Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-710/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2706/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Dövlət Sosial Müdafiə Fonduna olan 4276 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA*******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2706/2024 nömrəli qətnaməsi ilə ərizə təmin təmin edilməmişdir.
3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 5 saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4276,0 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bak; Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli e-2-2(113)-2706/2024 saylı qətnamə qəbul edərək 5 saylı Ərazi Vergilər İdarəsinin ərizəsini təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edərkən maraqlı şəxs tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli təsisçi qərarına istinad etmiş və Maraqlı şəxs cəmiyyətin rəhbəri vəzifəsindən azad edildiyini əsas gətirərək ərizəni təmin etməmişdir. 5 saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2706/2024 saylı qətnaməsi ilə razı deyil və hesab edirik ki, sözügedən qətnamə aşağıdakı səbəblərdən əsassızdır və ləğv edilməlidir: Belə ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən işdə olan materiallar tam araşdırılmamış, yalnız maraqlı şəxs tərəfindən təqdim edilmiş təsisçi qərarında olan məlumatlar sübut qismində qiymətləndirilmiş, vergi orqanı tərəfindən təqdim edilmiş Maraqlı şəxs müəssisənin rəhbəri olması barədə sübutlara isə qiymət verilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbərinin halhazırda Maraqlı şəxs olması faktı həm iş materiallarına əlavə edilmiş sənədlərdə, həm də “Kommersiya qurumlarının dövlət reyestri məlumatlar”nda öz əksini tapmışdır (Dövlət Vergi Xidmətinin rəsmi internet saytından əldə edilmiş və açıq olan məlumat şikayətə əlavə edilir). Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri olan Maraqlı şəxs məsuliyyətdən azad olmaq üçün vergi orqanı tərəfindən məhkəməyə müraciət edildikdən sonra təsisçi qərarı hazırlamış (vergi orqanı təsisçi qərarının hazırlandığı xx.xx.2024-cü il tarixdən əvvəl məhkəməyə müraciət etmişdir) və özünün rəhbər vəzifəsindən azad edilməsi barədə məlumatı məhkəməyə təqdim etmişdir. Lakin bu hal nə “Kommersiya qurumlarının dövlət reyestri məlumatlar”nda, nə də müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmişdir. Bundan əlavə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri olan Maraqlı şəxs məsuliyyətdən azad olmaq üçün təsisçi qərarını nöqsanlara yol verməklə tərtib etmiş, qərarda adı qeyd edilən “X4” adlı şəxsin şəxsiyyətini müəyyən edəcək məlumatlar (şəxsiyyət vəsiqəsi məlumatları, fin kodu və s.) qeyd edilməmiş, nəticədə elə bir şəxsin olub-olmaması mübahisəli olaraq qalmışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.8-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. Həmin Qanunun 9.1-ci və 9.2-ci maddələrinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutlarımüayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə Maraqlı şəxs"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininicra orqanının rəhbəri vəzifəsinə qəbul edilmiş və hüquqi şəxsin dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Maraqlı şəxs rəhbər vəzifəsindən azad edilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində dəyişikliyi olması ilə bağlı vergi orqanına hər hansı məlumat daxil olmamışdır. Belə bir qətnamənin qəbul edilməsi üçün əsas kimi Maraqlı şəxs tərəfindən hüquqi şəxslərin dövlət reyesterində dövlət qeydiyyatına alınmamış və müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmiş, nöqsanlarla tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi qərarının məhkəməyə təqdim edilməsi faktı olmuşdur. Qeyd edilən səbəbdən məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə olan halda qətnamə ləğv edilməli və ərizə təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
8. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
9. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
10. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
11. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
12. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır.
15. Belə ki, 5 saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4276,0 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə qətnamə qəbul edərkən maraqlı şəxs tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli təsisçi qərarına istinad etmiş və Maraqlı şəxs cəmiyyətin rəhbəri vəzifəsindən azad edildiyini əsas gətirərək ərizəni təmin etməmişdir.
17. Məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə olan materiallar tam araşdırılmamış, yalnız maraqlı şəxs tərəfindən təqdim edilmiş təsisçi qərarında olan məlumatlar sübut qismində qiymətləndirilmiş, vergi orqanı tərəfindən təqdim edilmiş Maraqlı şəxs müəssisənin rəhbəri olması barədə sübutlara isə düzgün qiymət verilməmişdir.
18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbərinin hal-hazırda Maraqlı şəxs olması faktı həm iş materiallarına əlavə edilmiş sənədlərdə, həm də “Kommersiya qurumlarının dövlət reyestri məlumatlar”nda öz əksini tapmışdır (Dövlət Vergi Xidmətinin rəsmi internet saytından əldə edilmiş və açıq olan məlumat şikayətə əlavə edilmişdir).
19. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri olan Maraqlı şəxs məsuliyyətdən azad olmaq üçün vergi orqanı tərəfindən məhkəməyə müraciət edildikdən sonra təsisçi qərarı hazırlamış (vergi orqanı təsisçi qərarının hazırlandığı xx.xx.2024-cü il tarixdən əvvəl məhkəməyə müraciət etmişdir) və özünün rəhbər vəzifəsindən azad edilməsi barədə məlumatı məhkəməyə təqdim etmişdir.
20. Lakin bu hal nə “Kommersiya qurumlarının dövlət reyestri məlumatlar”nda, nə də müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmişdir. Bundan əlavə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri olan Maraqlı şəxs məsuliyyətdən azad olmaq üçün təsisçi qərarını nöqsanlara yol verməklə tərtib etmiş, qərarda adı qeyd edilən “X4” adlı şəxsin şəxsiyyətini müəyyən edəcək məlumatlar (şəxsiyyət vəsiqəsi məlumatları, fin kodu və s.) qeyd edilməmiş, nəticədə elə bir şəxsin olub-olmaması mübahisəli olaraq qalmışdır.
21. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.8-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur.
22. Həmin Qanunun 9.1-ci və 9.2-ci maddələrinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.
23. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.
24. Maraqlı şəxs rəhbər vəzifəsindən azad edilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində dəyişikliyi olması ilə bağlı vergi orqanına hər hansı məlumat daxil olmamışdır. Belə bir qətnamənin qəbul edilməsi üçün əsas kimi Maraqlı şəxs tərəfindən hüquqi şəxslərin dövlət reyesterində dövlət qeydiyyatına alınmamış və müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmiş, nöqsanlarla tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi qərarının məhkəməyə təqdim edilməsi faktı olmuşdur.
25. İşdən görünür ki, maraqlı şəxs qeyd edilən dəyişikliyə riayət etməmiş və nəticədə hazırkı vəziyyətdə hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur.
26. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna olan borcu 4276 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019- cu il tarixli bildirişin surətindən görünür ki, "xxxx" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilən "xxxx" MMC-nin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, hüquqi şəxsin əvvəlki təsisçisi X6 olmuş, hazırkı təsisçisi (iştirakçı) Maraqlı şəxs olmaqla "xxxx" MMC-nin 2 paydan ibarət 10 manat nizamnamə kapitalı ona məxsusdur.
27. Qeyd olunanlara, Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, əsassız olduğundan qətnamə ləğv edilməli və ərizə təmin edilməlidir.
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
29. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
30. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.3-cü maddəsinə əsasən mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir.
32. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
33. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2706/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilsin. Vergi ödəyicisi olan "xxxx" MMC-nin icra orqanının rəhbəri, xx xxxxxxx 1955-ci il tarixdə Azərbaycan Respublikası, Sumqayıt şəhərində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 39D, mənzil 94 qeydiyyatda olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan 4276 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.