Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-717/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə Cavabdeh İstehsal-Kommersiya Firmasının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı “X1” MMC-nin (bundan sonra - iddiaçı) Cavabdeh İstehsal-Kommersiya Firmasına (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-674/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 4.581 manat məbləğdə pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, onun xeyrinə 1.907,31 avro (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla) və 1.174,03 manat məbləğdə vurulmuş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdehdən 4.581 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayətdən imtina haqqında ərizə təqdim edib, imtinanın məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhkəməyə ünvanlanan 19.08.2021-ci il tarixli məktubunda göstərmişdir ki, cavabdeh 4.581 manatı ödəmişdir, cavabdehə qarşı tələbi yoxdur. Məhkəmə kollegiyası cavabdehin ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna uyğundur, imtina digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur; 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 369 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İstehsal-Kommersiya Firmasının Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-674/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-717/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-717/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver