Məhkəmə qərarları › İş №2-2(103)-760/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-760/2020

23.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-760/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “Hydroserv Caspian LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pulun tutulması tələbinə dair ilkin və “Hydroserv Caspian LTD” şirkətinin İddiaçı MMC-yə qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 10 noyabr 2020- ci il tarixli, e-2-2(113)-2357/2020 nömrəli qərardadından “Hydroserv Caspian LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “Hydroserv caspian LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Hydroserv Caspian LTD” şirkətindən 9,498.85 manat borcun, 109,79 manat cərimənin, 150 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 9788,64 manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən xx.xx.2019-cu il tarixli, 03-19İL nömrəli xidmət müqaviləsi əsasında daşıdığı X1 – CCS2 avadanlığına daşıma zamanı dəymiş ziyana görə avadanlığın dəyəri olan 1225 avro, daşıma xərcləri və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Hydroserv Caspian LTD MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2020-ci il tarixdə iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilədə göstərildiyi kimi “xxxx” ASC-də olan AZ49KABA******************** nömrəli hesablaşma hesabındakı pul vəsaitinin üzərinə iddia tələbi həcmində həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2357/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və cavabdeh İddiaçı MMC-nin xxxx ASC-də olan AZ49KABA******************** nömrəli hesablaşma hesabındakı pul vəsaitinin üzərinə iddia tələbi həcmində, yəni zədələnmiş və tamamilə yararsız hala düşmüş avadanlığın yenisinin bazar qiymətini təşkil edən 9.621,30 evro, həmin avadanlığın Almaniyadan geriyə Azərbaycana (şirkətə) qaytarılması üçün daşıma xərci üçün ödənilmiş ƏDV daxil 540.63 manat həcmində həbs qoyulması barədə ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi İddiaçı MMC daşıma zamanı şirkətə məxsus sözügedən avadanlığa zərər dəydiyini məhkəmə baxışı zamanı etiraf etmiş və bu barədə protokola qeyd və prosesin video qeydiyyatı aparılmışdır. Yəni məhkəmə bu mühüm fakta diqqət yetirməmişdir. Eyni zamanda tələbin həcminin artırılması barədə ərizədən də göründüyü kimi cavabdehə qarşı olan tələb artıq sadəcə vurulmuş zərər həddində deyil, yeni avadanlığın tam bazar dəyəridir. Qarşılıqlı iddia tələbi faktiki olaraq cavabdehin iddiaçı olaraq ilkin iddia tələbinin həcmindən çox olduğundan və cavabdehin də uzun müddət bu avadanlığın onların təqsiri üzündən istifadəyə yararsız hala düşməsi və təmir ilə yenidən istifadəyə yararlı hala gətirilməsi mümkün olmadığı barədə məlumatı olduğundan, məhz bu avadanlıqdan uzun müddətdir ki, istifadə edə bilmədikləri nəticəsində podratçı ola biləcəkləri layihələrdən kənarda qaldıqlarından hesab edir ki, bu dəlillər iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsini kifayət qədər əsaslı edir. Hesab edir ki, məhkəmə ərizədə göstərilmiş dəlillərini, cavabdehin davranışını, iddia ilə əlaqədar mübahisənin məhkəmədən kənar həll edilməsinə heç bir niyyət göstərməməsini, o cümlədən iddianın təmin olma ehtimalının hüquqi və faktiki baxımdan kifayət yüksək olması ehtimallarını iş üzrə hərtərəfli və bir-biri ilə qarşılıqlı şəkildə ətraflı araşdırmamış, mövcud vəziyyətə formal yanaşma nümayiş etdirmiş, bununla da cavabdehə bank hesabı üzrə mövcud vəsaitlərinin dərhal yerdəyişmə etməsi üçün münbit şərait yaratmış və qətnamənin icrasına dair hazırkı risklərin daha da artmasına səbəb olacaq qanunsuz və ədalətsiz nəticəyə gəlmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2357/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, işdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10 noyabr 2020- ci il tarixli, e-2- 2(113)-2357/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan müvəqqəti xarakterli prosessual tədbirdir. İddianın təmin edilməsi tədbiri o zaman tətbiq edilir ki, həmin tədbirin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarına əsasən iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə mövqeyini belə əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, həmin tədbirin tətbiq edilməsinin gələcəkdə məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi baxımından zəruriliyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, iddianı təmin etmə tədbiri görülməsi barədə ərizədə qarşılıqlı iddia üzrə cavabdehin hazırkı maddi vəziyyətinin qarşılıqlı iddia təmin ediləcəyi təqdirdə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını qeyri-mümkün edəcək dərəcədə pis olduğuna dair əsaslandırma olmadığından ərizənin təmin edilməməsi barədə məhkəmənin mövqeyi əsaslıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10 noyabr 2020- ci il tarixli, e-2-2(113)-2357/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: “Hydroserv Caspian LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10 noyabr 2020- ci il tarixli, e-2-2(113)- 2357/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar