Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-740/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Habil Çingiz oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-629/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 01.04.2021-ci il tarixli e-2-2(113)-629/2021 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair ilkin iddia təmin edilmiş, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı hesabların ləğv edilməsi və tariflərin aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia təmin edilməmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdehin direktoru Nümayəndə2 Musa oğlu elektron kabinet vasitəsilə apellyasiya şikayətindən imtina etmə barədə ərizə verərək, apellyasiya şikayətindən imtinanın qəbul edilməsi və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı “xxxx” QSC-nin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 369, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-629/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Habil Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-740/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-740/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver