində sübut edilməmişdir. İddiaçının 100.484,96 manat məbləğində cərimə tələbi tərəflər arasında bağlanmış müqavilənin 4.6-cı bəndinə əsaslanmışdır. Belə ki, həmin bəndə əsasən, tərəflər razılaşmışlar ki, Cavabdeh İddiaçıya ödənişin hər gecikdirildiyi gün üçün bu müqavilədə və onun ayrılmaz tərkib hissəsini təşkil edən əlavələrdə əks olunun ümumi məbləğin 0,5 %-i miqdarı həcmində cərimə ödəməlidir. Göründüyü kimi, öhdəliyin icra edilmədiyi və ya lazımınca icraedilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda cərimə ödənilməsi şərti və onun miqdarı Mülki Məcəllənin 462.1, 462.3 və 463.1-ci maddələrinin tələblərinə uyğun olaraq tərəflərın bağladığı yazılı müqavilə ilə sərbəst şəkildə müəyyən edilmişdir. İ ş materiallarından görünür ki, Cavabdeh tələb edilən 87.422,86 manat məbləğində əsas borc öhdəliyini lazımınca(vaxtında) icra etməmiş, ödənişləri hər dəfə gecikdirmiş, bu borcun 64.878,37 manatını yalnız hazırkı iş üzrə məhkəmə mübahisəsi manatını yalnız hazırkı iş üzrə məhkəmə mübahisəsi başladıqdan sonra xx.xx.2024, xx.xx.2024, xx.xx.2024vəxx.xx.2024-cü il tarixlərində ödəmiş və xx.xx.2024-cü il tarixinə ödənilməmiş 22.544,49 manat borcu qalmışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, müqavilədəöhdəliyin hissə-hissə icra olunması şərti də nəzərdə tutulmamışdır.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə 35 ünvanda reklam xidmətlərinin göstərilməsi ilə bağlıdır və cavabdeh tərəfindən hansı ünvanlarda reklam xidmətləri göstərilibsə həmin reklam xidmətləri üzrə ödənişlər cavabdeh tərəfindən həyata keçirilmişdir. Məhkəmənin cavabdeh tərəfindən qaimə üzrə qismən ödəniş etməsi xidmətlərin tam göstərilməsi qənaətinə gəlməsi tam yalnışdır. Digər qaiməyə münasibət bildirirək məhkəmə öz qərarında göstərmişdir ki, iddiaçı tərəf özü ilk öncə göstərmiş olmadığı xidmətlərə görə bilərəkdən qarşı tərəfə elektron qaimə göndərməklə, əsassız olaraq zənginləşmək niyyətində olmuş və qeyd edilmiş ünvanlar üzrə müvafiq hüquqi şəxslər arasında müqavilə bağlamış və reklam xidmətlərini göstərməklə,cavabdehlə arasında olan müqavilə münasibətlərinə faktiki özü xitam vermişdir. Hesab edirik eyni hal iddiaçı tərəfindən göndərilmiş birinci qaiməyədə şamil edilməlidi. Belə ki, bildiriş iddiaçı tərəfindən 2024-cü ilin iyun ayında göndərilmiş və faktiki olaraq reklam məlumatların sökülməsi, həmin reklamın məxsus olduğu şirkətlərlə əlaqəyə girərək müqavilələr üzrə xidmətlərin göstərilməsi birbaşa müqavilənin faktiki olaraq iddiaçı tərəfindən ləğv edilməsi anlamına gəlir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 şikayətin məzmununa uyğun izahat verərək, şikayətlərinin təmin edilməsini , cavabdehin şikayətinin təmin edilməməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçının apellyasiya şikayətinə etiraz edərək , apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini, iddiaçının şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Həmin məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
16. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Həmin məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
19. Həmin məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
20. 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
21. 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
22. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
23. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
24. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. (Mülki Prosessual Məcəllənin 372.6cı və 372.7-ci maddələri).
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın təmin olunmayan hissəsində ləğv olunaraq yeni qətnamə çıxarılmalı, iddiaçının şikayəti qismən təmin edilməli, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş, gəldiyi nəticə işdə olan sübutlara uyğun gəlməmişdir.
28. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
29. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
a) İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət
30. İş materillaırna əsasən, tərəflər arasında münasibətlər Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında “Açıq məkanda reklam yerləşdirilməsinə dair” 30 dekabr 2021-ci il tarixli 16/2022 saylı müqavilə ilə tənzimlənir.
31. Müqavilənin 1.1-ci maddəsinə əsasən açıq məkanda reklam yayım materiallarının istehsalı, yerləşdirilməsi və yayımı xidmətlərinin göstərilməsinə dair sifarişçi icraçıya sifariş edir və icraçı bu müqavilənin əlavə 1-də göstərilən qaydada, müddətdə və ünvanlarda reklamların yerləşdirilməsinə dair sifarişçiyə öz xidmətlərini göstərir, sifarişçi isə xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun olaraq icraçıya ödəməyi öz öhdəsinə götürür.
32. 4.5-ci maddəsinə görə tərəflər arasında müqavilə qüvvədə olduğu müddət ərzində Sifarişçi reklam yerlərindən imtina etməyi planlaşdırarsa, bu halda Sifarişçi bir ay öncədən İcraçıya yazılı məlumat verilməlidir. Belə bir yazılı məlumat Sifarişçi tərəfindən verilmədiyi halda, imtina olunan reklam yerləri üçün imtina olunan tarixdən sonrakı bir ayın yayım haqqı Sifarişçi tərəfindən İcraçıya ödənilməlidir.
33. 4.6 Tərəflər bununla razılaşırlar ki, Sifarişçi tərəfindən ödənişin hər gecikdirildiyi gün üçün, bu Müqavilədə və~bu Müqaviləni ayrılmaz tərkib hissəsini təşkil edən Əlavələrdə əks olunan ümumi məbləğin Q.5%. miqdarı həcmində Sifarişçi İcraçıya cərimə ödəyir.
34. 9.1 Bu müqavilə aşağıdakı hallarda ləğv (xitam) edilir:müqavilənin müddəti qurtardıqda;tərəflərin qarşılıqlı razılaşması yolu ilə;hər hansı müqavilə üzrə, üzərinə götürülmüş öhdəlikləri yerinə yetirmədikdə digər tərəfin tələbi ilə. 9.2 Tərəflərdən biri istənilən vaxt bu Müqaviləni birtərəfli qaydada müqavilənin qüvvəsinə vaxtından əvvəl xitam vermək qərarına gəldiyi təqdirdə, həmin Tərəf 30 (otuz) təqvim günü qabaqcadan, bu haqda qarşı Tərəfə yazılı şəkildə rəsmi xəbərdarlıq göndərməlidir.Hər hansı bir Tərəf müqavilənin qüvvəsinin dayandırılması ilə bağlı qarşı Tərəfə müəyyən olunmuş qaydada xəbərdarlıq göndərmədiyi təqdirdə, həmin Tərəf növbəti təqvim ayı ərzində yayım üçün nəzərdə tutulmuş məbləğdə qarşı Tərəfə kompensasiya ödəməlidir.
35. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli 718 saylı hesab vəxx.xx.2024-cü il tarixli MT2409 seriyalı 10939490 nömrəli elektron qaimə-faktura üzrə həyata keçirilmiş xidmətlər üzrə ödənişlərin edilməsini tələb edir.
36. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. 34. Həmçinin "xxxx" ASC məktuba xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövrü əhatə edən İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş olan reklam xidmətlərinin göstərilməsinə dair elektron qaimələri əlavə etmişdir.
37. .İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli “açıq məkanda reklam yerləşdirilməsinə dair” müqavilə bağlanmışdır.
38. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış müqavilənin ləğvi barədə xəbərdarlıq məktubundan görünür ki, 30 dekabr 2021-ci il tarixli 16/2022 saylı və 01 iyun 2022-ci il tarixli ADS-ADV-22 saylı müqavilələrin xx.xx.2024-cü il tarixdən etibarən vaxtından əvvəl ləğv(xitam) edildiyini (müqavilələrin 9-cu bəndinə uyğun olaraq) bəyan edildiyi qeyd edilmişdir. Eyni zamanda müqavilənin 8.3-cü bəndinin tələbinin yənin xitam verilən ana qədər olan borcların ödənilməsi tələb olunmuşdur.
39. Göğründüyü kimi İddiaçı MMC müqavilə şərtlərindən çıxış etməklə qabaqcadan müqaviləyə xitam verilməsi ilə bağlı Cavabdeh MMC-yə xəbərdarlıq məktubu göndərərk müqavilənin 8.3 və 9.2-ci bəndlərində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsini bildirmişdir.
40. İdddiaçı İddiaçı MMC-nin iddia tələbinin təmin olunmayan hissəsinin tam təmin olunmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən elektron qaimə-faktura üzrə borcla bağlı iddiaçı tələbində haqlıdır, lakin iddiaçının nümayəndəsi və vəkili birinici intansiya məhkəməsində xx.xx.2025-ci il tarixli məhkəmə iclasında mübahisələndirilən elektron qaimə-faktura üzrə 2,3,4,5,6,7,8,9,17,18,19,20,21,22-ci qrafalarında olan “BİTS” və “Maxtim Taxi” göstərilən ümumi dəyəri 5.895,87 manat olan xidmətlərin göstərilmədiyi halını qəbul etmişdir. Belə ki izahatında qeyd etmişdir ki, e-qaimədən “BİTS” və “Maxtim Taxi” ümumi dəyəri 5.895,87 manat olan xidmətlər cıxarılmalı, 8689,52 manat ödənməlidir. Apellyasiya icraatı zamanı birinici instansiya məhkəməsində elə bir izahat vermədiyini bildirsə də, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq, bildirmişdir ki, qəbul etsək belə ki, “BİTS” və “Maxtim Taxi” ilə əlaqlərimiz olmuşdur, məhkəmə qalan 8689,52 manatın tutulması hissəsində də təmin etməmişdir.
41. Göründüyü kimi iddiaçı “BİTS” və “Maxtim Taxi” (Belfast Baku) müqavilə bağladıqlarını və müqavilə üzrə xidmətlər göstərdiyini qəbul etmişdir. Apellyasiya şikayətinin dəlillərində müqavilələrin bağlanması faktı hələ məhz bəhs edilən EQF-də öz əksini tapan reklam yerləri üzrə də xidmətlərin göstərilməsi anlamına gəlmədiyini bildirmişdir. Qeyd olunan tərəflər arasında müqavilə üzrə xidmətlərin göstərildiyi yerin məhz "X5” MMC-nin “BİTS” və “Maxtim Taxi” (Belfast Baku) ilə bağlamış olduğu müqavilə üzrə xidmət göstərilən yerlərin eynilik təşkil etmədiyinə dair hər hansı sübut təqdim edilməmişdir.
42. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
43. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
44. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
b) Cavabdehin apellyasiya şikayətinin dəlilərinə münasibət
45. Məhkəmə kollegiyası cavabdeh tərəfindən qaimə üzrə qismən ödəniş edilməsinin xidmətlərin tam göstərilməsi qənaətinə gəlinməsi anlamına gəlməsinin düzgün olmaması dəlililinə münasibətdə qeyd edir ki, iş materillaırndan görünür ki, tərərflər arasında münasibətlər, iş güzar adətlər e-qaimə faktura formasına formalaşmışdır.
46. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
48. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə qaimələrdə qeyd olunan xidmətləri göstərməsəydi cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.
49. Kollegiya cavabdehin iddiaçı tərəfindən müqavilyə xitam verildiyindən birinci qaimə üzrə də ödəniş olunmaması dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.5-ci bəndinə əsasən, tərəflər arasında müqavilə qüvvədə olduğu müddət ərzində Sifarişçi reklam yerlərindən imtina etməyi planlaşdırarsa, bu halda bir ay öncədən İcraçıya yazılı məlumat verilməlidir. Belə bir yazılı məlumat Sifarişçi tərəfindən verilmədiyi halda, imtina olunan reklam yerləri üçün imtina olunan tarixdən sonrak ıbir ayın yayım haqqı Sifarişçi tərəfindən İcraçıya ödənilməlidir.
50. Həmçinin,müqavilənin 9.2-ci bəndinə əsasən, tərəflərdən biri istənilən vaxt bu müqaviləni birtərəfli qaydada müqavilənin qüvvəsinə vaxtından əvvəl xitam vermək qərarına gəldiyi təqdirdə, həmin tərəf 30 (otuz) təqvim günü qabaqcadan bu haqda qarşı tərəfə yazılı şəkildə rəsmi xəbərdarlıq göndərməlidir. Hər hansı bir tərəf müqavilənin qüvvəsinin dayandırılması ilə bağlı qarşı tərəfə müəyyən olunmuş qaydada xəbərdarlıq göndərmədiyi təqdirdə, həmin tərəf növbəti təqvim ayı ərzində yayım üçün nəzərdə tutulmuş məbləğdə qarşı tərəfə kompensasiya ödəməlidir.
51. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Direktoru Qanuni nümayəndə ünvanlanmış məlumat xarakterli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC Və "xxxx" MMC arasında bağlanmış 16/2022 saylı 31 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən tərəfimizdən xidmətlər (işlər) yerinə yetirilmişdir: Təhvil verilən xidmətlərə görə 04 iyun 2024 ci il tarixə olan borcunuz 67452.34 manat ödənilməmiş qalmış, bu da şirkətinizin külli miqdarda borcun yarammasına və bizim şirkətimizin digər öhdəliklərinin yerinə yetirilməsinə böyük problem yaratmışdır. Əlavə olaraq bildiririk ki, 2024 cü ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə artıq təhvil verilmiş xidmətlərə görə aktlar tərəfinizdən qaytarılmamışdır. Bir həftə ərzində borcunuzun bağlanılmasını, təhvil aktların qaytarılmasını təmin etməyinizi xahiş edirik. Əks halda reklam yayımı və yeni reklam təsvirlərinin montajı dayandırılacaqdır. (İddiaçı məktubun tarixinin texniki səhv nəticəsində xx.xx.2024-cü il qeyd olunuduğunu bildirir,əslində məktubun tarixinin xx.xx.2024-cü il olduğu bildir)
52. Cavabdeh tərəf iddiaçının müqavilənin qüvvəsinə vaxtından əvvəl xitam vermək qərarına gəlməsini xx.xx.2024-cü il tarixli məktuba və bundan sonra tərəflərindən göstərilən xidmətlərin reklamın məxsus olduğu şirkətlərlə əlaqəyə girərək müqavilələr üzrə xidmətlərin göstərilməsini birbaşa müqavilənin faktiki olaraq iddiaçı tərəfindən ləğv edilməsi anlamına gəlməsinə istinad etməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məktub yaranmış borcla bağlı öhdəliklərin yerinə yetirilməsi, borcun ödənilməsi və göndərilmiş təhvil aktlarının qaytarılması ilə əlaqədar məlumat xarakterli olmuş, müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı hər hansı xəbərdarlıq qeyd edilməmişdir. Bundan başqa iddiaçının reklamın məxsus olduğu şirkətlərlə əlaqəyə girərək müqavilələr üzrə xidmətlərin göstərilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərində bununla bağlı hər hansı qadağa qeyd edilməmişdir.
53. İş materillarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdeh məktubuna əsasən, yuxarda qeyd olunan məktubun xx.xx.2024-cü il tarixdə onlara çatıdırldığı qeyd olunmuşdur.
54. İş materillarına əlavə edilmiş İddiaçı MM-nin Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, müqavilənin 9.2-ci bəndinə əsasən tərəflər arasında bağlanmış müqavilənin xx.xx.2024-cü il tarixdə ləğv edildiyini və ona görə də, sonuncu qeyd edilmiş tarixədək cavabdehin xidmətlərin göstərilib-göstərilməməsindən asılı olmayaraq pulun ödənilməsi öhdəliyinin yarandığını qeyd etmişdir. Həmçinin müqavilənin 8.3-cü bəndinə əsasən, borc öhdəliklərini yerinə yetirilməsini xahiş etmişdir.
55. Göründüyü kimi, müqavilədə cavabdehin istər reklam yerlərindən imtina etmək, istərsə də, müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək qərarına gəldiyi halda, bu barədə iddiaçını bir ay öncədən yazılı şəkildə məlumatlandırmaq öhdəliyi təsbit edilmiş, əks təqdirdə imtina ilə bağlı yazılı məlumat verilmədiyi halda, imtina olunan reklam yerləri üçün imtina edilən tarixdən sonrakı bir ayın yayım haqqının Sifarişçi tərəfindən İcraçıya ödənilməli olması; xitamla bağlı yazılı xəbərdarlıq göndərilmədiyi halda isə, növbəti təqvim ayı ərzində yayım üçün nəzərdə tutulmuş məbləğdə kompensasiya ödəməli olması qaydası şərtləşdirilmişdir.
56. Kolllegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli 599 saylı hesab və xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11641119 nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 7.7664 manat xidmət haqqının göstərilməsinə dair birinci instasansiya məhkəməsinin mövqeyi əsaslı olmuş, digər qaimə olan xx.xx.2024-cü il tarixli 718 saylı hesab və xx.xx.2024cü il tarixli MT2409 seriyalı 10939490 nömrəli elektron qaimə-faktura üzrə “BİTS” və “Maxtim Taxi” (Belfast Baku) ya göstərilən xidmətlər istisna olmaqla, digər xidmətlərin göstərilmədiyinə dair hər hansı sübut təqdim olunmadığından, e-qaimə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən göstərilən xidmətlərin dəyəri olan 8.689,52 manat iddiaçıya ödənməlidir.
57. Məhkəmə kollegiyası cərimə borcunun məbləğinə münasibətdə qeyd edir ki, cavabdeh Mülki Məcəllənin 5.3, 425.1, 425.2 və 442-ci maddələrinin tələblərinə zidd olaraq müqavilə üzrə öz vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, öhdəliklərin icrasını təhlükəyə məruz qoyabiləcək hər cür hərəkətlərdən çəkinmək əvəzinə, bu öhdəliyini lazımınca icra etməyərək pozmuşdur. İddiaçı tərəfindən tələb olunan 100.084, 96 manat cərimə məbləği iddia tələbinin olunan hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı, biririnci intansiya məhkəməsi tərərfindən müəyyən olunan 400 manat cərimə məbləği dəyişdirilməli 2000 (iki min) manat müəyyən olunmalıdır.
58. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
59. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli 8689,52 manat pul cavabdeh tutularaq iddiaçıya ödənməli, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır.
61. Buna görə kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətini verərkən ödədiyi 239 manat dövlət rüsumunun əvəzi qismində 160 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, cavabdehin apellyaisya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin, yaxud apellyasiya dəlilinin olubolmamasına bağlı deyildir.
62. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-322/2025 nömrəli qətnaməsi qismən ləğv edilsin və mübahisələndirilən hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehndən əsas borc üzrə 8.689,52 manat, cərimə borcu 2000 manat, ümumilikdə 10689,52 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.