Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-731/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2-2(113)-100/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. ünvan 1 ünvanında yerləşən X2 məxsus daşınmaz əmlak xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək İddiaçı ASC tərəfindən icbari qaydada sığortalanmışdır.
2. İddiaçı xx.xx.2020-ci il tarixində Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S.Rüstəmov və S.Əsgərov küçələrinin kəsişməsindəki məhəllədə bünövrə çalasının qazıntı işlərinin aparılması nəticəsində X2 məxsus əmlaka zərər dəydiyini, baş vermiş hadisə ilə əlaqədar İddiaçı ASC tərəfindən 74.290 manat məbləğində sığorta ödənişinin həyata keçirildiyini bildirərək, qeyd edilmiş pulun Cavabdeh MMC-dən tutulmasını xahiş edir.
3. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının qeyd etdiyi əmlakda yaranmış çatların və vurulmuş ziyanın Cavabdeh MMC-nin apardığı tikinti işləri nəticəsində yaranmadığını bildirir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə 74.290 manat sığorta ödənişinin və 400 manat mediasiya təşkilatına ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən əmlak xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S.Rüstəmov və S.Əsgərov küçələrinin kəsişməsindəki məhəllədə bünövrə çalasının qazıntı işlərinin aparılması nəticəsində X2 məxsus əmlaka zərər dəymişdir. Qiymətləndirmə mərkəzi tərəfindən tərtib olunmuş qiymətləndirmə aktına əsasən dəymiş zərər məbləği 74.780 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən 490 manat azadolma çıxılmaqla 74.290 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi qərara alınmış və zərərçəkmiş şəxsin şəxsi hesabına köçürülmə həyata keçirilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S.Rüstəmov və S.Əsgərov küçələrinin kəsişməsindəki məhəllədə bünövrə çalasının qazıntı işlərinin aparılması nəticəsində ünvan 3 ünvanda yerləşən urologiya mərkəzinin inzibati binası texniki vəziyyətdən qəzalı vəziyyətə düşmüşdür. Hadisə ilə bağlı "xxxx" ASC tərəfindən zərərçəkən şəxsə sığorta ödənişinin olunması həmçinin ödənilmiş sığorta məbləğinin geri ödənilməsi barədə Cavabdeh MMC-yə bildiriş ünvanlanmışdır. Cavabdeh tərəfindən ödənilmiş sığorta məbləğinin sonradan Cavabdeh MMC-dən geri tələb olunmasının hüquqi əsası olmadığı bildirilmişdir. Əlavə olaraq şirkətə ünvanlanmış 05 aprel 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, dəymiş zərərin Cavabdeh MMC-yə aydiyyatı yoxdur. Həmçinin sözügedən məktubda bildirilmişdir ki, qəzalı əmlak alqı-satqı müqaviləsi ilə zərərçəkəndən alınmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin şirkətə ünvanladığı məktubdan da görünür ki, dəymiş zərər zərərvuran tərəfindən ödənilməmişdir. Tərəflər arasında yalnız alqı-satqı müqaviləsi bağlanmışdır. Bu isə sığortalının sığorta ödənişinin alınmasını məhdudlaşdırmır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-100/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 74.290 (yetmiş dörd min iki yüz doxsan) manat məbləğində pulun Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspetiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdehndən tutularaq AZ41NABZ**********0000003944 hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-100/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlarla əsaslandırmış, cavabdeh tərəfin təqdim etdiyi sübutları qeyri-obyektiv tədqiq edərək, həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ümumiyyətlə, işə baxmış məhkəmə tərəfindən işin faktiki halları müəyyən edilməmiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
10. Mübahisələndirilən divarın nəinki Mikayıl Rəfili küçəsi 12 ünvanında yerləşən (Uroloji Mərkəzin yerləşdiyi) qeyri-yaşayış binasına aidiyyəti müəyyən edilmir, əksinə, həmin qeyri-yaşayış sahəsi istiqamətindən Cavabdeh MMC tərəfindən inşası nəzərdə tutulmuş binanın A blokunun yerləşdiyi sahədə sökülmüş Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm 22 və 24 ünvanda yerləşən mənzillərin mövcud sökülməmiş yükdaşıyan fasad divarının sökülərək divara müdaxilə edilərək həmin istiqamətdə kafellə üzləmə işləri aparılmışdır ki, görülmüş bu işlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71 və 72-ci maddələrinin tələblərinə uyğun deyildir. Lakin məhkəmə, yuxarıda qeyd olunan xüsusatların heç birinə hüquqi qiymət verməmiş, ümumiyyətlə, ekspert rəyini tədqiq etməmiş, rəydə sığortalı olmuş əmlaka dəymiş ziyanın Cavabdeh MMC-нə heç bir aidiyyətinin olmamasına dair kifayət qədər ətraflı tədqiqat aparılmasına baxmayaraq, həmin rəydə sığortalı olmuş əmlaka dəymiş ziyanın məhz Cavabdeh MMC tərəfindən aparılmış qazıntı və söküntü işləri ilə əlaqədar olmamasına dair hər hansı bir nəticəyə gəlinmədiyi qənaətinə gəlmişdir.
11. ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka Cavabdeh MMC tərəfindən aparılan tikinti-quraşdırma işlərinin nəticəsində zərər dəyməsi hissəsində məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olduğundan, dəymiş zərər nəticəsində cavabdehdən 74.290 manat məbləğində pulun tutulması da qanunsuz və əsassız olmuşdur.
12. Sığortaçı subroqasiya hüququndan o halda istifadə edə bilər ki, hər hansı bir şəxs sığortaçının sığorta ödənişi verdiyi şəxsə dəymiş zərərə görə məsuliyyət daşısın, eyni zamanda, dəymiş zərərlə törədilmiş hərəkət (hərəkətsizlik) arasında səbəbli əlaqə olsun. Hazırkı işdən görünür ki, sığortalı olmuş əmlaka dəymiş ziyanın Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. Belə ki, mübahisələndirilən divar Cavabdeh MMC-yə məxsus inşası nəzərdə tutulmuş binanın A blokunun yerləşdiyi sahədə sökülmüş Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm 22 və 24 nömrəli binalarda yerləşən və Mikayıl Rəfili küçəsi 12 ünvanında yerləşən (Uroloji Mərkəzin yerləşdiyi) qeyri-yaşayış binası ilə heç bir konstruktiv bağlılığı olmayan mənzillərin sökülməmiş mövcud divarları olmaqla yanaşı, Uroloji Mərkəzin yerləşdiyi qeyri-yaşayış binası istiqamətindən Cavabdeh MMC tərəfindən inşası nəzərdə tutulmuş binanın A blokunun yerləşdiyi sahədə sökülmüş Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm 22 və 24 ünvanda yerləşən mənzillərin mövcud sökülməmiş yükdaşıyan fasad divarı sökülərək divara müdaxilə edilmiş, həmin istiqamətdə kafellə üzləmə işləri aparılmışdır.
13. Lakin məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bu hallar üzrə heç bir araşdırma aparmamış, yalnız AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu ilə göndərilmiş akta istinad edərək, iddianın əsaslı olması qənaətinə gəlmişdir. ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka Cavabdeh MMC tərəfindən aparılan tikinti-quraşdırma işlərinin nəticəsində zərər dəyməsi sübuta yetirilmədiyindən, dəymiş zərər nəticəsində cavabdehdən 74.290 manat məbləğində pulun tutulması da qanunsuz və əsassız olmuşdur. Belə ki, delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti daşıması üçün şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməllə vurulmuş ziyan (zərər) arasında səbəbli əlaqə olmalıdır. Hazırkı işdə iddiaçı ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka Cavabdeh MMC tərəfindən aparılan tikintiquraşdırma işləri nəticəsində zərər dəyməsini sübuta yetirə bilməmişdir. Başqa sözlə, vurulmuş ziyanla cavabdehin hərəkət (hərəkətsizliyi) arasında səbəbli əlaqə mövcud deyildir. Belə olan halda, sığortalı olmuş əmlaka vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tələb edilməsi qanunsuz olmuşdur.
14. İşə baxmış məhkəmə sübutlara qeyri-obyektiv, qərəzli və natamam baxmış, həmin sübutlara qiymət verərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə, cavabdeh tərəfindən təqdim edilmiş ekspert rəyini tədqiq etməmiş, rəydə sığortalı olmuş əmlaka dəymiş ziyanın Cavabdeh MMC-yə heç bir aidiyyətinin olmamasına dair kifayət qədər ətraflı tədqiqat aparılmasına baxmayaraq, həmin rəydə sığortalı olmuş əmlaka dəymiş ziyanın məhz Cavabdeh MMC tərəfindən aparılmış qazıntı və söküntü işləri ilə əlaqədar olmamasına dair hər hansı bir nəticəyə gəlinmədiyi qənaətinə gəlmişdir. Ümumiyyətlə, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bu hallar üzrə heç bir araşdırma aparmamış, yalnız AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu ilə göndərilmiş akta istinad edərək, iddianın əsaslı olması qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
15. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
16. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
20. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
23. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
28. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışdan göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi 0.1583 ha torpaq sahəsində yerləşən 12 nömrəli 958.6 kv.m ümumi, 531.7 kv.m əsas, 426.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (təsərrüfat hesablı respublika uroloji xəstəxanası) paylı mülkiyyət hüququ üzrə X3 1/3 hissə, X1 1/3 hissə, X4 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
29. İş materiallarına əlavə edilmiş BB seriyalı 418732 nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın icbari siğorta şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən X2 məxsus daşınmaz əmlak sığorta məbləği 93.144 manat, azadolma məbləği 490 manat olmaqla xx.xx.2021-ci il tarixinədək İddiaçı ASC tərəfindən icbari qaydada sığortalanmışdır.
30. İddiaçı tərəf hazırda xx.xx.2020-ci il tarixində Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S.Rüstəmov və S.Əsgərov küçələrinin kəsişməsindəki məhəllədə bünövrə çalasının qazıntı işlərinin aparılması nəticəsində X2 məxsus əmlaka zərər dəydiyini, baş vermiş hadisə ilə əlaqədar İddiaçı ASC tərəfindən 74.290 manat məbləğində sığorta ödənişinin həyata keçirildiyini bildirərək, qeyd edilmiş pulun Cavabdeh MMC-dən tutulmasını xahiş edir.
31. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının qeyd etdiyi əmlakda yaranmış çatların və vurulmuş ziyanın Cavabdeh MMC-nin apardığı tikinti işləri nəticəsində yaranmadığını bildirir.
32. Hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam X2 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka "xxxx" MMC tərəfindən aparılan qazıntı və söküntü işlərinin nəticəsində zərərin vurulub-vurulmamasıdır.
33. Birinci instansiya məhkəməsi tərəfindən sığortalı əmlaka dəymiş ziyanın "xxxx" MMC tərəfindən aparılan qazıntı işlərinin nəticəsində olub-olmaması və dəymiş ziyanın məbləğinin nə qədər təşkil etməsi ilə bağlı ekspertiza təyin edilsə də, ekspertiza təyin edildiyi zaman əmlak mövcud olsa da, sonradan yəni işin eksertizada olduğu müddətdə sığortalı əmlakın sökülməsi səbəbindən rəyin verilməsi mümkün olmamışdır.
34. Sığortalı olmuş əmlak Cavabdeh MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmış və yerində çoxmərtəbəli binanın tikilməsi məqsədi ilə sökülmüşdür.
35. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edildikdən sonra sığortalı olmuş əmlakın məhz hazırkı Cavabdeh MMC tərəfindən sökülməsi rəyin verilməsini mümkünsüz etmişdir.
36. İş materiallarında olan AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu ilə göndərilmiş aktda qeyd olunmuşdur ki, “Baxış zamanı urologiya mərkəzinin bünövrə çalasına yaxın olan otaqlarının əsas yükdaşıyan divarlarında, hörgü birləşmələrində, qapı və pəncərə boşluqları ətrafında və döşəmədə eni 5-30 mm olan keçici çatlar müşahidə olunur. Urologiya mərkəzində yaranmış çat və zədələnmələrin yaxınlıqda aparılan tikintiquraşdırma işlərinin nəticəsində, svaylar vurulduqdan sonra bünövrə çalasının qazıntısı zamanı svay və rostvelkin horizontal təzyiqinin təsirindən öz şaquli vəziyyətindən əyilməsi nəticəsində yaranmışdır..
37. Cavabdeh tərəf etirazının dəlillərini təsdiq edən sübut kimi “X5” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyinə istinad etsə də, qeyd edilmiş rəyə nəzər yetirildiyində aydın olur ki, sığortalı olmuş əmlaka dəymiş ziyanın məhz Cavabdeh MMC tərəfindən aparılmış qazıntı və söküntü işləri ilə əlaqədar olmamasına dair hər hansı bir nəticəyə gəlinməmişdir. Həmin rəydə cavabdeh tərəfindən aparılan söküntü və tikinti işləri sadalanmış, həmin fəaliyyətin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi, bunun əksinə olaraq sığortalı tərəfindən tikinti işlərinin qanunvericiliyə uyğun olmadan aparıldığı göstərilmişdir. Araşdırılmalı əsas məsələ olan sığortalıya dəymiş ziyanın cavabdeh tərəfindən yaxınlıqda aparılan tikinti nəticəsində ziyan dəyməsi məsələsinə münasibət bildirilməmişdir.
38. Göründüyü kimi, mövcud iş materiallarına əlavə edilmiş sübutlar əsasında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yaxınlıqda aparılan tikitni-quraşdırma işlərinin nəticəsində zərər dəydiyi müəyyən edilir.
39. Mübahisənin həlli baxımından digər müəyyən edilməli olan məqam Bakı şəhəri, Mikayıl Rəfili küçəsi, 12-də yerləşən daşınmaz əmlaka dəymiş zərərin məbləğinin nə qədər təşkil etməsidir.
40. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli siğorta aktına əsasən Bakı şəhəri, Mikayıl Rəfili küçəsi, 12-də yerləşən daşınmaz əmlaka dəymiş zərərin məbləği 74.780 manat məbləğində müəyyən olunmuşdur.
41. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 001AZ**********9 nömrəli ödəniş sənədinə əsasən Paşa Siğorta ASC tərəfindən X1 etibarnamə üzrə nümayəndəsi X3 hesabına 490 manat azadolma məbləği çıxıldıqdan sonra 74.290 manat məbləğində siğorta ödənişi həyata keçirilmişdir.
42. Qeyd olunanları nəzərə alaraq, kollegiya hesab edir ki, İddiaçı ASC-nin vermiş olduğu sığorta ödənişini sığorta hadisəsinin baş verməsində məsuliyyətli olan Cavabdeh MMC-dən tələb etməyə əsası yaranmışdır.
43. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı 74.290 manat pulun tələb edilməsi hissəsində əsaslı hesab etməkdə və Cavabdehndən 74.290 manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
44. Kollegiya həmçinin qeyd edir ki, ekspertin mütəxəssis rəyinin təqdim edilməsi barədə vəsatətinə əsasən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq sonuncu tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi xx.xx.2023-cü il tarixdə, qətnamə çıxarıldıqdan təxminən bir ay sonra məhkəməyə daxil olmuşdur.
45. Qeyd edilən mütəxəssis rəyi həmçinin apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi tərfindən xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında təqdim edilmişdir.
46. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyi MPM-in 10-1.3, 78.1 və 372.2-ci maddələrinə uyğun təqdim edilmədiyindən sübut kimi qəbul edilməmişdir.
47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 400 manat mediasiya və 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
48. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-100/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-100/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova