Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-69/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-5297/2014 saylı xx xxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri Vergilər Departamenti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin dövlət büdcəsinə olan 329 475,23 manat vergi borcunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(82)-5297/2014 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə əsasında xx xxxx 2015-ci il tarixdə icra vərəqəsi verilmiş və icra olunması üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi X3 xx xxxx 2019-cu il tarixdə ərizə ilə 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsi və icraatın təzələnərək mahiyyəti üzrə baxılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası vergilər nazirinin xx xxxxxx 2016-cı il tarixli əmri ilə Vergilər Nazirliyi yanında X1 və Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti ləğv edilmiş və xx.xx.2016-cı il tarixli əmri ilə Vergilər Nazirliyi yanında X1, Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 və Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamenti ləğv edilmiş departamentlərin hüquqi varisi hesab edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-5297/2014 saylı xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı Bakı şəhəri Vergilər Departamentinin Cavabdeh MMC-yə qarşı vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(82)-5297/14 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə baxılmadan geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-5297/2014 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət 07 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmə xx xxxx 2019-cu il tarixli qərardadını çıxararkən, qərardadda iş materiallarında olan SS205169383 AZ nömrəli xəbərnaməyə istinad edərək iş üzrə qəbul edilmiş qiyabi qətnamənin cavabdehin ünvanına xx.xx.2015-ci ildə, yəni qiyabi qətnamənin çıxarıldığı vaxtdan üç ay sonra göndərilməsi və N.Vəliyev tərəfindən qəbul edilməsi göstərilmişdir. Bu fakt üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən normanın tələblərini pozmuşdur, əsassız və qanunsuz olaraq xx xxxx 2019-cu il tarixli qərardadını çıxartmışdır. Belə ki, birinci instansiya məhkəməsi məhkəmədə olan işlərlə və sənədlərlə qərardadda göstərilən N.Vəliyevin kimliyi, Cavabdeh MMC-yə aidiyyatının olması, N.Vəliyevin işçisi, direktoru, təsisçisi, poçtalyonu və yaxud hər hansı bir səlahiyyət sahibi olması barədə heç bir araşdırma aparmadan icraatın təzələnməsi barədə ərizəni rədd etmişdir. Bundan başqa da birinci instansiya məhkəməsi xx xxxx 2019-cu il tarixli qərardadını çıxararkən, qərardadda əsassız olaraq qeyd etmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər məlumatlandırılmışdır. Halbuki, Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmamışdır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə müvafiq prosessual müddət ərzində verilmədiyindən baxılmadan geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iş materiallarında olan SS205169383AZ nömrəli xəbərnamədən göründüyü kimi, iş üzrə qəbul edilmiş qiyabi qətnamə cavabdehin ünvanına göndərilmiş və xx.xx.2015-ci il tarixdə N.Vəliyev tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən ünvanlanmış qiyabi qətnamənin cavabdehə çatdırılma tarixi xx xxxxxx 2015-ci il olduğundan qətnamədən şikayət müddəti də göstərilən tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən, hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Qeyd edilən Məcəllənin 250-ci maddəsinə əsasən, əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Qeyd olunan Məcəllənin 251-ci maddəsinə əsasən, qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim, işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh məhkəmənin qiyabi qətnaməsinin surətini almadıqlarını sübuta yetirə bilməmiş, şikayətinin dəlilləri ilə bağlı mötəbər sübutları şikayətə əlavə etməmiş, həmçinin məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan başqa, iş materialları ilə əksini, məhkəmənin qiyabi qətnaməsinin surətinin cavabdehə rəsmi olaraq çatdırıldığını təsdiq edir. Cavabdeh isə həmin müddətdən 4 ilə yaxın vaxt keçdikdən sonra qiyabi qətnamənin ləğv edilərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunverici qiyabi qətnamənin ləğvi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi, habelə ötürülmüş prosessual müddətin bərpası ilə bağlı mexanizmi nəzərdə tutmur, ərizənin verilməsi üçün müddət ötürüldükdən sonra apellyasiya şikayəti verilməsi ilə bağlı normalar tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(82)-5297/2014 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti verməsi, apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün müraciət etməsi istisna edilə bilməz. Odur ki, məhkəmə kollegiyası bu qənaətdədir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-5297/2014 saylı xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-5297/2014 saylı xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-2(103)-69/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-69/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver