Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-692/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1225/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 8204 manat ödənilməmiş pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 8234 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı MMC bir qayda olaraq mülki dövriyyədə müxtəlif avtomobil ehtiyat hissələrinin satışı üzrə fəaliyyət göstərir. İddiaçı Cavabdeh MMC ilə 289M/2020 saylı, 29.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən, iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə müqaviləyə əsasən 15804 dəyərində müxtəlif avtomobil ehtiyat hissələri verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləğin 7600 manatını ödəmiş, qalan hissəsini isə indiyə qədər ödəməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu da göndərmişdir. Cavabdehdən pulun alınması bundan sonra da mümkün olmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1225/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanıda Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müraciəti əsasında Cavabdeh MMC-yə müvafiq dövrlər üzrə təqdim edilmiş elektron qaimə fakturaları (bundan sonra “e-qaimə”) cədvəl formasında aldıqdan sonra həmin eqaimələr məhkəməyə təqdim olunsa da məhkəmə e-qaimələrin cavabdeh tərəfindən deyil, məhz sistem tərəfindən təsdiqləndiyini əsas gətirərək bu sübutu yetərli saymamışdır. E-qaimələr sistem tərəfindən təsdiqlənənə qədər cavabdehin e-qaimələri 5 (beş) gün ərzində təsdiqləmək və ya ləğv etmək hüququ vardır. Cavabdeh e-qaimələrin ləğv edilməsi ilə bağlı heç bir tədbir görməmiş və iddiaçıya bununla bağlı müraciət etməmişdir. Həmçinin korporativ şirkətlərdə belə bir işgüzar adət mövcuddur ki, malları alan şirkət satıcı olan şirkətə etimad edib güvənirsə hər dəfə sistemə vurulan e-qaimələri təsdiqləmək vaxt apardığına görə e-qaimələrin sistem tərəfindən təsdiqləndiyini nəzərə alaraq alıcı eqaimələri təsdiq etmək ehtiyacı görmür. Məhkəməyə cavabdehin 15804 manatı ödədiyini təsdiq edən bank hesabından çıxarış təqdim olunsa da məhkəmə buna ehtiyac olmadığını bildirdi. Halbuki o sənəddə 29.01.2020-ci il və digər tarixlərdə sistemə vurulan e-qaimələr əsasında cavabdeh tərəfindən ödənişin edildiyi təsdiqlənir. Sistemin təsdiq etdiyi eqaimələr əsasında cavabdehin ödəniş etməsi onu göstərir ki, cavabdehin sistemin təsdiqlədiyi bütün e-qaimələrdən xəbəri vardır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 27.08.2021-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən məhkəməyə iddia tələbinin 7307 manat hissəsi üzrə iddia tələbindən imtina etməsi barədə ərizə təqdim etmiş, məhkəmə tərəfindən 27.08.2021-ci il tarixli qərardadla həmin tələb üzrə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək cavabdehdən qalıq 897 manat borcun tutulmasını xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1225/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 897 manat pul, 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 29.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müqaviləyə əlavədə göstərilən malmaterial dəyərlilərini satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. 29.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 2.1.2-ci bəndinə əsasən satıcı tərəfindən alıcıya mallarla birlikdə təhvil-təslim sənədlərinin verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciəti əsasında İddiaçı MMC- nin Cavabdeh MMC-yə müvafiq dövrlər üzrə təqdim edilmiş elektron qaimə fakturalar cədvəl formasında İddiaçı MMC-yə təqdim olunmuş və bu arayış iddiaçı tərəfindən məhkəmə sənədlərinə əlavə olunmuşdur. İşdəki iddiaçının "xxxx" ASC-dəki hesabından görünür ki, cavabdeh tərəfindən iddiaçıya alqı-satqı müqaviləsi üzrə 7600 manat ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş 18.01.2021-ci il tarixli xəbərdarlığa əsasən cavabdehə 26.01.2021-ci il tarixə qədər bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 8204 manat pulun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən məhkəməyə ərizə və hesabdan çıxarış təqdim edərək cavabdeh tərəfindən tələb olunan borcun 14907 manatının da ödənildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya malların dəyərinin ödənilməməsi məhkəmə tədqiqatı dövründə öz təsdiqini tapmamış, cavabdehin iddiaçının qarşısında hər hansı bir öhdəliyinin olması sübüta yetirilməmişdir. İddiaçı tərəfindən göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiq edildiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə iddianın rədd edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra malların təhvil verildiyi iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrlə təsdiq olunur. Cavabdehin həmin e-qaimələr üzrə ödənişlər həyata keçirməsi təsdiq edir ki, mallar faktiki olaraq cavabdehə təhvil verilmişdir. İşə apelyasiya qaydasında baxılarkən təqdim edilmiş cavabdeh tərəfindən 22.06.2021-ci il tarixdə iddiaçının rəhbərliyinə ünvanlanmış, Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş məktubda iddiaçı tərəfindən həmin şirkətə 14784 manat məbləğində ehtiyat hissələri təhvil verildiyi, həmin tarixə 4897 manat borc qalığı olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş bank çıxarışına əsasən müəyyən edilmişdir ki, cavabdeh 20.08.2021 və 24.08.2021-ci il tarixlərdə qeyd edilən borcun 4000 manatını ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı tərəfindən təhvil verilmiş mallar üzrə cavabdehdən tələb olunan 897 manat qalıq borcun ödənilməsinə dair hər hansı sübut olmadığından məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilərək həmin borcun cavabdehdən tutulması barədə iddiaçının tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1225/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 897 manat pul, 30 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1225/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 897 manat pul, 30 manat dövlət rüsumu tutulsun. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-692/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-692/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver