Məhkəmə qərarları › İş №2-2(103)-743/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-743/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-743/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı dəbbə pulunun ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-251/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Fərrux Qasımov) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2742,58 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan “xxxx” ASC iddia tələbinin dəyqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Azərsığorta” DSKŞ tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində yəni 745,98 manat məbləğində dəbbə pilun və 30,40 manat mbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-251/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 450 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 18 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-251/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surəti xx.xx.2020-ci il tarixli məktubla tərəflərə göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sənəddən görünür ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 10-1.3.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Göründüyü kimi cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş, müddətin bərpası barədə məhkəməyə vəsatət verməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-251/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-251/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar