Məhkəmə qərarları › İş №2-2(103)-722/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-722/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-722/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə,, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-543/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. “Satıcı” İddiaçı MMC ilə “Alıcı” "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 189982 nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləsinin predmetindən görünür ki, Alıcının sifarişinə əsasən X7 1-də göstərilən traversləri və polietilen kəmərləri (bundan sonra “Mallar” adlanacaq) Müqaviləyə müvafiq qaydada Alıcıya çatdıraraq təqdim etməyi, Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 5.1-ci bəndinə əsasən satıcı malları müqavilədə nəzərdə tutulmuş qaydada, alıcının tələblərinə uyğun olaraq alıcıya təhvil verməlidir. Satıcı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları alıcıya müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 5.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların satıcı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 12.1-ci bəndinə əsasən yekun müqavilə qiyməti tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla 89 000,79 AZN təşkil edir. Müqavilə qiymətinin tərkibinin təsviri hazırkı Müqaviləyə Əlavə 2 (Qiymət və ödəniş qaydası) olaraq qoşulmuşdur. 12.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər satıcı tərəfindən alıcıya faktiki olaraq təqdim edilən mallar müqabilində alıcı tərəfindən satıcının təqdim etdiyi sənədlər (qaimələr, fakturalar, aktlar, digər sənədlər) əsasında 15 bank günü ərzində aparılır. 13.2-ci bəndinə əsasən satıcı tərəfindən malların təqdim olunması alıcının müəyyən etdiyi yerlərdə həyata keçiriləcəkdir. 19.2-ci bəndinə əsasən alıcı müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilədə göstərilmiş qaydada ödəmələri aparmasa, X4 xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ Müqavilə qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş yuxarı həddə çatdıqdan sonra Satıcı Müqaviləni ləğv edə bilər. Müqavilənin xüsusi şərtlərinin müqavilənin 19-cu bəndi (cərimələr) ilə bağlı hissəsində nəzərdə tutulmuşdur ki, satıcı müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş qaydada yerinə yetirmədikdə (gecikdirdikdə), alıcı digər hüquqlara xələl gətirmədən (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) satıcıya öhdəliklərinin icrasının hər gecikdirildiyi günü üçün müqavilə qiymətinin 0,1% dəyərində cərimə tətbiq edə bilər.

2. “Oil Supply" MMC ilə "Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 189982 nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləyə 1 saylı Əlavə kimi malların siyahısı və spesifikasiyası və 2 saylı Əlavə kimi qiymət və ödəniş qaydaları təsdiq edilmişdir.

3. "xxxx" QSC ilə İddiaçı MMC arasında “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqaviləyə 1 saylı Əlavə olan malların siyahısı və spesifikasiyasında qeyd edilmişdir ki, 60 ton yük qaldırma qabiliyyəti Dəstə daxildir: Travers - aşağı qulaqcıqları arasındakı məsafə 3500 mm; Polietilen kəməri traversin aşağı qulaqcığından asmaq üçün “sırqa” (hər bir travers üçün 4 ədəd) - Qulaqcığın ölçüsü polietilen kəmərin ilməyinə uyğun seçilsin; Traversi kranın qarmağından asmaq üçün “sırqa” (hər bir travers üçün 2 ədəd); Traversi kranın qarmağından asmaq üçün “tross” (hər bir travers üçün 2 ədəd) - Uzunluğu və diametri hesabata uyğun seçilsin (mümkün qədər traverslə qarmaq arasındakı məsafə 1,2 metrə uyğunlaşdırılsın); 2 trosu birləşdirərək, kranın qarmağına keçirilən diametri 350 mm olan halqa (hər bir travers üçün 1 ədəd), vahidinin qiyməti 13045 manat olmaqla, 3 dəstin qiyməti 39135 manatdır. 80 ton yük qaldırma qabiliyyəti Dəstə daxildir: Travers - aşağı qulaqcıqları arasındakı məsafə 3500 mm; Polietilen kəməri traversin aşağı qulaqcığından asmaq üçün “sırqa” (hər bir travers üçün 4 ədəd) - Qulaqcığın ölçüsü polietilen kəmərin ilməyinə uyğun seçilsin; Traversi kranın qarmağından asmaq üçün “sırqa” (hər bir travers üçün 2 ədəd); Traversi kranın qarmağından asmaq üçün “tross” (hər bir travers üçün 2 ədəd) - Uzunluğu və diametri hesabata uyğun seçilsin (mümkün qədər traverslə qarmaq arasındakı məsafə 1,2 metrə uyğunlaşdırılsın); 2 trosu birləşdirərək, kranın qarmağına keçirilən diametri 350 mm olan halqa (hər bir travers üçün 1 ədəd), vahidinin qiyməti 14300 manat olmaqla, 2 dəstin qiyməti 28600 manatdır. Uzunluq -14 m, yükqaldırma qabiliyyəti - 40-60 ton olan polietilen kəmərin vahidinin qiyməti 430 manat olmaqla, 10 ədədinin qiyməti 4300 manat, uzunluq -16 m, yükqaldırma qabiliyyəti - 40-60 ton olan polietilen kəmərin vahidinin qiyməti 564,9 manat olmaqla, 6 ədədinin qiyməti 3389,4 manatdır. Təqdim edilən malların cəmi 75424,4 manat, ƏDV-si 13576,39 manat, yekun: tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 89000,79 manat təşkil etmişdir.

4. İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda "xxxx" QSC (Alıcı) ilə İddiaçı MMC (Satıcı) arasında 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə mallların təhvil-təslim aktına əsasən təkrarən geri təhvil alınması və bununla əlaqədar traverslərin və polietilen kəmərlərin dəyəri olan 86145,43 manat məbləğində pulu və onları sınaqdan keçirdiklərinə görə çəkdiyi 7080 manat məbləğində xərci ödəməsi tələb edilmişdir.

5. İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə 6218,13 manat dəyərində 11 ədəd polietilen kəmərlərə dair EBCE seriyalı, 278541 nömrəli, xx.xx.2022-ci il tarixli; 79927,30 manat dəyərində 5 ədəd traverslərə dair EBCE seriyalı, 164973 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimələr ödənilməsi üçün təqdim edilmişdir.

6. İddiaçı MMC-yə avadanlığın sınağının keçirilməsi xidmətinə görə ƏDV daxil 7080 manat məbləğində EBCK seriyalı, 296725 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim edilmişdir.

7. İddiaçı MMC tərəfindən 6218,13 manat məbləğində görülmüş işlərin dəyərinin ödənilməsi üçün "xxxx" QSC-yə 298/22 saylı 21 sentyabr 2022-ci il tarixli hesab-faktura təqdim edilmişdir.

8. İddiaçı MMC tərəfindən 79927 manat məbləğində görülmüş işlərin dəyərinin ödənilməsi üçün "xxxx" QSC-yə 295/22 saylı 20 sentyabr 2022-ci il tarixli hesab-faktura təqdim edilmişdir.

9. "xxxx" QSC-nin ******* nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2022 tarixli OS-CAT-0122 müqavilə üzrə ATR Caspian LTD-yə 6000 manat ödəniş edilmişdir.

10. xx.xx.2022-ci il tarixli aktdan və fotoşəkillərdən görünür ki, "xxxx" QSC-nin İddiaçı MMC xx.xx.2022-ci il tarixli,189982 nömrəli bağlanmış müqavilə əsasında yükqaldırma qabiliyyəti 60 ton olan 3 ədəd və yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traverslər şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə yükqaldırma qabiliyyəti 80 ton olan traverslə sınağın keçirilməsi məqsədilə istehsal ili 1956-cı il, çəkisi 76 ton olan qartəmizləyən qurğusunu qaldırmaqla sınağı aparılan anda yük tarım vəziyyətə gələn zaman travers mərkəzdən əyilərək deformasiyaya uğramışdır.

11. xx.xx.2022-ci ildə "xxxx" QSC İddiaçı MMC-yə məktub ünvanlayaraq təqdim etdikləri yükgötürmə qabiliyyəti 80 ton olan travers çəkisi 76 ton olan taran tipli qartəmizləyən texnikanın qaldırılması zamanı yük tarım vəziyyətə gətirilərkən traversin əyilərək mərkəzdə deformasiyaya uğradığı uğradığını bildirmiş və qısa müddət ərzində məlumat verilməsini xahiş etmişdir.

12. İddiaçı MMC "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli OSTD0222 saylı məktubla müraciət edərək məktubda bildirilmişdir ki, istehsalçı şirkətinin yaratdığı komissiya cavabdehin təqdim etdiyi yazılı və fotomaterialları araşdırmış və istismarçının yükü qaldırarkən stop kəmərlərin fiksasiyasını lazımi şəkildə həyata keçirmədiyi, bunun da yükün ani surətdə oynamasına, birtərəfli qaydada ağırlaşmasına səbəb olduğu, belə olan halda qartəmizləyicinin 80 tonluq tam ağırlığı traversin üzərinə bərabər paylanma əvəzinə bütün yükün traversin sadəcə bir tərəfinə düşdüyü və nəticədə traversin bir tərəfinin normadan 100% artıq yükləndiyi üçün deformasiya halının baş verdiyi qənaətinə gəlmişdir. Qeyd olunanların təhlil edilməsini xahiş etmiş, ehtiyac olarsa, şirkət nümayəndələrinin iştirakı ilə cavabdehin idarəsində görüş keçirilə biləcəklərini, istehsalçı zavodun nümayəndələrinin də, video görüntü ilə bu görüşdə iştirak edə biləcəklərini, bu iclasda əməkdaşları və zavod nümayəndələri ADY-nin mütəxəssislərinin bütün suallarını cavablandırmağa hazır olduqlarını bildirmişlər. Məsələ ilə əlaqədar əlavə sual olarsa onlarla əlaqə saxlanılmasını xahiş etmişlər.

13. İddiaçı MMC "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli OSADY-0222 saylı məktubla müraciət edərək, müqavilə üzrə geri qaytarılan bütün mallar, o cümlədən istismarçı tərəfindən deformasiyaya uğradılmış traversin "xxxx" QSC-nin müvafiq departamentləri tərəfindən yenidən qəbul olunması və ödənişin təmin edilməsinə göstəriş verilməsi və bununla yanaşı əlavə çəkilən sınaq xərcinin də "xxxx" tərəfindən geri ödənilməsi məsələsinin həll edilməsini xahiş etmişdir.

14. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və İddiaçı MMC arasında avadanlıqların yoxlanılması, satışı və icarəsi barədə bağlanılmış 023/22 saylı müqavilədən görünür ki, avadanlıqların yoxlanılması, təmiri və sertifikatlaşdırılmasını Sifarişçi “Xidmət Sifarişi” forması əsasında tapşırır. Podratçı işi öz üzərinə götürür. Həmin müqavilənin: 7.1-ci bəndinə əsasən yoxlanılan, satılan və ya icarəyə verilən malların, avadanlıqların qiyməti razılaşma ilə “Qiymət cədvəli” və “Satınalma Sifarişi” əsasında təyin ediləcək. Müqavilənin Ödəniş iş, satış, icarə başa çatdırıldıqdan sonra, X2, Görülmüş iş aktına, Qaiməyə müvafiq olaraq, Hesab faktura təqdim edildiyi gündən sonrakı 30 gün ərzində yerinə yetiriləcək. 7.3-cü bəndinə əsasən Hesab-Fakturada görülən işin məbləği Azərbaycan manatı və ABŞ dolları ilə göstəriləcək. Hesab-fakturaca AZN ilə göstərilən məbləğ ödəniş üçün əsas sayılır.

15. "xxxx" Şirkəti və İddiaçı MMC arasında tərtib edilmiş görülmüş iş aktından görünür ki, 2 ədəd 60 və 80 tonluq traverslər yoxlanılmışdır.

16. Tərəflər arasında olan “E-mail” yazışmalarından görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Anar Əliyev cavabdehin nümayəndəsi Ayəddin Qasımova traverslərin sxemlərini təsdiq edib geri dönüş etməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli cavabında sonuncu traveslərin uyğunluğunu təsdiq etmiş, sxemlər məktuba əlavə edilmişdir.

17. Fotoşəkillərdən və videogörüntülərdən görünür ki, yükqaldırma qabiliyyəti 80 və 60 ton olan traverslərə yerində müayinə keçirilmiş, traverslər əyilmədən, deformasiya olmadan müvafiq olaraq 83 və 62 tonluq yükləri qaldırmışlar. Birinci instansiya məhkəməsindəki icraat:

18. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən onun xeyrinə 144527 nömrəli, 16 fevral 2022-ci il tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə üzrə yaranmış 39412 manat (ƏDV daxil) məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1970,60 manat pulun, 3941,20 manat məbləğində cərimənin, cəmisi 45323,80 manat məbləğində pulun tutulması, 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə yaranmış 93225,43 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 4661,28 manat pulun, 8436,04 manat məbləğində cərimənin, cəmisi 106322,75 manat məbləğində pulun tutulması, 400 manat məbləğində mediasiya xərcinin va 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında bağlanmış 144527 nömrəli, 16 fevral 2022-ci il tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilənin 10.1-ci bəndinə görə, Müqavilə qiyməti tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla 216 648 manat təşkil edir. Müqaviləyə görə cəmi 90 vaqona qeyd olunan xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Tender zamanı qiymətləndirmə aparılarkən onlar da məhz 90 vaqona xidmətlərin göstəriləcəyi nəzərə alaraq qiymət təklifini hazırlamışdır. Şirkətdaxili hesablarmalarına görə gəlir əldə etməyi üçün ən azı 55 vaqona xidmət göstərməyi vacib idi. Bundan az xidmət göstəriləcəyi halda onların bu işin təşkili üçün çəkdiyi ümumi xərclər bu vaqonlar üzrə hesab təqdim edə biləcəyi məbləğdən daha çox olacaqdı. Belə olan halda iddiaçı 2022-ci il ərzində mütləq şəkildə qarşılarına məqsəd qoymuşdur ki, müqavilədə qeyd olunan 90 ədəd vaqonun qumlanması, astarlanması və rənglənməsi xidmətləri başa çatdıracaqlar. Lakin fevral ayından bu günə qədər cavabdeh ümumilikdə cəmi 6 vaqona xidmət göstərə bilmişlər. Bunlardan da cəmi 4 vaqonu təkrar işləmələrlə və "xxxx" QSC-nin təqsiri üzündən zaman itkisi ilə nəhayət ki, yekunlaşdırıb. xx.xx.2022-ci il tarixdə təhvil-təslim aktı ilə "xxxx" QSC-nin nümayəndələrinə təhvil vermişdir. Belə vəziyyətin yaranmasının əsas səbəbi "xxxx" QSC tərəfindən öz öhdəliklərinin yerinə yetirməməsi olmuşdur. Belə ki, müqaviləyə əsasən vaqonlara xidmətlərin göstərilməsi üçün astar, boya, həlledici maddə, sərtləşdirici maddə, skoç, qoruyucu kağızlar, cilalayıcı kağızlar kimi materialları Sifarişçi, yəni "xxxx" QSC tərəfindən təqdim olunmalı idi. Əfsuslar olsun ki, "xxxx" QSC tərəfindən onların nümayəndələrə təqdim olunan astar, boya, kimyəvi məhlulların hamısının istifadə müddəti bitmişdir. Dəfələrlə bu barədə cavabdehin nümayəndələrinə iradlar bildirilmiş və buna dair “email”lər göndərilmişdir. Lakin ən yaxşı halda, 6 il istifadə müddəti bitmiş astar əvəzinə onlara "xxxx" QSC tərəfindən 1 il istifadə müddəti bitmiş material təqdim olunurdu. Qumlama işini başa çatdırıb, astarın gecikməsi səbəbilə astar vura bilmədiklərinə görə metal yenidən pas atmağa başlayırdı, bu da əlavə qumlamanı tələb edirdi. İddiaçı tərəfindən bir neçə vaqon bir neçə dəfə təkrar qumlanır və bir neçə dəfə də astarlanırdı. Bundan başqa "xxxx" QSC tərəfindən iddiaçı tərəfə təqdim edilmiş bir neçə vaqon çürük deşiki olduğuna görə onlar üzərində iş aparmaq ümumiyyətlə mümkün deyildi, çünki bu vaqonlar qumlamadan öncə suvaq olunmalı idi. Bu iş müqavilədən kənar məsələ olduğu üçün məsələ bir neçə ay yenə də gecikirdi. Nəyahət bu işin "xxxx" QSC-nin əməkdaşları tərəfindən görüləcəyi təsdiq olunur, ancaq onlar da bu işi çox ləng gördüyü üçün iddiaçı tərəfin işini bir az da gecikirdi. Bəzən işlərin gecikməsi çox kiçik səbəblərə görə baş verirdi ki, bunlar da cilalayıcı kağızların və skoçların verilməməsi idi. "xxxx" QSC tərəfindən verilən keyfiyyətsiz astar, tiner, boyalar səbəbilə işləri çox böyük gecikmələr ilə başa çatdırıb noyabr ayının sonuna nəhayət ki, 4 vaqonu təhvil vermə mərhələsinə çatdırmışlar. Lakin təhvil öncə bir neçə vaqonun ya astarı tökülür, ya da boyasında problemlər müşahisə olunmağa başlayırdı. Bu səbəblə yenidən eyni vaqonları təkrar işləməli olurduq. Xüsusilə vurğulanmalıdır ki, iddiaçıdan asılı olmayan səbəblərə görə "xxxx" QSC-nin təqsiri üzündən xidmətlərin göstərilməsi bu qədər uzandığına görə xərcləri dayanmadan artmışdır. Bu şəraitdə işlərə davam etmək həm vaxt itkisi, həm də əlavə xərclərin artmağı deməkdir. Dəfələrlə cavabdehin deposuna müraciət etsə də, iddiaçı tərəfə işləməyi üçün keyfiyyətli materiallar təqdim olunmur. Keyfiyyətsiz, vaxtı keçmiş materialların şəkilləri də iş materiallarına əlavə olunur. Göründüyü kimi İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmiş təhvil-təslim aktı əsasında işləri "xxxx" QSC-yə təhvil vermiş, 28 iyul 2022-ci il tarixli 227/22 saylı hesab-faktura tərtib etmiş və EBCB 003269 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə vurmuş, həmin elektron qaimə də "xxxx" QSC tərəfindən təsdiqlənmişdir. Lakin buna baxmayaraq hal-hazıradək "xxxx" QSC tərəfindən iddiaçıya hər hansı məbləğ ödənilməmişdir. Bununla belə, tərəflər arasında imzalanmış müqavilə üzrə işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı 33400 manat və 6012 manat ƏDV olmaqla, ümumilikdə 39412 manat məbləğində "xxxx" QSC-nin borcu yaranmışdır ki, həmin məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmir. Cavabdeh bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş. xx.xx.2023-cü il tarixli pretenziya məktubuna cavab verməmişdir. Bundan əlavə tərəflər arasında imzalanmış sözügedən müqavilənin 17.2-ci bəndinə görə sifariş üçün müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilədə göstərilmiş qaydada ödəmələri aparmasa icraçı Müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ Müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş yuxarı həddə çatdıqdan sonra icraçı müqaviləni ləğv edə bilər. Hazırda tərəflər arasında imzalanmış müqavilə üzrə işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı 33400 manat və 6012 manat ƏDV olmaqla, ümumilikdə 39412 manat məbləğində borcun yarandığını əsas götürərək, (39412 x 10% 3941,20) 3941.20 manat məbləğində cərimə cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. "xxxx" QSC ilə İddiaçı MMC (Satıcı) arasında 189982 nömrəli 05 iyul 2022-ci il tarixli Traveslərin və polietilen kəmərlərin satın alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, Alıcının sifarişinə əsasən X7 1-də göstərilən traversləri və polietilen kəmərləri Müqaviləyə müvafiq qaydada Alıcıya çatdıraraq təqdim etməyi, Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 12.1-ci bəndinə görə, yekun Müqavilə qiyməti tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla 89000.79 manat təşkil edir. Müqavilə qiymətinin tərkibinin təsviri hazırkı Müqaviləyə Əlavə 2 (Qiymət və ödəniş qaydası) olaraq qoşulmuşdur. Həmin müqavilənin 12.2-ci bəndinə görə, Müqavilə üzrə ödənişlər Satıcı tərəfindən Alıcıya faktiki olaraq təqdim edilən Mallar müqabilində Alıcı tərəfindən Satıcının təqdim etdiyi sənədlər (qaimələr, fakturalar,aktlar, digər sənədlər) əsasında 15 bank günü ərzində aparılır. Göründüyü kimi, İddiaçı MMC ilə "xxxx" QSC arasında bağlanılmış xx.xx.2022 tarixli 189982 saylı müqaviləyə əsasən iddiaçı şirkət "xxxx" QSC-yə yükgötürmə qabiliyyəti 60 ton olan 3 ədəd və 80 ton olan 2 ədəd traversləri, habelə digər polietilen kəmərlərini təchiz etməli idi. İddiaçı şirkət qeyd olunan traversləri Rusiyanın Başqırdıstan respublikasında yerləşən “Torgovıy Dom “ZVO”(Завод Весового Оборудованиə)” adlı istehsalçı şirkətdən alaraq sentyabr ayında "xxxx" QSC-nin X5 İdarəsinə təhvil vermişdir. Qeyd edir ki, bu taverslər göndərilmədən öncə istehsalçı “ZVO” zavodu onların hamısını standartlara uyğun standartlara uyğun şəkildə sınaq etmiş və yükgötürmə qabiliyyətləri təsdiq olunmuşdur. Zavod tərəfindən iddiaçı tərəfə müvafiq sınaq protokolları da təqdim olunmuşdur ki, bunların surətlərini də "xxxx" QSC-ya təqdim etmişlər. xx.xx.2022 tarixində "xxxx" QSC-nin Təchizat Departamentindən aldığı 245349 saylı məktubla iddiaçı tərəfə bildirilmişdir ki, traversləri sifariş edən "xxxx" QSC İnfrastruktur Departamenti 80 tonluq traverslərdən birindən istifadə edərkən yükqaldırma əməliyyatı keçirdiyi zaman sözügedən travers deformasiyaya uğramışdır. Bu səbəblə də müqavilə üzrə təhvil verdiyi bütün mallar "xxxx" QSC tərəfindən qaytarıldığı və qısa zamanda geri götürülməli olduğu bildirilmişdir. Məsələ ilə əlaqədar istehsalçı zavod ilə əlaqə saxlamışlar. İddiaçının aldığı cavaba görə, zavod göndərilən malların tələb olunan yükqaldırma qabiliyyətindən əmin olduqlarını və böyük ehtimalla baş verən deformasiyanın traversin yanlış istismar olması səbəbindən baş verdiyini bildirmişdir. Nəzərə almağı xahiş edir ki, İddiaçı MMC müqavilə üzrə təchizatçı şirkət kimi çıxış edir. İddiaçı sadəcə, traverslərin yükqaldırma qabiliyyətinin düzgünlüyünə və razılaşdırılmış çizgilər üzrə istehsal olunmuş şəkildə təchizatına cavabdehdirlər. Onlar traversin necə, harada və hansı şəraitdə, kim tərəfindən istismar olunduğu məsələsinə qarışa bilməzlər. Bu səbəblə də cavabdeh tərəfindən məktub aldıqları zaman, bu tarverslərin yükqaldırma qabiliyyətinin yerli sınaq laboratoriyalarında təsdiqlənməsini vacib bilmişlər. İddiaçının əməkdaşları qeyd olunan malları "xxxx" QSC X8 idarəsindən geri almış traverslərin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya sahib olan yerli “ATR Caspian” şirkətinə göndərmişlər. Bununla bağlı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəyəndəliyi və İddiaçı MMC arasında avadanlıqların yoxlanılması, satışı və icarəsi barədə 023 22 saylı xx.xx.2022-ci il tarixli Müqavilə bağlamışdır. Müqavilə əsasında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəyəndəliyi həmin traverslərdən 1 ədəd 60 tonluq və 1 ədəd 80 tonluq olmaqla 2 traversi yükqaldırma qabiliyyəti xüsusiyyətinin yoxlanılması üçün noyabr 2022 tarixində sınaq etmişdir. 60 tonluq traversin sınağı zamanı bu travers ilə 68.5 tona qədər, yeni nəzərə tutulan maksimum qaldırma həddindən 8.5 ton artıq yükü qaldırmaq mümkün olmuşdur. 80 tonluq traversin sınağı zamanı bu travers ilə 91.1 tona qədər, yəni nəzərə tutulan maksimum qaldırma həddindən 11.1 ton artıq yükü qaldırmaq mümkün olmuşdur. Rəyə görə bu traverslərin yükqaldırma qabiliyyətinin müvafiq olaraq 60 və 80 araşdırmılar öz təsdiqini tapmışdır. Belə olan halda bu malların qüsurlu mal olaraq geri qaytarılması yolverilməzdir. İddiaçının təchiz etdiyi traverslərin keyfiyyəti şübhə altına alındığı üçün iddiaçı məcbur olub öz hesabından əlavə 6000 manat + 18% ƏDV = 7080 manat ödəyərək, traverslərin yararlılıq səviyyəsini müəyyənləşdirmişdir. Bu əlavə zərərin cavabdeh tərəfindən qarşılanmasını vacib hesab edir. Çünki cavabdehin əməkdaşları istismar zamanı bu traverslərdən birini yararsız hala salıb, bütün traverslərin keyfiyyətinə şübhə düşürüb və traversləri iddiaçı tərəfə geri qaytartdırıblar. Göründüyü kimi, İddiaçı MMC tərəflər arasında bağlanmış 189982 nömrəli 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərərək, EBCE 164973 nömrəli, xx.xx.2022-cü il tarixli elektron qaimə ilə traverslərə görə 79927,30 manat və EBCE 278541 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə polietilən kəmərlərə görə 6218,13 manat hesablanmış, həmin elektron qaimələr də "xxxx" QSC tərəfindən təsdiqlənmişdir. Lakin buna baxmayaraq hal-hazıradək "xxxx" QSC tərəfindən hər hansı məbləğ ödənilməmişdir. 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilənin 19.2-ci bəndinə görə, Alıcı Müqavilədə müəyyən olunmuş müddət ərzində və Müqavilədə göstərilmiş qaydada ödəmələri aparmasa X4 şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ Müqavilə qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş yuxarı həddə çatdıqdan sonra Satıcı Müqaviləni ləğv edə bilər. Müqavilənin xüsusi şərtlərinə görə, Alıcı Müqavilədə müəyyən olunmuş müddət ərzində ödəmələri apmasa Satıcı Alıcıya ödənişin hər gecikdirilən günü üçün Müqavilə qiymətinin 0,1% dəyərində cərimə tətbiq edə bilər. Həmin müqavilənin 12.2-ci bəndinə görə, Müqavilə üzrə ödənişlər Satıcı tərəfindən Alıcıya faktiki olaraq təqdim edilən Mallar müqabilində Alıcı tərəfindən Satıcının təqdim etdiyi sənədlər əsasında 15 bank günü ərzində aparılır. Göründüyü kimi EBCE 164973 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə traverslərə görə 79927,30 manat manat vurulduğundan, həmin müddətdən 15 bank günü ərzində xx.xx.2022-ci ilədək Alıcı ödəniş etməli idi. Lakin heç bir ödəniş olunmamış və xx.xx.2022-ci il tarixdən gecikmə günləri hesablanmalıdır. xx.xx.2023-cü ilədək 98 gecikmə gününün olduğunu nəzərə alaraq, hər gecikdirilən gün üçün 0.1% cərimə tətbiq edilməli və cavabdehdən 7832,88 manat məbləğində cərimə tutulmalıdır. EBCE 278541 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə polietilen kəmərlərə görə 6218,13 manat vurulduğundan, həmin müddətdən 15 bank günü ərzində xx.xx.2022-ci ilədək Alıcı ödəniş etməli idi. Lakin heç bir ödəniş olunmamış və xx.xx.2022ci il tarixdən gecikmə günləri hesablanmalıdır. xx.xx.2023-cü ilədək 97 gecikmə gününün olduğunu nəzərə alaraq, hər gecikdirilən gün üçün 0.1% cərimə tətbiq edilməli və cavabdehdən 603,16 manat məbləğində cərimə tutulmalıdır. Bundan əlavə, AR MM-nin 445.7-ci maddəsini rəhbər tutaraq hesab edirik ki, 93225,43 manat üçün illik 5%, yəni 4661,28 manat (93225,43 manat x5%x 1ilə) məbləğində pul vəsaiti da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

20. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 386.1, 425.1, 442, 443, 445.1, 445.2, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.

21. Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. xx.xx.2022-ci il tarixli 144527 nömrəli Müqaviləyə əsasən iddiaçı vaqonların rənglənməsi və qumlanması işlərini Müqaviləyə müvafiq qaydada yerinə yetirməyi, ADY isə öz növbəsində Müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirilən işlərin nəticəsini təhvil alıb müqavilədə müəyyən olunan qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı özü də qeyd etdiyi kimi bu xidmətləri tələb olunan qaydada göstərə bilməmişdir. Faktiki göstərdiyi işin xidmət haqqı isə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 189982 nömrəli Müqaviləyə əsasən iddiaçı Əlavə 1- də qeyd olunan traversləri və polietilen kəmərləri ADY çatdıraraq təqdim etməyi, ADY isə malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürür. Qeyd olunmalıdır ki, iddiaçı traversi təhvil verdikdən sonra cavabdeh tərəfindən malın sınağı keçirildikdə travers əyilmiş və istifadəyə yarasız olmuşdur. Bundan sonra malların qəbulundan ADY tərəfindən imtina olunmuşdur. Narazı qalan iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, araşdırma nəticəsində məhkəmə qərara gəlmişdir ki, yerində müayinə aparılmalıdır. Müayinə zamanı traverslər yararlı çıxdığı halda ADY müqavilə üzrə bütün ödənişləri, həmçinin qarşı tərəfin ekspert kimi cəlb etdiyi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndiliyinin xidmət haqqısını tam ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə məhkəmənin iştirakı ilə Biləcəri stansiyasında yerində müayinə aparılmış və videoçəkilişlə qeydə alınmışdır. Traversi bağlayıb lokomotivi yüxarı qaldırmağa hazırlaşanda iddiaçının ekspert kimi cəlb etdiyi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndiliyinin eksperti yükü qaldırmağa icazə verməmiş və bildirmişdir ki, qaldırmayın, travers əyiləcək. Bununla yerində müayinə yekunlaşmışdır. Növbəti gün, xx.xx.2023-cü il tarixdə iddiaçı ərizə ilə müraciət etmiş və qeyd etmişdir ki, traverslərin istehsalçısı ölkə Rusiya Federasiasının zavodu olduğundan onlarla danışıqlar müəyyən vaxt apardığından kommersiya mübahisələrini məhkəmədən kənar həll etmək qərarına gəlmişdir, odur ki, iddia ərizəmizi və iddia ərizəsinə əlavə edilmiş sənədləri geri götürmüşdür. İddiaçı ilə cavabdeh arasında müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmış və Xüsusi şərtlərinə əsasən xx.xx.2022-ci il tarixə qədər qüvvədə olmuşdur. Müqavilənin qüvvədə olduğu müddətdə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bu səbəbdən cavabdehin bununla bağlı öhdəliyi yaranmamışdır. İddiaçı 2023-cü ilin mart ayında eyni məzmunlu iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və sonradan traverslərin istehsalçısı olan Rusiya Federasiyasının zavodu ilə danışıqlar aparılması səbəbindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə geri götürülmüşdür. Müqavilənin bağlanıldığı tarixdən 1 ildən artıq müddətin keçməsini və iddiaçının hələ də zavodla danışıqların aparılmasını nəzərə alaraq, ADY illər ərzində iddiaçını gözləyə bilmədiyindən traverslə bağlı tələbatını digər mənbədən təmin etmişdir. Satıcının Müqavilədə nəzərdə tutulmadığı hallarda və ya Alıcı ilə razılaşmadan 30 təqvim günündən artıq müddətə Müqavilənin icrasını dayandırması və ya Alıcının Müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq, Satıcının təqdim edilmiş sənəd əsasında 30 (otuz) təqvim günü müddətində tədbir görməməsi əsaslı pozuntular hesab olunur. Müqavilə qüvvədə olmuş olsaydı ADY yuxarıda qeyd olunan əsaslarla Müqaviləni ləğv edərdi, lakin Müqavilə artıq xx.xx.2022-ci il tarixdən qüvvədən düşdüyündən Müqaviləni ləğvi əhəmiyyətsiz olub. Qeyd olunamlıdır ki, yükqaldırma qabiliyyəti olan 80 ton olan travers xx.xx.2022-ci ildə sınaqdan keçirilən zaman əyilmiş, bununla bağlı Akt tərtib edilmiş və xx.xx.2022-ci ildə bu barədə iddiaçıya məktub ünvanlanmış, lakin iddiaçı heç bir tətdbir görməmişdir. Həmçinin bildirir ki, xx.xx.2023-cü iddiaçıya elektron poçt vasitəsilə traverslərin sınağı təklif edilmişdir, lakin iddiaçı bundan imtina etmişdir. Yükqaldırma qabiliyyəti olan traverslər istənilən sahədə istismar oluna bilər. Buna uyğun üç il ərzində ADY-yə təhvil verilməyən traverslərin iddiaçı tərəfindən istismarı istisna olunmur. Belə olan halda müqavilənin şərtlərini kobud şəkildə pozan iddiaçı yaranmamış borcun ödənilməsini tələb edə bilməz.

22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-543/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" QSC 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə travesləri qəbul etməklə ondan (79927,3 manat+6218,15 manat+7080 manat) cəmi 93225 manat 43 qəpik məbləğində pul vəsaiti, illik 5% ilə hesablanmış 4307 manat 27 qəpik vəsait, 4300 manat cərimə və ödənilmiş dövlət rüsumunun 391 manat 83 qəpiyinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, mal göndərmə müqaviləsi olan 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə iddiaçı əvvəlcədən cavabdehlə razılaşdırılmış sxemə uyğun 3 ədəd 60 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik travesləri və 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərləri cavabdehə təhvil vermiş, lakin cavabdeh travesin lazımı keyfiyyətdə olmadığını, deformasiyaya olunduğunu bildirərək travesləri geri qaytarmışdır. Traveslərin keyfiyyəti ilə bağlı məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerində müayinə keçirilmişdir. Müayinə zamanı 80 tonluq və 60 tonluq traveslər müqavilə üzrə nəzərtə tutulmuş yükləri qaldırmışlar, hər hansı deformasiya olmamış, polietilen kəndirlər qırılmamışdır. Bu isə traveslərin lazımı keyfiyyətdə olduğunu, müqavilə üzrə nəzərdə tutulmuş sifarişə uyğun gəldiyini təsdiq etmişdir. Hətta cavabdeh etirazında da ilk dəfə iddiaçı məhkəməyə müraciət etdiyi zaman keçirilən yerində müayinə zamanı traveslər yükü qaldıracağı halda müqavilə qiymətini və əlavə xərcləri ödəməyə hazır olduqlarını bildirmişlər. Hazırda isə cavabdeh artıq müqavilənin icra müddətinin başa çatdığını, həmin traveslərə marağının qalmadığını, bu səbəbdən də imtina etdiklərini bildirmişdir. Cavabdehin marağının itməsi və müqavilədən imtina etməsi o zaman əsaslı sayılardı ki, iddiaçı travesləri müqavilə müddətində deyil, 3 il sonra təqdim etmiş olardı, lakin yuxarıda qeyd edildiyi kimi traveslər müqavilə qüvvədə olduğu vaxtda, xx.xx.2022-ci il tarixdə cavabdehə təhvil verilmişdir. Cavabdehin nümayəndəsi yerində müayinə keçirilənədək traveslərə marağının itməsini əsas gətirməmiş, sadəcə traveslərin qüsurlu olması, keyfiyyətli olmadığı əsası ilə ödəniş etmədiklərini bildirmişdir. Lakin yerində müayinə nəticəsində traveslərin qüsursuz olduğu, keyfiyyətə uyğun gəldiyi sübuta yetdikdən sonra, artıq həmin traveslərə maraqlarının qalmadığını bildirmişdir. Göründüyü kimi traveslərin təhvil verilməsi cavabdehin gecikdirməsi nəticəsində icra edilə bilinmədiyindən iddiaçı icranı gecikdirmiş sayılmır, cavabdeh özü traveslərin qüsurlu olmasına istinad edib əsasız olaraq geri qaytarmaqla müqavilənin icrasını bu günə kimi gecikdirmişdir. İddiaçının nümayəndəsi bu gündə travesləri təhvil verməyə hazır olduqlarını, cavabdehin nümayəndəsi isə təhvil almaqdan imtina etdiyini bildirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə, iddiaçının müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirərək qüsursuz travesləri təhvil verdiyini, cavabdehin isə əsassız olaraq traveslərin qüsurlu olmasını əsas gətirib geri qaytardığını və sonradan təhvil almaqdan imtina etdiyini nəzərə alaraq hesab edib ki, iddiaçının Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı traveslərin və polietilən kəmərlərin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır və onun bu tələbi haqlıdır. Eyni zamanda məhkəmə prosessual qənaət prinsipini nəzərə alaraq hesab etmişdi ki, gələcəkdə traveslərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənildiyi halda, tərəflər arasında yeni mübahisə meydana çıxmaması və cavabdeh müqavilə üzrə aldığı malları qəbul etməyə borclu olduğu üçün cavabdeh travesləri qəbul etməklə onların dəyərini ödəməlidir. Odur ki, cavabdeh travesləri qəbul etməklə ondan 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərlərə görə 6218,13 manat, 3 ədəd 60 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik traveslərə görə isə 79927,30 manat iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçı cavabdehdən 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə 8436,04 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi barədə müqavilə şərtinin mpvcdu olmasını lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin məzmununu nəzərə alaraq həmin müqavilə üzrə cərimə məbləğini azaldılaraq 4300 manat müəyyən etmişdir. Həmçinin iddiaçının traveslərin sınağını keçirmək üçün əlavə çəkdiyi xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki iddiaçı cavabdehin əsassız olaraq qüsurlu olması səbəbindən travesləri geri qaytarması nəticəsində məcburən əlavə xərc çəkib sınaq keçirmişdir. Buna görə də onun çəkilmiş əlavə çəkilmiş xərcin, 7080 manatın ödənilməsini tələb etmək hüququ var və onun bu tələbi də haqlı olduğundan həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cəmi 93225,43 manatın ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmış 4661,28 manat məbləğində vəsaitin də ödənilməsini tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, malların dəyərinin ödənilməsini 1 ildən artıq gecikdirdiyinə görə iddiaçının borca hesablanmış 1 il üçün illik beş faiz vəsait ödənilməsini tələb etmək hüququ vardır. Lakin iddiaçı 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə ödənilməli məbləğin 1 il üçün illik 5%-ni düzgün hesablamamışdır. Belə ki, müqavilə üzrə ödənilməli malların dəyəri 93225,43 manat deyil, 86145,43 manat təşkil edir ki, həmin məbləğin 1 illik 5%-i 4307,27 manatdır (86145,43x5%=4307,2715). Buna görə də iddia həmin hissədə qismən təmin olunmalı və cavabdehdən həmin müqavilə üzrə illik 5% ilə hesablanmış 4307,27 manat məbləğində vəsait tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 450 manat dövlət rüsumunun 391,83 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzə həll edərkən MM-in 385.1, 442, 443.1, 445.3. 445.7, 445.8,445.9, 446.1-ci maddələrini, eyni zamanda alqı-satqı, malların göndərilməsi, podrat ilə bağlı MM-in bəzi maddələrinə istinad etmişdir.

25. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə sınaq məqsədilə təqdim olunmuş travers yükün qaldırılması zamanı deformasiyaya uğramışdır. Bununla bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məktub göndərilmiş və iddiaçı buna uyğun bütün malları geri götürmüşdür. Qeyd olunmalıdır ki, müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2022-ci il tarixə kimi mallar cavabdehə təhvil verilməmişdir. 2023-cü ilin mart ayında iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixə yerli sınaq təyin edilmiş, lakin cavabdeh tərəfindən yükün qaldırılması ilə bağlı hazırlıqlar zamanı iddiaçının nümayəndəsinin təşəbbüsü ilə sınaq həyata keçirilməmiş və xx.xx.2023-cü il tarixdə iddiaçı Rusiya Federasiyasının zavodu ilə danışıqlar aparılması səbəbindən iddiasını geri götürmüşdür. xx.xx.2024-cü il tarixdə iddiaçı yenidən pul tələbində dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. M ə h k ə m ə d ə iddiaçının nümayəndəsi bildirmişdir ki, istehsalçı Rusiya şirkətinin nümayəndəsi müayinədə iştirak etmək istəyir, bu səbəbdən yenidən müayinə təyin olunmalıdır. Cavabdehin etirazına baxmayaraq, məhkəmə yenidən müayinə təyin etmiş, lakin istehsalçı Rusiya şirkətinin nümayəndəsi iştirak etməmiş, iddiaçı həm Məhkəməni, həm də cavabdehi aldatmış, buna baxmayaraq, Məhkəmə tələb etmişdir ki, müayinə keçirilsin. Lakin Məhkəmə nəzərə almamışdır ki, sınağın keçirilməsi və keçirilmiş sınağın nəticəsi artıq mənasını itirib, çünki xx.xx.2022-ci il tarixdə müqavilənin müddəti bitmiş və bu müddət ərzində iddiaçı öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirərək xx.xx.2022-ci il tarixdə traversləri və polietilen kəmərləri cavabdehə təhvil vermişdir. Cavabdeh isə traversi hansı şəraitdə, hansı şərtlərlə, hansı ağırlıqda yükü qaldırması qeyri-müəyyən olmaqla istifadə etmiş və travers deformasiyaya uğramışdır. Hesab edir ki, məhkəmə belə qənaətə gəlməklə işə qərəzli və birtərəfli yanaşmışdır. Belə ki, iddiaçı cavabdehə traversləri təhvil verməmiş, iddiaçı traversləri sınaq üçün gətirmiş, qüsur aşkarlandıqda isə malları aparmışdır. Tərəflər arasında təhvil-təslim aktı imzalanmamış və müqavilənin qüvvədə olduğu müddətdə mallar cavabdehə təhvil verilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdehin əməkdaşları traversi düzgün istifadə etməmiş və travers bu səbəbdən deformasiyaya uğramışdır. Məhkəmənin bu mövqeyi də qərəzlidir. Birincisi məhkəmə həmin sahə üzrə nə ekspert, nə də mütəxəssis deyil və 3 il bundan əvvəl onun iştirakı olmadan hadisənin hansı səbəbdən baş verməsinə qiymət verə bilməzdi. İkincisi cavabdehin əməkdaşları qeyri-peşəkar, bacarıqsız, traverslərin istifadə qaydalarını bilməyən olmuş olsaydılar o zaman xx.xx.2025-ci il tarixdə keçirilən sınaq müayinədə də eyni səhvlərə yol verməli və traverslərlər deformasiyaya uğramalı idi, lakin bu baş verməmişdir. Belə olan halda məhkəmənin hansı mötəbər dəlilə əsasən c a va b d e hi n əməkdaşlarınin traversləri düzgün istifadə etməməsi qənaətinə gəlməsi aydın deyildir. Məhkəmə qeyd edir ki, traverslər 2022-ci ildə lazımı keyfiyyətdə olmuşdur. Lakin bununla bağlı hər hansı ekspertiza keçirilməmiş, məhkəmənin nəyə əsasən belə qənaətə gəlməsi yenə də aydın deyil. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və ADY bu müddətin sonuna qədər traverslərlə təmin edilməmişdir. Məhkəmə iddiaçının traversləri xx.xx.2022-ci il tarixdə lazimi qaydada təhvil verməsini qeyd etsə də, bunu təsdiq edən sənədlər mövcud deyildir. Həqiqətən iddiaçı sınaq üçün traversləri gətirmiş, lakin traverslər sınaqdan keçmədikdən sonra traversləri aparmışdır. Bununla bağlı cavabdehin xx.xx.2022-ci il tarixli, 231828 nömrəli məktubu məhkəməyə təqdim edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi icra etməmiş, lakin cavabdehdən pulun ödənilməsini tələb edir. Borcun hansı sənəd əsasında, necə və nə vaxt yaranması məlum deyildir. İcra olunmayan öhdəliyin qarşılığında borcun yaranması absurddur. Həmçinin qeyd olunmalıdır ki, müqavilənin 23cü maddəsinə əsasən müqavilə tərəflərin qarşılıqlı razılığı ilə heç bir səbəb göstərilmədən istənilən vaxt və ya müqavilə şərtlərinin əsaslı pоzulmasına yоl vеrilərsə, tərəflərdən biri digər tərəfi yazılı xəbərdar еtmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv еdə bilər. Satıcının müqavilədə nəzərdə tutulmadığı hallarda və ya alıcı ilə razılaşmadan 30 təqvim günündən artıq müddətə müqavilənin icrasını dayandırması və ya alıcının müqavilənin pоzulmasına səbəb оla biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq, satıcının təqdim еdilmiş sənəd əsasında 30 (otuz) təqvim günü müddətində tədbir görməməsi əsaslı pozuntu hesab olunur. Müqavilə qüvvədə olmuş olsaydı ADY yuxarıda qeyd olunan əsaslarla Müqaviləni ləğv edərdi, lakin Müqavilə artıq xx.xx.2022-ci il tarixdə qüvvədən düşdüyündən Müqavilənin ləğvi əhəmiyyətsiz olub. Lakin Məhkəmə qeyd olunanların heç birini nəzərə almamışdır. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin Müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir, bu müddət ərzində iddiaçı malları təhvil verməmiş, nə də ki, bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə qarşı malların məcburi qəbul edilməsi öhdəliyi barədə iddia tələbi irəli sürülməmişdir. 2023cü ildə iddiaçı yalnız pul tələbi ilə bağlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, lakin sonradan xx.xx.2023-cü il tarixdə həmin iddia ərizəsini geri götürmüşdür. Belə olanhalda cavabdeh haqlı olaraq traverslərin və polietilen kəmərlərində olan ehtiyacını digər mənbədən təmin etmişdir. Bütün bunlara baxmayaraq, düz 1 (bir) ildən sonra 2024-cü ildə iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Müqavilənin qüvvədə olan müddət ərzində üzərinə düşən öhdəliklərini yerinə yetirməyən iddiaçı müqavilənin bitməsindən 2 il keçdikdən sonra məhkəməyə müraciət edir və məhkəmə qanunvericiliyin normalarına zidd qərar qəbul edir. Məhkəmə qeyd edib ki, iddiaçının Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı traverslərin və polietilen kəmərlərin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Qeyd olunmalıdır ki, Məhkəmənin istinad etdiyi norma ümumiyyətlə mübahisənin predmetinə aid deyil. Belə ki, göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ö t r ü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. İddiaçı ilə cavabdeh arasında göndərmə müqaviləsi deyil, traverslərin və polietilen 4. 5. pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 637-ci maddəsinə göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. kəmərlərin satın alınmasına dair müqavilə bağlanılmışdır. Lakin Məhkəmə səhv nəticəyə gələrək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İddiaçı 2022-ci ilin oktyabr ayından bu günə qədər cavabdehdən malların qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı yalnız absurd iddia olan pul tələbi barədə müraciət etmiş, halbuki özü müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsini geri götürdükdə artıq müqavilənin icrasından imtina etmişdir. Belə olan halda, cavabdeh haqlı olaraq travers və polietilenlərdə olan tələbatının digər mənbədən təmin etmişdir. Lakin Məhkəmə qanunvericiliyin bunormasını da nəzərə almamış və hesab etmişdir ki, müqavilə müddətinin bitməsinə baxmayaraq cavabdeh illərlə iddiaçının mallarını gözləməli idi. Məhkəmə qərəzli mövqeyini bir daha sübuta yetirmişdir. Belə ki, qeyd olunan maddəyə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz tələb edə bilər. Birincisi iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir ki, cavabdehin ödənişin edilməsinə öhdəlik yaransın və o bunu gecikdirsin. İkincisi,müqavilə üzrə cərimənin ödənişi nəzərdə tutulmuş və məhkəmə müqavilə üzrə 4.300 manat məbləğində cərimə tətbiq etmişdir. Lakin buna baxmayaraq məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% ilə hesablanmış 4.307,27 manat məbləği da təmin etmişdir. Məhkəmə qərəzli olaraq iki dəfə cərimə tətbiq etmişdir. Halbuki bir öhdəliyin pozulmasına görə iki dəfə cərimə tətbiq edilə bilməz. Həmçinin Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ucbatından əlavə xərc çəkib (7080 manat), sınaq keçirib, bu səbəbdən bu məbləğ cavabdehdən tutulmalıdr. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya dəfələrlə sınağın keçirilməsi təklif olunsa da, iddiaçı bundan imtina etmişdir. İddiaçı öz təşəbbüsü ilə cavabdehin razılığı və iştirakı olmadan keçirilmiş sınağa görə niyə pul ödəməsi anlaşılan deyil. Həmçinin qeyd olunmalıdır ki, keçirilmiş sınaqda dəmir yolunda qaldırılan yüklərə aid yüklər olmayıb, ona görə keçirilmiş sınaq mənasız və subyektiv olub. Digər tərəfdən bu sınaq onu sübuta yeitirir ki, 3 il ərzində travers və polietilen kəmərlər digər sahədə bu müddət ərzində istifadə oluna bilərdilər və hazırda onların harada və hansı şəraitdə saxlanılması barədə məlumat yoxdur, digər tərəfdən aydın olur ki, iddiaçıya heç bir zərər dəyməyib, çünki həmin malları yük qaldırma ilə bağlı olan şirkətlərə rahatlıqla sata bilər. Məhkəmə gedişi dövründə də iddia həcminin artırılması barədə ərizə verilməmişdir. Lakin Məhkəmə qərəzli olaraq, iddia tələbindən kənara çıxmış və iddiada cavabdehin üzərinə öz təşəbbüsü ilə traverslərin qəbul etmə öhdəliyi qət etmişdir. Məhkəmə qeyd edir ki, gələcəkdə traverslərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənildiyi halda, tərəflər arasında yeni mübahisə meydana çıxmaması və cavabdeh müqavilə üzrə aldığı malları qəbul etməyə borclu olduğu üçün cavabdeh traversləri qəbul etməklə onların dəyərini ödəməlidir. İddiaçı iddia tələbində traverslərin qəbul edilməsini qeyd etməmişdir. Məhkəmə öz təşəbbüsü ilə cavabdeh üçün öhdəlik yaratmış, halbuki belə bir öhdəlik müqavilənin müddəti qüvvədə olarkən və iddia tələbində əks olunduğu halda qoyula bilərdi. Məhkəmə iddia tələbindən kənara çıxmaqla kobud pozuntu etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, şikayət formal şikayətdən başqa bir şey deyil. Belə ki, cavabdeh tərəfin yeganə iddiası traveslərin və polietilen kəmərlərin lazımi keyfiyyətdə olmaması idi. Bu isə məhkəmə eksperimenti zamanı, mütəxəssislərin rəyi, video və fotolarla tam olaraq inkar olundu. Belə ki, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə ekspertmenti (sınaqmüayinə) zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəf üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam yerinə yetirmiş, traveslər və polietoilen kəmərləri vaxtında və lazımi keyfiyyətdə təhvil vermişdir. Lakin, cavabdeh tərəf öz apelyasiya şikayətini bu hissə ilə deyil, müqavilənin bitdiyini, vaxtında təhvil verilmədiyini, malların ümumiyyətlə təhvil verilmədiyini və sair əsassız hallara əsaslandırmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam, vaxtında yerinə yetirmişdir. Əgər mallar vaxtında təhvil verilməmişdirsə, bəs cavabdeh tərəf xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfin iştirakı olmadan traveslərdən birini necə deformasiyaya uğratmışdır?! Bundan sonra traveslərin götürülməsini niyə tələb etmişdir?! Müqavilənin müddəti keçibsə niyə iddia müddətinin keçməsi barədə ərizə verməmişdir?! Digər tərəfdən müqavilənin müddətinin bitməsi, öhdəliyin icrasını dayandırmır və cavabdeh tərəfdən öhdəliyin yerinə yetilməməsi üçün əsas deyildir (iddiaçı malları təhvil verməklə öhdəliyini vaxtında yerinə yetirmişdir). Digər tərəfdən cavabdeh tərəf hesab edir ki, "xxxx" QSC-nin səhmləri dövlətə məxsusdur və istədiklərini edə bilərlər və hətta müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmək ixtiyarları var. Bu kimi hallar (öhdəliyin vaxtında yerinə yetirilməməsi) ölkədə cavabdeh kimi hüquqi şəxslərin maliyyə sabitliyinə ciddi mənfi təsir edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

28. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, mübahisə predmetini təşkil edən traverslər təhvil-təslim sənədi rəsmiləşdirilmədən cavabdehə təqdim edilmiş və eyni qaydada geri qaytarılmışdır. Travers təqdim edilərkən əyri deyildi, keyfiyyətsiz olduğu üçün əyilmişdir. Traverslər vaxtında təhvil verilməmiş, ona görə başqa şirkətlə müqavilə bağlayıb, mal alıblar.

29. İddiaçının nümayəndəsi, eyni zamanda nümayəndəsi/vəkili apellyasiya şikayətinə etiraz etdilər. İddiaçının nümayəndəsi/vəkili bildirdi ki, iddiaçı traversləri geri qaldıqdan sonra istehsalçı ilə əlaqə saxlayıb və onlar Azərbaycana gəliblər. İddiaçı əyilən traversləri yoxlamaq məqsədilə təhvil alıb və müayinə etmişdir. Tətbiq edilən hüquq:

30. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -466.1-ci maddəsinə görə.əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -570.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1-ci maddəsinə görə müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda. -571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. -586.1-ci maddəsinə görə qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. -586.2-ci maddəsinə görə gər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cümaddəsinə görə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. -587.4-cü maddəsinə görə komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. -588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. -588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 596.1-cı maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. 596.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. 596.3-cü maddəsinə görə alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

31. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

32. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə- ödənişin gecikdirildiyi vaxt üçün illik 5%-lə tutulacaq faiz məbləği hissəsindədəyişdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Əvvəla qeyd edilməlidir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" QSC arasında traverslərin və polietilen kəmərlərin satın alınmasına dair xx.xx.2022-ci il tarixli 189982 nömrəli və vaqonların qumlanması və rənglənməsi işlərinin satın almasına dair xx.xx.2022-ci il tarixli 144527 nömrəli müqavilələr bağlanmışdır. İddiaçı hər iki müqavilə üzrə tələblərlə məhkəməyə müraciət etsə də, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın yalnız xx.xx.2022-ci il tarixli, 189982 nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqavilə üzrə irəli sürülmüş tələblərin təmin edilmiş hissəsi ilə məhdudlaşır.

38. Həmin hissədə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 189982 nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə qabiliyyəti 60 ton olan 3 ədəd, yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traverslər və polietilen kəmərlər xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. xx.xx.2022-ci ildə yükgötürmə qabiliyyəti 80 ton olan travers yükü qaldırarkən deformasiyaya uğramışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya müraciət edilərək traversin deformasiyaya uğradığı bildirilmişdir. Bundan sonra iddiaçı traversləri cavabdehdən götürərək sınaq keçirilməsi üçün “ATR Caspain LTD” AR nümayəndəliyinə təqdim etmiş, sözügedən şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə traverslərin yük sınağı keçirilərək qüsurlar aşkar edilməmişdir. Hazırda cavabdeh təqdim etdiyi malların lazımi keyfiyyətdə olduğunu, lakin iddiaçının əsassız olaraq müqavilə üzrə traversləri geri təhvil almaqdan imtina etdiyini əsas göstərərək müqavilə üzrə təqdim edilmiş malların dəyərinin, dəymiş zərərin (sınağın keçirilməsinə sərf etdiyi vəsaitin), faizlərin və dəbbə pulunun ödənilməsini tələb edir.

39. Cavabdeh təqdim edilmiş malların lazımi keyfiyyət tələblərinə cavab vermədiyini, eyni zamanda müqavilənin icra müddətinin artıq başa çatdığını, müqavilədə nəzərdə tutulmuş malları başqa şirkətdən aldığını, belə olan halda həmin malları əldə etməyə maraqlarının itdiyini qeyd edir və iddianın rədd edilməsini tələb edir.

40. Kollegiya əvvəla müqavilə üzrə malları vermək öhdəliyinin vaxtında icra edilibedilməməsi məsələsi ilə bağlı qeyd edir ki, traverslərin və polietilen kəmərlərin satın alınmasına dair xx.xx.2022-ci il tarixli 189982 nömrəli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə verilməsi nəzərdə tutulan və hazırda ödənilməsi tələb edilən travers və polietilen kəmərlərin 2022-ci ilin sentyabrın 21-də cavabdehə təqdim edilməsi işin mübahisəsiz halını təşkil edir. Hazırda cavabdeh sözügedən malların yuxarıda göstərilən tarixdə onun istifadəsinə və sahibliyinə verilməsi faktını mübahisələndirilməsə də, həmin faktı alqı-satqının predmeti olan malların ona təhvil verilməsi kimi dəyərləndirmir, malları yalnız sınaq üçün götürdüyünü və sınaqdan keçmədiyindən malları təhvil almadığını və təhvil-təslim aktını imzalamadığını bildirir.

41. Bununla bağlı qeyd edilməlidir ki, birincisi, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində malların ilkin olaraq keyfiyyətin yoxlanılması üçün alıcıya təqdim edilməsi və yalnız yoxlamadan keçdikdən sonra təhvil alınacağı barədə şərt yer almamışdır. Bundan əlavə traverslərin keyfiyyətinin alıcı tərəfindən bu qaydada yoxlanılması müvafiq sahədə formalaşmış işgüzar dövriyyə adətlərindən və ya adətən tətbiq edilən digər şərtlərdən də irəli gəlmir.

42. İkincisi, sözügedən malların cavabdehə təqdim edilməsinin məqsədinin malların keyfiyyətinə dair sınaq keçirilməsi olması fərz edilərsə belə ağlabatanlıq baxımından təhvil alınmamış malların ilkin yoxlanılması mallar təqdim edildikdən dərhal və ya qısa müddət ərzində, hər iki tərəfin nümayəndələrin iştirakı ilə keçirilməli idi. Hazırkı halda isə yükqaldırma əməliyyatı yalnız cavabdehin nümayəndələrin iştirakı ilə traverslərin təqdim edildiyi vaxtdan bir həftə sonra aparılmışdır. Bundan əlavə o da vurğulanmalıdır ki, mübahisəli mallar cavabdehə təqdim edildiyi gün iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmiş və həmin qaimələr qanunvericilikdə nəzərə tutulmuş müddətdə düzəliş üçün qaytarılmamışdır. Göstərilən hallar malların iddiaçıya təhvil verilməməsi, yalnız sınaq aparılması üçün təqdim edilməsi barədə cavabdehin arqumentlərinin əsassızlığına dəlalət edir.

43. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə malların xx.xx.2023-cü ildə təqdim edilməsi alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi, yəni satıcının alqı-satqı predmeti olan əşyanı vermək öhdəliyinin vaxtında icrası kimi qiymətləndirilməlidir.

44. Belə olan halda isə iddiaçı tərəfindən mübahisəli mallar müqavilədə nəzərdə tutulmuş müddətdə cavabdehə təqdim edildiyindən cavabdehin iddiaçının müqavilə öhdəliklərinin icrasını gecikdirməsinə və nəticə etibarilə əşyanın əldə edilməsinə dair marağının itməsinə istinadı da əsassızdır.

45. Odur ki, hazırkı halda müqavilə üzrə təqdim edilmiş malların sonradan iddiaçıya geri verilməsinə, yəni faktiki olaraq iddiaçının müqavilədən imtina etməsinə alıcının lazımi keyfiyyətdə olmayan mallar təqdim edilməsi halı üçün qanunvericilikdə nəzərdə tutulan müdafiə mexanizmlərindən istifadə etməsi kontekstində hüquqi qiymət verilməlidir.

46. Bu istiqamətdə hüquqi dəyərləndirmə isə ilk növbədə iddiaçı tərəfindən təqdim edilmiş traversin istifadə zamanı əyilməsinin səbəblərinin araşdırılmasını tələb edir. Belə ki, Mülki Məcəllənin 588-ci maddəsinin məzmunundan da göründüyü kimi əşyanın qüsurları əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyi hallarda satıcının həmin qüsurlara görə məsuliyyəti istisna edilir.

47. Hazırkı halda isə ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehdə təqdim edilərkən traversin əyriliyinin olmaması, həmin traversin cavabdeh tərəfindən istifadə edilməsi zamanı əyilməsi işin mübahisəsiz halıdır.

48. Digər tərəfdən iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərə və digər materiallarına əsasən istehsalçı şirkət tərəfindən traversin deformasiyaya uğramasının səbəblərinin müəyyənləşdirmək üçün araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq traversin əyilmənin ondan istifadə qaydalarının pozulması – qaldırılmış yükün tarazlaşdırılmış olmaması, strop kəmərlərin lazımi qaydada fiksasiya edilməməsi və ağırlıq mərkəzinin dəqiq müəyyən edilməməsi nəticəsində baş verdiyi müəyyən edilmiş, cavabdehin traversdən istifadə zamanı yol verdiyi nöqsanlar sadalanmış və gələcəkdə traversdən istifadə üçün tövsiyələr verilmişdir. İddiaçı isə traversin əyilməsinin malın keyfiyyəti ilə bağlı olduğunu iddia etsə də, istehsalçı şirkətin traversin düzgün istismar edilməməsi barədə irad və tövsiyələrinə münasibətdə hər hansı əks arqumentlər irəli sürməmişdir, eləcə də traversdən istifadə edilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsinə, ağırlıq mərkəzinin işarələnməsinə və s. dair hər hansı sübut təqdim etməmişdir. Bundan sonra iddiaçı tərəfindən mübahisəli traverslərin keyfiyyətinin yoxlanılması üçün “ATR Caspain LTD” AR nümayəndəliyinə müraciət edilmiş və həmin şirkət tərəfindən də traverslərin yük sınağı keçirilmiş və hər hansı qüsur aşkar edilməmişdir. Məhkəmə araşdırması gedişində tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş və həmin müayinə zamanı traverslər əyilmədən, deformasiya olmadan müvafiq olaraq 83 və 62 tonluq yükləri qaldırması müşahidə edilmişdir.

49. Göstərilən hallar məcmu şəkildə belə qənaətə gəlməyə əsas verir ki, traversin deformasiya uğraması onun keyfiyyət tələblərinə cavab verməməsi ilə bağlı olmamış, məhz iddiaçı tərəfindən düzgün istifadə edilməməsi nəticəsində baş vermişdir.

50. Odur ki, hazırkı halda Mülki Məcəlləni 588.2-ci maddəsinin tələblərinə əsasən traversdə yaranmış qüsurlara görə iddiaçı məsuliyyət daşımadığından cavabdeh Mülki Məcəllənin 587.2-ci maddəsində nəzərdə tutulmuş müdafiə mexanizmlərindən istifadə etməklə malların geri götürülməsini tələb etməkdə haqlı olmamışdır.

51. Beləliklə, cavabdehin qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan, yəni əsassız olaraq müqavilədən imtina etdiyindən iddiaçı Mülki Məcəllənin 598.4-cü maddəsinə əsasən cavabdehdən alqı-satqı müqavilə üzrə malların yenidən təhvil alınmasını və dəyərinin ödənilməsini tələb etmək hüququna malikdir.

52. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, cavabdehin tələbi ilə mübahisəli traverslər iddiaçı tərəfindən geri götürülərək yoxlanılması üçün “ATR Caspain LTD” AR nümayəndəliyinə təqdim edilmiş və həmin şirkətin sınağının nəticələri alındıqdan sonra dəfələrlə (xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və s.) malların yenidən təhvil alınması və dəyərinin ödənilməsi üçün cavabdehə müraciətlər edilmişdir. Belə olan halda isə aydın görünür ki, iddiaçı tərəfindən malları cavabdehdən götürülməsinin malların alıcı tərəfindən şübhə altına alınan keyfiyyətinin öz hesabına yoxlamaq məqsədi daşıdığından həmin fakt (malların iddiaçı tərəfindən geri götürülməsi) iddiaçının müqavilənin ləğv edilməsi ilə razılaşması kimi qiymətləndirilə bilməz.

53. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin cavabdeh traversləri qəbul etməklə ondan 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərlərə görə 6218,13 manat, 3 ədəd 60 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik traveslərə görə isə 79927,30 manat iddiaçının xeyrinə tutulmalı barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

54. Kollegiya həmçinin traversləri qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində birinci instansiya məhkəməsi tərəfindən iddia tələblərindən kənara çıxılması barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən işə baxılması hədləri irəli sürülmüş iddia tələbləri ilə məhdudlaşdırılsa da, qanunverici müstəsna hallarda bütün proses iştirakçılarının hüquqlarının və maraqlarının qorunması, eləcə də ədalətliliyin təmin edilməsi məqsədilə iddia tələblərindən kənara çıxılmasına da yol verir. Hazırkı halda iddiaçının xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə irəli sürdüyü əsas iddia tələbinin predmetini həmin alqı--satqı müqaviləsi üzrə təqdim edilmiş malların, o cümlədən mübahisəli traverslərin dəyərinin ödənilməsini tələb etmək hüququ təşkil edir, iddia tələbinin əsası kimi isə, xx.xx.2022-ci il tarixli müqaviləyə, eləcə də cavabdehin tərəfindən həmin müqavilə üzrə öhdəlikləri icra etməkdən, eləcə də lazımi icranı qəbul etməkdən imtina edilməsi faktlarına istinad edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddiasında traversləri qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi aydın şəkildə ifadə edilməmişdir. Lakin cavabdehin mübahisəli müqavilədən, o cümlədən traversləri qəbul etməkdən imtinasının əsassız hesab edilərək alqı-satqının predmeti olan malların dəyərinin ödəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsi son nəticədə həmin qətnaməyə əsasən dəyəri cavabdeh tərəfindən ödəniləcək malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini, cavabdeh tərəfindən isə qəbul edilməsini də labüd edir. Odur ki, məhz cavabdehin hüquq və mənafelərinin qorunması, eləcə də yeni mübahisələrin yaranmasının qarşısının alınması və bununla da hər iki tərəfin hüquqlarının məhkəmədə effektiv müdafiəsinin təmin edilməsi baxımından kollegiya hesab edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının üzərinə malların qəbul etmək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması prosessual pozuntu kimi qiymətləndirilməməlidir.

55. İddiaçı həmçinin traverslərin keyfiyyətinin yoxlanılması məqsədilə keçirilmiş yük sınağına görə tərəfindən ödənilmiş ƏDV daxil 7080 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 443.1-ci maddəsi təşkil edir.

56. Həmin tələblə bağlı kollegiya hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehin alqı-satqı müqaviləsinin icrasından əsassız imtina etməklə müqavilə öhdəliklərinin pozuntusuna yol verməsi, nəticədə iddiaçının təqdim etdiyi malın keyfiyyətliliyini sübuta yetirmək üçün xərc çəkməyə məcbur olması, yəni iddiaçıya real maddi zərər vurulması işin yuxarı göstərilən halları ilə öz təsdiqini tapmış, eləcə də maddi zərərin məbləğini təsdiq edən sübutlar (“ATR Caspain LTD” AR nümayəndəliyinə sınağa görə ödənilən pul vəsaiti) məhkəməyə təqdim edilmişdir. Odur ki, həmin hissədə iddia əsaslıdır.

57. Bununla yanaşı iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən faizlərin və dəbbə pulu tutulması da tələb edilmişdir.

58. Eyni pozuntuya (eyni müddət üçün pul öhdəliyinin icrasının gecikdirilməsinə) görə eyni zamanda iki fərqli maliyyə sanksiyasının (dəbbə pulu və Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən faizlər) tətbiq edilməsi mümkünlüyü məsələsinə münasibətdə kollegiya qeyd edir ki, göstərilən məsələyə qiymət vermək üçün ilk növbədə hər iki əsasla pul məbləğinin tutulmasının hüquqi təbiətinə aydınlıq gətirilməlidir.

59. Bu zaman dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulunun hesablanması üsuluna görə növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği olaraq tutulur, bundan fərqli olaraq dəbbə pulunun digər növü olan “penya” öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərindən göründüyü kimi həmin müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

60. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsində zərərlə nisbətinə görə 4 dəbbə pulu növü fərqləndirilmişdir. Belə ki, həmin maddəyə görə qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə xarakterli dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur. Başqa sözlə desək, cərimə xarakterli dəbbə pulu istisna olmaqla dəbbə pulunun sadalanan digər növlərinin tətbiqində məqsəd şəxsin öhdəliyin pozuntusuna görə cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etmək və öhdəliklərin pozulması nəticəsində zərərçəkmiş şəxsin hüquqlarını bərpa etməkdən ibarətdir.

61. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.

62. Digər tərəfdən Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin fomalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.

63. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

64. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab dilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

65. Beləliklə, kollegiya cavabdehin mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirməsinin işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 462-ci maddəsinin tələblərinə əsasən müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (penyanın) tutulmasını tələb etmək hüququna malikdir. Odur ki, birinci instansiya məhkəməsi kreditorun əmlak və digər əsaslı mənafeləri, əsas borcun məbləğini və digər diqqətəlayiq halları nəzərə almaqla cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunu 4300 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

66. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq bir illik müddət üçün hesablanmış 4307,27 manat məbləğində faizlərin tutulması isə yuxarıda qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla yalnız dəbbə pulu məbləği ilə tam əhatə olunmayan hissədə, yəni 7,27 (4307,27-4300) manat həddində təmin edilə bilər. Odur ki, faizlərin tutulması hissədə qətnamə dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulacaq məbləğ 7,27 manat məbləğində müəyyən edilməlidir.

67. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən şikayətin təmin edilmiş hissəsinə mütənasib olaraq həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

68. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-543/2025 saylı qətnaməsi qismən- illik beş faiz ilə tutulacaq borc hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" QSC-dən 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqaviləyə əsasən iddiaçının xeyrinə öhdəliyin icrasının gecikdirilməsinə görə iillik beş faiz ilə tutulacaq məbləğ 7,27 (yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində müəyyən edilsin. Qalan hissədə mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh "xxxx" QSC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar