Məhkəmə qərarları › İş №2-2(103)-744/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-744/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-744/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, nümayəndə və vəkil İddiaçı iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2816/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.05.2021-ci il tarixli qərardadından nümayəndə və vəkil İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi, dəymiş ziyanın əvəzi olaraq iddiaçı “xxxx” Şirkətinin xeyrinə 100000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.05.2021-ci il tarixli e-2-2(113)-2816/2021 nömrəli qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. Nümayəndə və vəkil İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, “xxxx” şirkəti XXC2020R5R156F saylı leqalizasiya nömrəsi ilə 12 oktyabr 2020-ci il tarixində X3 Nazirliyi tərəfındən leqallaşdırılmış və **********7 saylı attestasiya nömrəsi ilə 12 oktyabr 2020-ci il tarixində BƏƏ-nin Seuldakı Səfirliyində təsdiq edilmiş etibarnaməni X4 East FZE (MPME) şirkətinə vermişdir. Öz növbəsində, X4 East FZE (MPME) şirkəti həmin etibarnamə üzrə ona həvalə edilmiş səlahiyyətləri 31 dekabr 2020-ci il tarixdə BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən **********1 saylı leqalizasiya nömrəsi ilə leqallaşdırılmış və 7E-3925 saylı attestasiya nömrəsi ilə 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğunda təsdiq edilmiş yeni etibarnamə ilə İddiaçı vermişdir. Sənədin konsulluq leqallaşdırılması - sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir. Ona görə də, “xxxx” şirkəti İddiaçı X4 East FZE (MPME) şirkəti vasitəsi ilə qanuni əsaslarla səlahiyyətləri ötürmüşdür. “Elektron məhkəmə” informasiya sistemində yerləşdirərkən həmin ərizənin elektron formada tərtib edilməsi və sənədlərin elektron qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində müəyyən etdiyi istifadə qaydalarının 6-cı maddəsində iddiaçı bölməsində Azərbaycan Respublikasında fəaliyyət göstərməyən hüquqi şəxs üçün bölmə əlavə edilməmişdir. “xxxx” şirkətinin Azərbaycan Respublikası ərazisində birbaşa fəaliyyəti olmadığından, VÖEN yoxdur. Bu səbəbdən iddiaçı bölməsində iddiaçının səlahiyyətli nümayəndəsi qeyd edilməklə iddia elektron qaydada məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən qaydalarda nəzərdə tutulmayan formanın tələb edilməsi əsassızdır. Bakı Kommersiya Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında nümayəndə və vəkil İddiaçı şikayəti müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddia ərizəsini iddiaçının adından nümayəndə İddiaçı imzalamışdır. İddia ərizəsinə əlavə edilmiş həmin nümayəndənin adına verilmiş etibarnaməni isə iddiaçı “xxxx” Şirkəti deyil, X4 East FZE şirkəti vermişdir. Lakin X4 East FZE şirkətinin belə səlahiyyətə, yəni “xxxx” Şirkətinin təmsil etməsi və onun adından verilmiş etibarnamələri imzalamaq səlahiyyətində olmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə ehtimallara əsaslandığı üçün əsaslı hesab oluna bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2816/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar