Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-696/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1009/2021 saylı qətnaməsindən (hakim F.Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 7505,87 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qarşılıqlı razılaşma əsasında 18 iyul 2019-cu il tarixli 2972/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, satıcı - İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmış, alıcı - Cavabdeh MMC həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 7505,87 manat məbləğində olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən alaraq onların dəyərini ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1009/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1009/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iş üzrə hallar kifayət qədər araşdırılmadan çıxarılmışdır. Belə ki, iddiaçı "İddiaçı" MMC ilə cavabdeh "xxxx” MMC arasında 2019-cu il 18 iyul tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "İddiaçı" MMC tərəfindən istehsal və ya idxal edilən müxtəlif növ məhsulların cavabdehə təhvil verilməsi, "xxxx" MMC tərəfindən isə malların əvəzinin ödənilməsi razılaşdırılmışdır. Lakin, sonradan şəraitin əsaslı şəkildə dəyişməsi nəticəsində "xxxx” MMC tərəfindən öhdəliyi tam və vaxtında icra etmək mümkün olmamışdır. Belə ki, "xxxx" MMC 2019-cu ilin yay aylarında tenderdə qalib olmuş, nəzərdə tutulan ödənişi ordan əldə edilən gəlirlə ödəmək nəzərdə tutulmuşdur. Sözügedən ilin yay fəslində hava şəraitinin kəskin şəkildə dəyişməsi, normadan daha yağışlı və soyuq keçməsi səbəbindən tender özünü doğrultmamışdır. Beləliklə, gözlənilən qazancı əldə etmək mümkün olmadığından, öhdəliyin icrası baş tutmamışdır. Tender özünü doğrultmadığından müqavilə əsasında yaranan borcun ödənişini Bakı şəhərində mövcud olan kiçik biznes vasitəsilə ödəmək planlaşdırılsa da mövcud şərait və pandemiya səbəbilə mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X3 görə karantin rejiminin gətirdiyi məhdudiyyətlər və mövcud sanitar-epidemioloji vəziyyət səbəbi ilə sözügedən kiçik biznes dayandırılmış və öhdəliyin icrası mümkün olmamışdır. İşə apelyasiya qaydasında baxılması 23.06.2021-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1009/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2019-cu il tarixli, 2972/19 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı - İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmış, alıcı - Cavabdeh MMC həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 iyul 2019-cu il tarixli təhvil-təslim aktına əsasən 2972/19 saylı alqı-satı müqaviləsinə əsasən 7505,87 manat dəyərində Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında olan 21 avqust 2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə borclu kreditora 7505,87 manat borcunun olduğunu tam etiraf etmiş və borc məbləğini müqavilə bağlandıqdan sonra 1 ay müddətinə, 21 sentyabr 2020-ci il tarixinədək tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21 avqust 2020-ci il tarixli ərizəyə əsasən Cavabdeh MMC 10.07.2019-cu il tarixli, 2972/19 saylı alqı-satqı müqaviləsinə əsasən 7505,87 manat borcu olduğunu etiraf etmiş və 21 sentyabr 2020-ci il tarixə qədər borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək tərəflər arasında razılaşdırılmış malları cavabdehə versə də, cavabdeh həmin mallar üzrə ödəməli olduğu məbləği iddiaçıya ödəməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci, 567-ci, 600.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə istinad etməmiş, MM-nin 422ci maddəsinə istinad etməklə kifayətlənmiş, pandemiya və maddi imkanın pisləşməsi səbəbindən borcun ödənilmədiyi qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)- 1009/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1009/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-696/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-696/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver