Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-728/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2898/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2022-ci il tarixli, 33 saylı daşıma xidməti müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 25500 manat məbləğində əsas borcun, 2040 manat bank uçot faiz dərəcəsinin uyğun hesablanmış faizlərin, habelə ödənilmiş 174 manat məbləğində dövlət rüsumunun və vəkil xidməti ilə bağlı ödənilmiş 320 manat məbləğin, ümumilikdə 28034 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, şirkət faktiki olaraq Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərir. Cavabdehin də faktiki olaraq Sumqayıt şəhəri ərazisində yaşamağını nəzərə alaraq hesab edir ki, işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin tələblərinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Kommersiya qurumlarının dövlət reyestri məlumatından müəyyən olunur ki, Cavabdeh MMC-nin vergi ödəyicisi kimi hüquqi ünvanı ünvan 1 Respublikası Məhkəmə- Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 20-ci bəndinə əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi iddiaçı Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin göstərişinə uyğun olaraq hazırkı iddia ilə cavabdehin ünvanının olduğu yer üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etdiyi üçün hazırkı iddianın həmin məhkəmə tərəfindən icraata götürülməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, vəsatətin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsində göstərilən “hüquqi şəxsin ünvanının olduğu yer” dedikdə, hüquqi şəxsin hüquqi ünvanının olduğu yer başa düşülür və təcrübədə də həmin maddə bu şəkildə təfsir olunur. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2898/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-728/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-728/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver