Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-724/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dödvlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Goranboy rayon, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 06M000000897 saylı ipoteka müqaviləsinə əsasən onların arasında bağlanmış xx.xx.2010-cu il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 məxsus olmaqla Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dödvlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX serialı, 00776018 nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus olmaqla Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi İddiaçı QSC-nin “Gəncə” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dödvlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX serialı, ******* nömrəli çıxarışa əsasən Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında yerləşən qeyri-yaşayış binasına dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, GNC- 2097 ip saylı ipoteka müqavilənə əsasən onların arasında bağlanmış xx.xx.2014-cü il tarixli baş kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 məxsus olan Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında istifadədə olan 0,35 ha torpaq sahəsində yerləşən 3.420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus Goranboy rayonu, Goran qəsəbəsində yerləşən qeyri-yaşayış binası 0,35 ha torpaq sahəsilə birlikdə Cavabdeh1 ASC Gəncə Filialının xeyrinə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 Muharıf oğluna qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, GNC 2097 ip saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 07L000002449 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 06M000000897 saylı ipoteka müqaviləsi (Goranboy rayonu Dövlət Notariat Kontorunun dövlət notariusu Z.M.Ağcayev tərəfindən təsdiq edilib) əsasında Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə şəhər Ərazi İdarəsi tərəfindən 6 №-li reyestr kitabının 74 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinin onun kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh öhdəliklərini icra etmədiyindən iddiaçı ona və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə Goranboy Rayon Məhkəməsinə müraciət edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-01/2020 saylı qətnaməsi ilə cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 06R000018703 saylı kredit razılaşması üzrə 41.340,89 ABŞ dolları əsas, 9.487,49 ABŞ dolları faiz və 1.000 ABŞ dolları cərimə, 006R********** saylı kredit razılaşması üzrə 92.329,20 manat əsas, 29.134,03 manat faiz və 1.500 manat cərimə, 006KK**********01 saylı kredit razılaşması üzrə 4.993,21 ABŞ dolları əsas, 912,34 ABŞ dolları faiz və 200 ABŞ dolları cərimə, 150 manat məhkəmə xərcləri tutulmuş, tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən Cavabdeh2 mülkiyyətində olan 23 saylı mənzilinə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində Cavabdeh2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli ümumi sahəsi 133,2 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Cavabdeh2 Cavabdeh1 ASC-yə və üçüncü şəxs İddiaçı QSCyə qarşı iddia qaldırmış və iddiasında Goranboy rayonu, Goran qəsəbəsi Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2014-cü il tarixli, GNC-2097 saylı ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Təyin edilmiş məhkəmə iclaslarında iştirak etdikdən sonra aydın olmuşdur ki, iddiaçının xeyrinə yüklü edilmiş Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsi bankın razılığı olmadan digər bir bankla - Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında xx.xx.2014 tarixli, GNC-2097 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsində yerləşən 3.420 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1405/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (sədrlik edən hakim R.Səmədov).
10. Həmin qətnamədən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7389/2021 nömrəli qərardadı ilə qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1405/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim İ.Şirinov, hakimlər T.Səmədov, A.Tanrıverdiyev).
11. Qərardaddan Cavabdeh2 kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2265/2022 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7389/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Ə.Əliyev, hakimlər B.Qəribov, İ.Hüseynov).
12. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (sədrlik edən hakim A.Əliyeva).
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Belə ki, Cavabdeh2 ona məxsus olan Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsini iddiaçı ilə bağladığı xx.xx.2012-ci il tarixli, 06M000000897 saylı müqavilə ilə yüklü etmiş, daha sonra isə Cavabdeh1 ASC ilə imzaladığı GNC-2097 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilə ilə həmin ərazidə yerləşən 3.420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İddiaçı qeyd etmişdir ki, girov predmeti olan əmlak barəsində yalnız girov saxlayanın razılığı ilə sərəncam verilə bilər. Məhkəmə hesab etmişdir ki, qeyd edilən hal müqavilənin etibarsızlığına əsas ola bilməzdi.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu, 310-cu, 337.1-ci, 339.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı, 10.1-ci, 51-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 107-ci, 119.1-ci, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı QSC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-1033/2022 saylı qətnaməsi ilə İddiaçı QSC və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova)
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi hüquqi nəticə ilə razılaşaraq hesab etmişdir ki, Cavabdeh2 iddiaçı ilə bağladığı ipoteka müqaviləsində yalnız Goranboy rayonu, Goran qəsəbəsində yerləşən torpaq sahəsini ipoteka qoyduğundan, ondan sonra həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı "xxxx" ASC ilə ipoteka müqaviləsinin bağlamasında hər hansı qanun pozuntusu olmamışdır. Çünki torpaq sahəsi üzərində tikilinin olmasından asılı olmayaraq, yalnız torpaq sahəsinin ipotekaya qoyulması imkanı, habelə belə torpaq sahəsinə tutma yönəldiyi halda yaranan hüquqlar və münasibətlər “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 51.1 və 51.2-ci maddələrində göstərilmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, Cavabdeh2 ona məxsus ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasını başqa bir şəxsin xeyrinə ipoteka ilə yüklü etməsi mübahisəli ipoteka müqaviləsinin etibarsızlığına səbəb olmur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284.2-ci, 337.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.8-ci, 51.1-ci və 51.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı QSC qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh2 da qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-220/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-1033/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2014-cü il tarixli, GNC-2097 nömrəli ipoteka müqaviləsində yalnız Goranboy rayon, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında istifadədə olan 0,35 ha torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka predmeti kimi göstərilsə də, “Hüquqların dövlət qeydiyyatı haqqında” xx.xx.2014cü il tarixli, ******* saylı Çıxarışa əsasən göstərilən qeyri-yaşayış sahəsi ilə yanaşı onun yerləşdiyi torpaq sahəsinin də yenidən ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. Belə olan vəziyyətdə həmin torpaq sahəsinin artıq ipoteka ilə yüklü olmasına baxmayaraq, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbinə riayət edilməməklə ilk ipoteka kimi yüklü edilməklə qeydiyyata alınmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı ümumiyyətlə qiymətləndirməmişdir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.8-ci maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Cavabdeh2 tərəfindən qanunun bu tələbinə uyğun olaraq müvafiq məlumatlandırma vəzifəsinin də yerinə yetirilib-yetirilməməsi araşdırılıb qiymətləndirilməlidir. Bundan başqa, xx.xx.2014-cü il tarixli, GNC-2097ip nömrəli ipoteka müqaviləsi notariat qaydasında təsdiq olunmamışdır. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilmədən bağlandığından, apellyasiya instansiyası məhkəməsinin "xxxx" ASC ilə ipoteka müqaviləsinin bağlamasında hər hansı qanun pozuntusu olmamışdır” nəticəsi qanuni və əsaslı hesab edilə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
27. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
28. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 135.4-cü maddəsinə əsasən (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır; 284.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka); 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir; 10.8-ci maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir; 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 12.3-cü - 12.3.1-ci maddələrinə əsasən daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti təqdim olunur; 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir; 31.1-ci maddəsinə əsasən ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini (ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; və ya ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini) tələb edə bilər; 31.2-ci maddəsinə əsasən ipoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır; 51.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir; 51.2-ci maddəsinə əsasən torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.03-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
36. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə İddiaçı QSC-nin və Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasının xahiş edildiyini nəzərə alıb, qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə bilrikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin və bu müqavilənin ayrılmaq tərkib hissəsi olan razılaşmaların icrasının təminatı olaraq, sonuncu xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olmaqla Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsini iddiaçı qarşısında ipoteka ilə yüklü etmiş və iddiaçının bu əmlak üzərindəki hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra Cavabdeh2 ipoteka predmetini təşkil edən həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və digər Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin icrasının təminatı olaraq, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən həmin qeyri-yaşayış binasını Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü etmişdir.
39. Hazırda iddiaçı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən onun qarşısında ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin onun razılığı olmadan bağlandığını və bununla da bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinin pozulduğunu iddia edərək, həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh2 da öz apellyasiya şikayətində məhz bu mövqeydən çıxış edir.
40. Məhkəmə kollegiyası iddiaçının mövqeyi, o cümlədən dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, cavabdehlər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi Gəncə Asan Xidmətdə notarial kontoru tərəfindən təsdiq edilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinin predmeti sonuncunun mülkiyyətində olan torpaq sahəsi olduğu halda, onunla Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin predmeti həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası olmuşdur. Belə ki, bu müqavilədə ipoteka predmeti qismində Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında istifadədə olan 0,35 ha torpaq sahəsi deyil, bu sahədə yerləşən 3.420 kv.m ölçüdə 1 mərtəbəli qeyri yaşayış binası göstərilmişdir.
41. Nəzərə alınmalıdır ki, xx.xx.2012-ci il tarixdə ipoteka müqaviləsi bağlanan zaman həmin qeyri-yaşayış binası hələ mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Digər tərəfdən tərəflər arasında ipoteka müqavilələrindən irəli gələn münasibətlər yaranan zaman qüvvədə olan qanunvericilikdə bu əmlakların Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda İddiaçı QSC və Cavabdeh1 ASC qarşısında yaranmış kredit öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü edilməsini qadağan edən hər hansı norma da mövcud olmamışdır. Belə ki, bu əmlakların vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti olmasını hüquqi baxımdan şərtləndirən müddəa Mülki Məcəllənin 135.4-cü maddəsinə (3-cü cümlə - torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir) yalnız xx.xx.2018ci il tarixdə əlavə edilmişdir.
