Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-710/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh2 və tərcüməçi X1 qızının işirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-39/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 12/440 saylı lizinq müqaviləsi üzrə 58.298 ABŞ dolları və 12/482 saylı iş üzrə isə 57.400 ABŞ dolları əsas borc və hər iki müqavilə üzrə gecikdirilməyə görə cəmi 50.000 ABŞ dolları dəbbə pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-39/2022 tarixli xx.xx.2022-ci il saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 12/482 saylı, 21 sentyabr 2012-ci il tarixli müqavilə üzrə 57.306 (əlli yeddi min üç yüz altı) ABŞ dolları məbləğində əsas borc, 2.865 (iki min səkkiz yüz altımış beş) ABŞ dolları məbləğində cərimə borcu ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianı həm əsassız, həm iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının və digər cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh2 arasında 21 sentyabr 2012-ci il tarixli 12/482 saylı lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 63.670 ABŞ dolları olan və əlavə №3 göstərilən “HOWO 8x4” markalı özüboşaldanı ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə lizinq alana lizinqə vermişdir. Lizinq müqaviləsinin təminatı kimi İddiaçı MMC ilə "xxxx" MMC arasında 21 sentyabr 2012-ci il tarixli 12/481-1 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin "xxxx" MMC lizinq alan Cavabdeh2 lizinq verən qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. 07 sentyabr 2016-cı il tarixdə həmin lizinq müqaviləinin predmeti olan “HOWO 8x4” markalı (şassi:LZZ5EXSD7CN677778) özüboşaldan lizinq verən İddiaçı MMC-yə geri qaytarılmış və bu barədə lizinq verən, lizinq alan və zamin tərəfindən imzalanmış akt tərtib edilmişdir. İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və onun 12/482 saylı müqavilə üzrə əsas borcu 57400 ABŞ dolları təşkil edir. Cavabdeh2 iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edərək bildirir ki, iddiaçı tərəfə borcu mövcuddur. Lakin iddia tələbləri iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməlidir. Belə ki, lizinq müqavilələrinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Buna baxmayaraq lizinq şirkəti lizinq müqavilələri üzrə yaranmış borcun tutulması ilə bağlı məhkəməyə yalnız xx.xx.2020-ci il tarixə, yəni 4 il müddət keçdikdən sonra müraciət etmişdir. Belə olan halda hazırki iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia rədd edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, 21 sentyabr 2012-ci il tarixli 12/482 saylı lizinq müqaviləsi və ona dair əlavənin şərtlərinə görə lizinq verilmə tarixi 48 ay müddətinə müəyyən edilmiş və sonuncu lizinq ödənişi 26 sentyabr 2016-cı il tarixdə həyata keçirilməli idi. Eyni zamanda, həmin lizinq müqaviləsinin predmeti olan “HOWO 8x4” markalı (şassi:LZZ5EXSD7CN677778) özüboşaldan 07 sentyabr 2016-cı il tarixdə lizinq verənə geri qaytarılmışdır. Mülki Məcəllənin 748-1.12-ci maddəsinin mənasna görə isə lizinq obyektinin geri alınması lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək anlamına gəlir. Bununla yanaşı, hazırkı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə, yəni həm 26 sentyabr 2016-cı il tarixdən, həm də 07 sentyabr 2016-cı il tarixdən hesablanmaqla 3 il 2 ay müddət keçdikdən sonra verilmişdir. Halbuki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 2016-cı ilin sentyabr ayından sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini (əksinə işin 22-ci vərəqəsində olan hesabdan çıxarışa əsasən sonuncu ödəniş xx.xx.2016cı il tarixdə edimişdir), yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, lizinq alan Cavabdeh2 qarşı irəli sürülmüş 21 sentyabr 2012-ci il tarixli 12/482 saylı lizinq müqaviləsi üzrə borcun tutulması barədə iddia rədd edilməlidir. Eyni əsaslara görə həmin lizinq müqaviləsi üzrə zamin olan cavabdeh "xxxx" MMCyə qarşı irəli sürülmüş iddia da rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçının 2018-ci ildə hazırki iddia ilə məhkəməyə müraciət etməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Çünki həmin iddia Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-1178/2018 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 381.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, xx.xx.2012-ci il tarixli 12/440 saylı lizinq müqaviləsi üzrə iddia müddətini tətbiq etdiyi halda, xx.xx.2012-ci il tarixli 12/482 saylı lizinq müqaviləsi iddia müddətini tətbiq etməmiş və bununla bağlı gəldiyi nətəcəni ümumiyyətlə əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-39/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın qismən təmin edilərək, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 12/482 saylı, 21 sentyabr 2012-ci il tarixli müqavilə üzrə 57.306 (əlli yeddi min üç yüz altı) ABŞ dolları məbləğində əsas borc, 2.865 (iki min səkkiz yüz altımış beş) ABŞ dolları məbləğində cərimə borcunun ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-710/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-710/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver