Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-700/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv olunması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 118/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış MAS-4015, MAS-4202, MAS4201, MAS-3910, MAS-3909, MAS-3908, MAS-3907 və MAS-3906 saylı daxili lizinq müqavilələrinin ləğv edilməsi, MAS- 4015 saylı daxili lizinq müqaviləsi üzrə 31 yanvar 2022-ci il tarixə 165,05 manat gecikdirilmiş əsas, 207,37 manat gecikdirilmiş mükafat, 264,86 manat manat dəbbə pulu, 940 manat dəymiş zərər, MAS-4202 saylı daxili lizinq müqaviləsi üzrə 10 dekabr 2021-ci il tarixə 279,85 manat gecikdirilmiş əsas, 498,11 manat gecikdirilmiş mükafat, 282,34 manat dəbbə pulu, 7449 manat dəymiş zərər, MAS4201 saylı daxili lizinq müqaviləsi üzrə 17 dekabr 2021-ci il tarixə 436,75 manat gecikdirilmiş əsas, 730,82 manat gecikdirilmiş mükafat, 339,16 manat dəbbə pulu, 260 manat dəymiş zərər, MAS-3910 saylı daxili lizinq müqaviləsi üzrə 17 fevral 2022-ci il tarixə 504,71 manat gecikdirilmiş əsas, 614,52 manat gecikdirilmiş mükafat, 356,96 manat dəbbə pulu, 68,50 manat dəymiş zərər, MAS-3909 saylı daxili lizinq müqaviləsi üzrə 04 fevral 2022-ci il tarixə 168,22 manat gecikdirilmiş əsas, 204,25 manat gecikdirilmiş mükafat, 262,62 manat dəbbə pulu, 1245 manat dəymiş zərər, MAS-3908 saylı daxili lizinq müqaviləsi üzrə 28 yanvar 2022-ci il tarixə 168,22 manat gecikdirilmiş əsas, 204,1 manat gecikdirilmiş mükafat, 259,59 manat dəbbə pulu, 3723 manat dəymiş zərər, MAS-3907 saylı daxili lizinq müqaviləsi üzrə 13 yanvar 2022-ci il tarixə 333,27 manat gecikdirilmiş əsas, 412,59 manat gecikdirilmiş mükafat, 268,86 manat dəbbə pulu, 810,5 manat dəymiş zərər, MAS-3906 saylı daxili lizinq müqaviləsi üzrə 28 yanvar 2022-ci il tarixə 333,27 manat gecikdirilmiş əsas, 412,78 manat gecikdirilmiş mükafat, 283,85 manat dəbbə pulu, 2244,9 manat dəymiş zərər olmaqla, ümumilikdə, 24733,02 manat məbləğində pulun və mediasiya prosesi üçün ödənilmiş 200 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli MAS-4015 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu cavabdehin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş adıçəkilən avtomobil 31 yanvar 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 940 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 13 dekabr 2021-ci il tarixdə 380 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 16 avqust 2021-ci il tarixli MAS4202 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 14950 manat məbləğinə cavabdehin mülkiyyətinə alınmış və iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 10 dekabr 2021-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 7449 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 13 sentyabr 2021-ci il tarixdə 390 manat məbləğində olmuşdur. iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 avqust 2021-ci il tarixli MAS4201 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 14950 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 17 dekabr 2021-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 260 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 13 sentyabr 2021-ci il tarixdə 390 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli MAS-3910 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 17 fevral 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 68,5 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 18 noyabr 2021ci il tarixdə 378 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli MAS-3909 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 04 fevral 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1245 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 13 dekabr 2021-ci il tarixdə 865 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli MAS-3908 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 28 yanvar 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3723 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 13 dekabr 2021-ci il tarixdə 375 manat məbləğində olmuşdur. 2.7. iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli MAS-3907 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 13 yanvar 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 810,50 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 18 noyabr 2021ci il tarixdə 378 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli MAS-3906 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və caavbdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan adıçəkilən avtomobil 28 yanvar 2022-ci il tarixdə sonuncunun müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2244,9 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 18 noyabr 2021-ci il tarixdə 4 manat məbləğində olmuşdur.
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-118/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış MAS-3906 saylı xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 174 (yüz yetmiş dörd) manat 80 (səksən) qəpik, MAS-3908 saylı xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 1254 (min iki yüz əlli dörd) manat 91 (doxsan bir) qəpik, MAS-4202 saylı xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 5409 (beş min dörd yüz doqquz) manat 30 (otuz) qəpik olmaqla ümumilikdə 6839 (altı min səkkiz yüz otuz doqquz) manat 01 (bir) qəpik məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 18 may 2023cü il tarixlie-2-2(113)-118/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Daxili Lizinq” müqavilələri Mülki Məcəllənin 390-cı maddəsinə uğun şəkildə, həmin Məcəlləyə zidd olmayan azad surətdə tərəflərin iradə ifadəsi ilə bağlanmışdır. Cavabdeh müqavilələrin Mülki Məcəlləyə uyğunsuzluğu, hər hansı bəndin etibarsız hesab edilməsi ilə bağlı heç bir iddia qaldırmamış, məhkəmə prosesində müqavilələrin şərtləri ilə bağlı etiraz irəli sürməmişdir. Həmçinin Məhkəmə mövcud qətnamədə də müqavilələrin hər hansı bir bəndinin Mülki Məcəllə ilə ziddiyət təşkil etdiyini qeyd etməmişdir. Bununla da, müqavilələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi tam sübuta yetirilmişdir. Bu hal işin mübahizəsiz halıdır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış “Daxili Lizinq” müqavilələrinin 1.3-cü bəndinə nəzər yetirməmiş və cavabdeh tərəfindən hər müqaviləyə görə ödənilmiş 3100 manat məbləğində lizinq ödənişini avans ödənişi kimi qiymətləndirmişdir. Halbuki, “Daxili lizinq” müqavilələrinin 1.3-cü bəndində qeyd edilmişdir ki, Lizinq alan müqavilə imzalandığı gün 3100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Lizinq obyektlərinin “Alqı-satqı” müqavilələrindən, həmçinin tərəflər arsında imzalanmış “Daxili lizinq” müqavilələrinə 1 saylı Əlavələrdən də göründüyü kimi lizinq obyektlərinin dəyəri müəyyən edilmiş, həmin məbləğlər lizinq alan tərəfindən satıcıya tam həcmdə köçürülmüş və tərəflər arasında lizinq obyektinin dəyəri həcmində “Daxili lizinq” müqavilələri imzalanaraq tərəflərin münasibətləri tənzimlənmişdir. “Daxili lizinq” müqavilələrinə 3 saylı Əlavəyə (ödəniş cədvəli) nəzər saldıqda da müəyyən etmək olur ki, müqavilə üzrə ümumi əsas məbləğ, ümumi mükafat məbləği, ödənilmiş 3100 manat lizinq ödənişinin əsas məbləğdən çıxılması və qalıq məbləğin cədvəl üzrə bölgüsü öz əksini tapmışdır. Məhkəmənin ödənilmiş 3100 manat məbləğində pulun avans kimi qiymətləndirilməsi əsassızdır. Belə ki, “Daxili lizinq” müqavilələrinin 1.3-cü bəndində qeyd edilmişdir ki, Lizinq alan müqavilə imzalandığı gün 3100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Əgər məhkəmənin hesab etdiyi kimi cavabdeh tərəfindən ödənilmiş 3100 manat məbləğində pul vəsaiti avans, yəni əmlakı əldə etmək üçün ödənilmiş olsaydı, bu hal “Daxili lizinq” müqavilələrində və “Alqı Satqı” müqavilələrində öz əksini tapmış olardı. “Daxili lizinq” müqavilələrindən və müqavilələrə əlavə edilmiş ödəniş cədvəllərindən də göründüyü kimi cavabdeh tərəfindən ödənilmiş 3100 manat məbləğində pul avans yox lizinq ödənişidir. Həmçinin birinci instansiya məhkəməsi mübahisə yaranacağı halda qarşılıqlı hesablaşma zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilmədiyini qeyd etməklədə yanlış nəticəyə gəlmişdir. Həmin hissəyə münasibətdə qeyd etmək istəyirik ki, “Daxili lizinq” müqavilələrinin 9.2 və 10.5-ci bəndinə əsasən müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz, lizinq alan tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və/və ya müqavilə üzrə lizinq alanın digər ödənişləri heç bir halda geri qaytarılmır. Qeyd olunanlardan göründüyü kimi tərəflər arasında mübahisə yaranacağı təqdirdə ödənişlərlə bağlı şərt nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə qətnamənin 38-ci bəndində qeyd etmişdir ki, qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafeylərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Cavabdeh tərəfindən avans kimi ödənilmiş məbləğ lizinq ödənişlərinin və dəymiş zərərin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəlarına ziddir. Məhkəmə həmin hissədə də yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 748-1.8, 748.1.9 və 748- 1.12-ci maddələrinin müddəalarını nəzərə almamışdır. Həmin maddələrin tələləblərinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizinq verənə ondan aldığı vəziyyətdə qaytarmaqla yanaşı gecikdirilmiş lizinq ödənişlərini də lizinq verənə ödəməlidir. lizinq alan müqavilə üzrə 3100 manat məbləğində lizinq ödənişini həyata keçirməmiş olsaydı, o zaman onun müqavilə üzrə ödəyəcəyi mükafat məbləği daha çox təşkil edəcəkdir. Misal üçün: MAS-4201 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq verən tərəfindən 14950 manat məbləğinə alınmış və həmin məbləğ “Daxili lizinq” müqaviləsinin əsas məbləğini təşkil etmişdir. Lizinq alan tərəfindən ödənilmiş 3100 manat lizinq ödənişi “Daxili lizinq” müqaviləsinin əsas məbləğindən çıxılmış və qalıq məbləğə mükafat hesablanmışdır. Yekunda MAS-4201 saylı “Daxili lizinq” müqaviləsi üzrə ödəniləcək mükafat məbləği 6852 manat təşkil etmişdir. Lakin, Məhkəmənin avans ödənişi kimi qeyd etdiyi 3100 manat lizinq ödənişi ödənilməmiş olsaydı və 14950 manat məbləğindən 3100 manat çıxılmadan cədvəl tərtib edilsəydi, bu zaman lizinq alanın ödəyəcəyi mükafat məbləği 8627 manat təşkil edəcəkdir. Göründüyü kimi, lizinq alanın hər müqavilə üzrə 3100 manat məbləğində lizinq ödənişi ödəməkdə məqsədi daha az mükafat məbləğinin ödənilməsi olmuşdur. Məhkəmə isə iş üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən faktı araşdırmamış və tamamilə başqa nəticələrə gəlmişdir. Məhkəmə cavabdehin həyata keçirdiyi ödənişi lizinq ödənişləri yox, avans kimi qiymətləndirmiş, həmin ödənişləri hər bir müqavilə üzrə iddia tələbindəki borclardan çıxmaqla sonda yanlış nəticəyə gəlmişdir. Qeyd olunanlardan göründüyü kimi, Bakı Kommersiya Məhkəməsi öz qətnaməsini konkret sübutları əsas götürməklə və müvafiq hüquq normalarına istinad etməklə deyil, işə baxılması üçün hüquqi əhəmiyyəti olmayan hallar, ehtimal və fərziyyələrlə əsaslandırmışdır. Bununla da, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhi olmadan həmin məhkəmənin əvəzinə şərh verərək lizinq ödənişini avans kimi qiymətləndirmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
12. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
15. Həmin Məcəllənin 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
16. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
17. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
18. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
19. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə (748-1.12.1); lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə (748- 1.12.2); lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə (748-1.12.3); lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə (748-1.12.4).
20. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
21. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
22. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
25. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
26. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətindən görünür ki, iddiaçı lizinq müqavilələrinin ləğv edilməsi ilə bağlı tələbin təmin edilməməsini mübahisələndirməmişdir, odur ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın rədd edilən - lizinq müqavilələri üzrə pulun tutulmasının təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsassızdır.
30. MAS-4015 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 31 yanvar 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 31 yanvar 2022ci il tarixə cavabdehin iddiaçıya olan borcu 165,05 manat əsas borc, 207,37 manat mükafat borcu, 264,86 manat cərimə olmaqla ümumilikdə 637,28 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 940 manat təşkil edir.
31. MAS-4202 saylı daxili lizinq müqaviləsi üzrə “Khazar LX” minik markalı, 77-PC135 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 11 dekabr 2021-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 10 dekabr 2021-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 279,85 manat əsas borc, 498,11 manat mükafat borcu, 282,34 manat cərimə olmaqla ümumilikdə 1060,3 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 7449 manat təşkil edir.
32. MAS-4201 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 17 dekabr 2021-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 17 dekabr 2021-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 436,75 manat əsas borc, 730,82 manat mükafat borcu, 339,16 manat cərimə olmaqla ümumilikdə 1506,73 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 260 manat təşkil edir.
33. MAS-3910 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 17 fevral 2022-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 17 fevral 2022-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 504,71 manat əsas borc, 614,52 manat mükafat borcu, 356,96 manat cərimə olmaqla ümumilikdə 1476,19 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 68 manat təşkil edir.
34. MAS-3909 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 04 fevral 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 04 fevral 2022ci il tarixə cavabdehin iddiaçıya olan borcu 168,22 manat əsas borc, 204,25 manat mükafat borcu, 262,62 manat cərimə olmaqla ümumilikdə 635,09 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 1245 manat təşkil edir.
35. MAS-3908 saylı daxili lizinq müqaviləsi üzrə “Khazar LX” minik markalı, 90-PY923 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 29 yanvar 2022-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 28 yanvar 2022ci il tarixə cavabdehin iddiaçıya olan borcu 168,22 manat əsas borc, 204,10 manat mükafat borcu, 259,59 manat cərimə olmaqla ümumilikdə 631,91 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 3723 manat təşkil edir.
36. MAS-3907 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş, 13 yanvar 2022-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 13 yanvar 2022ci il tarixə cavabdehin iddiaçıya olan borcu 333,27 manat əsas borc, 412,59 manat mükafat borcu, 268,86 manat cərimə olmaqla ümumilikdə 1014,72 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 810 manat təşkil edir.
37. MAS-3906 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş, 29 yanvar 2022-ci il tarixdə (təhvil aktına əsasən) iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 28 yanvar 2022ci il tarixə cavabdehin iddiaçıya olan borcu 333,27 manat əsas borc, 412,78 manat mükafat borcu, 283,85 manat cərimə olmaqla ümumilikdə 1029,9 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8102 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəyən zərər 2245 manat təşkil edir.
38. İş materiallarından görünür ki, cavabdeh tərəfindən lizinq obyektləri olan 8 avtomobilə görə ayrı-ayrılıqda 3100 manat ödəniş edilmişdir.
39. Lakin iddiaçı həmin ödənişləri nəzərə almamışdır.
40. Kollegiya qeyd edir ki, mülki qanunvericilik lizinq münasibətləri üzrə avansın ödəniş şərtini müəyyən etməsə və belə müqavilə şərti daha çox nisyə alqı-satqı müqavilələri üçün xarakterik olsa da, tərəflərin iradəsi əsasında lizinq müqaviləsində avans ödənişin müəyyən olunması istisna edilmir.
41. İş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, 10 iyun 2021, 01 iyul 2021 və 16 avqust 2021-ci il tarixlərdə MAS-4015, MAS-4202, MAS-4201, MAS-3910, MAS-3909, MAS-3908, MAS-3907, MAS-3906 saylı daxili lizinq müqavilələrinin obyekti olan avtomobillərin alqı-satqısına dair satıcı "xxxx" MMC ilə alıcı İddiaçı MMC arasında müqavilə bağlanmış, avtomobilin lizinqə verilməsi məqsədilə əldə edildiyi qeyd olunmuşdur.
42. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin və dəymiş zərərin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki, onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir.
43. Odur ki, lizinq obyekti olan nəqliyyat vasitələrinin iddiaçıya geri qaytarıldığından avans məbləği hər bir müqavilə üzrə zərər də daxil olmaqla ümumi borcdan çıxılmalıdır.
44. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, MAS-4015 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1577,28 manat, MAS-4201 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1766,73 manat, MAS-3910 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1544,69 manat, MAS-3909 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1880,09 manat, MAS3907 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1825,22 manat borc həmin müqavilələr üzrə ayrı-ayrılıqda ödənilmiş 3100 manatla tam əhatə olunduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz.
45. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, iddiaçının apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-118/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova