Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-740/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin cavabdeh X14rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə "xxxx" MMC-nin X14rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" MMC cavabdeh X26 03 may 2022-ci il, 15 aprel 2023-cü il, 01 fevral 2022-ci il tarixli məktublar ilə müraciət edərək konteynerləri qaytarmağını və ya icarə haqqını ödəməyi, əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
2. Xətai RPİ-nin 37-ci PŞ-nin 01 mart 2024-cü il tarixli qərarı ilə X7 şikayət ərizəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 62 135,21 (altmış iki min yüz otuz beş manat 21 qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 62 535,21 (altmış iki min beş yüz otuz beş manat 21 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq X22 ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. "xxxx" MMC (iddiaçı) X25 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, iddiaçının mülkiyyətində olan yuxarıda göstərilən daşınar əmlakın (konteynerin) Cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması, ƏDV ilə birlikdə 16 992 (on altı min doqquz yüz doxsan iki) manat əldən çıxmış fayda, X15, Nuri Kurtmandan əlbəəl götürdüyü 20 500 (iyirmi min beş yüz) manat nağd pul, yuxarıda qeyd olunan məbləğlərin 5% qanuni faizi 1875 manat olmaqla cəmi 39 367 manat (otuz doqquz min üç yüz altmış yeddi) manat pul vəsatinin və 208,10 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıların xəyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi iddiaçı tərəfindən aşağıdakı kimi əsaslandırılmışdır:
İddiaçı ilə cavabdeh arasında müxtəlif növ texnikaların icarəsi barədə biznes münasibətləri vardır. Tərəflər bir-birlərini təxminən 15 ildir tanıyırlar. Bu səbəblə aralarında güvən və inam mövcud olmuşdur. İşlərin gədişatı zamanı iddiaçı gördüyü işlərə görə Forma 2 - Forma 3 əsasında ödəniş alıb, həmin aldığı ödənişdən də X16 icarəyə götürdüyü texnikaların, kranların və sair texnikaların icarə haqqlarını ödəyib. Lakin iddiaçının gördüyü işlər dövlət proyektləri olduğundan dövlət büdcəsindən ödəniş gəcikəndə və ya olmayanda iddiaçı müəyyən maddi çətinliklər oldu və cavabdehə ödəməli olduğu icarə haqqlarının sonuncularını ödəyə bilmədi. Tərəflər arasında uzun illər dostluq münasibəti olduğundan iddiaçı rəsmi qayda da ödəniş ala bilmədiyindən, təbii olaraq rəsmi qaydada da cavabehə də rəsmi ödəniş edə bilmədi. Ancaq cavabdeh maddi vəziyyəti pis olmaması üçün ona məcburən rəsmi qayda da yox əlbəəl pul verməli oldu. Pul vəsaitinin verildiyini sübut edən kifayət qədər dəlil vardır. Həmçinin Cavabdehin öz mühasibi Bənövşə Qasımova xanım da bunu vatsap mesajlarında qeyd edir. Daha sonra dövlət tərəfindən iddiaçıya ödənilməli olan ödənişlər çox gəcikdiyindən və əldən ödənən pul məbləği mövcud borcun ancaq yarısını təşkil etdiyindən tərəflər arasında münasibətləri pozuldu. X27 "xxxx" MMC-ni məhkəməyə verdi. Məhkəmə X15 xeyrinə qətnamə çıxartdı. Təəssüf ki, X27 əldən aldığı pulları inkar etdi. Bu zaman əldən verilib, alınan pullar sübut olunması məqsədi ilə polisə müraciət olundu. 37-ci polis bölməsi araşdırma apardı və qoşmada təqdim etdiyimiz 01 mart 2024-cü il tarixli, HK-l-5l8 saylı material üzrə qərarı verdi. Tərəflər arasında danışıqlar davam etsə də, X27 əldən aldığı pulları inkar etdiyindən və polisin qərarında qeyd edildiyi kimi, “mülki mübahisəli məsələ olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olundu” bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq. Nuri Kurtman, X23 aşağıdakı tarixlərdə nağd şəkildə əlbəəl aşağıdakı məbləğdə pul vəsaiti vermişdir: 24 avqust 2021-ci il tarixde 4000 manat, 07 dekabr 2021-ci il tarixde 6500 manat, 05 mart 2022-ci il tarixde 10 000 manat Xətai rayonu, Babək prospektində yerləşən “Tarık Usta” X1 iştirakı ilə verildi. Cəmi 20 500 (iyirmi min beş yüz) manat pulu əlbəəl verdim. Bundan başqa, təsisçisi və direktoru olduğu "xxxx" MMC öz daşınar əmlakı olan konteyneri X23 2-3 aylıq istifadəyə vermişdir. X27 həmin konteyneri 31 avqust 2021-ci ildə Bakı şəhəri, Sebail rayonu, Bayıl qəsəbəsində yerləşən X8 məxsus depodan götürmüşdür. Lakin 2-3 aydan sonra qaytarmalı olduğu halda konteyneri qaytarmamışdır. Konteynerin "xxxx" MMC-yə məxsus olması barədə sənədlər ərizəyə qoşmada əlavə olunur. Məsələ ilə bağlı polis orqanına müraciət edildi. 37-ci Polis idarəsinin qərarında aşağıdaki kimi qeyd olunmuşdur; “İzahatı alınan X11 izahatında bildirmişdir ki, 16 ilə yaxındır ki, Nuri Kurtman ilə birlikdə iş görmüşdür. Onun işlədiyi şirkət fasad işləri və tikinti işləri görmüşdür. Həmçinin 5000 kv-lik əlavə olaraq deposu var. Həmin depoda konteynerlər saxlayır. Əlavə qazanc əldə etmədən deponu saxlanc yeri kimi tanışlarının istifadəsinə vermişdir. Asım İlkeri 10 ilə yaxındır ki, tanımışdır. Asım onun işlədiyi şirkətdən texnikalar icarəyə götürmüşdür. Asım ilə münasibəti Nuriyə heç bir aidiyyatı olmamışdır. 2021-ci ildən Nuri özünə məxsus konteyneri onun iş yerində saxlamışdır. xx.xx.2021-ci ildə Nuri onunla əlaqə yaradıb özünə məxsus konteyneri Asımə verməyini xahiş etmişdir. O, Nurinin əmlakını onun razılığı ilə Asimə vermişdir. Asim həmin konteyneri texnika ilə şəxsən özü Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən depodan götürüb aparmışdır. İzahatında göstərmişdir ki, Asimin ondan təhvil aldığı konteynerin Nuriyə məxsus olmasını təsdiq edirəm. Asim yalan danışır. Asim şəxsən özü Səbail rayonu ərazisində yerləşən depoya gəlib oradan texnikanın vasitəsi ilə Nuriyə məxsus konteyneri götürüb aparmışdır.” Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu geri qaytarmaqdan imtina etmişdir. Dəfələrlə geri qaytarması tələb edilməsinə baxmayaraq geri qaytarmamışdır. Hesab edirik ki, "xxxx" MMCnin mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmalıdır. İddiaçıya məxsus olan konteynerin geri qaytarılması və 01 sentyabr 2021-ci ildən bugünə qədər olan aylıq 400 (dörd yüz) manat olmaqla 36 ay x 400 = 14 400 manat əldən çıxmış faydanı, bunun 2592 azn ƏDV-si ilə birlikdə cəmi 16 992 manat barədə qətnamə çıxarılmasını xahiş edirik. Həmin konteyner üçün əldən çıxmış fayda hesablanmalıdır. Bu səbəblə ekspertiza təyin edilməlidir. Həmin konteyneri geri qaytarılmasını ehtimal edilərək, icarəyə verilməsi barədə müxtəlif zamanlarda şirkətlərlə icarə müqaviləsi bağlanılmışdır (icarə müqavilələri qoşmada təqdim edilmişdir). Konteyneri geri qaytarılmaması səbəbi ilə həmin icarə haqqlarını almamışlar. Konteyner icarə haqqı barədə bazar qiymətini müəyyən etmək üçün respublikada gəniş istifadə olunan www.tap.az və www.lalafo.az saytlarında olan elanları qoşmada təqdim edilmişdir. Həmçinin konteynerlərin icarəyə götürülməsi barədə müqavilə və məktubları qoşmada təqdim edirəm.
6. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır:
Tərəflər arasında 19 mart 2021-ci il tarixində “xidmət göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyətində olan texnika müqavilədə müəyyən edilən şərtlər daxilində iddiaçının xidmətinə verilmişdir. İddiaçı X29 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən borc və mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərci olmaqla, cəmi 62 535,21 (altmış iki min beş yüz otuz beş manat 21 qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X22 ödənilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Lakin hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “daşınar əmlakın qanunsuz sahiblikdən geri alınması, əldən çıxmış fayda və pul” tələbləriə dair Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, iddia tələbi əsasız olduğundan təmin edilməməli, bir hissədə icraata xitam verilməlidir. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh X18 arasında bağlanmış xidmət müqaviləsinə əsasən X18 mülkiyyətində olan, texniki xarakteristikası və haqqındakı digər məlumatlar xidmət formasında göstərilən texnika müqavilədə müəyyən edilən şərtlər daxilində "xxxx" MMCnin xidmətinə verilmişdir. "xxxx" MMC X18 hesabına ödəməli olduğu icarə haqlarının sonuncularını ödəyə bilməyib. İddiaçı "xxxx" MMC iddiasında qeyd edir ki, dövlət proyektləri ilə bağlı işlər olduğundan dövlət büdcəsindən ödəniş edilir və həmin ödəniş gecikdiyi üçün maddi çətinliklər olmuşdur. İddiaçı qeyd edir ki, bu səbəblə rəsmi qaydada ödəniş edə bilməyəcəyi üçün məcburən əldən-ələ ödəniş etməli olmuşdur. Lakin X22 müvafiq məbləğdə ödəniş olunmamışdır və ödənişi sübut edən əsaslı dəlillər də yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə pul vəsaitinin tutularaq X22 ödənilməsi ilə bağlı göstəriş vermişdir. X13 maddi zərərin müəyyən olunması ilə bağlı Polis Şöbəsinə müraciət etmişdir. PŞ qərarında göstərilmiş X18 ifadəsində qeyd olunduğu kimi, tikinti ilə bağlı texnikaları Nuri Kurtmana müvəqqəti icarəyə vermişdir. Sonuncu 62 000 manata yaxın məbləğdə pul ödəməli olduğu halda ödəməmişdir və bununla bağlı artıq Sumqayıt Kommersiya Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi vardır. Bununla belə, iddiaçı 20 500 manat ödəməsi barədə məhkəməyə müraciət etmişdir. Sübut qismində isə “Whatsapp” yazışmaları xaricində heç bir əsas götürülməmiş, yetərli dəlillərə istinad olunmamışdır. Qeyd olunan iddialarla bağlı faktlar “Whatsapp” yazışmaları ilə müəyyən olunmur. İddiaçı rəsmi qaydada ödəniş edə bilməməsi səbəbilə əldən ələ ödəniş etdiyini demiş olsa da, X4 isə şəxsən X29 tərəfindən 10 000 manat pulun təhvil alındığının şahidi olduğunu qeyd etsə də, cavabdehə ödəniş edilməmişdir. 6 ildir ki, X29 ilə çalışan X5 yalnız işlərlə bağlı Nuri Kurtmanla əlaqə saxlamışdır və sonuncu tərəfindən ona sadəcə X22 10 000 manat pulu ödəməsi barədə mesaj yazmışdır. Lakin həmin pulun Asimə təhvil verilibverilməməsi barədə məlumatı olmayıb. Eyni zamanda "xxxx" MMC tərəfindən X22 62 535,21 manat məbləğində ödənişin edilməli olması barədə artıq müvafiq məhkəmənin qəbul etdiyi və qanuni qüvvəyə minmiş qətnamə vardır. Həmçinin, X15, Nuri Kurtmandan əlbəəl götürdüyü 20 500 (iyirmi min beş yüz) manat nağd pul, yuxarıda qeyd olunan məbləğlərin 5% qanuni faizi 1875 manat olmaqla cəmi 39 367 manat ödənilməsi tələbi "xxxx" MMC ilə əlaqəli olmayıb Nuri Kurtman tərəfindən iddia olunur və bu məsələyə məhkəmədə baxılmışdır və bəhs olunan qətnamədə öz əksini tapmışdır. Bu səbəbdən iddia tələbinin “Güllünün, Nuri Kurtmandan əlbəəl götürdüyü 20 500 (iyirmi min beş yüz) manat nağd pul, yuxarıda qeyd olunan məbləğlərin 5% qanuni faizi 1875 manat olmaqla cəmi 39 367 manat (otuz doqquz min üç yüz altmış yeddi) manat pul vəsatinin tutulması” hissəsində icraata xitam verilməlidir. Digər məsələ iddiaçı "xxxx" MMC tərəfindən X22 konteynerin verilməsi və göstərilən daşınar əmlakın cavabdeh X10suz sahibliyindən alınaraq "xxxx" MMC-yə qaytarılması barədə olan tələbdir. Belə ki, ilk növbədə konteynerin X18 istifadəyə verməsi faktı sübut olunmalıdır. Dəlillərə və işin hallarına baxdıqda bu iddianın əsassız olduğu və sübut edilmədiyi qənaətinə gəlirik. Bu baxımdan iddiaçının tələbi sübuta yetirilmir. ƏDV ilə birlikdə 16 992 (on altı min doqquz yüz doxsan iki) manat əldən çıxmış faydanın "xxxx" MMC-yə ödənilməsi yuxarıda qeyd edilən tələbdən törəyən iddiadır. Tələb sübuta yetirilmədiyindən əldən çıxmış faydanın ödənilməsi iddiası da sübuta yetirilmir.
7. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, iddiaçının mülkiyyətində olan daşınar əmlakın (konteynerin) cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması, ƏDV ilə birlikdə 16 992 (on altı min doqquz yüz doxsan iki) manat əldən çıxmış fayda, yuxarıda qeyd olunan məbləğin 5% qanuni faizi 849,60 manat olmaqla cəmi 17 841,60 manat (on yeddi min səkkiz yüz qırx bir manat altmış qəpik) AZN pul vəsatinin və 208,10 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Baş İrfan Binyamin oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil izahatında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
10. X19 məhkəmə iclasında izahatında bildirmişdir ki, “...iddiaçı MMC-nin direktoru olan Nuri bəy onların əməkdaşları olub və bir-birlərini 15 ildir ki, tanıyırlar. Bakı şəhəri, Bayıl qəsəbəsi ərazisində şirkəti var və Nurinin xahişi ilə konteyneri şirkətin ərazisində yerləşdirdi, müəyyən müddət onun həyətində qaldı, daha sonra Nuri ona zəng edərək, ona məxsus konteyneri götürəcəyini bildirdi, o konteyneri Nuri bəyin xahişi ilə həyətində saxlayıb, onun göstərişi ilə də qaytarıb, konteyneri Nurinin kimə verdiyini bilmir, Asım Güllüyə heç bir konteyner verilməyib”.
11. Birinci instansiya məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsini əsas götürmüş və həmin maddədən çıxış edərək hesab etmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı sübutaetmə yükünü yerinə yetirməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçının yuxarıda göstərilən tələbi təmin edilmədiyindən onunla əlaqəli dəymiş zərərin ödənilməsi ilə bağlı tələbi də təmin edilə bilməz.
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv olunmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayətini iddia tələbinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahat
15. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
17. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
33. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
34. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
35. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
36. İddiaçı, mülkiyyətində və icarəsində olan əmlakın cavabdehin qanunsuz sahibliyində olduğunu bildirir və cavabdehin əmlakından çıxarılmasını tələb edir; cavabdeh isə iddiaya etiraz edərək, həmin əmlakın onun istifadəsinə verilmədiyini bildirir.
37. X30 (§ 16, 17), həm də onun davamı olaraq mülki qanunvericilik (§ 20) mülkiyyət hüququnun, o cümlədən mülkiyyətdən sahiblik və istifadə hüquqlarının qorunmasını təsbit etmişdir. Bu hüquq isə digər məsələlərlə yanaşı Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı).
38. Göründüyü kimi mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsi, həmçinin üçüncü şəxslərin müdaxiləsini aradan götürmək hüququnu da ehtiva edir və bu baxımdan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normalar mülkiyyət hüququnun qorunması ilə əlaqəli olan mülkiyyətdə olan əmlakın geri qaytarılması iddiasını, yəni vindikasiya iddiası ilə bağlı müddəaları tənzimləyir.
39. Ümumi olaraq əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır; petitor iddia anlayışı mülkiyyət hüququ barədə verilən iddiaları ehtiva edir.1
40. Vindikasiya tələbi ilə bağlı plan Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
41. Hazırkı mübahisə üzrə iddiaçı mübahisə predmeti olan konteynerlərin cavabdehdə olmasını sübut etməmişdir. Məhkəmə iclasında çıxış edən şahid də bildirmişdir ki, konteynerlər cavabdehə təhvil verilməmişdir.
42. İddiaçının bu tələbi yerinə yetirilmədiyinə görə dəymiş zərərlə bağlı tələbi də əsassızdır.
43. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətini vermək üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
1 Ali Məhkəmə, İş № 2(102)-1444/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1444+27.05.2024.pdf) (§ 26) Ali Məhkəmə, İş № 2(102)-1560/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1560+27.05.2024.pdf) (§ 27)
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1227/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.