Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-75/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Seyidova Səriyyə Seyid qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə; İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-229/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5610 manat məbləğində əsas borcun, 12470 manat cərimə və 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı “xxxx” MMC iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “X1” QSC-dəki (kod 50987: h/h AZ92KABA**********0********) hesablaşma hesabına və Cavabdeh MMC-nin Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklardakı hazırda mövcud olan hesablaşma hesablarına həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə şərtlərinə riayət edib üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyərək iddiaçının müqavilə üzrə xidmət haqlarını tam ödəməmişdir. Həmçinin cavabdeh şirkət faəliyyətini dayandırmış və onlara məlum olmayan başqa adla hərəkət edərək, özünə məxsus əmlakları və pul vəsaitlərini başqa şirkətlərə keçirir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-229/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş ərizə qismən təmin edilərək Cavabdeh MMC-nin “X1” QSC-dəki (kod 50987: h/h AZ92KABA**********0********) hesabına pul vəsaitin üzərinə iddia tələbi - 18810 manat həcmində həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Qərardadla razı olmayan cavabdeh şikayət verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-229/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardadla razı olmayan iddiaçı şikayət verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-229/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının qismən, ərizənin təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-229/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli qərardadları ilə cavabdeh və iddiaçı tərəfindən verilmiş şikayətlər təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən cavabdehin vəkili Vəkil şikayətin təmin edilərək qərardadın ləğv edilməsini və iddiaçının şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən cavabdehin vəkilin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-229/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iddia təmin etmə tədbiri barədə ərizə təmin edilməməli, iddiaçının şikayət təmin edilməməli, cavabdehin şikayəti isə təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbinin əsas kimi qeyd etmişdir ki, “iddiaçı şirkət cavabdehin sifarişi əsasında sonuncuya məxsus yükləri daşımış, lakin bunun qarşılığında müəyyən edilmiş qaydada və vaxtda xidmət haqqının almamışdır”. Habelə, iddiaçı tərəfindən qeyd edilmiş halların dəlili kimi məhkəməyə aktlar təqdim edilmişdir. Lakin iş materiallarından görünür ki, qeyd edilmiş aktlar birtərəfli qaydada tərtib edilmiş və cavabdeh şirkətə məxsus möhür və ya imzalar aktlarda öz əksini tapmamışdır. Göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-229/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə əsassız olaraq iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Belə ki, MPM-nin 157-158 maddələrində göstərilmiş halların mövcud olmasının sübut edilməsi, müvəqqəti xarakterli müdafiə tədbirlərin tətbiq edilməsinin zəruriliyi, tələbin təmin edilməsi barədə ərizə ilə müraciət edilməsinin səbəblərinin əsaslandırması, onun dəlillərini təsdiq edən sübutların təqdim edilməsi ərizəçinin üzərinə qoyulur. Və iş üzrə gələcəkdə məhkəmə qərarının icrasının çətinləşdirə və ya qeyri-mümkün edə biləcəyi hər-hansı bir maneənin olmasına dair halların mövcud olmasının sübut edilməsi İddiaçının üzərinə düşür. İddiaçı bu vəzifəni icra etməmişdir. İddiaçını nümayəndəsi təqdim etmiş ərizədə Azərbaycan Respublikası MPM-nin maddələrini sadalamaqla kifayətlənmişdir. Göründüyü kimi iddianın təmini tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən prosessual tədbirdir. Bu isə yalnız o zaman zəruri olur ki, həmin tədbirin görülməməsi çıxarılacaq qətnamənin gələcəkdəki icrasını qeyri-mümkün etsin, yaxud çətinləşdirsin. Məhkəmə kollegiyasının qənaətincə iddianın təmininə dair ərizə təqdim edən iddiaçı, bir tərəfdən iddianın uğurluq ehtimalını təsdiq edən dəlilləri, digər tərəfdən isə ərizənin təmin edilməyəcəyi halda qətnamənin icrasının mümkünsüz, yaxud çətin olacağını təsdiq edən dəlilləri təqdim etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 mart tarixli 3№-li qərarına əsasən, məhkəmələrə tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə dair işlərə baxarkən, obyektivliyi təmin etmək məqsədilə məhkəmələr iş üçün həlledici əhəmiyyətə malik olan sənədlərin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini tələb etsinlər. Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. İddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər iddiaçı iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməyibsə, məhkəmənin iddianı təmin tədbiri barədə qərardad qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir. İddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər iddiaçı iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməyibsə, məhkəmənin iddianı təmin tədbiri barədə qərardad qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-229/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iddia təmin etmə tədbiri barədə ərizə təmin edilməməli, cavabdehin şikayəti təmin edilməlidir, iddiaçının şikayəti isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” MMC-nin şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-229/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İddiaçı “xxxx” MMC iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-75/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-75/2020
07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver