Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-69/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2278/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 31 mart 2019-cu il tarixli 63/19-005 nömrəli beton müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı aralarında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim etməyi, alıcı isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
2. İddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5390 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 8400 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 4200 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 350 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5460 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 2090 manat, 16-xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 72390 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 7910 manat, 24xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 60230 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 700 manat, xx.xx.2019-cu il tarixli təhviltəslim aktı ilə 1680 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 5180 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 10450 manat, xx.xx.2019-cu il tarixli təhviltəslim aktı ilə 9215 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 4655 manat, xx.xx.2019cu il tarixli təhvil-təslim aktı ilə 5950 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 4560 manat və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə 7742,50 manat olmaqla, cəmi 216552,50 manat dəyərində beton təhvil vermiş, cavabdeh isə onu təhvil almışdır.
3. 27.05.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçının bank hesabına 15000 manat məbləğində pul köçürülmüşdür.
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya göndərərək ona verdiyi betonun satış qiymətini təşkil edən 216552,5 manat və ona hesablanmış 38979,45 manat ƏDV-ni, cəmi 255531,95 manat pulu 5 iş günü müddətində ödənilməsini tələb etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 216552,50 manat əsas borc, 38979,45 manat ƏDV-nin, cəmi 255531,95 manat pulun, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 145,53 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, müqavilə üzrə ümumilikdə 255531,95 manat məbləğində mal təhvil verilmiş, həmin malın dəyərinin əksər hissəsi tərəflərindən mal təhvil verildikdən sonra ödənilmiş, hazırda ödənilməmiş borcun məbləği ƏDV daxil olmaqla təxminən 33000 manat civarındadır. Ödənişlərdən yalnız biri, 15000 manat nağdsız qaydada edilmiş, qalan ödənişlər isə nağd qaydada ödənilmiş, borcun bir hissəsi isə iddiaçıya mənzil verilməsi yolu ilə əvəzləşdirilmiş, lakin bunu təsdiq edən sənədləri təqdim edə bilmir. Lakin iddiaçı hazırkı borcla bağlı BMCMİ-yə müraciət etmiş, onun şikayət ərizəsi əsasında araşdırma aparılmış, iddiaçı özü də borcun əksər hissəsinin ödənildiyini, borcun 55600 manat qaldığını bildirmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2278/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 201552,50 (iki yüz bir min beş yüz əlli iki manat əlli qəpik) manat əsas borc, 38979,45 (otuz səkkiz min doqquz yüz yetmiş doqquz manat qırx beş qəpik) manat ƏDV, ümumilikdə 240531,95 (iki yüz qırx min beş yüz otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 145 (bir yüz qırx beş) manat hissəsinin İddiaçı MMC-yə aid edilməsi qət edilmişdir.
8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi və cavabdehdən iddiaçının xeyrinə 33000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
17. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması, həmin müqavilə üzrə ƏDV-siz 216552,5 manat, ƏDV 38979,45 manat olmaqla, ümumilikdə 255531,95 manat dəyərində beton məhsulunun cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən 15000 manat ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.
18. İddiaçı bildirir ki, qalıq borc ƏDV daxil 240531,95 manat təşkil edir.
19. Cavabdeh isə bildirir ki, o, həmin borcun böyük hissəsini (15000 manat ödənişdən savayı) iddiaçıya nağd şəkildə ödəmiş, borcun bir hissəsi isə mənzil verilməsi yolu ilə əvəzləşdirilmişdir. Hazırda onun qalıq borcu ƏDV daxil olmaqla 33000 manat təşkil edir.
20. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır.
21. Belə ki, o, bunu təsdiq edən heç bir sübutu (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
22. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən şahidlər Barıs Demir və Zehra Demirin ifadələri isə qeyd olunan halları təsdiq edən sübut qismində qiymətləndirilə bilməz.
23. Belə ki, həmin şahidlər öz ifadələrində iddiaçıya olan borcun əksər hissəsinin nağd şəkildə qaytarıldığını bildirsələr də, lakin həmin borcun konkret olaraq kimə, hansı şəraitdə qaytarılması, eləcə də hansı tarixdə qaytarılması ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.
24. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (müqavilə bağlanarkən cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir.
25. Cavabdehin vəsatəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla İş üzrə Baş İdarəsindən tələb olunan sənədlərdə də cavabdeh tərəfindən nağd qaydada pulun ödənilməsi halı öz təsdiqini tapmır.
26. Eyni zamanda, şikayət ərizəsində iddiaçı hüquqi şəxsin rəhbəri Habil İmanov tərəfindən borcun 55600 manat qeyd edilməsi cavabdehin istinad etdiyi halları təsdiq etmir.
27. Belə ki, həmin ərizə ilə bağlı iddiaçının nümayəndəsi bildirdi ki, şikayət ərizəsində X3 Dəmir arasında olan digər iş birliyi ilə bağlı faktlar göstərilmiş və həmin ərizənin hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə aidiyyatı yoxdur.
28. Həmin ərizədən də görünür ki, şikayət ərizəsində hazırki iş üzrə tərəflərin adları qeyd edilməmiş və X3 Dəmir arasında olan kommersiya münasibətləri ilə bağlı faktlar göstərilmişdir.
29. Birinci instansiya məhkəməsinin və hazırki məhkəmənin sorğularına cavab olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla İş üzrə Baş İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktublarında hazırki iş üzrə tərəflərin adlarının və mübahisənin predmetinə aid halların qeyd edilməsinə dair isə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə müəyyən edilən halların məcburiliyini müəyyən etmişdir.
30. Beləliklə yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
31. Ona görə də kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ƏDV daxil 240531,95 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2278/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn