Məhkəmə qərarları › İş №2-2(103)-730/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-730/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-730/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2-2(113)-3290/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə üzrə 16630 manat əsas borcun, 3326 manat dəbbə pulunun və ödənilmiş 151 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3290/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 14 sentyabr 2021-ci il tarixdə bağlanmış daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi üzrə 16630 manat əsas borc, 830 manat cərimə olmaqla ümumilikdə 17460 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-3290/2024 nömrəli qətnaməsinin iddia tələbi təmin edilən hissədə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3290/2024 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3290/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 xx.xx.2025-ci il tarixdə şikayət vermiş, eyni zamanda şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3290/2024 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin direktoru X5 öz xahişi ilə 04 noyabr 2024-cü il tarixində direktor vəzifəsindən azad edilmiş və həmin tarixdən etibarən cavabdehin “ASAN” imzasından istifadə edərək cavabdehin elektron məhkəmə sistemində yerləşən kabinetinə giriş etmək mümkün olmamışdır və həmin tarixdən etibarən cavabdehin direktor səlahiyyətlərinin müvəqqəti olaraq icra edilməsi səlahiyyəti cavabdehin təsisçisi olan "xxxx" MMC tərəfindən Qanuni nümayəndə2 həvalə edilmişdir. Direktor səlahiyyətlərinin müvəqqəti icrasına dair təsisçi qərarı "xxxx" MMC-nin həmin tarixdə direktoru olan X7 tərəfindən imzalanmışdır. Direktor səlahiyyətlərinin müvəqqəti icrası həvalə olunan Qanuni nümayəndə2 tərəfindən Vəkil3 Cavabdeh MMC-nin məhkəmələrdə təmsil edilməsinə dair 04 noyabr 2024-cü il tarixli etibarnamə təqdim edilmişdir. Məhkəmə Qanuni nümayəndə2 cavabdeh adından çıxış edən şəxs kimi səlahiyyətlərini tanımamışdır, lakin Qanuni nümayəndə2 cavabdehin qanuni təmsilçisi kimi səlahiyyətləri iş materiallarına əlavə olunan təsisçi qərarı və çıxarış ilə öz təsdiqini tapır. Bundan başqa, Vəkil3 Cavabdeh MMC-nin məhkəmələrdə vəkil qismində təmsil etməsinə dair verilmiş vəkil orderi elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Qeyd olunan hallara baxmayaraq, məhkəmə etibarnamə üzrə nümayəndə və vəkil olan Vəkil3 elektron məhkəmə sistemi üzərindən işə əlavə etməmiş, bu səbəblə də vəkil və cavabdehə iş üzrə elektron məhkəmə sisteminə yüklənən hər hansı sənəd barədə məlumat daxil olmamışdır. 08 yanvar 2025-ci il tarixində cavabdehin əməkdaşı tərəfindən iş ilə bağlı məhkəmə ilə telefon zəngi vasitəsi ilə əlaqə saxlandıqda apellyasiya şikayətinin geri qaytarıldığı, buna dair qərardad çıxarıldığı haqqında şifahi məlumat əldə edilmişdir. İş üzrə cavabdeh hüquqi məsələlərin həllini etibarnamə üzrə nümayəndə və Vəkil3 həvalə etdiyi və həmin tarixdə cavabdehin aktiv “ASAN” imzası olmadığı üçün cavabdeh obyektiv olaraq proseslərin nümayəndə və vəkilin elektron kabineti üzərindən davam edəcəyini hesab etmişdir. Bu səbəbdən prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən bərpa edilməlidir Bakı Kommersiya Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2-2(113)-3290/2024 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3290/2024 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan cavabehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 xx.xx.2025-ci il tarixdə şikayət vermiş, eyni zamanda şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3290/2024 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3290/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2-2(113)-3290/2024 nömrəli qərardadından şikayət verilməsi üçün Cavabdeh tərəfindən buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3290/2024 nömrəli qərardadından şikayət onunla əsaslandırılmışdır ki, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlarəldəedə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Bu maddə hüquqi şəxsin yalnız öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə vasitəsilə təmsil oluna biləcəyini təsbit edir. Hüquqi şəxsin, yəni cavabdehin əvvəlki direktoru (qanuni təmsilçisi) 04 oktyabr 2024-cü il tarixdə öz xahişi ilə vəzifəsindən azad edilmişdir və elektron imza ona məxsus olduğuna görə cavabdeh elektron məhkəmə sisteminə daxil ola və sənədlərlə tanış ola bilməmişdir. Qanuni təmsilçi dəyişdikdən sonra yeni direktorun səlahiyyətlərini həyata keçirməsi üçün müəyyən texniki və hüquqi prosedurların tamamlanması lazım olmuş, nəticədə sənədlərlə faktiki olaraq vaxtında tanış olmaq mümkün olmamışdır. – Məhkəmə bildirişlərinin hüquqi şəxsin əvvəlki qanuni təmsilçisinə göndərilməsi, lakin yeni qanuni təmsilçiyə real şəkildə çatmaması cavabdehin müdafiə hüququnun pozulmasına səbəb olub. Hüquqi şəxsin qanuni təmsilçisi yalnız qanuni şəkildə qeydiyyatdan keçdikdən və səlahiyyətləri qəbul etdikdən sonra hüquqi hərəkətlər edə bilər. Yeni direktor Qanuni nümayəndə2 21 noyabr 2024-cü ildə qeydiyyata alınsa da, həmin tarixdən etibarən cavabdehin elektron məhkəmə sistemində yerləşən kabinetinə giriş mümkün olmamışdır, həmçinin məhkəmə bildirişləri hələ də əvvəlki direktorun elektron poçtuna göndərilib. Sonradan yeni qanuni təmsilçinin adına “ASAN İmza” əldə edilmiş və elektron məhkəmə sisteminə giriş mümkün olmuşdur. Elektron kabinetə giriş imkanının olmaması, qərardadla tanışlığın texniki baxımdan mümkün olmaması müdafiə hüquqlarını məhdudlaşdırıb və bu, prosessual müddətin bərpası üçün üzrlü səbəbdir. Cavabdeh tərəfin prosessual hüquqlarının məhdudlaşmasına səbəb olan hallar – “ASAN İmza” vəelektron məhkəmə sisteminə giriş problemləri, əvvəlki nümayəndə və vəkilə bildirişlərin göndərilməsi və yeni nümayəndənin məhkəmə tərəfindən tanınmaması – məhkəmə tərəfindən nəzərə alınmalı və prosesin obyektiv aparılmasını təmin etmək üçün müvafiq tədbirlər görülməlidir. – Məhkəmə bu şərtləri nəzərə almadan müddətin bərpasını rədd etmiş və bu, işin obyektiv və hərtərəfli araşdırılmasına maneə törətmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 etibarnamə və order təqdim etdiyi halda, elektron məhkəmə sistemi üzərindən işə əlavə edilməmişdir və nümayəndə və vəkil heç bir sənədlə tanış ola bilmədiyi üçün öz hüquq və öhdəliklərini icra etməkdən məhrum olmuş, nəticədə cavabdeh öz hüquqlarını icra edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 75.1 və 75.2-ci maddələrinə uyğun olaraq, cavabdeh köhnə nümayəndənin səlahiyyətlərinə xitam vermək hüququna malikdir. Lakin, bu barədə məhkəməyə vaxtında məlumat verilməməsi, obyektiv səbəblərdən – “ASAN İmzanın” işlək olmaması ilə bağlı olmuşdur, belə ki, köhnə qanuni təmsilçi işdən çıxdığı tarixdən etibarən cavabdehin elektron məhkəmə sistemində yerləşən kabinetinə giriş etmək mümkün olmadığı üçün cavabdehin əvvəlki nümayəndəsi və vəkili Vəkil2 imtina etməsi ilə bağlı məhkəməyə məlumat təqdim etmək də mümkün olmamışdır. Qeyd etmək zəruridir ki, bu məlumat subyektiv səbəblərdən deyil, ASAN imzanın işləməməsi kimi obyektiv səbəbdən verilməmişdir, odur ki, səlahiyyətə xitam verilməsi barədə məlumat verilməməsi texniki səbəblərə bağlı olduğundan cavabdehin bu haldan zərər çəkməsi ədalətli deyil. – Məhkəmə həmçinin qeyd etmişdir ki, məlumat cavabdehin qanuni nümayəndəsinin Elektron ünvan 1 adlı elektron poçt ünvanına göndərilmişdir. Qeyd etmək zəruridir ki, sözügedən elektron poçt ünvanı cavabdehin qanuni nümayəndəsinə məxsus olmamışdır və onun istifadəsində də olmamışdır. Məhkəmənin bu ünvanın qanuni nümayəndəyə məxsus olması qənaətinə necə gəldiyi cavabdeh üçün sual doğurur. MPMnin 135.6-cı maddəsinə əsasən, sənədlərin “Elektron məhkəmə” sistemi vasitəsilə göndərilməsi mümkündür, lakin cavabdehin elektron məhkəmə sistemindəki kabinetinə girişin əvvəlki qanuni təmsilçisinin “ASAN İmzası” üzərində olması və yeni təmsilçiyə giriş imkanı verilməməsi səbəbindən məhkəmə sənədləri faktiki olaraq yeni qanuni təmsilçiyə təqdim edilməmişdir. Məhkəmə onu da nəzərə almalıdır ki, sənədlərin elektron kabinetdə yerləşdirilməsi onun real olaraq yeni qanuni təmsilçiyə təqdim edildiyini sübut etmir və müddətin ötürülməsi halı üzrlü hesab edilməlidir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3290/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3290/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə cavabdehin, nümayəndəsi və vəkili Vəkil2 və kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatlarına əsasən həmin dövrdə cavabdehin qanuni təmsilçisi olan X4 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilmiş, həmin sistem vasitəsilə bu barədə məlumat cavabdehin X1 Sistemindəki kabinetinə, nümayəndəsi və vəkili Vəkil2 “Elektron ünvan 2” elektron poçtuna, qanuni nümayəndəsinin (qanuni nümayəndə qeyd edilən elektron poçtu sistemə daxil edərək təsdiq etmişdir) “Elektron ünvan 1” elektron poçtuna göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3290/2024 nömrəli qərardadından cavabdeh üçün şikayət vermə müddəti xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixdə başa çatmış, cavabdeh isə sözügedən qərardaddan xx.xx.2025- ci il tarixdə şikayət vermişdir. Cavabdeh qərardaddan şikayət verilməsi üçün müddətin buraxılmasının səbəbi kimi nümayəndəsi və vəkili Vəkil3 elektron iş materialları ilə tanış olmaq üçün işə əlavə edilmədiyinə, X4 isə qanuni təmsilçilik vəzifəsindən azad edildiyinə, bu səbəbdən də qərardaddan məlumatlı olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, istinad edilən hallar prosessual müddətin buraxılmasının üzürlü səbəbdən baş verməsi barədə qənaətə gəlməyə əsas vermir. Belə ki, cavabdehi birinci instansiya məhkəməsində nümayəndə və vəkil kimi Vəkil2 təmsil etmiş, cavabdeh həmin nümayəndədən imtina etməsi barədə hər hansı məlumatı məhkəməyə təqdim etməmiş, bu səbəbdən də Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3290/2024 nömrəli qərardadı onun elektron kabinetinə yerləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 75-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. Hazırkı iş üzrə cavabdeh kommersiya hüquqi şəxsi olduğundan və bir neçə vəkillə təmsil edilməsinin mümkün olduğu nəzərə alındığında, Vəkil3 order verilməsi cavabdehin Vəkil2 onu təmsil etməsindən imtina etməsi kimi də qiymətləndirilə bilməz. Odur ki, mübahisəli qərardad xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkil kimi Vəkil2 elektron kabinetinə yerləşdirilməklə və bu barədə məlumat sonuncunun elektron poçt ünvanına göndərilməklə cavabdehə rəsmi qaydada təqdim edilmiş hesab edildiyindən cavabdeh həmin qərardaddan şikayəti xx.xx.2025- ci il tarixdə, yəni qərardadı aldıqdan təxminən 2 ay sonra verməklə MPM-də nəzərdə tutulmuş 10 günlük prosessual müddəti buraxmışdır. Cavabdehin müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilməsi üçün əsas qismində istinad etdiyi dəlillərinə münasibətdə həmçinin qeyd edilir ki, hüquqi şəxsin direktorunun dəyişilməsi şikayətin vaxtında verilməsinə maneə törədən qarşısıalınmaz və obyektiv amil olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü səbəbi hesab edilə bilməz. MPM-in: 396.1-ci maddəsinə görə şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Belə olan halda qərardaddan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2-2(113)-3290/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar