Məhkəmə qərarları › İş №2-2(103)-764/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-764/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-764/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi (direktor) X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi (direktor) X3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən pulun və mediasiya xərcinin tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2-2(113)-167/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında olan 06 may 2019-cu il tarixli və 18 may 2020-ci il tarixli № 013/20 saylı müqavilələri üzrə ödənilməmiş 310.331,88 manat məbləğində borcun, mediasiya xərci üçün ödənilmiş 400 manat, hüquqi yardım üçün ödənilmiş 2000 manat məbləğində pulun, ümumilikdə 312.731,88 manat pul vəsaitinin Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 may 2019-cu il və 18 may 2020-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan alqı satqı müqavilələrinə əsasən satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh MMC) mebelləri satmağı, quraşdırmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəliyinə götürmüşdür. 06 may 2019-cu il tarixli müqaviləyə əsasən alıcı tərəfindən ƏDV məbləği ilə birlikdə 1.208.910 manat vəsaitin və 18 may 2020-ci il tarixli № 013/20 müqavilənin 1 saylı əlavəsinə görə ƏDV məbləği iləbirlikdə 503.026,91, 2 saylı əlavəsinə görə ƏDV məbləği ilə birgə 92.748 manat pul vəsaiti təşkil etmişdir. Göstərilən müqavilələr üzrə məbləğlərin ödənilməsini isə alıcı öz öhdəsinə götürmüşdür. Daha sonra tərəflərindən xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı tərtib edilmiş və həmin akta nəzərən tərəflərindən 523.920 manat dəyərində ofis ləvazimatları tərəflərindən təhvil verilmiş və həmin aktda sifarişçi tərəfindən malların təhvil alınması barədə imza və möhür qeyd edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı tərtib edilmiş və həmin akta nəzərən tərəflərindən 564.087,20 manat dəyərində ofis ləvazimatları tərəflərindən təhvil verilmiş və həmin aktda sifarişçi tərəfindən malların təhvil alınması barədə imza və möhür qeyd edilmişdir. Həmin proseslərdən sonra uzun müddət ərzində davamlı olaraq cavabdeh tərəfindən ödənişlər edilmiş, tərəflərindən göndərilmiş bir çox qaimələr ünvanlanmışdır. Müqavilələrin tərtib edilməsindən və qaimələrin göndərilməsindən sonra uzun bir müddət keçməsinə baxmayaraq hələ də həmin vəsait onlara tam ödənilməmişdir. Nəzərə çatdırmaq istəyirlər ki, 06 may 2019-cu il tarixli müqaviləyə əsasən alıcı tərəfindən ƏDV məbləği ilə birlikdə 1.208.910 manat vəsaitin və 18 may 2020-ci il tarixli № 013/20 müqavilənin 1 saylı əlavəsinə görə ƏDV məbləği ilə birlikdə 503.026,91, 2 saylı əlavəsinə görə ƏDV məbləği ilə birgə 92.748 manat pul vəsaiti yəni toplamda ƏDV ilə birlikdə 1.505.316,83 manat borc məbləğindən 1.194.984,95 manat pul vəsaiti ödənilmişdir. Lakin cavabdeh tərəfindən ödənilməmiş 310.331,88 manat pul vəsaiti ödənilməmiş olaraq qalmaqdadır. Tərəflərindən dəfələrlə həmin vəsaitin ödənilməsi barədə cavabdehə müraciətlər edilsə də həmin vəsaitin ödənilməsi təmin edilməmiş və pretenziya məktubu ilə müraciətlərinə isə məhəl qoyulmamışdır. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, əlavə olaraq qeyd etmişdir ki, müqaviləyə əsasən 1.711.936,91 manat məbləğində mallar tərəflərindən verilməli olan halda 1.505.316,83 manat dəyərində mallar təhvil verilmişdir. Bunun səbəbi isə bundan ibarətdir ki, həmin sifariş edilən mallar onlara ödəniş edilməklə təmin oluna biləcək mallar olmuşdur. Lakin tərəflərindən dəfələrlə qarşı tərəfə şifahi şəkildə bildirmələrinə, qaimələr göndərmələrinə baxmayaraq hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən isə 1.711.936,91 manat dəyərində deyil 1.505.316,83 manat dəyərində mallar təhvil verilmişdir. Yəni Cavabdeh MMC tərəfindən ödənişləri həyata keçirilmədiyi üçün (1.711.936,91-1.505.316,83=206.620,08) göstərilən malların 206.620,08 manat dəyərində hissəsi tərəflərindən təhvil verilməmişdir. Həmin göstərilən mallara qədər olan ödənişlərin ödənilməsi təmin edilsə idi bu zaman tərəflərindən geriyə qalan 206.620,08 manat dəyərində hissə təhvil verilə bilərdi. Bu göstərilən səbəblərdən ötrü isə iddia tələbləri qanuni olaraq tərəflərindən təhvil verilmiş mallar üzrə olmuşdur. Həmin qeyd edilən 310.331,88 manat dəyərində mallar isə tərəflərindən təhvil verilmiş lakin onlara bu barədə hər hansı ödəniş edilməmişdir. Qeyd etmək istəyirlər ki, tərəflərindən göndərilmiş ilk qaimə müqavilə üzrə xx.xx.2019-cu il tarixində ünvanlanmış və qarşı tərəf həmin ödənişi xx.xx.2019-cu il tarixində ödəniş edilmişdir. Həmin qaiməyə əsasən 23.395 manat əsas, 4.211,10 manat isə ƏDV məbləği tam olaraq ödənilmişdir. Bunun kimi xx.xx.2019, xx.xx.2020, xx.xx.2020-ci il tarixli qaimələr üzrə ödənişlər keçrilmişdir. Cədvələ nəzər yetirdikdə xx.xx.2020-ci il tarixli qaimə üzrə-ödəniş 3 fərqli ay ərzində xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində həyata keçirlməsi müəyyən edilir. Lakin xx.xx.2020-ci il tarixində 96.340 manat əsas məbləğ və 17.341,20 manat ƏDV məbləğində toplamda 113.681,20 manat dəyərində qaimə qarşı tərəfə ünvanlanmasına baxmayaraq cavabdeh tərəfindən xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində yalnızca 27.476,43 manat məbləğində ödəniş edilmiş və 86.204,77 manat məbləğində vəsait isə ödənməmiş olaraq qalmışdır. Həmçinin aşağıda göstərilən tarixlərdə 3 fərqli qaimə göndərilməsinə baxmayaraq hər hansı bir ödəniş edilməmişdir:qaimənin göndərilmə tarixi - xx.xx.2022-ci il, əsas məbləğ - 3.832 manat, ƏDV məbləği - 689,76 manat, qaimənin göndərilmə tarixi xx.xx.2022-ci il, əsas məbləğ – 107.506,23 manat, ƏDV məbləği – 19.351,12 manat, qaimənin göndərilmə tarixi - xx.xx.2022-ci il, əsas məbləğ – 78.600 manat, ƏDV məbləği – 141.48 manat, yəni cədvəldə göstərilən tarixlər üzrə 224.127,11 manat və toplamda 310.331,88 manat məbləğində vəsait ödənilməmiş olaraq qalmışdır. Sonradan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “Akelik Group" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2-2(113)-167/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən ƏDV daxil 86.205 manat məbləğində əsas borc, mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti və vəkil xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən təmin edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri məhkəməyə 2023-cü il 05 oktyabr tarixli barışıq sazişi təqdim edərək həmin sazişin qəbul edilməsini və təsdiq edilməsini xahiş etdilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış 2023-cü il 05 oktyabr tarixli barışıq sazişində aşağıdaklar göstərilmişdir:

1. Cavabdeh İddiaçının iddia tələbini qismən – 73 000,00 AZN (yetmiş üç manat,00 qəpik) məbləğində qəbul edir və həmin 73 000,00 AZN məbləği aşağıda göstərilən qaydada və müddətdə İddiaçıya ödəyir: 1.1. Bu Barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsindən sonra 31 oktyabr 2023-cü il tarixədək 30 000,00 AZN (otuz min manat,00 qəpik) məbləğində pulu nağd və ya nağdsız hesablaşmalar qaydasında iddiaçıya ödəyir; 1.2. Cavabdeh qalan 43 000,00 AZN (qırx üç min manat, 00 qəpik) məbləğində pulu 4 (dörd) bərabər hissədə - 2023-cü ilin noyabr ayının 1-dən hesablanmaqla hər ay 10 750,00 AZN (on min yeddi yüz əlli manat,00 qəpik) pul ödəməklə ümumilikdə 4 (dörd) ay ərzində - 01 mart 2024-cü il tarixədək nağd və ya nağdsız hesablaşmalar qaydasında İddiaçıya ödəyir. Cavabdeh borc öhdəliyini vaxtından əvvəl icra edə bilər. Cavabdehin borcu tam və ya hissə-hissə vaxtından əvvəl ödəməsi bu Barışıq sazişi üzrə öhdəliyin icrası vaxtının hesablanması qaydasının dəyişməsinə əsas deyildir.

2. İddiaçı iddia tələbinin qalan 239 731,88 AZN (iki yüz otuz doqquz min yeddi yüz otuz bir manat,88 qəpik) məbləğində hissəsindən imtina edir və təsdiq edir ki, Cavabdehin 06 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi və 18 may 2020-ci il tarixli, 013/20 nömrəli podrat müqaviləsi üzrə İddiaçıya cəmi 73 000,00 AZN (yetmiş üç min manat, 00 qəpik) məbləğində borcu mövcuddur, Cavabdehə qarşı həmin müqavilələr üzrə hər hansı əlavə tələbi mövcud deyildir və həmin məbləğin (73 000,00 AZN) Cavabdeh tərəfindən ödənilməsi ilə İddiaçının Cavabdehə qarşı müqavilələr üzrə tələbləri tam təmin edilmiş olur.

3. İddiaçı Cavabdeh tərəfindən bu Barışıq sazişi üzrə ödənişlərin həyata keçirilməsi üçün zəruri ödəniş sənədlərinin (hesab-faktura, elektron qaimə-faktura və s.) təqdim edilməsini və həmin sənədlərdə düzəlişlər edilməsini təmin edir.

4. Cavabdehin Barışıq sazişi üzrə öhdəliyini iki dəfə ardıcıl icra etməməsi və ya öhdəliyin icrasını 15 (on beş) iş günündən artıq gecikdirməsi barışıq sazişi üzrə öhdəliyin icra edilməməsi və ya pozulması kimi qiymətləndirilir və bu hal İddiaçının Barışıq sazişi üzrə icra vərəqəsi verilərək məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir.

6. X8 imzaları ilə, məhkəməyə təqdim edildikdə isə məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən hüquqi qüvvəyə minir.

7. X1rşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar.

8. X11 üçün məcburi şərtləri özündə əks etdirməklə 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrdən biri İddiaçıda, biri Cavabdehdə saxlanılır, digər isə təsdiq edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllənin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi prosesin istənilən mərhələsində tərəfləri iddia və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməyi vəzifə kimi məhkəmənin üzərinə qoyur. Barışıq sazişi mövcud mübahisənin məhkəmədənkənar qaydada həll olunması barədə tərəflərin razılaşmasıdır. Məhkəmədə tərəflər arasında belə bir razılaşmanın əldə edilməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir və ona görə də prosessual qanunvericilik tərəflər arasında barışıq sazişinin bağlanmasını və bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsini iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. MPM-in 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 2023-cü 05 oktyabr tarixli barışıq sazişinin şərtlərini təhlil edərək belə qənaətə gəlir ki, həmin barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar mövcud olmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə MPM-nin 384.0.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir MPM-in 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. MPM 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 261.0.5, 262.4, 384.0.5, 402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2023-cü il 05 oktyabr tarixində bağlanmış, aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh İddiaçının iddia tələbini qismən – 73 000,00 AZN (yetmiş üç manat,00 qəpik) məbləğində qəbul edir və həmin 73 000,00 AZN məbləği aşağıda göstərilən qaydada və müddətdə İddiaçıya ödəyir: 1.1. Bu Barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsindən sonra 31 oktyabr 2023-cü il tarixədək 30 000,00 AZN (otuz min manat,00 qəpik) məbləğində pulu nağd və ya nağdsız hesablaşmalar qaydasında iddiaçıya ödəyir; 1.2. Cavabdeh qalan 43 000,00 AZN (qırx üç min manat, 00 qəpik) məbləğində pulu 4 (dörd) bərabər hissədə - 2023-cü ilin noyabr ayının 1-dən hesablanmaqla hər ay 10 750,00 AZN (on min yeddi yüz əlli manat,00 qəpik) pul ödəməklə ümumilikdə 4 (dörd) ay ərzində - 01 mart 2024-cü il tarixədək nağd və ya nağdsız hesablaşmalar qaydasında İddiaçıya ödəyir. Cavabdeh borc öhdəliyini vaxtından əvvəl icra edə bilər. Cavabdehin borcu tam və ya hissə-hissə vaxtından əvvəl ödəməsi bu Barışıq sazişi üzrə öhdəliyin icrası vaxtının hesablanması qaydasının dəyişməsinə əsas deyildir.

2. İddiaçı iddia tələbinin qalan 239 731,88 AZN (iki yüz otuz doqquz min yeddi yüz otuz bir manat,88 qəpik) məbləğində hissəsindən imtina edir və təsdiq edir ki, Cavabdehin 06 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi və 18 may 2020-ci il tarixli, 013/20 nömrəli podrat müqaviləsi üzrə İddiaçıya cəmi 73 000,00 AZN (yetmiş üç min manat, 00 qəpik) məbləğində borcu mövcuddur, Cavabdehə qarşı həmin müqavilələr üzrə hər hansı əlavə tələbi mövcud deyildir və həmin məbləğin (73 000,00 AZN) Cavabdeh tərəfindən ödənilməsi ilə İddiaçının Cavabdehə qarşı müqavilələr üzrə tələbləri tam təmin edilmiş olur.

3. İddiaçı Cavabdeh tərəfindən bu Barışıq sazişi üzrə ödənişlərin həyata keçirilməsi üçün zəruri ödəniş sənədlərinin (hesab-faktura, elektron qaimə-faktura və s.) təqdim edilməsini və həmin sənədlərdə düzəlişlər edilməsini təmin edir.

4. Cavabdehin Barışıq sazişi üzrə öhdəliyini iki dəfə ardıcıl icra etməməsi və ya öhdəliyin icrasını 15 (on beş) iş günündən artıq gecikdirməsi barışıq sazişi üzrə öhdəliyin icra edilməməsi və ya pozulması kimi qiymətləndirilir və bu hal İddiaçının Barışıq sazişi üzrə icra vərəqəsi verilərək məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir.

6. X8 imzaları ilə, məhkəməyə təqdim edildikdə isə məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən hüquqi qüvvəyə minir.

7. X1rşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar.

8. X11 üçün məcburi şərtləri özündə əks etdirməklə 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrdən biri İddiaçıda, biri Cavabdehdə saxlanılır, digər isə təsdiq edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunur. Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2-2(113)-167/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən pulun və mediasiya xərcinin tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İzah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar