Məhkəmə qərarları › İş №2-2(103)-743/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-743/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-743/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3334/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 29.869,98 AZN məbləğində əsas borc, 3.584,39 AZN məbləğində dəbbə pulu, 190,36 AZNməbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində cavabdeh elektron məhkəmə sistemi vasitəsi ilə müraciət edərək İddiaçı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işi aidiyyatı üzrə Şirvan Kommersiya məhkəməsinə göndərilməsini və vəsatəti onun iştirakı olmadan müzakirə edib təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3334/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş işin ərazi aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatət/ərizə rədd edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan Cavabdeh MMC-nin nümayəndəsi şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il, e-2-2(113)-3334/2025-ci il tarixli qərardadının ləğv edilməsi və İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatət/ərizə təmin edilsin. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla icraata götürülmüş, iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, müqavilənin icra yeri faktiki olaraq Cəbrayıl rayonudur. Yəni hüquqi şəxsin daimi fəaliyyət göstərdiyi yer Cəbrayıl rayonudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Azərbaycan Respublikasi MPMnin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə cavabdehin də mövqeyini öyrənmək onların iştirakını təmin etmək üçün müvafiq tədbirlər görə bilərdi. Beləliklə məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-3334/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən cavabdeh MMC-nin hüquqi ünvanı kimi AZ1093, ünvan 1yd olunmuşdur. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilədə müqavilənin icra yerinin Cəbrayıl rayonu olması şərti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən, mahiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı, cavabdehin nümayəndəsinin vəsatəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, vəsatətin hüquqi əsası olmadığı üçün birinci instansiya məhkəməsi düzgün olaraq vəsatətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3334/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar