Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-7/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibiQasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçıxxxx“xxxx” MMC-yə qarşı pul tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-71/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçıxxxx“xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin xx xxxxxxxx 2015-ci il tarixli 2015/ASM/026 saylı, həmçinin xx xxxxxx 2016-cı il tarixli, 2016/ASM/016 saylı müqavilələr üzrə 300607 (üç yüz min altı yüz yeddi) manat 70 (yetmiş) qəpik məbləğində borcun, 215325 (iki yüz on beş min üç yüz iyirmi beş) manat 27 (iyirmi yeddi) qəpik cərimənin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”) ilə "xxxx" MMC (bundan sonra cavabdeh) arasında xx xxxxxxxx 2015-cı il tarixli, 2015/ASM/026 nömrəli, həmçinin xx xxxxxx 2016-cı il tarixli. 2016/ASM/016 saylı müqavilələr (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin müqavilələrin 1-ci bəndinə əsasən İddiaçı, markasından asılı olaraq hər bir tonun qiyməti 100,30-130,98 manat (ƏDV daxil) çərçivəsində və çatdırılma xərci 3,84-15,39 manat (ƏDV daxil) olmaqla müxtəlif növ sement markalarının cavabdehə çatdırılmasını, cavabdeh isə məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödənilməsini öhdəsinə götürmüşlər. Müqavilə üzrə münasibətləri tənzimləyən “Standart şərtlər”in “Qiymət və Ödəmə Şərtləri" bölməsinin 3-cü abzasına əsasən, əgər məhsulun dəyərinin ödənişi məhsulun cavabdehə təhvil verilməsindən sonra nəzərdə tutulubsa. Məhsulun dəyərinin sonradan ödənilməsi cavabdehə məhsulun göndərildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində həyata keçirilməli idi. Tələb edilmiş məhsul iddiaçı tərəfindən cavabdehə qaimə-fakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. Lakin, iddiaçı indiyə qədər borcundan 1 qəpik belə ödəməmişdir. Nəticədə, cavabdehin iddiaçıya hər iki müqavilə üzrə ümumilikdə 300607 (üç yüz min altı yüz yeddi) manat 70 (yetmiş) qəpik məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, hətta 415/17 saylı, xx xxxx 2017-ci il tarixli və 442/17 saylı, xx xxxx 2017-ci il tarixli pretenziyalar təqdim edilsə də. cavabdeh müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-71/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxxxx 2015-ci il tarixli 2015/ASM/026 saylı, həmçinin xx xxxxxx 2016-cı il tarixli 2016/ASM/016 saylı müqavilələr üzrə cavabdeh “xxxx” MMC-dən 300607 manat 70 qəpik əsas borc, 30000 manat cərimə, cəmi 330607 (üç yüz otuz min altı yüz yeddi) manat 70 (yetmiş) qəpik məbləğinə pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək iddia ərizəsində göstərilmiş əsas və cərimə borcunun həddindən artıq hesablandığını, reallığı əks etdirmədiyini, birinci instansiya məhkəməsi tərəfindən bu hallar nəzərə alınmadan qətnamə qət edildiyini göstərib həmin qətnamənin ləğv edilməsini və yeni qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək qəbul etmədiyini bildirdi, ekspert rəyi ilə razılaşaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətmaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 2015/ASM/026 nömrəli xx xxxxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, satıcı İddiaçıxxxx“xxxx” MMC-yə (AZS 411-2010(EN197:1-2000)) standartına uyğun sementi Alıcıya satır və çatdırır, Alıcı isə həmin Məhsulu qəbul edib onun dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanmış 2016/ASM/016 nömrəli xx xxxxxx 2016-cı il tarixli müqaviləyə əsasən, satıcı İddiaçıxxxx“xxxx” MMC-yə məhsulları satır və çatdırır, Alıcı isə həmin Məhsulu qəbul edib onun dəyərini satıcıya ödəyir. İddiaçıxxxx“xxxx” arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 2015/ASM/026 nömrəli və xx xxxxxx 2016-cı il tarixli 2016/ASM/016 nömrəli müqavilələr üzrə məhsulun çatdırlmasını təsdiq edən qaimə fakturalar və çatdırılmış məhsula görə verilmiş hesab-fakturalar habelə x xxxxxx 2018-ci il tarixə cərimənin hesablanmasını əks etdirən cədvələ görə “xxxx”nın İddiaçı MMC-yə 300607,76 manat məbləğində əsas borc, 242680,61 manat cərimə; cəmi 543288,37 manat borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və qətnaməsini onunla əsaslandırmışdır ki, “xxxx” MMC 2015/ASM/026 nömrəli xx xxxxxxxx 2015-ci il tarixli və 2016/ASM/016 nömrəli xx xxxxxx 2016-cı il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə İddiaçı MMC yə 300607,76 manat məbləğində əsas borcu yaranmışdır. İddiaçı MMC-nin isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Ona görə də məhkəmə iddia tələbinin əsas borcun ödənilməsi hissəsində təmin edilib “xxxx” MMC-dən 300607 manat 70 qəpik məbləğində əsas borcun tutularaq İddiaçı MMCyə ödənilməsi qənaətinə gəlmiş, cərimə borcu hissəsində isə 242680,61 manat cərimə borcunu həddindən artıq yüksək hesab edərək onun 30.000 manatadək azaldılmasını ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq İddiaçıalarına riayət edərək iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin yeganə dəlili əsas və faiz borcunun həddən artıq hesablanması olduğundan məhkəmə kollegiyasının xx xxxx 2019cu il tarixli 2-2(103)-274/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 17492 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 2015/ASM/026 saylı və xx.xx.2016-cı il tarixli 2016/ASM/016 saylı müqavilələr üzrə “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmiş əməttə-nəqliyyat qaimələri üzrə təhvil verilmiş malların ümumi dəyəri 402989,89 manat və “xxxx” MMC-nin möhürü ilə təsdiq edilməmiş əməttənəqliyyat qaimələri üzrə təhvil verilmiş malların ümumi dəyəri 308.037,57 manat, hər iki müqavilə üzrə ümumi borc 354.717,11 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, İddiaçıalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələr üzrə öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçıya yaranmış 300607,76 manat məbləğində əsas borcu iddia tələbinə uyğun olaraq ödəməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi işin hallarını və cavabdehin maliyyə durumunu nəzərə alaraq iddiaçının tələb etdiyi cərimə məbləğini tənasübsüz sürətdə yüksək hesab edərək azaltmış və 30.000 (otuz min) manat müəyyən etmişdir ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası MM-nin 462.1 və 467-ci maddələrinin tələblərini rəhbər tutaraq həmin cərimə məbləğini də ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb, ekspert rəyini nəzərə alıb hesab edir ki, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-71/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, təqdim edildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-2(103)-7/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-7/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver