Məhkəmə qərarları › İş №2-2(103)-699/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-699/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-699/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5215/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5215/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 13395,27 manat (on üç min üç yüz doxsan beş manat iyirmi yeddi qəpik) əsas borc və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 13595,27 manat (on üç min beş yüz doxsan beş manat iyirmi yeddi qəpik) məbləğində pulun tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh tərəfindən “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 14 dekabr 2023cü il tarixli, e-2-2(113)-5215/2023 saylı qətnaməsinin rəsmi qaydada e-məhkəmə sisteminə həmin tarixdə yerləşdirilməsinə baxmayaraq, cavabdehin elektron məhkəmə sistemində yaranan texniki nasazlıqlara görə çıxarılan qətnamə ilə bağlı məlumatı olmamışdır. Çıxarılan qətnamə ilə bağlı məlumat almaqları 07 mart 2024-cü il tarixdə mümkün olmuşdur. İddiaçı tərəfindən həmin ərizəyə etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2- 2(113)-5215/2023 saylı qətnaməsi rəsmi qaydada e-məhkəmə sistemində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh istinad etdiyi halların sübutu kimi elektron məhkəmə sistemində yaranmış texniki nasazlıqla bağlı elektron kabinetindən çıxarış təqdim etməli idi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5215/2023 nömrəli qərardadı ilə ərizə təmin olunmamış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5215/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayət ərizəyə uyğun əsaslandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5215/2023 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-ci il tarixdə saat 13:40-da həm Cavabdeh MMC, həm də onun qanuni nümayəndəsi Qanuni nümayəndə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti isə 29 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi şikayət Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən bir ay müddətində verilməmişdir. Çünki cavabdeh "xxxx" MMC üçün şikayət vermə müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, cavabdeh istinad etdiyi halların, yəni apellyasiya şikayətinin verilməsi müddəti ərzində elektron məhkəmə sistemində texniki nasazlıqların yaranmasını təsdiq edən sübutları təqdim etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5215/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Ziya Şirinov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar