Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-761/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə İddiaçı MMC-nin (Maraqlı şəxs üçüncü şəxs olmaqla) Cavabdeh QSC-yə qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, ipoteka yüklülüyünün azad edilməsi və pul tələbinə dair iddiası, Cavabdeh QSC-nin İddiaçı MMC-yə və Maraqlı şəxs qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, lizinq obyektinin boşaldılması, müqavilənin ləğv edilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-689/2022 saylı əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (Maraqlı şəxs üçüncü şəxs olmaqla) Cavabdeh QSC-yə qarşı müqaviləyə xitam verilməsi, müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək İddiaçı MMC tərəfindən artıq ödənilmiş 44 403 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, müqaviləyə xitam verilməsi, lizinq obyektinin təhvil verilməsi və lizinq obyekti üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması, Sumqayıt şəhəri, Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksi kimi müəssisənin, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, 355 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış sahəsi 98,24 kv/m, yardımçı sahəsi 27,71 kv/m olan 3 otaqlı bağ evinin, ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 27.4 kv/m, yardımçı sahəsi 72.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçıya və Ə.Qərhəmanova qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh (əvvəlki adı “X2” QSC) ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli X1 Müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında xx.xx.2015-ci il tarixli Müqavilə və ona xx.xx.2015-ci il tarixli əlavənin ləğv edilməsi, İddiaçı MMC və Maraqlı şəxs müştərək qaydada xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli X1 Müqaviləsi üzrə əsas borc 73.078,21 manat, faiz borcu 33.275,76 manat, dəbbə pulu 85.722,06 manat, borc pul məbləğinin ödənilməsinin gecikdirməsinə görə gecikdirilmiş 2 il 10 ay 16 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 10.515,12 manat, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz 2 il 10 ay 16 gün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 13.144,02 manat olmaqla, cəmi borc 215.735,17 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Maraqlı şəxs məxsus Sumqayıt şəhəri Bakı-Sumqayıt yolunun kənarında yerləşən, ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksinə (reyestr nömrəsi **********49-12301), ünvan 3 ünvanda yerləşən 2 otaqlı (y/s 27,4 kv.m, k/s 72,1 kv.m) fərdi yaşayış evinə (reyestr nömrəsi **********33-10301) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitin borcun ödənilməsinə köçürülməsi, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə ödənilməmiş borcun iddiaçı və Maraqlı şəxs tutulması, ipoteka predmetləri satıldıqda Maraqlı şəxs və orada qeydiyyatda olan, həmçinin qeydiyyatsız yaşayan digər şəxslərin oradan çıxarılması, dövlət büdcəsinin vəsaiti hesabına alınmış cavabdehin mülkiyyətindəki lizinq obyekti olan 1 ədəd HİTACHİ ZX470LC-5G markalı tırtıllı ekskavatorun tam işlək vəziyyətdə iddiaçıdan geri alınaraq cavabdehə qaytarılması, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01/15 nömrəli borcun etirafı müqaviləsinin ləğv edilməsi, iddiaçı və Maraqlı şəxs müştərək qaydada həmin müqavilə üzrə əsas borc 108.719,86 ABŞ dolları, faiz borcu 40.858,12 ABŞ dolları, dəbbə pulu 12.949,52 ABŞ dolları, pul məbləğinin ödənilməsinin gecikdirməsinə görə gecikdirilmiş 2 il 11 ay 04 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 15.615,38 ABŞ dolları, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz 2 il 11 ay 04 gün gecikdirməklə faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 19.894,25 ABŞ dolları olmaqla, cəmi borc 198.337,13 ABŞ dolları pul vəsaitinin cavabdehin xeyrinə tutulması, tutmanın Maraqlı şəxs məxsus Sumqayıt şəhəri Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksinə (reyestr nömrəsi **********49-12301), Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 355 saylı bağ evi və 0.12 ha torpaq sahəsinə (reyestr nömrəsi **********19-11301) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılaraq əldə olunan vəsaitin borcun ödənilməsinə köçürülməsi, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə ödənilməmiş borcun iddiaçı və Maraqlı şəxs tutulması, ipoteka predmeti satıldıqda Maraqlı şəxs və orada qeydiyyatda olan, həmçinin qeydiyyatsız yaşayan digər şəxslərin oradan çıxarılması, cavabdeh tərəfindən ipoteka bildirişlərinin qeydiyyata alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu, 101,60 manat xidmət haqqının, qarşılıqlı iddia üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun iddiaçı və Maraqlı şəxs tutulub cavabdehin xeyrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-689/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-689/2022 saylı əlavə qətnaməsi ilə qarşılıqlı iddia rədd edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(103)-668/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-689/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qaytarılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC yenidən elektron sistem vasitəsi ilə apellyasiya şikayəti vermiş və və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəyə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: e-2-2(103)-761/2022 saylı kommersiya mübahisəsi üzrə iş apelyasiya baxışından çıxarılaraq müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, e-2-2(103)-761/2022 saylı qərardadı ləğv edilsin. Qərardaddan elektron kabinetə yerləşdirildiyi tarixdən 10 gün müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-761/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-761/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver