Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-711/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1026/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-1026/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddiası təmin edilərək Cavabdeh2 Ruhulla oğlundan 953,36 manat pul və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdehin elektron kabineti olmadığı üçün qətnamə qeydiyyatda olduğu ünvana göndərilsə də çatmamış, cavabdeh qətnaməni xx.xx.2021-ci il tarixdə kağız daşıyıcıda əldə edərək qətnamədən ilk dəfə xx.xx.2022-ci ildə apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə elektron kabinet vasitəsi ilə verilmədiyi üçün qaytarılmışdır. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə MPM-nə Əlavə 2-də nəzərdə tutulmuş formada verilmədiyi üçün qaytarılmışdır. Qeyd edilən qərardad xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti vermiş, həmin şikayət qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddət bitdiyi üçün geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə yenidən apellyasiya şikayəti təqdim etmiş, apellyasiya şikayətinin məzmununda buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Müddətin bərpa olunmasının əsası kimi qeyd edilmişdir ki, cavabdehin elektron kabineti olmadığından texniki problemlərə görə apelyasiya şikayətini vaxtında elektron formada təqdim etməsi mümkün olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1026/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-1026/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə rədd edilmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1026/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunaraq apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya məhkəməsinin hakimi apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəni rədd edərək apellyasiya şikayətinin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1026/2021 saylı qərar qəbul etmişdir. Bununla da İddiaçı MMC-nin onun əvəzinə saxta imza çəkərək məhkəməyə təqdim etdiyi borc sənədinin saxtalığını sübut etməyi, cəmiyyətə heç bir borcunun olmadığının təsdiqlənəcəyinin qarşısı alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1026/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1026/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3.- Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, cavabdeh tərəfindən kommersiya mübahisəsi üzrə apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş qaydada elektron kabinet vasitəsi ilə təqdim edilməsi üçün kabinetin vaxtında yaradılmaması, apellyasiya şikayətinin bir neçə dəfə qüsurlu şəkildə verilməsi buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməz. Buna görə də, şikayətin dəlilləri məhkəmə tərəfindən əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1026/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1026/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-711/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-711/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver