Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-692/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi Allahverdiyev Ramin Hüseyn oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” ilkin iddiası və Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “malların geri təhvil götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş pulun geri qaytarılması tələbinə dair” qarşılıqlı iddiasına dair - kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-294/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından ilkin İddiaçı MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada 3.313,44 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmşdir (Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə sonradan iddia icraatına keçilmişdir). İlkin iddiaçı, eyni zamanda, iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin “xxxx“ ASC-də olan AZ33PAHA40040AZNHC********** hesab nömrəsi üzərinə iddia tələbi həcmində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1580/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş və işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianı təmin etmə tədbiri kimi Cavabdeh MMC-nin “xxxx“ ASC-də olan AZ33PAHA40040AZNHC********** hesab nömrəsi üzərinə iddia tələbi həcmində, yəni 3.343,44 manat həcmində həbs qoyulmuşdur. İş üzrə Cavabdeh MMC də həmçinin, İddiaçı MMC-yə qarşı malların geri təhvil götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 7384,03 manat məbləğində pulun geri qaytarılması barədə iddia ərizəsi (və ona əlavə) ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddiaçı, həmçinin, sonradan ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin iş materiallarında olan bank hesabına həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2020 saylı, xx.xx.2020-ci il tarixli qəradadı ilə onun ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə qarşılıqlı iddia tələbi -7.384,03 manat həcmində həbs qoyulmuş, qalan hissədə ərizə rədd edilmişdir. Daha sonra Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin bir hesabı üzərində 7.384.03 manat həcmində həbsin saxlanması ilə digər bank hesablaındakı həbslərin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ilkin iddiaçının həmin ərizəsi rədd edilmişdir. İlkin İddiaçı MMC həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və tətbiq edilmiş iddianının təmini tədbirinin dəyişdirilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən e-2-2(113)-294/2020 saylı 3108.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MMC-nin faktiki olaraq ilkin iddiaçının bank hesablarına qarşılıqlı iddia tələbində göstərilmiş məbləğ həddində həbs qoyulmuşdur. Həmçinin, şikayətə əlavə olunmuş xx.xx.2020-ci il tarixli icra sənədi əsasında İddiaçı MMC-nin “Kapital Bank hesablarında olan pul vəsaitlərinin üzərinə 7384,03 manat məbləğində blok qoyulduğu təsdiq olunur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş ilkin İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 135.8, 162.2 və 397.2-ci maddələririnin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi R.Allahverdiyev şikayətin qeyd olunan dəlilləri ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qərardaının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 161.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir. İddianı təmin etmə tədbiri növləri həmin Məcəllənin 158.1.1-ci maddəsində sadadlanmışdır. Konkret halda ilkin İddiaçı MMC ərizəsində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun bank hesablarına qoyulmuş həbsdən narazılığınıifadə edərək, bir bank hesabında pul vəsaiti üzərində 7.384.03 manat həcmində həbsi saxlamaqla, digər bank hesablarındakı pul vəsaitləri üzərinə qoyulmuş həbsin götürülməsini, bununla da, faktiki olaraq məhkəmənin həmin qərardadı ilə qoyulmuş həbsin tətbiq dairəsinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Buradan göründüyü kimi, ilkin iddiaçının əslində məqsədi heç də barəsində tətbiq olunan iddianı təmini tədbirinin MPM-in 158.1-ci maddəsində sadalanan hər hansı digər tədbir növü ilə əvəz edilməsi (dəyişhdirilməsi) deyil, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun bank hesablarındakı pul vəsaiti üzərinə qoyulmuş həbsi, yalnız bir bank üzərində saxlanılmaqla, digər banklardakı ( o cümlədən, “xxxx” ASC-də olan) pul vəsaitləri üzərindən həbsin götürülməsinə nail olmaqdan ibarətdir. Bu baxımdan, onun tərəfindən mübahisələndirilən bu məsələnin qanuni əsasını MPM-in qeyd olunan 161.1-ci maddəsi deyil, məhz, 162.1-ci maddəsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin İddiaçı MMC-nin bir bank hesabındakı pul vəsaiti üzərində iddia tələbi həcmində həbsi saxlayıb, digər bank hesablarındakı pul vəsaitləri üzərindən həbsin götürülməsi halında - ona bütün bank əməliyyatlarını həmin həbsin götürüldüyü digər banklar vasitəsilə həyata keçirməsi üçün açıq imkan yaratmış olur. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, birincisi, bankın mütərinin hesabda olan pul vəsaiti üzərinə qoyulmuş həbsi o halda reallaşdırma imkanı yaranır ki, həmin hesabda pul vəsaiti mövcud olsun və yaxud belə vəsaitin həmin hesaba daxil ollsun. İkincisi, bankda olan hesaba iddia tələbi həcmində həbsin qoyulmasına nəzarəti icra sənədinin icrasının icra orqanı (icra məmuru) tərəfindən həyata keçirilməklə, bankla əlaqəli şəkildə tənzimlənir. Digər tərəfdən, işdən görünür ki, birinci instansiya məhkəməsinin iş üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi rədd edilmiş və həmin qətnamənin hələki qanuni qüvvəsini aldığı müəyyən edilmir. MPM-in 162.3-cü maddəsinin tələbindən isə göründüyü kimi, iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ilkin İddiaçı MMC-nin ərizəsinin rədd edilməsini işin hallarına və prosessual qanunvericiliyin tələblərin uyğun sayır. Ona görə də ilkin iddaçının şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin ddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-692/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-692/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver