Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-69/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1941/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı M-Kontakt” MMC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 53327,46 manat əsas borc, 4532,83 manat cərimənin, 200 manat mediasiya xərcinin və 64 manat dövlət rüsumu, ümumilikdə cəmi 58124,29 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi tərəfindən X1 İnternet Portalında dərc etdiyi Mebel və inventarların alınması adlı 47529 nömrəli müsabiqənin keçirilməsi barədə elan verilmişdir. Şirkətləri sözügedən tendərə iştrakçı kimi qatılaraq müsabiqədə iştirak etmək üçün tələb edilən lazımı sənədləri internet portalı üzərindən Tender Komissiyasına təqdim etmişdir. “Mebel və inventarların alınması” satın alınması məqsədi ilə Açıq Tender prosedurunda təklif zərflərinin açılması üzrə xx.xx.2022-ci il tarixli, 2№-li iclas protokolu ilə müsabiqə üzrə qiymət təkliflərinə baxılmış, nəticədə şirkətləri digər iddiaçılardan daha aşağı qiymət təklifi verdiyi üçün tenderin qalibi elan edilmişlər. Tenderin nəticəsi olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi ilə M-Kontakt MMC arasında malların (işlərin, xidmətlərin) satın alınması haqqında xx.xx.2022-ci il tarixli 42/2022 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndi əsasında icraçı İddiaçı MMC sifarişçinin mebel və inventarların satın alınması məqsədilə icraçının bütün vergi və rüsumları daxil 87.002,99 manat məbləğində təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndində əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan işlərin (malların və ya xidmətlərin) müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan texniki şərtlərə (çertyojlar, çizgilər, layihələr) uyğun təhvil verməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurları müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sözügedən müqavilənin 13.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 13.2-ci bəndində isə, sifarişçi satın alma müqaviləsinin yerinə yetirilməsi üçün İcraçıya tender sənədlərindən göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 % - dən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə avans ödənişini ümumi bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərinin Sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatı qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir. Cavabdeh tender üzrə sifariş etmiş olduğu dörd çeşid mallardan üç çeşidini qəbul edərək, digər çeşid kimi Türkiyə Respublikasından istehsalçı şirkətdən sifariş edilərək vaxtında ölkəyə gətirilmiş 470 ədəd kresloları tenderin əsas şərtlər toplusunda və tərəflər arasında bağlanılmış müqavilədə qeyd edilməyən əlavə şərtləri irəli sürməklə bu günə kimi qəbul etməkdən imtina etmişdir. Bundan əlavə, cavabdehə xx.xx.2022 –ci il tarixli və xx.xx.2022-ci il tarixli təhvil - təslim aktlarına əsasən tərəflərindən təhvil verilmiş mallara görə xx.xx.2022-ci il tarixdə 42375,63 manat dəyərində elektron qaimə göndərilmişdir. Həmin qaimə üzrə cavabdeh isə 28538.58 manat əsas vəsait, 5136,95 manat isə ƏDV ümumi olaraq 33675,53 manat köçürmə etmişdir. Cavabdeh tərəfindən aralarında bağlanılmış müqavilə üzrə öhdəliklər kobud şəkildə pozulduğundan bu barədə onlara tərəflərindən xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi xx.xx.2023-cü il tarixli, №3-17/2-824/0/2023 saylı cavabla guya, müqavilə üzrə İddiaçı MMC tərəfindən təqdim olunmuş kreslolar texniki və keyfiyyət göstəriciləri şərtlər toplusunda əks olunan tələbləri tam əhatə etmədiyi (kresloların oturacaqlarının parçaları və süngəri, istifadə olunan materiallar) aşkar olunduğunu bildirmişdir. Eyni zamanda kreslolar texniki və keyfiyyət göstəriciləri şərtlər toplusunda qeyd olunan nümunəyə uyğun təqdim edilməməsi nəticəsində kreslolar bu günə kimi iddiaçıdan təhvil alınmayaraq, əlavə olaraq müqavilə şətlərinə uyğun olaraq 8700 manat cərimə olunduqları məktubla bildirilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən tenderin əsas şərtlər toplusu - satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd hesab olunur. Həmin qanunun 24.1.4-cü maddəsinə əsasən, bu Qanunun 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla malların (işlərin və xidmətlərin) zəruri texniki və keyfiyyət xüsusiyyətləri, o cümlədən planlar, çertyojlar və eskizlər, malın miqdarı (həcmi), əlavə xidmətlər, malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərinin göstərilməsinin) yeri və müddətləri tenderin əsas şərtlər toplusunda qeyd edilməli olan zəruri hallarından biridir. Məhkəmənin nəzərinə çatdırılır ki, sifarişçi nə şərtlər toplusunda, nə də tərəflər arasında bağlanılmış müqavilədə əks olunmayan tələbləri və şərtləri sonradan, yəni mallar ölkəmizə idxal olunmaqla bir qismi onlara təqdim edildikdən sonra iddiaçının qaşısına əlavə şərtlər qoymaqla əsassız iddialar irəli sürmüşdür. Halbuki sifariş olunan mallara aid bütün xüsusatlar sifarişçi tərəfindən açıq şəkildə və konkret hansı tələblərə uğun olması şərtlər toplusunda və tərəflər arasında bağlanılmış müqavilədə göstərilmişdir. Halbuki, sifarişçi mallara aid nəzərdə tutmadığı əlavə tələbləri müqavlənin 7-ci bəndinə əsasən tələb edə bilərdi. Belə ki, malların (işlərin, xidmətlərin) satın alınması haqqında xx.xx.2022-ci il tarixli 42/2022 saylı müqavilənin 7-ci bəndinə əsasən, göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş keyfiyyət xüsusiyyətlərinə, bu cür xüsusiyyətlər göstərilmədiyi (olmadığı) hallarda isə malların və xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olmalıdır. İçraçı malların və ya xidmətlərin tələb olunan keyfiyyət xüsusiyyətlərinə uyğunluğunu sənədlərlə təsdiq etməlidir. Müqavilənin qeyd edilən bəndindəki şərtindən aydın olur ki, sifarişçi tenderin əsas şərtlər toplusunda nəzərdə tutmadığı halda əlavə tələblər barədə müqavilənin bu hissəsi üzrə öhdəliklərinin icrasından imtina deyil, əlavə tələblər barədə məlumatı malların və xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olması barədə sənədləri icraçıdan tələb edə bilərdi. Onu da bildirmək istəyir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilədə nəzərdə tutulmuş malların (kresloların) yeni tender keçirilməklə satınalınması barədə xx.xx.2023-cü il tarixdə açıq tender elan etmişdir. Cavabdeh eyni zamanda açıq tender elanında iddiaçılara tenderin yeni şərtlər toplusunu sistemə əlavə etmişdir. Elektron sistemə əlavə olunmuş tenderin şərtlər toplusunda cavabdeh bu dəfə əvvəlki tenderdə malların xüsusiyyətlərinə dair şərtlərində nəzərdə tutmadığı və iddiaçıdan sonradan əsassız olaraq tələb etmiş olduğu mallara dair xüsusiyyətləri bu dəfə yeni şərtlərə əlavə etmişdir. Bu da onu sübut etməkdədir ki, cavabdeh keçirmiş olduğu öncəki tenderdə icraçı olaraq sonradan mallara dair əlavə olaraq iddiaçılardan tələb etməkdə olan xüsusiyyətləri öncədən də tenderin şərtlər toplusunada şərt kimi göstərməli idi. Cavabdehin sonrakı tenderdə mallara aid bu xüsusiyyətləri əlavə olaraq qeyd etməsi bir daha da onların əvvəlki tenderdə olan yalnışlığını və onlara münasibətdə müqavilə öhdəliklərinin əsasız olaraq pozmasını göstərməkdədir. Nəzərə çatdırılmalıdır ki, hazırda cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi müqavilə öhdəliklərinə görə şirkətə ƏDV daxil olmaqla 53327,46 manat borcu vardır.
3. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehin müqavilənin şərtlərini pozması nəticəsində dəymiş 53981 manat məbləğində maddi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Mebel və inventarların satın alınması məqsədilə xx.xx.2022 tarixində etender.gov.az portalında elan yerləşdirilmiş və xx.xx.2022 tarixində açılış olmuşdur. Açılışda 6 iddiaçı, o cümlədən İddiaçı MMC qiymət təklifi təqdim etmişdir. İddiaçı MMC-nin təqdim etdiyi təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.4-cü maddəsinə əsasən müvafiq mallar üzrə ehtimal olunan qiymətlə müqayisədə 20 faiz və daha artıq aşağı olması müəyyən olunmuşdur. Buna uyğun olaraq, Qanunun 27.4-cü və eyni zamanda 36.1-ci maddəsinə əsasən tender təkliflərinin baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə öz tender təkliflərinə izahat verməsi üçün qiymət təklifi barədə məlumatları və nümunələrin təqdim edilməsi üçün xx.xx.2022 tarixindən rəsmi sorğu göndərilmişdir. Sorğuda məlumatların və nümunələrin xx.xx.2022-ci il saat 17:00-dək Bakı şəhəri, S.Əsəgrova 85 ünvanına təqdim edilmədiyi təqdirdə qiymət təklifinin kənarlaşdırılacağı bildirilmişdir. Sorğuya cavab olaraq, İddiaçı MMC tərəfindən əsas şərtlər toplusuna əsasən tələb olunan kresloların markası təqdim edilsə də müvafiq markalar üzrə nümunələr təqdim edilməmişdir. Lakin İddiaçı MMC tərəfindən xx.xx.2022 tarixində etender.gov.az portalı vasitəsilə göndərilən bildirişdə təqdim olunacaq kresloların keyfiyyəti göstərilən nümunələrin keyfiyyətinə uyğun olacağı qeyd edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Nazirlik ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan texniki şərtlərə (çertyojlar, cizgilər, layihələr) uyğun təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Müqavilənin 5.1 -ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Müqavilənin 17.1 -ci bəndinə əsasən sifarişçi (və ya onun nümayəndələri) tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş qaydada, heç bir əlavə xərc çəkmədən müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir. Müqavilənin 17.4-cü bəndinə əsasən sifarişçi texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilər. Bu halda icraçı texniki nəzarətdən və ya sınaqdan keçməyən malları dəyişdirir və ya Sifarişçinin tələblərini təmin edən digər malları təqdim edir. Müqavilə imzalanarkən "xxxx" MMC-nin əməkdaşı Nazirliyin inzibati binasında alınması nəzərdə tutulmuş malların nümunələri ilə tanış edilmişdir. Lakin kresloların təhvil verilməsi zamanı keyfiyyət göstəricilərinin müqavilə şərtlərindən və qabaqcadan razılaşdırılmış nümunələrin keyfiyyət göstəricilərindən çox aşağı olduğu aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məktub yazılaraq Müqaviləyə əsasən nümunə kimi təqdim edilmiş işçi kreslosu, rəhbər kreslosu və qonaq kreslosunun şərtlər toplusunda qeyd olunmuş və eyni zamanda MMC ilə razılaşdırılmış nümunəyə uyğun olmadığı bildirilmişdir. Eyni zamanda, kresloların oturacaqlarının parçalarının və süngərinin Nazirlik tərəfindən təqdim olunmuş və əsas şərtlər toplusunda qeyd edilən nümunəyə uyğun olmadığı, keyfiyyət göstəricisinin aşağı, istifadə olunan materialların fərqli olduğu qeyd edilmişdir. Ən qısa müddətdə Müqavilə üzrə öhdəlik kimi işlərin icra edilməsi və eyni zamanda nümunə kresloların geri götürülməsi tələb olunmuşdur. Buna baxmayaraq qeyd edilən uyğunsuzluqlar İddiaçı MMC tərəfindən müqavilənin son icra müddətinədək, yəni xx.xx.2022-ci il tarixədək aradan qaldırmamış, beləliklə müqavilə tam icra edilməmişdir. Bildirilir ki, Müqavilənin 20.1-ci bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum çatdıqdan sonra sifarişçi müqaviləni ləğv edə bilər. Müqavilənin qeyd edilən bəndi nəzərə alınmaqla İddiaçı MMC müvafiq qaydada cərimə edilmişdir. Adıçəkilən müqavilənin ümumi dəyəri ƏDV daxil 87002,99 (səksən yeddi min iki manat doxsan doqquz qəpik) manat təşkil etmiş, bu müqavilə üzrə 42375,63 (qırx iki min üç yüz yetmiş beş manat altmış üç qəpik) manat dəyərində mallar təhvil alınmış və 44627,36 (qırx dörd min altı yüz iyirmi yeddi manat otuz altı qəpik) manat dəyərində kreslolar təhvil verilməmişdir. Bu səbəbdən, İddiaçı MMC-yə müqavilənin ümumi məbləğinin 10 faizi miqdarında - 8700,10 manat cərimə tətbiq edildikdən sonra təhvil verilmiş mala görə icraçı tərəfindən ödənilməli cərimə məbləği nəzərə alınmaqla 33675,53 manat məbləğində ödəniş həyata keçirilmişdir. Müqaviləyə əsasən sifarişçi, yəni Nazirlik xx.xx.2022-ci il tarixədək icraçı tərəfindən müqavilənin şərtlər toplusunda qeyd olunmuş və eyni zamanda icraçı ilə razılaşdırılmış nümunəyə uyğun keyfiyyətli kresloların təhvil veriləcəyini və ilin sonunadək bütün Nazirlik əməkdaşlarının yeni və rahat kreslolarla təmin ediləcəyini ümid etsə də, icraçının müqavilənin şərtini pozması sifarişçini bu haqqından xeyli dərəcədə məhrum etmişdir. İcraçının müqavilənin şərtini pozması nəticəsində müqavilənin ləğv edilməsi ilə müvafiq mallar üzrə İddiaçı MMC-nin təqdim etdiyi qiymətlərlə müqayisədə cari ilin bazar araşdırması zamanı müəyyən olunmuş qiymətlər arasında artım 53981 manat təşkil edir ki, bu da Nazirliyə 53981 manat məbləğində maddi zərər vurulması ilə nəticələnmişdir. Eyni zamanda kreslolar təqdim edilmədiyindən Nazirliyin Aparatının əməkdaşlarının 20-30%-ə yaxını uzun müddət ərzində sınıq kreslolarda əyləşmək məcburiyyətində qalıblar. Bir sıra əməkdaşlar tərəfindən bununla bağlı haqlı narazılıqlar olmuşdur. Bu da onların iş keyfiyyətinin aşağı düşməsinə və sağlamlığında müəyyən problemlərin yaranmasına səbəb olmuşdur.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2023 saylı, 12 sentyabr 2023cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 53327,46 (əlli üç min üç yüz iyirmi yeddi manat qırx altı qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
7. İlk iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməklə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1941/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə ilk iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə təqdim olunmuş sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamış, AR ƏƏSMN tərəfindən təkrar komisyon məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı əsaslandırılmış vəsatət verilməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq, vəsatətdə göstərilənlərə münasibət bildirilmədən təmin edilməməsi barədə qərardad çıxarılmışdır. Məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmadan qətnamə qəbul edilmişdir. Belə ki həm ekspert rəyinin məzmununda qeyd olunanlar, həm də ekspert rəyi ilə verdiyi izahat arasında ziddiyyətli məqamlar olmasına baxmayaraq məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qətnamə çıxarmışdır. Məhkəmə ekspert qarşısında aşağıdakı sualları qoymuşdur: 1) Materiallarda olan İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış 25 oktaybr 2022-ci il tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqında müqavilə və ona əlavələrə əsasən İddiaçı MMC tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil verilmiş rəhbər, işçi və qonaq kresloları cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş nümunələrə (i.v.90) uyğun gəlirmi? Uyğun gəlmədiyi təqdirdə, uyğunsuzluq nədən ibarətdir? 2) Materiallarda olan İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış 25 oktaybr 2022-ci il tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqında müqavilə və ona əlavələrə əsasən İddiaçı MMC tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinə təhvil verilmiş rəhbər işçi və qonaq kresloları müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan texniki şərtlərə uyğun gəlirmi? Uyğun gəlmədiyi təqdirdə, uyğunsuzluq nədən ibarətdir? Məhkəmənin ekspert qarşısında qoyduğu sualların məzmunundan görünür ki, məhkəmə Nazirlik tərəfindən təqdim edilmiş nümunələri işin mübahisəsiz halı kimi qiymətləndirmiş və ekspert qarşısında həmin nümunələr əsasında tədqiqatın aparılması ilə bağlı suallar qoymuşdur. Bununla yanaşı İddiaçı MMC-nin nümayəndəsi ekspertizanın keçirilməsi ilə bağlı “tədqiqat obyektinə baxışın nəticələrinə dair” Aktda təqdim olunmuş nümunələrin müqavilədə nəzərdə tutulmuş predmetlər olmaması ilə bağlı hər hansı fikir bildirməmişdir. Buradan belə nəticəyə gəlmək mümkündür ki, qarşı tərəf də həmin nümunələrin müqavilə imzalanmazdan əvvəl onlara təqdim olunduğunu və həmin nümunələr əsasında razılaşma apardıqlarını bilavasitə təsdiqləmiş olurlar. Tərəflər arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli, 42/2022 nömrəli müqaviləyə edilmiş 1 nömrəli Əlavədə olan qiymət təklifi cədvəlinin 3, 4 və 5-ci bəndlərindən (həmçinin digər əşyalarla bağlı da eyni qayda tətbiq edilmişdir) görünür ki, müqavilə imzalanarkən qarşı tərəf mövcud nümunəyə uyğun olaraq verilmiş qiymətlərə münasibətdə razılığını ifadə etmişdir. Lakin İddiaçı MMC iddia ərizəsində müqavilədə nəzərdə tutulmuş “mövcud nümunəyə uyğun” olması şərtini Nazirliyin əlavə şərti kimi qiymətləndirmiş və bu şərtin icra olunmaması nəticəsində Nazirlik tərəfindən edilən qanunauyğun hərəkətləri əsassız hesab etmişdir. Yuxarıda sadalananları nəzərə alaraq müqavilədə nəzərdə tutulan mövcud nümunəyə uyğun olan malların verilməsi qarşı tərəfin vəzifəsini ehtiva etdiyi halda iddiaçı öz vəzifələrini yerinə yetirməmişdir. Müqavilədən də göründüyü kimi tərəflər arasında əşyaların mövcud nümunəyə uyğun olması ilə bağlı şərt razılaşdırılmışdır. Məhkəmə isə öz qətnaməsində bu halla bağlı ziddiyyətli fikirlər bildirmiş, yəni həm ekspert qarşısında qoyulan suallarda təqdim olunmuş nümunələrin mövcudluğunu təsdiqləmiş, həm də yekunda tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin əlavəsində yalnız təqdim edilməli olan kresloların Türkiyə istehsalı (Egesit) olması, kresloların oturacağının hündürlüyü, habelə oturacaq hissəsinin materialı, parçası ilə bağlı xüsusi qeyd-şərt müəyyən edilmədiyini qeyd etmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, məhkəmə iş üçün əhəmiyyətli olan həmin hallarla bağlı vahid fikirdə olmadan qətnamə çıxarmaqla Qətnamə yalnızca məhkəmənin qeyri-müəyyən mülahizələri və ziddiyyətli ekspert rəyi əsasında qəbul edilmişdir. Bundan başqa ekspert 9/3810 nömrəli, 28 iyul 2023-cü il tarixli rəyinin tədqiq hissəsində belə qeyd etmişdir: ekspert baxışına nümunə qismində ümumilikdə 6 ədəd olmaqla 02 ədəd rəhbər, 02 ədəd işçi və 02 ədəd qonaq kresloları təqdim edilmişdir. İş materialında olan 90-cı səhifədə xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktında 01 ədəd rəhbər, 01 ədəd işçi və 01 ədəd qonaq kreslolarının fotoşəkilləri öz əksini tapmaqla, əlamətləri və texniki göstəriciləri qeyd edilmişdir. Ekspert baxışına təqdim edilmiş 06 ədəd (3+3) kreslolar müqayisə edildikdə xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktında qeyd edilən kresloların kiçik fərqləri (nəzərə çarpacaq) nəzərə alınmazsa böyük (təxminən 95%) ölçüdə uyğunluq təşkil etdiyi müəyyən edilir. Belə ki, qeyd olunan kresloların texniki göstəriciləri (ölçüləri) üst-üstə düşür. Bu səbəbdən də tədqiqata nümunə qismində təqdim edilmiş, 6 (3+3) ədəd kreslolar arasında nəzərə çarpacaq fərqlər olmadığından, iş materialında olan 90-cı səhifədə öz əksini tapmış xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktına və texniki şərtlərə uyğunluğu müəyyən edilir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X4 izahatında 28 iyul 2023-cü il tarixli 9/3810 nömrəli ekspert rəyini təsdiq etdiyini, kreslolara Nazirlikdə baxış keçirilən vaxt iddiaçı tərəfindən iddiaçının vəkili və cavabdehin nümayəndələrinin iştiak etdiyini, tərəfindən ümumilikdə 6 (üç kreslo nazirlik tərəfindən, üç kreslo İddiaçı MMC tərəfindən təqdim edilmiş) nümünəyə baxış keçirdildiyini, kresloların 95% texniki göstəricilərin üst-üstə düşdüyünü bildirdi. Əlavə olaraq bildirdi ki, rəyin tərtib edilməsinə dair tələblər var, o, əmtəəşünas ekspert kimi malların keyfiyyətinin