42. Torpaq sahəsi üzərində tikilinin olmasından asılı olmayaraq, yalnız torpaq sahəsinin ipotekaya qoyulması, habelə torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin ayrı-ayrılıqda, hətta müxtəlif şəxslər qarşısında ipoteka ilə yüklü edilməsinin hüquqi baxımdan mümkünlüyü “İpoteka Haqqında” Qanunun 51-ci maddəsində də təsbit edilmişdir. Bu maddənin 3-cü hissəsində “İpoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən tikilisi eyni ipoteka saxlayana ipoteka qoyulursa,” ifadəsi birmənalı şəkildə mövcud olan tikilinin başqa ipoteka saxlayana ipoteka qoyulmasının mümkünlüyünü özündə ehtiva edir. Eyni zamanda, belə tikililərin digər ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilməsi zamanı ipoteka qoyanın üzərinə onun yerləşdiyi torpaq sahəsinin ipoteka saxlayanına bu barədə hər hansı formada məlumat verməsi vəzifəsi qoyulmamışdır.
43. Bu baxımdan mülkiyyətində olan 3.420 kv.m ölçüdə 1 mərtəbəli qeyri yaşayış binasını Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edərkən Cavabdeh2 bu barədə İddiaçı QSC-yə məlumat verilməsi vəzifəsi daşımamış, sonuncunun isə bu məsələyə münasibət bildirilməsi (razılıq verməsi və ya verməsi) hüququ olmamışdır.
44. Bu sahəni tənzimləyən qanunvericilikdə yalnız sonrakı ipotekanın (ipoteka ilə yüklü edilmiş əmlaka sərəncam verilməsinin) mümkünlüyü əvvəlki ipoteka saxlayanın yazılı razılığından asılı edilmiş və bu qaydaya riayət edilməməsi halında əvvəlki ipoteka saxlayana sonrakı ipoteka ilə bağlı bağlanmış əqdin etibarslzlığını mübahiləndirmək hüququ verilmişdir.
45. Eyni zamanda, ipoteka qoyanın üzərinə ipoteka predmeti barəsində, o cümlədən üçüncü şəxslərin hüquqları, əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri, məbləği və sair barədə ipoteka saxlayanı yazılı formada xəbərdar edilməsi vəzifəsi qoyulmuşdur. Lakin Cavabdeh2 torpaq sahəsinin İddiaçı QSC qarşısında ipoteka ilə yüklülüyü barədə Cavabdeh1 ASC-yə məlumat verməsi öz təsdiqini tapmır. Cavabdeh1 ASC-nin də bu barədə məlumatlı olmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Bu hal torpaq sahəsinin "xxxx" ASC qarşısında ilk ipoteka kimi yüklü edilməklə qeydiyyata alınması ilə də təsdiq olunur.
46. Halbuki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən torpaq sahəsini də Cavabdeh1 ASC qarşısında yüklü etdiyi təqdirdə “İpoteka Haqqında” Qanunun 10.8-ci maddəsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirərək, bununla bağlı aidiyyəti məsələlər barədə yazılı formada xəbərdarlıq etməli, habelə razılıq alınması üçün İddiaçı QSC-yə müraciət etməli idi. Cavabdeh1 ASC-nin də yüklülük barədə məlumatı olsa idi bu qaydada rəsmiləşdirmə aparılmasının tərəfdarı olmazdı. Nəzərə alınmalıdır ki, həm Cavabdeh2, həm də Cavabdeh1 ASC kredit öhdəliklərinin təminatı olaraq, torpaq sahəsinin deyil, yalnız torpaq sahəsi üzərində olan qeyri-yaşayış binasının ipoteka ilə yüklü edildiyini bildirir.
47. Bununla belə, xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin predmeti olan torpaq sahəsi xx.xx.2014-cü il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinin predmeti olmamış, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsində torpaq sahəsinə istinad isə məlumat xarakterli olmaqla, qeyri-yaşayış binasının ünvanının, habelə binanın yerləşdiyi sahənin ümumi ölçüsünün dəqiqləşdirilməsi xarakteri daşımışdır. Lakin xx.xx.2014-cü il tarixli müqavilədə istinad olunmuş RX serialı, ******* nömrəli çıxarışda həm torpaq sahəsi, həm də qeyri-yaşayış binası mülkiyyət kimi göstərildiyindən, "xxxx" ASC-nin xeyrinə aparılmış yüklülük hər iki əmlakı əhatə etmiş, bu da öz əksini aparılmış qeyddə və onun əsasında verilmiş RX serialı, ******* nömrəli çıxarışda tapmışdır ki, belə bir halın mövcudluğu da iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hər bir halda, məsələ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində düzəlişin edilməsi imkanı da itirilməmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən digər bəndlər üzrə məhkəmə kollegiyasının mövqeyi də həmin müqavilənin etibarsızlığını istisna edir.
48. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, İddiaçı QSC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı QSC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.