Məhkəmə qərarları › İş №2-2(103)-728/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-728/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-728/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1052/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1052/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən xx.xx.2020-ci il tarixində verilmiş apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə MPM-in 10- 1.3-cü maddəsinin tələbinə müvafiq elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində yenidən Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. http://www.eqanun.az/alpidata/code/data/0/c_c_9.htm Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan poçt qəbzinə (ştrix kod SS676328115AZ) əsasən müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2020-ci il tarixində rəsmi qaydada almış, həmin qətnamədən xx.xx.2020-ci il tarixində verdiyi apellyasiya şikayəti Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmış, sonradan isə həmin kabinet vasitəsilə apellyasiya şikayətini xx.xx.2020-ci il tarixində məhkəməyə təqdim etmişdir. Lakin xx.xx.2020-ci il tarixində artıq qanunla müəyyən edilən bir aylıq şikayət vermə müddəti ötürülmüş olur (Qətnaməni rəsmi qaydada alındığı xx.xx.2020-ci il tarixindən hesablanan şikayət vermə müddətinin son günü xx.xx.2020-ci il tarixinə düşdüyü nəzərə alınmaqla, həmin müddət 11 gün buraxılmışdır). MPM-in 130.3-cü maddəsində nəzərdə tutulur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır, onu vermiş şəxsə qaytarılır. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlara diqqət yetirməmiş, iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə müvafiq vəsatət təqdim etmədiyi halda, MPM-in 130.3-cü və 363.1.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, onun apellyasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmadığı yoxlanılmadan, birbaşa apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual müddətin keçdiyi və həmin müddətin bərpa olunmasına dair məhkəmə aktı mövcud olmadığı halda isə apellyasiya icraatının mümkünlüyü istisna edilir. Beləliklə də qeyd olunan prosessual pozuntuları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1052/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və ona geri qaytarılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1052/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti onu vermiş iddiaçıya qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar