Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-706/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh X1rşı “pul” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2-2(113)-274/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-274/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh X1rşı “pul” tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh X3 apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-274/2023 qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi tərəfindən elektron qaydada imzalanaraq elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş ərizədə tərəflər arasında 14 sentyabr 2023-cü ilin tarixində barışıq sazişinin imzalandığı göstərilmişdir. İşdə iştirak edən şəxslər barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Bir tərəfdən iddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə, digər tərəfdən cavabdeh – Cavabdeh direktoru Qanuni nümayəndə Bakı Apellyasiya Məhkəməsində cavabdeh tərəfindən verilən, 2-2(103)-706/2023 saylı apellyasiya şikayətinə baxılarkən tərəflər aralarında yaranan qarşılıqlı anlaşma, eyni zamanda əvvəllər bir-biriləri ilə işgüzar münasibətləri və halallıq prinsiplərini nəzərə almaqla aşağıdakı razılığa gəlirlər:
1. İ Cavabdeh tərəf üzərinə götürür ki, "xxxx" MMC-yə (bundan sonra İİ tərəf adlanacaq) olan borcu-20000 (iyirmi min) manat əsas borc, 1000 (bir min) manat cərimə borc, 200 (iki yüz) manat, ümumilikdə 21200 (iyitmi bir min iki yüz) manatı 31 avqust 2025ci il tarixinə kimi hissə-hissə, hər ay 883 (səkkiz yüz səksən üç) manat vermək öhdəliyini öz üzərinə götürür.
2. İİ tərəf verilən 21200 (iyirmi bir min iki yüz) manat pul vəsaitini 31 avqust 2025-ci il tarixinə kimi hissə-hissə, qəbul etməyi öz üzərinə götürür.
3. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin sazişinin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.
4. Bu saziş Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Məhkəmə iclasında tərəflərin nümayəndələri barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və kommersiya mübahisəsi üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh X3 arasında bağlanmış və şərtləri yuxarıda göstərilmiş 14 sentyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-274/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Hazırki kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn
Hakimlər: Raqib Qurbanov
Vüsalə Baxışova