eyni olub olmamasını müəyyən etməli idi, 95 faiz eyni olduğunu yazmış, fərqlərin və eyniliklərinin bir-bir nədən ibarət olmasını yazmalı deyildir. Cavabdeh tərəfindən təqdim olunan kreslo nümunələrində süngər hündür idi, lakin ağırlıq çökdüyü vaxt süngərlər yığılacaqdır. İddiaçı MMC-nin kreslolarının süngəri nazik olmasına baxmayaraq möhkəm idi, bir müddət sonra Nazirliyin kreslolarının süngəri işləndikcə yastılaşacaqdır. Oturacaqların birləşən yerlərində fərq var idi (birində çıxıntılı idi, digərində çıxıntılı deyildi). Kresloların baş qoyulan hissələrində fəqlilik var idi. AR ƏƏSMN tərəfində təqdim olunan kreslo nümunələrinin oturacaqlarında baş qoyulan yer var idi, digər nümunədə yox idi. Oturacaqların parçalarında fərqlilik yox idi. Parçalar yerli istehsal idi. Hər iki tərəfin təqdim etdiyi kreslolar keyfiyyətcə eyni kreslolardır, zahirən baxan kimi yerli istehsal olduğunu müəyyən etmişdir. Cüzi fərqlər süngərin hündürlüyü, baş hissəsinin tərpənməz olmasında idi, başqa fərq görməmişdir. Rəydə məhkəmə tərəfindən qoyulan hər iki sual üzrə ümumiləşdirilmiş cavab verilmişdir. Belə ki, təqdim olunan kresloların texniki göstəriciləri bir-birinə uyğun gəlir. İlk baxışda oturacaq hissədə fərq olması nəzərə çarpsa da, nazirliyin kreslolarının oturacağı zaman keçdikcə yastılanacaqdır, lakin iddiaçının təqdim etdiyi kresloların süngəri daha davamlıdır, üzərində kimsə əyləşdikdə süngər deformasiya olunmur. İlk növbədə onu da qeyd edək ki, işin faktiki halının müəyyən edilməsi baxımından məhkəmənin ekspert qarşısında qoyduğu sualların məzmununda da yanlışlıqlar mövcuddur. Hətta hesab etsək ki, suallar məzmun baxımından doğrudur o zaman hesab edilməlidir ki, suallar əşyaların yalnızca keyfiyyəti ilə bağlı deyil, həm də texniki şərtlərin (göstəricilərin) uyğun olub-olmaması ilə bağlıdır. Lakin ekspert öz rəyində və izahatında sadaladığı kifayət qədər fərqliliklərə (uyğunsuzluqlara) baxmayaraq əşyaların bir-biri ilə yalnız keyfiyyət baxmından uyğunluğunu müəyyən etmiş, texniki göstəricilərlə bağlı isə yekun qənaətə gəlməmiş və natamam, dolğun olmayan rəy vermişdir. Ekspert izahatında da qarşıya qoyulmuş suallara ümumiləşdirilmiş cavablar verdiyini bildirmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.6- cı maddəsinin tələblərinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməli, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 5.23-cü maddəsinə əsasən isə rəyin tədqiqi hissəsində tədqiqat obyektlərinə və müqayisəli nümunələrə münasibətdə həyata keçirilən bütün hərəkətlər göstərilməlidir. Ekspertin heç bir əsas olmadan yalnızca şəxsi mülahizələri əsasında hazırladığı rəyi qanunvericiliyin tələblərinə uyğun olmamaqla yanaşı, məhkəmə iclasında verdiyi izahatda da öz vəzifələri barədə məlumatlı olmadığı aydın formada əks olunur (“rəyin tərtib edilməsinə dair tələblər var, o, əmtəəşünas ekspert kimi malların keyfiyyətinin eyni olub olmamasını müəyyən etməli idi, 95 faiz eyni olduğunu yazmış, fərqlərin və eyniliklərinin bir-bir nədən ibarət olmasını yazmalı deyildir”). Bununla yanaşı ekspert izahatında bildirdiyi parçaların yerli istehsal olması, hər iki tərəfin təqdim etdiyi kresloların keyfiyyətcə eyni kreslolar olması, zahirən baxan kimi yerli istehsal olduğunu müəyyən etməsi ekspertin tədqiqat materiallarını belə araşdırmadan, öz mülahizələri əsasında rəy verdiyinin açıq-aşkar sübutudur. Belə ki, iş materiallarında İddiaçı MMC tərəfindən gətirilmiş kresloların Türkiydə istehsal olunması ilə bağlı sənədlər mövcuddur. Göründüyü kimi ekspertin qarşısında qoyulmuş suallara konkret olaraq detallı şəkildə cavab verilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində saat 14:30-dan 15:00-a qədər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən hər iki tərəfin nümayəndəsi ilə birlikdə kreslolara baxış keçirilmiş, lakin akt tərtib olunarkən baxışda aparılan hərəkətlər, baxışdan əldə olunan ilkin məlumatlar (ölçülər, koordinantlar), tərəflərin sualları (tələblər, iradlar) ilə bağlı qeydlər aparılmamış (boş saxlanılmış), Nazirliyin haqlı iradları və tələbləri də nəzərə alınmamışdır. Mahiyyət etibarı ilə məhkəmə tərəfindən qoyulan suallara cavab olaraq ekpertiza rəyində 95% hansı meyarların və texniki göstəricilərinin uyğun gəlməsi barədə məlumatlar öz əksini tapmamışdır. Halbuki Nazirlik tərəfindən təqdim olunan nümunə kresloların oturacaq örtüklərinin və süngərlərinin texniki göstəriciləri, komfort elementləri İddiaçı MMC tərəfindən təqdim olunan kresloların texniki göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənir və təqdim olunmuş kresloların müqayisəli təsvirlərindən belə bu fərqi müəyyən etmək mümkündür. Ekspert qarşısında qoyulmuş suallara əsaslandırılmamış və ziddiyyətli cavab verildiyindən iş üzrə tam və obyektiv araşdırmanın aparılması, mötəbər məlumatların əldə edilməsi məqsədilə təkrar komisyon məhkəmə ekspertizasının təyin edilməsinin zəruriliyi əsaslandırılmaqla məhkəməyə vəsatət verilmiş, məhkəmə təkrar ekspertizanın keçirilməməsinin zəruriliyi qənaətinə gəlmiş və vəsatətin təmin olunmaması ilə bağlı qərardad çıxarmışdır. Məhkəmə ekspertizanın rəyi ilə razılaşmasının və təkrar ekspertiza təyin edilməməsinin səbəblərini qərardadda və qətnamədə göstərməmiş və bunu əsaslandırmamışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Beləliklə, digər sübut növləri kimi ekspertin rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspertin rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Bakı Kommersiya Məhkəməsi əşyaların bir birinə uyğunluğu ilə bağlı halları müəyyən edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş (təkrar ekspertiza keçirməmiş), mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir. Belə ki, məhkəmə Nazirlik tərəfindən verilmiş təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti təmin etməməklə vəsatətdə irəli sürülmüş dəlillərə heç bir münasibət bildirməmiş, təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruri olmamasını və ilk ekspertiza rəyinin nəticələri ilə razılaşmasının səbəblərini göstərməmiş, eyni zamanda həmin ekspertizaların nəticələrini prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir. İş üzrə qəbul olunmuş məhkəmə qətnaməsinin 67-ci bəndində məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əlavəsində (cild 1, i.v.106) təqdim edilməli olan kresloların Türkiyə istehsalı (Egesit) olması müəyyən edilmiş, kresloların oturacağının hündürlüyü, habelə oturacaq hissəsinin materialı, parçası ilə bağlı xüsusi qeyd-şərt müəyyən edilməmişdir. Lakin məhkəmə həmin müqavilədə nəzərdə tutulan mövcud nümunələrə uyğun olması şərti ilə bağlı qətnamədə heç bir fikir bildirməmiş, işin müəyyən olunan yaxud müəyyən olunmayan halı olmasını göstərməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayətində yalnız istinad etmiş olduğu narazılıq ekspert rəyində göstərilən əsasların guya ki, işin hallarına uyğun olmamasıdır. Cavabdehin bu məsələdə qeyd etmiş olduğu ekspert rəyinə münasibət bildirməzdən öncə qeyd etmək istəyirlər ki, ekspertiza rəyi verilməsi tələb edilmiş iş üzrə təqdim edilmiş kresloların uyğunluğu vizual gözlə baxmaqla istənilən şəxs tərəfindən müəyyən edilməsi mümkündür. Bunun üçün xüsusi bilik tələb edilməsinə zərurət yoxdur. Belə ki, cavabdehin özünün nümayəndələri tərəfindən ilk dəfə kreslolara baxış keçirilməklə M-Kontakt MMC-yə xx.xx.2023-cü il tarixli, Ne3-17/2- 824/0/2023 saylı məktubla, müqavilə üzrə M-Kontakt MMC tərəfindən təqdim olunmuş kreslolar texniki və keyfiyyət göstəriciləri şərtlər toplusunda əks olunan tələbləri tam əhatə etmədiyi (kresloların oturacaqlarının parçaları və süngəri, istifadə olunan materiallar) aşkar olunduğu bildirmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, cavabdehin nümayəndələrinin yalnız özlərinin iştirakı ilə kreslolara qarşılıqlı vizual olaraq baxmaqla əşyalar arasında olan fərqləri necə müəyyən etmişdilərsə (xx.xx.2023-cü il tarixli, No3-17/2-824/0/2023 saylı məktubla kresloların oturacaqlarının parçaları və süngəri, istifadə olunan materiallar), eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tərəfindən verilmiş rəy və ekspertin özü tərəfindən məhkəmədə vermiş olduğu öz rəyinin açıqlamasına dair izahat onların məktubunda göstərilmiş xüsusatlarla eynilik təşkil etmişdir. Diqqətinizə vacib bir əsası çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında iş üzrə ekspertiza keçirilən zaman ekspert sərbəst surətdə təqdim edilmiş kreslolara qarşılıqlı baxış keçirmiş, ekspertiza zamanı cuzi fərqlərin nələr olduğu qismən də olsa ekspert tərəfindən açıqlansa da lakin cavabdeh tərəfindən ekspertin bu fikirlərinə hər hansı etiraz bildirilməmişdir. Onu da bildirmək istəyirik ki, cavabdehlə iddiaçı arasında tenderlə əlaqədar bütün münasibətləri tənzimləyən sənədlər tenderin əsas şərtlər toplusu və malların (işlərin,xidmətlərin) satın alınması haqqında xx.xx.2022-ci il tarixli 42/2022 saylı müqavilədir. Diqqət etsəniz cavabdeh bu sənədlər üzrə M-Kontakt MMC tərəfindən hansısa şərtin pozulmasına istinad etməmiş və göstərilən sənədlər üzrə münasibətlərin hansı tələblər üzrə pozulmasını bildirməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, sifarişçi nə şərtlər toplusunda, nə də tərəflər arasında bağlanılmış müqavilədə əks olunmayan tələbləri və şərtləri sonradan yəni mallar ölkəmizə idxal olunmaqla bir qismi onlara təqdim edildikdən sonra iddiaçının qaşısına əlavə şərtlər qoymaqla əsassız iddialar irəli sürmüşdür. Halbuki sifariş olunan mallara aid bütün xüsusatlar sifarişçi tərəfindən açıq şəkildə və konkret hansı tələblərə uğun olması şərtlər toplusunda və tərəflər arasında bağlanılmış müqavilədə göstərilmişdir (bu şərtlər müqavilədə olmasa da sonradan xx.xx.2023-cü il tarixli, № 3-17/2-824/0/2023 saylı məktubla kresloların oturacaqlarının parçaları və süngəri, istifadə olunan materiallara dair əlavə tələblər). Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 2ci maddəsinə əsasən tenderin əsas şərtlər toplusu - satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd hesab olunur. Həmin qanunun 24.1.4-cü maddəsinə əsasən, bu Qanunun 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla malların (işlərin və xidmətlərin) zəruri texniki və keyfiyyət xüsusiyyətləri, o cümlədən planlar, çertyo)lar və eskizlər, malın miqdarı (həcmi), əlavə xidmətlər, malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərinin göstərilməsinin) yeri və müddətləri tenderin əsas şərtlər toplusunda qeyd edilməli olan zəruri hallarından biridir. Halbuki, sifarişçi mallara aid nəzərdə tutmadığı əlavə tələbləri müqavlənin 7-ci bəndinə əsasən tələb edə bilərdi. Belə ki, malların (işlərin,xidmətlərin) satın alınması haqqında xx.xx.2022 - ci il tarixli 42/2022 saylı müqavilənin 7-ci bəndinə əsasən, göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş keyfiyyət xüsusiyyətlərinə, bu cür xüsusiyyətlər göstərilmədiyi (olmadığı) hallarda isə malların və xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olmalıdır. İçraçı malların və ya xidmətlərin tələb olunan keyfiyyət xüsusiyyətlərinə uğunluğunu sənədlərlə təsdiq etməlidir. Müqavilənin qeyd edilən bəndindəki şərtindən aydın olur ki, sifarişçi tenderin əsas şərtlər toplusunda nəzərdə tutmadığı halda əlavə tələblər barədə müqavilənin bu hissəsi üzrə öhdəliklərinin icrasından imtina deyil, əlavə tələblər barədə məlumatı malların və xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olması barədə sənədləri icraçıdan tələb edə bilərdi. Onu da bildirmək istəyirik ki, cavabdeh bizimlə bağladığı müqavilədə nəzərdə tutulmuş malların (kresloların) yeni tender keçirilməklə satınalınması barədə xx.xx.2023-cü il tarixdə açıq tender elan etmişdir. Cavabdeh eyni zamanda açıq tender elanında iddiaçılara tenderin yeni şərtlər toplusunu sistemə əlavə etmişdir. Elektron sistemə əlavə olunmuş tenderin şərtlər toplusunada cavabdeh bu dəfə əvvəlki tenderdə malların xüsusiyyətlərinə dair şərtlərində nəzərdə tutmadığı və bizdən sonradan əsassız olaraq tələb etmiş olduğu mallara dair xüsusiyyətləri bu dəfə yeni şərtlərə əlavə etmişdir. Bu da onu sübut etməkdədir ki, cavabdeh keçirmiş olduğu öncəki tenderdə icraçı olaraq sonradan mallara dair əlavə olaraq bizlərdən tələb etməkdə olan xüsusiyyətləri öncədən də tenderin şərtlər toplusunada şərt kimi göstərməli idi, cavabdehin sonrakı tenderdə mallara aid bu xüsusiyyətləri əlavə olaraq qeyd etməsi bir daha da onların əvvəlki tenderdə olan yalnışlığını və bizə münasibətdə müqavilə öhdəliklərinin əsasız olaraq pozmasını göstərməkdədir. Qeyd edilənlərlə bir daha sübut olunur ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və formal şəxsi mülahizələrə istinad edilmişdir, iş üzrə məhkəmə qətnaməsi obyektiv və hərtərəfli araşdırma üzrə kifayət qədər müəyyən edilmiş sübutlar və əsaslar üzrərindən qəbul edildiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İlk iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iş materialları birinci instansiya məhkəməsinin icraatında olarkən təyin edilmiş məhkəmə ekspertizasının rəyi ilə razılaşmırıq, hesab edirik ki, ekspert qarşısında tam, təfsilatlı suallar qoyulmamışdır. Məhkəmə tərəfindən qoyulan suallara cavab olaraq ekspertiza rəyində 95% hansı meyarların və keyfiyyət göstəricilərinin uyğun gəlməsi barədə məlumatlar öz əksini tapmışdır. Halbuki, nazirlik tərəfindən təqdim olunan nümunə kresloların oturacaq örtüklərinin və süngərlərinin keyfiyyəti, komfort elementləri İddiaçı MMC tərəfindən təqdim olunan kresloların keyfiyyətindən əhəmiyyətli dərəcədə fərqlənir və təqdim olunmuş kresloların müqayisəli təsvirindən də bu fərqi müəyyən etmək mümkündür. Bununla əlaqədar tərəfimizdən “X3” MMC-yə müraciət edilmiş və İddiaçı MMC tərəfindən AR ƏƏSMN təhvil verilmiş rəhbər, işçi və qonaq kreslolarının nümunələrə və müqavilədə qeyd edilən texniki şərtlərə uyğun olub olmamasını müəyyənləşdirmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli 193 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli, 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqında müqavilə və ona əlavələrə əsasən icraçı – İddiaçı MMC tərəfindən sifarişçi - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinə təhvil verilmiş rəhbər, işçi və qonaq kreslolarında müəyyən edilmiş elementlər müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan texniki şərtlərə konstruktiv və material baxımından uyğun gəlmir. Bundan əlavə ekspertin rəyi ilə bir sıra nümunələrə uyğun gəlməyən detallı müqayisələr müəyyən edilir. Bütün bunlar hazırki iş üzrə əlavə ekspertizanın keçirilməsini şərtləndirir, çünki ekspert tərəfindən mübahisə predmetinə düzgün baxış keçirilməmiş, sadəcə vizual müşahidə nəticəsində rəy tərtib edilmişdir. Odur ki, bizim orqan qarşı tərəflə münasibətlərini yüksək etimad, qarşılıqlı hörmət prinsipi əsasında qurmuşdur. Qarşı tərəf sifariş edilən məhsula dair nümunə təqdim edir, tərəfimizdən bəyənilir, şərtlər toplusuna daxil edilir, etibar edilərək hesab olunur ki, təqdim edilən nümunə ilə eyni əşya təqdim olunacaq. Lakin qarşı tərəf kresloları təqdim edəndə biz ekspertiment apardıq, davamlılığı nümunə qismində təqdim olunan kreslolardan 2 dəfə fərqlənirdi. Bir daha qeyd edim ki, biz dövlət orqanıyıq, dövlət büdcəsindən maliyyələşirik. Bizim hər il yeni kreslolar almaq imkanımız yoxdur. Bizə nümunə olaraq təqdim olunan kreslolardan tamamilə fərqlənən kreslolar vermişlər.
11. İlk iddia tələbi üzrə cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətni müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, AR Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən tərəf yeni sənəd təqdim edərkən, bu sənədi daha əvvəl hansı səbəbdən təqdim edə bilməməsinin mümkünsüzlüyü əsaslandırmalı idi. Bundan əlavə, qarşı tərəf digər hissələrdə qüsurların var olduğunu bildirirlər. Lakin qeyd edir ki, istehsalat prosessində özlərinin müəyyən etdiyi standartlar var. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 7-ci maddəsinə əsasən “göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş keyfiyyət xüsusiyyətlərinə, bu cür xüsusiyyətlər göstərilmədiyi (olmadığı) hallarda isə malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və ya standartlara uyğun olmalıdır. İcraçı malların və ya xidmətlərin tələb olunan keyfiyyət xüsusiyyətlərinə uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir”. Odur ki, müqavilədə də qeyd olunduğu kimi bütün tələb olunan şərtlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmalı idi. Əks halda malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və ya standartlara uyğun olur, buna dair mənşə sertifikatlarını iş materiallarına əlavə etmişik. Tərəfin əlavə ekspertiza keçirilməsi barədə təqdim etdiyi vəsatət əsassızdır, çünki 11 sualın heç birinə dair nə müqavilədə, nə tenderin əsas şərtlər toplusunda hər hansı qeyd yoxdur. Avadanlıqlarda istehsal xətasının olması mümkündür, lakin bu xəta 1 və ya bir neçə avadanlıqda ola bilərdi, eyni vaxtda hamısı istehsal xətası hesab edilməsi mümkün deyil. Onlara hansısa qüsur barədə bildirdiklərində tərəflərindən aradan qaldırıla biləcək qüsuru dərhal bərpa etməyə çalışırlar.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
20. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
21. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
22. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
23. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
24. Həmin Məcəllənin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının ilkin iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia tələbi əsaslıdır.
32. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kresloların satın alınması üzrə keçirilən açıq tender üsulunu tətbiq etməklə elektron satınalmanın əsas şərtlər toplusuna əsasən cavabdeh tərəfindən kresloların satın alınması dövlət vəsaiti hesabına maliyyələşdirilir.
33. Əsas şərtlər toplusunun 6-cı bölməsi olan kresloların satınalma müqaviləsinin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
34. Əsas şərtlər toplusunun 6-cı bölməsi olan kresloların satınalma müqaviləsinin 18.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır.
35. Cavabdeh tərəfindən tərtib olunmuş “mebel və inventarların alınması” satın alınması məqsədi ilə Açıq Tender prosedurunda təklif zərflərinin açılması üzrə xx.xx.2022ci il tarixli 02 nömrəli iclas protokolundan görünür ki, iddiaçı mebel və inventarların alınması üzrə 87002,99 manat qiymət təqdim etmişdir.
36. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqında müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi mebel və inventarların satın alınması məqsədi ilə icraçının bütün vergi və rüsumlar daxil 87002,99 manat məbləğində təklifini qəbul etmişdir.
37. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan texniki şərtlərə uyğun təhvil verilməsini öhdəsinə götürür.
38. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
39. Müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəzul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
40. Müqavilənin 7-ci bəndinə əsasən göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş keyfiyyət xüsusiyyətlərinə, bu cür xüsusiyyətlər göstərilmədiyi hallarda isə malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olmalıdır. İcraçı malların və ya xidmətlərin tələb olunan keyfiyyət xüsusiyyətlərinə uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir.
41. Müqaviləyə əlavə edilmiş müqavilənin xüsusi şərtləri müqavilənin ümumi şərtlərində qeyd olunan məsələləri tamamlayır. Bu göstəricilər ilə yuxarıda göstərilən müddəalar arasında ziddiyyətlər yaranarsa müqavilənin xüsusi şərtlərində göstərilənlər daha üstün mövqeyə malikdir.
42. Həmin xüsusi şərtlər toplusunun 5.1-ci bəndinə əsasən icraçı müqavilə üzrə təqdim ediləcək malları təhvil verərkən sifarişçiyə aşağıdakı sənədləri təqdim etməlidir: mənşə sertifikatı; idxal və ixrac bəyannamələri; malları icraçıya satan xarici şirkətin təqdim etdiyi ödəniş sənədləri.
43. Müqaviləyə 01 nömrəli əlavə qiymət təklifi cədvəlindən görünür ki, malların ümumi məbləği 73731,35 manat, ƏDV 13271,64 manat, ümumilikdə isə 87002,99 manat təşkil edir.
44. Müqaviləyə 02 nömrəli əlavə malların təhvil-verilmə qrafikinə əsasən malların təhvil verilməsi tarixi 25 oktyabr 2022-ci il tarixdən 20 dekabr 2022-ci il tarixədək müəyyən olunmuşdur.
45. İddiaçı tərəfindən cavabdehə EBCM 038025 nömrəli, xx.xx.2022-ci il tarixli (40525,98 manat), EBCJ 447874 nömrəli xx.xx.2022-ci il tarixli (1849,65 manat) elektron qaimələr göndərilmişdir.
46. İddiaçıya məxsus bank hesabından xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən 1567,50 manat, 17827,70 manat və 9143,38 manat, ümumilikdə 28538,58 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 1645,81 manat, xx.xx.2022-ci il tarixdə 282,15 manat və 3208,99 manat, ümumilikdə 5136,64 manat ƏDV üzrə ödəniş edilmişdir.
47. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli, 18 noyabr 2022-ci il tarixli malların təhvil-qəbulu haqqında aktdan görünür ki, aktda qeyd olunan mallar (1300 ədəd jalüz, 13 ədəd yemək masası, 78 ədəd yemək masası üçün stul) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
48. İddiaçı (alıcı) ilə “Egesit Büro Mobilya İnşaat Müth. Dek. İml. İth. İhr. Sanş Tic. LTD ŞTİ. Şirkəti” (satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə invoys əsasında təqdim olunmuş malları alır.
49. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 100000 ABŞ dolları təşkil edir.
50. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə məbləğinin ödənişi alıcı tərəfindən nağdsız qaydada bank hesabına ödənilir.
51. 21.11.2022-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, Egesit Büro Mobilya İnşaat Müth. Dek. İml. İth. İhr. Sanş Tic. LTD ŞTİ. Şirkəti tərəfindən iddiaçıya 21473,90 ABŞ dolları məbləğində mal (oturma mebeli) göndərilmişdir.
52. Egesit Büro Mobilya İnşaat Müth. Dek. İml. İth. İhr. Sanş Tic. LTD ŞTİ. Şirkəti tərəfindən iddiaçıya təqdim edilmiş mallarla bağlı 21473,90 ABŞ dolları dəyərində hesabfaktura təqdim edilmişdir (cild 1, i.v.147).
53. V0704778 nömrəli mənşə şəhadətnaməsindən görünür ki, (şəhadətnamə Türkiyə Respublikası Egey regionu Sənaye Palatası tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir) Egesit Büro Mobilya İnşaat Müth. Dek. İml. İth. İhr. Sanş Tic. LTD ŞTİ. Şirkəti tərəfindən iddiaçıya göndərilən əşyaların (kreslolar) 3 nömrəli qutuda qeyd edilən ölkə mənşəli olduğu təsdiq edilir.
54. Lotus Co tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 24 fevral 2023-cü il tarixli məktubdan görünür ki, rəhbər kreslosunun (mövcud nümunəyə baxış əsasında) bir ədədinin qiyməti 182 manat, işçi kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 177 manat, qonaq kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 172 manat müəyyən edilmişdir.
55. Kəmər Qaya tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 24 fevral 2023-cü il tarixli 17 nömrəli məktubdan görünür ki, rəhbər kreslosunun (mövcud nümunəyə baxış əsasında) bir ədədinin qiyməti 189 manat, işçi kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 185 manat, qonaq kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 165 manat müəyyən edilmişdir.
56. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satın alınması planlaşdırılan kresloların ehtimal olunan qiymətinin hesablanması cədvəlindən görünür ki, əldə edilmiş məlumatlar üzrə malların qiymətləri ümumilikdə ƏDV daxil 74831,67 manat müəyyən edilmişdir.
57. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17/2- 824/0/2023 nömrəli müqavilə üzrə öhdəliklərin icrası haqqında məktubdan görünür ki, tərəflər arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli satınalma müqaviləsindən görünür ki, müqavilə üzrə iddiaçı tərəfindən təqdim olunmuş kreslolar texniki və keyfiyyət göstəriciləri şərtlər toplusunda əks olunan tələbləri tam əhatə etmədiyi (kresloların oturacaqlarının parçaları və süngəri, istifadə olunan materiallar) aşkar edilmişdir. Müqavilənin ümumi dəyəri 87002,99 manat təşkil etmiş, müqavilə üzrə öhdəliklərin 52587,99 manatı icra olunmuş, qalan 34415 manatı müqavilənin son icra tarixinədək icra edilməmişdir. Müqavilənin xüsusi şərtlərinin 20.1-ci maddəsinə əsasən icraçı müqaviləni tenderi əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirilmədikdə (gecikdirildikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan gecikdirilən hər gün üçün müqavilənin qalıq məbləğinin 0,1 % həcmində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edilə bliər. Təqdim edilən kresloların texniki və keyfiyyət göstəriciləri əsas şərtlər toplusunda qeyd olunan nümunəyə uyğun təqdim edilmədiyindən nazirlik tərəfindən həmin kreslolar təhvil alınmamış və müqavilənin şərtlərinə uyğun olaraq 8700 manat məbləğində cərimə edilmişdir.
58. İddiaçı tərəflər arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqında müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etdiyini, müqavilə üzrə şərtləşdirilmiş malların (kresloların) cavabdehə təhvil verildiyini, cavabdeh isə iddiaçı tərəfindən müqavilə tələblərinin pozulduğunu, ona müqavilə ilə şərtləşdirilmiş tələblərə cavab verməyən malların təhvil verildiyini qeyd etmişdir.
59. Azərbaycan Respublikasınn Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 9/3810 nömrəli ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim edilmiş 06 ədəd (3+3) kreslolar müqayisə edildikdə xx.xx.2022- ci il tarixli təhvil-təslim aktında qeyd edilən kreslolar ilə kiçik fərqləri (nəzərə çarpacaq) nəzərə alınmazsa böyük (təxminən 95%) ölçüdə uyğunluq təşkil etdiyi müəyyən edilir. Belə ki, müqayisə edilən kresloların texniki göstəriciləri (ölçüləri) üst-üstə düşür. Bu səbəbdən də tədqiqata nümunə qismində təqdim edilmiş, 6 (3+3) ədəd kreslolar arasında nəzərə çarpacaq fərqlər olmadığından, iş materialında olan 90-cı səhifədə öz əksini tapmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına və texniki şərtlərə uyğunluğu müəyyən edilir.
60. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikasınn Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X4 izahatında 28 iyul 2023-cü il tarixli 9/3810 nömrəli ekspert rəyini təsdiq etdiyini, kreslolara Nazirlikdə baxış keçirilən vaxt iddiaçı tərəfindən iddiaçının vəkili və cavabdehin nümayəndələrinin iştiak etdiyini, tərəfindən ümumilikdə 6 (üç kreslo nazirlik tərəfindən, üç kreslo İddiaçı MMC tərəfdindən təqdim edilmiş) nümünəyə baxış keçirdildiyini, kresloların 95% texniki göstəricilərin üstüstə düşdüyünü bildirdi. Əlavə olaraq bildirdi ki, rəyin tərtib edilməsinə dair tələblər var, o, əmtəəşünas ekspert kimi malların keyfiyyətinin eyni olub olmamasını müəyyən etməli idi, 95 faiz eyni olduğunu yazmış, fərqlərin və eyniliklərinin bir-bir nədən ibarət olmasını yazmalı deyildir. Cavabdeh tərəfindən təqdim olunan kreslo nümunələrində süngər hündür idi, lakin ağırlıq çökdüyü vaxt süngərlər yığılacaqdı. "xxxx" MMC-nin kreslolarının süngəri nazik olmasına baxmayaraq möhkəm idi, bir müddət sonra Nazirliyin kreslolarının süngəri işləndikcə yastılaşacaqdır. Oturacaqların birləşən yerlərində fərq var idi (birində çıxıntılı idi, digərində çıxıntılı deyildi). Kresloların baş qoyulan hissələrində fəqlilik var idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfində təqdim olunan kreslo nümunələrinin oturacaqlarında baş qoyulan yer var idi, digər nümunədə yox idi. Oturacaqların parçalarında fərqlilik yox idi. Parçalar yerli istehsal idi. Hər iki tərəfin təqdim etdiyi kreslolar keyfiyyətcə eyni kreslolardır, zahirən baxan kimi yerli istehsal olduğunu müəyyən etmişdir. Cüzi fərqlər süngərin hündürlüyü, baş hissəsinin tərpənməz olmasında idi, başqa fərq görməmişdir. Rəydə Məhkəmə tərəfindən qoyulan hər iki sual üzrə ümumiləşdirilmiş cavab verilmişdir. Belə ki, təqdim olunan kresloların texniki göstəriciləri bir-birinə uyğun gəlir. İlk baxışda oturacaq hissədə fərq olması nəzərə çarpsa da, nazirliyin kreslolarının oturacağı zaman keçdikcə yastılanacaqdır, lakin iddiaçının təqdim etdiyi kresloların süngəri daha davamlıdır, üzərində kimsə əyləşdikdə süngər deformasiya olunmur.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
62. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
63. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
64. Hazırkı məhkəmə araşdırması zamanı 28 iyul 2023-cü il tarixli 9/3810 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
65. Ekspert rəyindən göründüyü kimi ekspert baxışına təqdim edilmiş 06 ədəd (3+3) kreslolar ilə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilən kreslolar ilə kiçik fərqləri (nəzərə çarpacaq) nəzərə alınmazsa böyük (təxminən 95%) ölçüdə uyğunluq təşkil etmişdir.
66. Bundan başqa, ekspert izahatında da, hər iki tərəfin təqdim etdiyi kresloların keyfiyyətcə eyni olduğunu, cüzi fərqlərin süngərin hündürlüyü, kreslonun baş hissəsi, oturacaq hissəsində olduğunu, həmçinin iddiaçının təqdim etdiyi kresloların (kresloların süngərinin daha davamlı olmasına görə) daha davamlı olduğunu bildirmişdir.
67. Bundan başqa, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əlavəsində (cild 1, i.v.106) təqdim edilməli olan kresloların Türkiyə istehsalı (Egesit) olması müəyyən edilmiş, kresloların oturacağının hündürlüyü, habelə oturacaq hissəsinin materialı, parçası ilə bağlı xüsusi qeyd-şərt müəyyən edilməmişdir.
68. Bundan əlavə, cavabdeh iddiaçı tərəfindən təqdim edilməli olan kreslolarla bağlı yeni tender elan edilməsi nəticəsində artıq digər bir şirkətlə alqı-satqı müqaviləsi imzalandığını göstərmişdir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş cavabdeh və "xxxx" MMC arasında bağlanmış 22/2023 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əlavəsindən görünür ki, cavabdeh tərəfindən alınacaq mallara (kreslolar) dair yeni xüsusi tələblər müəyyən edilmişdir.
69. Odur ki, kollegiya hesab edir ki, iddiaçı müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri tam şəkildə icra etdiyindən, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilmədiyindən birinci instansiya məhkəməsi ilkin iddianın 53327,46 manat pulun tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir.
70. Kollegiya həmçinin qeyd edir ki, ilk iddia tələbi üzrə cavabdeh nə tenderin əsas şərtlər toplusunda nə də ki, tərəflər arasında bağlanılmış müqavilədə qeyd edilməyən şərtlərin araşdırılması ilə bağlı ekspertizanın keçirilməsini xahiş etdiyindən ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
71. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, ilk iddia tələbi üzrə cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
72. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlk iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov