Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-702/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddia ərizəsinin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-3990/2020 saylı, 17.12.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-3990/2020 saylı, 17.12.2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan elektron məhkəmə sistemində elektron kabinetə yerləşdirməklə şikayət vermiş, şikayətin məzmunu yüklənməmişdir. Bakı Kommersiya Məhkəməsi iddiaçının elektron sistemə yüklədiyi sənədləri qərardaddan verilmiş şikayət kimi qəbul edərək 2-2 (113)-3990/2020 saylı, 23.04.2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi qərarına gəlmiş və şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş Bakı Apelyasiya Məhkəməsinə daxil olduqdan sonra mümkün hesab edilərək şikayətə baxılması 16.06.2021-ci il tarixə saat 11:30-a təyin edilmişdir. İşə apelyasiya qaydasında baxılması 16.06.2021-ci il tarixə təyin edilmiş, İddiaçı işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. İddiaçının “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinet vasitəsi ilə göndərdiyi şikayətin məzmunu yüklənmədiyi üçün məhkəməyə şikayətin məzmunu aydın olmadığından Bakı Apelyasiya Məhkəməsinin “şikayətin mümkün sayılması barədə” 31.05.2021-ci il tarixli qərardadı ləğv edilməli və İddiaçı şikayəti mümkün sayılmamalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apelyasiya Məhkəməsinin “şikayətin mümkün sayılması barədə” 31.05.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı şikayəti mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən (o cümlədən elektron kabinetə yerləşdirildiyi gündən) 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-702/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-702/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver